Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7241/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X3 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 №-li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsinin qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına Reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən törədilmiş “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununlarının pozuntusu, habelə qanunsuz olaraq vəzifələrinin icrasından imtina ilə əlaqədar vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən “Əmlak Məkanı”na Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yaşayış sahəsi və ona bitişik həyatyanı sahə üçün yeni formada Reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Müraciəti ********** nömrəsi ilə xx.xx.2022 tarixdə qeydiyyata alınmışdır. Müraciət ilə birlikdə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsinin qeydiyyat vəsiqəsini təqdim etmişdir. Sözügedən qeydiyat vəsiqəsində qeyd edilir ki, həmin qeydiyyat vəsiqəsi və İddiaçı həmin qeydiyyat vəsiqəsində qeyd olunmuş hüquqları 20830 № ilə reyestr kitabında, 124 №-li inventar işində xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. Görünür ki, texniki pasportun inventar nömrəsi ilə qeydiyyat vəsiqəsinin qeydiyyat nömrəsi üst-üstə düşür və bunlar ikisi mülkiyyət hüquqlarının qeydiyyatına dair vahid sənəd təşkil edir. Texniki pasportda 2003-cü ildə qeydə alınmış torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki yaşayış sahəsinin ölçüləri göstərilir. “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müxtəlif formalarda həyata keçirilmişdir. Həmin formaların hamısı qanuni qüvvəyə malik hüquqmüəyyənedici sənədlərdir və həmin sənədlərlə təsdiq edilən hüquqlar, onların qeydiyyatının həqiqiliyi prezumpsiyasına əsasən etibarlı hesab edilirlər. xx.xx.2022-ci il tarixdə “Əmlak Məkanında” təqdim edilmiş, lakin xx.xx.2022-ci il tarixi daşıyan **********83 №-li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ilə (imtina bildirişi) göstərilmiş hüquqmüəyyənedici sənədlər əsasında yeni forma üzrə Reyestrdən çıxarış verilməsi xahişi rədd edilmişdir. İmtina bildirişi aldıqdan sonra cavabdehə bir daha müraciət edərək təqdim edilən mülahizələri və reyestrdən çıxarış verilməsi üçün Azərnaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulan əsasları cavabdehin diqqətinə çatdıraraq cavabdeh tərəfindən Reyestrdən çıxarış verilməsindən imtina qərarına bir daha baxılmasını xahiş etmişdir. Müraciətdə məsələ ilə bağlı hüquqi mövqe və hüquqi vəziyyət aydınlaşdırılır və xahişinin hüquqi əsasları, habelə rədd cavabının əsassız sayılması üzrə mülahizələri təsvir edilmişdir. Təkrar müraciət xx.xx.2022-ci il tarixdə sifarişli poçt ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Lakin xx.xx.2022-ci il tarixədək 1 saylı Bakı Ərazi İdarəsindən cavab alınmamışdır. Həmin tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə elektron poçt vasitəsi ilə təkrar müraciət göndərmiş və xx.xx.2022-ci il tarixdə göndərdiyi müraciətin cavablandırılmasını tələb etmişdir. Elektron müraciətdə qeyd edilmişdir ki, poçtla göndərdiyi müraciətin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu vaxtdan artıq 40 gün keçir və nə araşdırma aparılması barədə, nə də yekun mövqe barədə heç bir məlumat verilməmişdir. Baxmayaraq ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa görə vətəndaşların müraciətləri 7 təqvim günü ərzində, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna görə isə 10 təqvim günündən artıq olmayan müddətdə cavablandırılmalıdır. Həmin Qanunlara görə araşdırma və tədqiqat tələb edildiyi hallarda vətəndaşların müraciətləri, göstərilən müddətlərdə onlara araşdırma aparıldığı barədə ilkin/aralıq məlumat verilməklə, 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılmalıdır. İdarə tərəfindən cavab verilməməsi göstərilən Qanunların kobud pozuntusunu təşkil edir. Buna baxmayaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə “Əmlak Məkanına” gedərək müraciətinin cavablandırılması statusu barədə məlumat istəmişdir. Ona şifahi şəkildə bildirilmişdir ki, cavab xx.xx.2023-cü il tarixdə göndərilmişdir, lakin məlum olmuşdur ki, səhv ünvana göndərilib. Bununla əlaqədar ona bildirilmişdir ki, göndərilmiş cavab yanlış ünvandan qayıtdıqdan sonra onun yaşadığı ərizədə göstərilən ünvana göndəriləcək. Bununla əlaqadar olaraq xx.xx.2023-cü il tarixdə bir daha Əmlak Məkanına gəlmiş, lakin bildirilmişdir ki, cavab hələ geri qayıtmamışdır və qayıdan kimi göndəriləcək. xx.xx.2023-cü il tarixdə, 1 saylı Bakı Ərazi İdarəsindən cavab alınmadığı üçün, yenə də Əmlak Məkanına gələrək ona göndərilməli cavab məktubunun statusu barədə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə imzalanmış cavab məktubu təqdim edilmişdir. Həmin cavab məktubunda onun xx.xx.2023-cü il tarixdə alındığı barədə qeyd edilməsini xahiş etmiş, lakin belə bir qeydin edilməsinin mümkün olmadığını bildirilmişdir. Əmlak Məkanının rəhbərliyi ilə görüşməyi tələb etmiş və rəhbərlik tərəfindən yeni müraciət alınması barədə göstəriş verilmişdir. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavab məktubunu əmlak məkanından götürə bilər. xx.xx.2023-cü il tarixdə Əmlak Məkanında məktubun hələ hazır olmadığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə ona xx.xx.2023-cü il tarixdə imzalanmış cavab məktubu təqdim edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən nəinki göstərilmiş “İnformasiya əldə etmək haqqında” və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə göstərildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci və 140-cı maddələrinin, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının, hətta “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinin də müddəaları kobud şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinn pozuntusu onda ifadə edilmişdir ki, həmin maddəyə əsasən inzibati icraat zamanı inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, inzibati icraatın aparılması üçün qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmə imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunun bu tələbi də pozulmuşdur. İmtinanın məzmun və mahiyyəti ilə əlaqədar olaraq isə qeyd edilməlidir ki, Reyestrdən çıxarış verilməsindən imtinanın əsası kimi göstərilmişir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz rəhbərinin əmri təqdim edilməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, imtina bildirişində təqdim edilməməsinin Reyestrdən çıxarış verilməsindən imtinanın əsası kimi göstərilən sənədlər (yəni, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz rəhbərinin əmri) hüquqmüəyyənedici sənədlər deyillər və onların təqdim edilməsi yalnız o zaman vacib olur və əhəmiyyət daşıyır ki, hüquqların mövcudluğunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədlər olmasın. Hüquqmüəyyənedici sənədlər olmadıqda hüquqların mövcudluğu həmin sənədlər əsasında müəyyən edilə bilər. Onun tərəfindən isə Reyestr xidmətinə hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir və həmin sənədlər əsasında həmin sənədlərdə göstərilən hüquqlar reyestrdə qeyd edilmiş hesab edilir və qanuna görə belə qeydiyyat etibarlı hesab olunur və onun etibarlı hesab edilməsi üçün əlavə heç bir sənədə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinin (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar) 139- 1.1- ci bəndi “daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün” əsaslarını təsbit edir. Həmin bəndin 139-1.1.5-ci yarımbəndində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri olaraq “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” göstərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmiş qeydiyyat vəsiqəsi, göründüyü kimi, xx.xx.2003cü il tarixdə verildiyi üçün (yəni qanunda göstərildiyi kimi 2006-cı il iyulun 6-dək), 139- 1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsi hüququn əmələ gəlməsi üçün kolxoz yığıncağının qərarını və ya sovxoz rəhbərinin əmrini nəzərdə tutmur. Həmin sənədlər, yəni kolxoz yığıncağının qərarı və ya sovxoz rəhbərinin əmri, qeydiyyat vəsiqəsi olmadıqda hüquqların verildiyinin müəyyən edilməsi üçün tələb edilə bilərdi, amma hüquqmüəyyənedici sənəd təqdim edildiyi halda digər bir sənədin təqdim olunmasının tələb edilməsi əsassız və qeyri-qanunidir. Həmin Məcəllənin 140-cı maddəsi (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) nəzərdə tutur ki, “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. Təqdim edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı daşınmaz əmlak üzərində hüquqları 124 №-li inventar işində 20830 nömrəsi ilə Reyestr kitabında qeydə alınmışdır və nə qədər ki, həmin qeydiyyatın qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin qeyd etibarlı, tam hüquqi qüvvəyə malik qeyd hesab edilir. Əgər qanun İddiaçı hüquqlarının reyestrdəki qeydini həqiqi və etibarlı hesab edirsə, deməli onun həqiqiliyinin əlavə sübuta ehtiyacı yoxdur. 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı daşınmaz əmlakına hüquqlar əldə etməkdə maraqlı deyil və ola da bilməz. Deməli, 1 saylı Bakı Ərazi İdarəsinin Qanuna görə həmin Reyestr qeydinin məzmunun mübahisələndirmək və ya şübhə altına almaq səlahiyyəti də yoxdur. Buradan belə bir nəticə hasil olur ki, İddiaçı adına olan qeydiyyat vəsiqəsi və texniki pasport ilə nümayiş etdirilən və Reyestrdə qeydə alınmış hüquqları həqiqi və etibarlıdır və deməli, kolxoz yığıncağının qərarının və ya sovxoz rəhbərinin əmrinin tələb edilməsi qeyr-qanuni və əsassızdır. Buna görə də, imtina üçün əsas yoxdur. Əgər imtina edilirsə, o zaman reyestr xidməti tərəfindən həmin qeydin etibarsızlığı sübut edilməlidir, bunun üçün isə reyestr xidməti məhkəməyə müraciət etməlidir. Çünki reyestr qeydinin etibarsız hesab edilməsi yalnız məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Reyestr xidməti isə, nə qədər ki, məhkəmə tərəfindən reyestr qeydi etibarsız hesab edilməmişdir və heç kim tərəfindən mübahisələndirilmir, həmin qeydin və qeydə əsaslanan hüquqların həqiqiliyini tanımalı və müvafiq olaraq, həmin hüquqları təsdiq edən sənəd (Reyestrdən Çıxarış) tərtib və təqdim etməlidir və bunun edilməsindən imtina edilməsi qanunazidd və əsassızdır. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 5-ci bəndi ilə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan sahənin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir. Deməli, Reyestrdən yeni çıxarış daşınmaz əmlakın faktiki vəziyyətini əks etdirən qaydada və şəkildə tərtib və təqdim edilməlidir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən törədilmiş “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunlarının pozuntusu, habelə qanunsuz olaraq vəzifələrinin icrasından imtina ilə əlaqədar mənəvi ziyan yetirilmişdir, belə ki, dəfələrlə qan təzyiqi yüksəlmiş və mənəvi iztirablara məruz qalmışdır. Mənəvi ziyanın dəyərini 1000 manat məbləğində dəyərləndirir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 № li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki tikililərin faktiki göstəriciləri (torpaq sahəsi 976 kv.m, 1-ci bina 86,6 kv.m, 2-ci bina 74,32 kv.m olmaqla) əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı qeyd edilən fərdi yaşayış evi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor) əmri təqdim edilməlidir. Bundan başqa texniki baxış keçirilən zaman qeyd edilən fərdi yaşayış evinin sökülərək yerində yeni fərdi yaşayış evlərinin inşa olunduğu aşkar olunmuşdur. Belə ki, yeni inşa olunmuş fərdi yaşayış evlərinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Əlavə olaraq texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********83 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçının vəkili və nümayəndəsi cavabdeh tərəfindən təqdim edilmiş etiraza dair yazılı münasibət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh etirazında bildirir ki, "aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor) əmri təqdim edilməlidir". Bu tam məntiqsiz bir bəyanatdır və qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh yuxarıda göstərilən bəyanatının əsassızlığını bilərək qanunsuz tələblərə istinad edir. Belə ki, iddiaçı ilkin imtinanı aldıqdan sonra cavabdehə təkrar müraciət edərək bu bəhanələrin qanunsuz olduğunu əsaslandıran təkrar müraciət yazmışdır. Həm cavabdehə təkrar müraciətdə, həm də iddia ərizəsində göstərilir ki, cavabdehin təqdim edilmədiyi səbəbi ilə Reyestrdən çıxarış verilməsindən imtinanın səbəbi qismində göstərdiyi sənədlərin, yəni, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz rəhbərinin əmri, təqdim edilməsi yalnız hüquqların mövcudluğunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədlərin olmadığı təqdirdə vacib olur və əhəmiyyət daşıyır. Tərəfindən cavabdehə hüquqmüəyyənedici sənədlər olan qeydiyyat vəsiqəsi və texniki pasport təqdim edildiyi bir halda və həmin sənədlər əsasında bu sənədlərdə göstərilən hüquqların artıq reyestrdə qeyd edilmiş olduğu bir halda və qeydiyyat vəsiqəsi və texniki pasportun etibarsız sayılması üçün heç bir əsasın olmadığı və qanuna görə həmin sənədlərlə təsbit edilən hüquqların qeydiyyatı etibarlı hesab olunmalı halda bu hüquqların etibarlı hesab edilməsi üçün qanuna görə əlavə heç bir sənədin təqdim edilməsi tələb olunmur. Cavabdehin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinin (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar) 139-1.1.5-ci yarımbəndi ilə "2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri" olaraq təsbit edilir. Cavabdehin bu dəlil qarşısında yenə də kolxoz/sovxoz sənədləri istəməsi məntiqsizdir. Belə ki, tərəfindən cavabdehə təqdim edilmiş qeydiyyat vəsiqəsi xx.xx.2003cü il tarixdə verildiyi üçün (yəni Qanunda göstərildiyi kimi, 2006-cı il iyulun 6-dək), 139- 1.1.5 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası olaraq qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün kolxoz yığıncağının qərarını və ya sovxoz rəhbərinin əmrini nəzərdə tutmur. Həmin sənədlər, yəni kolxoz yığıncağının qərarı və ya sovxoz rəhbərinin əmri, hüquqmüəyyənedici sənəd, bu halda qeydiyyat vəsiqəsi olmadıqda hüquqların verildiyinin müəyyən edilməsi üçün tələb edilə bilərdi, amma hüquqmüəyyənedici sənəd təqdim edildiyi bir halda digər bir sənədin təqdim olunmasının tələb edilməsi əsassız və qeyri-qanunidir. Cavabdeh daha sonra etirazında bildirmişdir ki, yeni inşa olunmuş fərdi yaşayış evlərinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər guya tərəfindən təqdim edilməmişdir. Göstərilən Qanunun 8.0.5-ci maddəsi nəzərdə tutur ki, “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri" daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə olan halda və xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin təqdim olunduğu təqdirdə, göstərilən Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin tərəfindən təqdim edilmədiyi barədə cavabdehin bəyanatı yalandır. Cavabdeh bildirir ki, "qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir". Anlaşılmır ki, burada söhbət hansı yaşayış evindən, hansı söküntüdən və kimin nəyə razılığından gedir. İddiaçı tərəfindən heç bir ev sökülməmişdir, mövcud ev rekonstruksiya edilərək genişləndirilmişdir. İddiaçı ona məxsus əmlakın qeydiyyatının ləğvi niyyətində heç vaxt olmamışdır Cavabdehin növbəti dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla sahənin faktiki ölçüləri arasında perimetrik ölçü fərqi mövcuddur. Cavabdeh bu halı imtinanın əsası qismində əvvəllər təqdim etməmişdir, ona görə də, hazırda imtinanın əsası qismində bu hala istinad edə bilməz. Bu hal əvvəllər imtinanın əsası kimi təqdim edilsəydi belə, yenə də, qanunsuz olacaqdı, çünki imtina üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi" barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 5-ci bəndi ilə nəzərdə tutulur ki, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan sahənin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir". Buradan çıxarıla bilən yeganə məntiqi nəticə ondan ibarətdir ki, sahənin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki göstəricilər fərqli olduğu halda daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılması cavabdehin vəzifə borcudur və belə fərqin aşkarlanması hüquqların dövlət qeydiyyaından imtina üçün əsas ola bilməz. Cavabdeh kolxozun/sovxozun yenidən təşkili halında sənədlərin kim tərəfindən təsdiq və təqdim edilməsi barədə söhbət açır, baxmayaraq ki, bu kolxoz/sovxoz məsələsinin işə aidiyyəti olmadığı tam aydındır. Bundan sonra cavabdeh kolxoz/sovxoz sənədlərinin arxiv sənədləri məlumatları ilə eynilik təşkil etməsinin, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin (sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlərin) təqdim edilməsinin lazım olduğiunu bildirir. Halbuki cavabdehə təqdim edilmiş Qeydiyyat Vəsiqəsi və Texniki Pasportda Cavabdehin sadaladığı bütün məlumatlar əks olunmuşdur və cavabdehin göstərdiyi sənədlərin təqdim edilməsinə qanunvericiliyə əsasən ehtiyac yoxdur. Sonra cavabdeh icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən binalardan söhbət açır. Cavabdeh məgər görmür ki, burada söhbət icarə və ya istifadədən deyil, mülkiyyət hüquqlarından gedir? Daha sonra cavabdeh Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.10.2-ci maddəsinə iqtibas edərək məlumatlandırma icraatına əsasən nə kimi sənədlərin təqdim edilməsinin nəzərdə tutulduğundan danışır, lakin nəzərə almır ki, torpaq sahəsində yeni tikili yoxdur, köhnə tikilinin rekonstruksiyası nəticəsində əmələ gəlmiş tikili var və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə qeydiyyat faktiki göstəricilər əsasında həyata keçirilməlidir. Cavabdehin növbəti bəyanatı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi proseduruna aiddir ki, daşınmaz əmlak üzərində hüquqların ləğvi niyyətində olmamışlar. Daha sonra cavabdeh Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsi prosedurundan və əsaslarından söhbət açır ki, bunun da, yenə də, iş ilə və iddia predmeti və əsası ilə heç bir əlaqəsi yoxdur. Belə ki, qeydiyyat vəsiqəsi və texniki pasport, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139 və 140-cı maddələrinə əsasən hüquqların etibarlılığını təsdiq edən etibarlı sənədlərdir. Və nəhayət, cavabdeh heç cür izah etmir ki, nə səbəblə dövlət tərəfindən verilmiş rəsmi sənədləri etibarsız hesab edərək həmin sənədlərlə təsbit edilmiş hüquqların qeydiyyatı üçün əlavə əsaslar axtarışındadır. Bir halda ki, qeydiyyat vəsiqəsi və texniki pasport dövlət tərəfindən verilmiş rəsmi sənədlərdir, əslində cavabdehin özü tərəfindən verilmişdir və cavabdehin özü tərəfindən verilmiş rəsmi sənədlərə şübhəli yanaşması heç bir məntiqə sağmır. Beləliklə də, görünür ki, etiraz iş üçün heç bir əhəmiyyət kəsb etmir, iş ilə hər hansı hüquqi və ya faktiki bağlantısı yoxdur, buna görə də məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********83 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestnndə qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edəmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-cı bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərin yığıncağının qərarı, yaxud sovxoz, həmçinin, həmin sovxozun yenidən təşkili qaydası onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisə rəhbərinin (direktor) əmri təqdim edilməmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bundan başqa texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********15 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 17.11 2022-ci il tarixli müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətə **********83 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ünvanında yerləşən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətə baxılmışdır Qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli **********83 nömrəli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçmə məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənəd hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-12233/2023 saylı **********33 saylı xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 2 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. İddiaçı məxsus Subtropik bitkilər sovxozu ərazisi ev 272 ünvanına dair 20830 qeyd nömrəli 124 inventar nömrəli xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasporta əsasən yaşayış sahəsi 11,5 kv.m, ümumi torpaq sahəsi 1650,0 kv.m təşkil edir, köməkçi sahəsi yoxdur. Abşeron rayonu “Subtropik” k/t məhsullarının istehsalı müəssisəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş 361 saylı xx.xx.2009-cu il tarixli arayışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin 44 saylı xx.xx.1996-cı il tarixli qərarına əsasən İddiaçı sovxoz ərazisində fərdi yaşayış evi inşa üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Ona ayrılmış torpaq sahəsində yaşayış evi inşa etmiş və ailə ilə birlikdə həmin evdə yaşayır. Evin başı bağlı deyil, məhkəmə mübahisəsi və heç bir inzibati tədbir yoxdur. Abşeron Rayon İcra Hakimiyyəti üzrə xx.xx.1996-cı il tarixli 44 saylı Maştağa Subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında Maştağa subtropik sovxozunun 03 yanvar 1996-cı il tarixli 1 nömrəli qərarı, sovxozun 05 yanvar 1996-cı il 02 saylı və rayon kənd təsərrüfatı və ərzaq idarəsinin 22 yanvar 1996-cı il 13 saylı rəyləri nəzərə alınmışdır. Həmin vətəndaşlara verilmiş torpaqdan fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik bitkilər sovxozu ərazisi küçəsində 272 saylı yaşayış sahəsi – 11,5 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 44 saylı sərəncamına əsasən qeydə alınmışdır (20830 nömrəsi ilə reyestr kitabında yazılmışdır; 124 nömrəli inventar işi,xx.xx.2003) Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisində yerləşən 272 saylı evin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 11,5 kv.m-dir. Torpaq sahəsi texniki pasportla 0,1650 ha, faktiki olaraq 0,1830 ha təşkil edir. Ərazi bir tərəfdən yol üç tərəfdən qonşu sahələr ilə əhatə olunmuşdur. Ərazidə sözügedən birmərtəbəli fərdi yaşayış evi aşkarlanmamışdır. Həmin yerdə və ərazi bölünərək üç yerdə birmərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5- 29/1-1461/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ev 272 Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisi olduğundan, Abşeron Rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud deyil. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-18/2-1685/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı məlumatlandırma icraatı qaydasında müraciət ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin surəti təqdim edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış M-517-151 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ərizədə qeyd olunan yaşayış evinin tikintisi ilə bağlı təqdim edilən layihənin memarlıq-planlaşdırma bölməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulan tələblərə uyğunluğunun yoxlanılması üçün torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş sənəd Rayon İcra Hakimiyyətinə təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli məktubda qedy edilən müraciət iddia tələbində nəzərdə tutulmayan 3-cü yeni tikiliyə aiddir. Lakin iddia tələbində qeyd edilmiş 86,6 kv.m, 2-ci bina 74,32 kv.m olan tikililərə dair iddiaçının Abşeron və ya Sabunçu İcra Hakimiyyətinə müraciətinin olub-olmaması barədə məlumatı və ya bu barədə müvafiq təsdiqedici sənədləri yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III.Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nə yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, nə də məlumatlandırma icraatının təbiqi qaydalarına riayət edilməsinə dair sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddiaçının qeydə alınmış hüquqları mənzilin sahəsi 11.5 kv.m. olan 1 otağına olsa da, iddia tələbində mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması tələb edilən fərdi yaşayış evlərinin sahələri 1-ci bina 86,6 kv.m, 2-ci bina 74,32 kv.m-dir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2003-cü il tarixdə Abşeron Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 № li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki tikililərin faktiki göstəriciləri (torpaq sahəsi 976 kv.m, 1-ci bina 86,6 kv.m, 2-ci bina 74,32 kv.m olmaqla) əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7241/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7241/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver