Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7260/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İran İslam Respublikası vətəndaşı 07 noyabr 1993-cü il təvəllüdlü, A97020441 nömrəli pasporta malik olan İddiaçı müvəqqəti yaşama icazəsinin ləğv edilməsi və ölkə ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı cavabdehin qəbul etdiyi qərar əsassız olduğu üçün həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli müvəqqəti yaşama icazəsi 29 dekabr 2022-ci il tarixli, 8680228-L nömrəli qərarla ləğv edilmiş və şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdən 5 il müddətinə qadağam edilmişdir. Şəxsin müvəqqəti yaşama icazəsinin ləğv edilməsi ilə bağlı qərar və ölkə ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərarlar İddiaçı təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixli sorğu ilə Dövlət Miqrasiya Xidmətinə vəkil sorğusu ünvanlanmış, müvəqqəti yaşama icazəsinin ləğv edilməsi ilə bağlı 29 dekabr 2022-ci il tarixli 8680228-L nömrəli qərar təqdim edilmiş, lakin ölkə ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı qərar iddiaçıya təqdim edilməmişdir. İddiaçının müvəqqəti yaşama icazəsinin ləğv edilməsi və ölkə ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı qəbul olunmuş qərarlar əsassız olmuş, iddiaçının və ailəsinin hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı uzun illərdir müvəqqəti yaşama icazəsi əsasında ölkə ərazisində yaşayır, Azərbaycan Respublikasının vətəndaşı Mehriban Əsgərova adlı xanımla nikahdadır və Mehriban Əsədova hal-hazırda hamilədir. Dövlət Miqrasiya Xidmətinin qaynar xətti ilə əlaqə saxlayan zaman xidmətin əməkdaşları müvəqqəti yaşama icazəsinin ləğv olunmasının əsası kimi şəxs barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin mənfi rəyinin olmasına əsaslanmışdır. İddiaçı uzun illərdir ölkə ərazisində müvəqqəti yaşamaqdadır və sonuncu müvəqqəti yaşama icazəsini xx.xx.2022-ci il tarixdə almışdır. Bir qayda olaraq şəxs müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi zaman şəxsin ölkə ərazində yaşamasının Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaradıb-yaratmadığını araşdırmaq məqsədi ilə Dövlət Təhlükəsizlik xidmətinə bu halın yoxlanılması ilə bağlı müraciət olunur. İddiaçı uzun illər ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsi əsasında yaşamasını və sonuncu yaşama icazəsini xx.xx.2022-ci il tarixdə aldığına əsas götürərək hesab etmək olar ki, Dövlət Təhlükəsizlik Xidmətinin İddiaçıla bağlı rəyləri hər zaman müsbət olmuş və sonuncu müsbət rəy 2022-ci ilin dekabr ayında verilmədiyi üçün İddiaçı müvəqqəti yaşama icazəsi verilmişdir. Müvəqqəti yaşama icazəsi verildikdən bir neçə gün sonra guya Dövlət Təhlükəsizlik Xidmətinin eyni şəxs barəsində mənfi rəy verməsi ağlabatan deyil, iddiaçının Azərbaycan Respublikası ərazisində həkim kimi fəaliyyətini istəməyən şəxslərin sifarişi ilə ölkə ərazisinə girişinin qadağan edilməsi ilə bağlı bildirdikləri isə daha inandırıcı görsənir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxslə bağlı qəbul etdiyi bütün qərarlar tam olaraq qanunsuz və əsassız olduğunda müvəqqəti yaşama icazəsinin ləğv edilməsi və ölkə ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qəbul olunmuş qərarlar ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsin MYİ müddətinin uzadılması ilə bağlı xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin müvafiq icra hakimiyyətinin məktubuna əsasən İddiaçı ölkə ərazisində arzuolunmaz hesab edilməsi ilə bağlı şəxs barəsində qəbul edilmiş sözügedən qərar Miqrasiya Məcəlləsinin 50.1.10-cu maddəsinə əsasən DMX tərəfindən ləğv edilmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İnzibati akt şəxsin ölkədə olmaması səbəbindən xx.xx.2022-ci il tarixdə onun elektron poçt ünvanına (mailto:asvarroshan@yahoo.comElektron ünvan ) göndərilmişdir. Bununla da, şəxs barəsində qəbul edilmiş sözügedən inzibati akt “İnzibati icraat haqqında” Azərbayvan Respublikasının 62.2-ci maddəsinə əsasən ona vaxtında çatmış hesab olunduğundan şəxs tərəfindən şikayət müddətinin ötürüldüyü görünməkdədir. Bu əsaslara görə iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2022-cü il tarixli-ci il tarixli qərarı mübahisələndirir. Həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından və iddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə əməl edilməsin qənaətinə gəlir. Cavabdeh məhkəməyə verdiyi vəsatətində qərarın iddiaçının elektron poçt ünvanına göndərildiyini bildirmiş, lakin bu barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfələrin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 dekabr 2022-ci il tarixli, 8680228-L nömrəli qərarının surətindən görünür ki, “İran islam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi məsələsinə baxılması zərurəti yaranmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müvəqqəti yaşama icazəsinin ləğv edilməsi üçün əsas olan halın mövcud olduğu və onun 25 dekabr 2022-ci il tarixdə ölkə ərazisini tərk etdiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsini maddəsini rəhbər tutaraq, İran İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş 686728 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilməsi qərara alınmışdır”. İddiaçı hazırda cavabdehin 29 dekabr 2022-cü il tarixli, 8680228-L nömrəli qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. xx.xx.1998-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X3 Sistemi vasitəsi ilə həyata keçirilir. 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. Sadalanan normalardan göründüyü kimi, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla verilir. Baxılan işdə cavabdeh orqan Dövlət Təhlükəsizlik Xidmətinin rəyini nəzərə alaraq iddiaçıya verilmiş MYİ ləğv etmişdir. Buna hüquqi əsas kimi isə Məcəllənin 50.1.10-cu maddəsinə əsasən iddiaçının həmin rəyə əsaslanaraq Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edilməsi göstərilmişdir. Qərarın qəbul edilməsini faktiki əsasının araşdırılması ilə bağlı məhkəmə tərəfindən cavabdehə sorğu verilmiş və müvafiq icra hakimiyyəti orqanının (DTX-nin) rəyinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Həmin rəy qapalı məhkəmə iclasında məhkəmə tərəfindən tədqiq edilmiş və iddiaçının arzuolunmaz şəxs hesab olunması ilə bağlı rəyin əsaslandırılması ilə məhkəmə tanış olmuşdur. Rəy əsaslandırılmış və iddiaçının Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edilməsi ilə bağlı motivlər göstərilmişdir. Cavadehin həmin rəyə istinad edərək iddiaçıya verilmiş MYOİ-nin ləğv edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7260/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7260/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver