Məhkəmə qərarları › İş №e-2-1(112)-7256/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7256/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7256/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 461124.51 manat pensiya kapitalına müvafiq olaraq güzəştli şərtlərlə pensiyasının 2025-ci il tarixi üçün büdcədə nəzərdə tutulmuş indeksləşdirmə nəzərə alınaraq yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. İddiaçı 2017-ci il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (əvvəlki adı "xxxx" B.V Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “kapitan” vəzifəsində çalışmışdır və hələ də həmin vəzifə üzrə fəaliyyətini davam etdirir. İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmək hüququ yaranmış və ona www.sosial.gov.az saytından müəyyən olunmuşdur ki, 461124,51 manat pensiya kapitalı formalaşmışdır. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdən (pensiya hüququnun yarandığı tarix) güzəştli şərtlərlə pensiya təyin edilərkən, vətəndaşa heç bir məlumat verilmədən pensiya kapitalı azaldılaraq, təxmini 56828,18 manat silinərək 404296,33 manat təşkil etmiş və onun əsasında İddiaçı 2024-cü ilin iyun ayında 3034,59 manat güzəştli şərtlərlə pensiya təyin edilmişdir. O, güzəştli şərtlərlə təyin edilmiş pensiya məbləğinin yanlış hesablanması barədə çalışdığı şirkətə və telefon vasitəsilə qaynar xəttə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Bununla əlaqədar olaraq, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edilmiş və xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 321992/2024 nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, İddiaçı 422071,20 manat sığorta kapitalına uyğun olaraq 3034,59 manat əmək pensiyası təyin edilmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə əsasən, onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq 3034,59 manatdan 3054,47 manata artırılmışdır. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edilərək yenidən 461124,51 manat pensiya kapitalının hansı əsasla silinərək 404296,33 manat olması barədə məlumatın verilməsini və 461124,51 manat pensiya kapitalına müvafiq olaraq güzəştli şərtlərlə pensiyanın 2025-ci il tarixi üçün büdcədə nəzərdə tutulmuş indeksləşdirilmə nəzərə alınaraq, yenidən hesablanaraq təyin edilməsini xahiş etsə də, xx.xx.2025-ci il tarixli, 3-17/2-174/2025 saylı məktubla imtina cavabı almışdır. Daha sonra onun müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli 3-17- 1/2-16717/2025 saylı imtina məktubu almışdır. Beləliklə, əmək pensiyasının hesablanmasına və təyin olunmasına əsas pensiya kapitalı olduğu üçün 461124,51 manat pensiya kapitalına müvafiq olaraq güzəştli şərtlərlə pensiyanın 2025-ci il tarixi üçün büdcədə nəzərdə tutulmuş indeksləşdirilmə nəzərə alınaraq, yenidən hesablanaraq təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində, xx.xx.2025-cı il tarixində Mərkəzi Filiala pensiyanın yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılmış və əlavə olunmuş sənədlərə əsasən iddiaçının pensiyası yenidən hesablanaraq 3034,59 manatdan 3054,47 manata artırılmışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi bildirmişdir ki, Nazirliyın saytından alda edilən məlumata əsasən 461124,51 manat pensiya kapitalına malik olsa da, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilərkən heç bir məlumat verilmədən pensiya kapitalının azaldılmış, təxmini 404296,33 manat əsasında 3034,59 manat güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixli müraciətinə əsasən, onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq 3034,59 manatdan 3054,47 manata artırılmışdır. Daha sonra Mərkəzi Filiala ərizə ilə müraciət edilərək yenidən 461124.51 manat pensiya kapitalının hansı əsasla silinərək 404296,33 manat olması barədə məlumatın verilməsini və 461124,51 manat pensiya kapitalına müvafiq olaraq güzəştli şərtlərlə pensiyanın 2025-ci il tarixi üçün büdcədə nəzərdə tutulmuş indeksləşdirilmə nəzərə alınaraq yenidən hesablanaraq təyin edilməsini xahiş etsə də, imtina cavabı aldığını qeyd edərək məhkəmədən 461124,51 manat pensiya kapitalına müvafiq olaraq guzəştli şərtlərlə pensiyanın 2025-ci il tarixi üçün büdcədə nəzərdə tutulmuş indeksləşdirilmə nəzərə alınaraq yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: iddiaçı L.X2 tərəfindən xx.xx.2024-cu il tarixində guzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 60 yaşının tamamlandığı xx.xx.2024-cu il tarixindən hesablanmışdır. Eyni zamanda bildiririk ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədak olan iş stajının hər tam ilinə 306 manat götürülməklə xx.xx.2006-cı il tarixindan sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindan hesablanır. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasan, xx.xx.2006-ci il tanxinədək Loğman Başırovun ümumi iş stajı 14 il 9 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək olan iş stajına uyğun həmin tarixə onun pensiyasının sığorta hissəsi Qanunun 27-ci maddəsinə əsasən 31,45 manat (14,80 il x 306 manat 144 ay) müəyyən edilərək xx.xx.2024-cu il tarixinədək illər uzrə indeksləşdinlərək 103.54 manat hesablanaraq üzərinə. xx.xx.2006-12-05 2024-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 422071,20 manat sığorta kapitalına uyğun 2931,05 manat (422071 20:144 ay) əlavə edilərək xx.xx.2024-cü il tarixinə əmək pensiyası 3034,59 manat (2931.05 103.54) məbləğində tayin edilmişdir. Bununla əlaqədər, ona keçmiş müddət üçun ödənilməli olan 1957,80 manat pul vəsaiti hesablanmışdır. Hamın vəsait 2024-cu ilin iyun ayında adıçəkilən şəxsin muvafiq kart hesabına köçürulmuşdur. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaolunanlar uzra odanilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda, əmək pensiyası tayin olunan tarixədək ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından İddiaçı 13 12 2024-cu il tarixli müraciətinə əsasən onun əmək pensiyası 12 05 2024-cu il tarixindən yenidən hesablanaraq 3034,59 manatdan 3054,47 manata artırılmışdır Qeyd olunanları nəzərə alaraq Loğman Başırovun əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 132,11 manat pul vəsaiti müəyyən edilmişdir. Həmin vəsait xx.xx.2025-ci il tarixdə əmək pensiyasının üzənnə əlavə olunaraq kart hesabına köçürülmüşdür. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə. əmək şəraiti xususilə zərərlı və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifəların və göstəricilərin) muvafiq icra hakimiyyatı orqanın (qurumun) təsdiq etdiyı siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişiləın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya taminatina imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına munasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğı ildə bır dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gundan sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətı aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı pensiya kapitalının düzgun nəzərə alınmadığını iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının sosial sığorta stajı və pensiya kapitalı tam həcmdə nəzərə alındığından onun tərəfindən verilmiş pensiyanın yenidən hesablanması barədə iddia qanunvericiliyin tələblərinə zıddır və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-62123/2025 nömrəli məktubu ilə təqdim edilmiş pensiya işinə dair sənədlərdən görünür ki: - Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7084/2024 nömrəli “Əmək pensiyası təyin edilməsi barədə” Qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə 3034.59 manat məbləğində pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23085/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən İddiaçı DSMF Xətai bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırki pensiya məbləği 3034.59 manat, yenidən hesablanmış pensiya məbləği 3054.47 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-16717/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 21,05.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 60 yaşının tamamlandığı xx.xx.2024-cü il tarixindən hesablanıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə 01.01,2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 14 il 9 ay 17 gün təşkil edir. Bununla əlaqədar, 01.01,2006-cı il tarixinədək olan iş stajına uyğun həmin tarixə onun pensiyasının sığorta hissəsi Qanunun 27-ci maddəsinə əsasən 31,45 manat (14,80 il x 306 manat: 144 ay) müəyyən edilərək xx.xx.2024-cü il tarixinədək illər üzrə indeksləşdirilərək 103,54 manat hesablanaraq üzərinə, xx.xx.2006- xx.xx.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 422071,20 manat sığorta kapitalına uyğun 2931,05 manat (422071,20:144 ay) əlavə edilərək xx.xx.2024-cü il tarixinə əmək pensiyası 3034,59 manat (2931,05+103,54) məbləğində təyin edilib. Bununla əlaqədar, ona keçmiş müddət üçün ödənilməli olan 1957,80 manat pul vəsaiti hesablanıb. Həmin vəsait 2024-cü ilin iyun ayında adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülüb. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda, əmək pensiyası təyin olunan tarixədək ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə əsasən onun əmək pensiyası xx.xx.2024-cü il tarixindən yenidən hesablanaraq 3034,59 manatdan 3054,47 manata artırılıb. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 132,11 manat pul vəsaiti müəyyən edilib. Həmin vəsaitin cari ayda əmək pensiyasının üzərinə əlavə olunaraq kart hesabına köçürülməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə görə indeksləşdirmə ilə əlaqədar əmək pensiyanız 01.01,2024-cü il tarixindən 3054,47 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixili qərarla hüququn yaranma tarixi xx.xx.2024-cü il olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyası növbəti dəfə dekabr 2024-cü il tarixdə yenidən hesabanmışdır. İddiaçının mövqeyinə görə xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilərkən ona www.sosial.gov.az saytından əldə etdiyi məlumatda fərdi hesabında 461124,51 manat pensiya kapitalı olduğu qeyd edilmiş, lakin sonradan sistemdən əldə etdiyi məlumatda bu kapitalın azaldılığı, heç bir məlumat verilmədən pensiya kapitalının təxmini 56828,18 manat silinərək 404296,33 manat göstərilmişdir. Odur ki, iddiaçı qeyd edilən 461124,51 manat pensiya kapitalı əsasında pensiyanın yenidən hesablanmasını xahiş edir. Beləliklə, işin mübahisələndirilən halı iddiaçının pensiya təyin edilən zaman fərdi hesabında toplanmış pensiya kapitalının məbləği ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Beləliklə, pensiya xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə, xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun yuxarıda adı çəkilən son redaksiyada 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, yəni istifadə olunmamış olsun. Pensiya işində olan pensiya alt sistemi (PAS) məlumatlarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2024-cü il tarixə pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 14 il 9 ay 17 gün staj üçün pensiyanın sığorta hissəsi hər ilə 306 manatdan əsas götürülməklə (14,80 il x 306 manat: 144 ay) müəyyən edilərək hesablanmış və 2024-cü ilin indeksasiya faizi tətbiq edilməklə xx.xx.2024-cü il tarixinədək 103,54 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixdən fərdi hesabda toplanmış kapital 422071,32 manat olmuş, sığorta kapitalı 144 aya bölünərək xx.xx.2024-cü il tarixinə əmək pensiyası 3034,59 manat (2931,05+103,54) məbləğində təyin edilmişdir. PAS-dan çıxarışdan müəyyən olunur ki, may 2024-cü ilə pensiya təyin edilərkən iddiaçının fərdi hesabında yanvar, fevral, mart ayları üzrə məcburi dövlət sosial sığorta haqları qeydə alınmamış, daha sonra iddiaçının müraciəti əsasında pensiyasının yenidən hesablanması nəzərdən keçirilərkən ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığı müəyyn olunmuş, bu zaman fərdi hesabında may 2024-cü il tarixə toplanmış kapital 424934,22 manat təşkil etmiş və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23085/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən pensiya məbləği 3034.59 manatdan 3054.47 manata artırılmışdır. İddiaçı tərəfin iddia etdiyi fərdi hesabda 461124,51 manat və ya sonradan 404296,33 manat kapitalın olması öz təsdiqini tapmamışdır. Hətta, hazırkı halda fərdi hesabda görünən 459353,87 manat kapitalı geriyə-2024-cü ilə qaytardıqda (2025-ci ilin indeksləşmə faizi tətbiq edilməklə) 2024-cü ilin fərdi hesabında yığılmış yuxarıda qeyd edilən 424934,22 manat məbləğinə qayıtdığı müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövr qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar