Məhkəmə qərarları › İş №e-2-1(112)-7258/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7258/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7258/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X3) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi döngə 68,1200 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqa çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etiraz məktubunda bildirmişdir ki, şərti göstərilən torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “çıxarışın verilməsi” tələbi ilə 2-1(112)-1331/2024 saylı inzibati iş mövcuddur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahə digər şəxs X1 iddia etdiyi sahə ilə tam şəkildə üst-üstə düşür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-7258/2024 nömrəli hazırkı iş, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırda 2-1(112)-1331/2024 nömrəli (iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) tələbinə dair) inzibati işlə birləşdirilməli və 2-1(112)-7258/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)- 1331/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, hər iki iş üzrə iddia tələbinin predmetini təşkil edən torpaq sahələri ütüstə düşür. Başqa sözlə hər iki iş üzrə, iddiaçılar eyni torpaq sahəsinə iddia edirlər.Belə olan halda hər iki tələbə eyni icraatda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, işlərin bir icraatda birləşdirilməsinə dair iddiaçının əsaslandırılmayan etirazı, prosessual qanunvericiliyin tələblərinə əsasən işlərin birləşdirilməsinə mane deyildir. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7258/2024 nömrəli (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X3) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1331/2024 nömrəli (iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “çıxarışın verilməsi tələbinə dair) inzibati işə birləşdirilsin. 2-1(112)-7258/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-1331/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar