Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7236/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina qərarının ləğv edilməsini, cavabdehin üzərinə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsinin qoyulmasını və cavabdehin müvafiq qərar qəbul edən təqsirkar vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı O.F.X1 Müraciət və X2 (bundan sonra- VEMTAS) vasitəsilə müxtəlif tarixlərdə müraciət etmiş, lakin ərizə bəyannamədə göstərilən məlumatlar öz təsdiqini tapmadığından sosial yardımın təyin edilməsi mümkün olmamışdır. İddiaçı təkrar olaraq 19.03.2022-ci il tarixli, **********746 nömrəli ərizə ilə müraciət etmişdir. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət" portalı üzərindən müxtəlif qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılmışdır. Bundan sonra “Ailənin maddi-məişət şəraitinin müayinəsi” müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirilmiş və nəticələri gücləndirilmiş elektron imza ilə təsdiqlənərək VEMTAS-a ötürülmüşdür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Nəticədə İddiaçı müraciət etdiyi ayın 1-dən etibarən 1 (bir) il müddətinə (01.03.2022-01.03.2023) 495.60 manat məbləğində sosial yardım təyin olunmuşdur. Nəticə etibarilə hesab edirlər ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış iddiaçı İddiaçı hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi ona ünvanlı sosial yardımın təyin edilməsindən ibarət olduğundan, onun bu tələbi inzibati orqan tərəfindən təmin olunaraq İddiaçı 01.03.2022-ci il tarixindən 1 il müddətinə 495,60 manat məbləğində sosial yardım təyin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından cavabdehin ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7236/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7236/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver