Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7270/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Alfrat qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Alfrat qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 36199 saylı, xx.xx.2007-ci il tarixli “11/12 – 3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə”yə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-ci il tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-in cənub-şərq ərazisindən Kosmik Tədqiqatlar EİB-in (hazırda - Azərbaycan Milli Aerokosmik Ağentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (“Günəş-3” Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-ci il tarixli qərarının icrası ilə əlaqədar Memarlıq-planlaşdırma idarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4,68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinə onlara ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3” Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, bu və digər bu kimi səbəblərdən sahədən təyinatı üzrə istifadə etmədiyinə görə xx.xx.1999-cu il tarixdə Azərbaycan Milli Aerokosmik Ağentliyinin (AMAKA) nəzdində yaradılmış “Günəş- 3” Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmişdir. Həmin tarixli ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmiş, o cümlədən AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan X11 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona üzvlük kitabçası verilmiş və 11/12 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına, o cümlədən X6 vəsaiti hesabına “Günəş-3” Bağçılıq yoldaşlığının sədri mərhum Elmar Hacıyevin rəhbərliyi ilə bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. Belə ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin ən azı 5 daş hündürlüyündə hasarlanması tələb edilirdi. Yalnız X4 və İstismarı Birliyinin ərazi üzrə nümayəndəsi həmin sahəyə baxış keçirdikdən və müvafiq bağ sahəsinin istifadəçisi tərəfindən hasara alındığını müəyyən etdikdən sonra üzvlük kitabçaları əsas sənəd kimi qəbul edilirdi. Bildirirlər ki, X11 xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağının üzvlük kitabçasını sahəsinin müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni xx.xx.2005-ci il tarixdə xx/xx-3754/3755 nömrəli bağ sahəsi X6 istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş, X4 və İstismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmiş və bağ sahəsi dördüncü sırada yerləşir. Qeyd edirlər ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq qaydada müqavilə bağlanması tələb edilirdi. Hazırkı iddianın predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 11/12 nömrəli bağ sahəsi də eyni qaydada Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2005-ci il tarixli xx/xx-3754/3755 nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən 10 il müddətinə X6 istifadəsinə verilmişdir. 2007-ci ilin yanvar ayında X11 istifadəsində olan xx/xx-3754/3755 nömrəli bağın İddiaçı istifadəsinə verilməsi barədə razılığa gəlir. Bu məqsədlə, X11 1 saylı DNK-da xx.xx.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan xx/xx-3754/3755 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Eyni zamanda, X6 ailə üzvü olan anası X12 da, 1 saylı DNK-da xx.xx.2007-ci il tarixli, reyestrdə 7k08/784 nömrə ilə qeyd edilmiş ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan xx/xx-3754/3755 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, İddiaçı xx.xx.2007-ci il tarixli 947 qeydiyyat nömrəli ərizə ilə Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyinə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki xx/xx-3754/3755 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2007-ci il tarixli 947 qeydiyyat nömrəli ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni xx.xx.2007-ci il tarixli, xx/xx-3754/3755 nömrəli bağ sahəsi X6 istifadəsində olmuş və bağ sahəsinə görə xx.xx.2007-ci il tarixdə X4 və İstismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2007-ci il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə İddiaçı ayrılandan sonra X11 tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara İddiaçı tərəfindən əlavə 5 daş hörülmüş, lakin sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Lakin, İddiaçı mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində İddiaçı maddi imkanı nisbətən düzəldiyindən, həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyata alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə DƏDRX-in1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin, yəni X7 adına qeydiyyat aparıldığı bildirilmişdir. Qeyd edirlər ki, həmin sahəyə DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən İddiaçı tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuşdur. Belə ki, “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində mübahisə predmeti olan X2 adına 13(13/3756) saylı bağ torpaq sahəsi, ümumiyyətlə mövcud olmamışdır. Beləliklə, təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuş, Natavan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da, müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X2 adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X5 Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.2015-cı il tarixdə verilmiş etibarnamə əsasında həmin şəxs tərəfindən xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında X9 RX seriyalı ******* saylı 27 10 2015- ci il tarixli çıxarış verilmişdir. Beləliklə, göründüyü kimi, İddiaçı qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, qanunla onun mülkiyyətinə verilmiş bağ sahəsinin özgəninkiləşdirilməsinə nail olmuşlar. Yuxarıda qeyd edilənlərdən görünür ki, hazırkı iş üzrə iddiaçıya verilən torpaq sahəsinin ayrılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərin təsdiq olunmuş surəti təqdim edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhər İHBAAPBTİD X4 və İstismarı Birliyi ilə bağlanmış 3619 saylı xx.xx.2007-ci il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi xahiş edilmiş, lakin Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin onun qanuni istifadəsində olmadığı müəyyən edilmişdir, belə ki, sahə digər şəxs tərəfindən hasarlanmış və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1921/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin imtinanı qanunsuz və əsassız hesab edirlər. İmtinanın birinci əsası ondan ibarətdir ki, İdarənin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin onun qanuni istifadəsində olmadığı müəyyən edilmişdir, belə ki, sahə digər şəxs tərəfindən hasarlanmış və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İmtinanın həmin hissəsi tamamilə əsassızdır. Əvvəla ona görə ki, göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olub-olmadığını müəyyən etmək İdarənin mütəxəssislərinin səlahiyyətləri daxilində deyil. Belə ki, nə qədər ki, həmin bağ sahəsinə dair Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı, xx.xx.2007ci il tarixli “xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmişdir və həmin müqavilə qüvvədə olarkən konkret olaraq həmin müqavilənin qüvvəyə minməsindən cəmi 3 ay sonra Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 2 may 2007-ci il tarixli Sərəncamının 2-ci bəndinə əsasən həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır, bu halda iddiaçıya verilən torpaq sahəsinin ayrılmasının qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi və göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin mübahisəsiz halıdır. Digər tərəfdən, ən yaxşı halda İdarənin mütəxəssisləri göstərilən torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olub-olmadığını müəyyən edə bilərdi. Belə olan halda, iddiaçı qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb etməkdə tamamilə haqlıdır. İmtinanın ikinci əsasıondan ibarətdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-1(82)-132/2019 saylı xx.xx.2019cu il tarixli qərarı ilə İddiaçı tərəfindən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1921/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hesab edirlər ki, bu halın da işin nəticəsinə heç bir təsiri ola bilməz. Ona görə ki, hazırkı iddia tələbi həmin iddia tələbi ilə eyni deyildir. Nəhayət, imtinanın sonuncu, hüquqi əsaslandırması da iddiaçıya münasibətdə tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli 2186 №-li sərəncamının 2-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Hazırda iddiaçı da məhz həmin qanunvericilik aktlarını rəhbər tutub, özünün qanuni istifadəsində olan həmin bağ sahəsini əvəzsiz qaydada onun mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsini, yəni torpaq sahəsinin yerinin müəyyən edilərək, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb edir. Cavabdeh isə formal əsaslar gətirərək bundan imtina edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş **********05 və **********56 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin iddiaçı qanuni istifadəsində olmadığı müəyyən edilmişdir. Belə ki, sahə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İddiaçı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldırmış, 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1921/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən bu məsələyə qiymət verilmişdir, lakin iddiaçı yenidən eyni iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-B-0598-8/2024 nömrəli məktubla imtina edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 7 may 2025-ci il tarixli, 3-21- 3-30/2-18202/2025 nömrəli məktubla X4 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 36199 saylı müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən xx/xx-3754/3755 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri və ortofo görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi xx/xx-3754/3755 saylı bağ sahəsi ilk öncə X10 ayrılmış, sonradan tərəflərin razılığı ilə xx.xx.2007-ci il tarixli, 36199 saylı müqavilə əsasında həmin bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçının faktiki olaraq göstərdiyi bağ sahəsi isə əvvəlcə “13/3756” sayı altında X3 adına, sonradan isə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1921/2019 saylı, xx.xx.2019-cu il tarixli qararına əsasən müəyyən edilmişdir ki, iddiaçı əvvəllər cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən xx/xx-3754/3755 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-132/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi 13/3756 saylı bağ sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, 0.12 ha sahəsi olan bağ 13/3756 saylı bağ sahəsi kimi üçüncü şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsinin üst-üstə düşmədiyini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
15. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İşin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi - xx/xx-3754/3755 saylı bağ sahəsi ilk öncə X10 ayrılmış, sonradan tərəflərin razılığı ilə xx.xx.2007-ci il tarixli, 36199 saylı “Bağın istifadəyə verilməsi haqqında” müqavilə əsasında həmin bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. O, ona ayrılmış xx/xx-3754/3755 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyatını əvvəllər inzibati məhkəmə icraatında mübahisələndirsə də, onun tələbi qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən təmin edilməmişdir. Məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi 13/3756 saylı bağ sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, 0.12 ha sahəsi olan bağ 13/3756 saylı bağ sahəsi kimi üçüncü şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsinin üst-üstə düşmədiyini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçının faktiki olaraq göstərdiyi bağ sahəsi əvvəlcə “13/3756” sayı altında X3 adına, sonradan isə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
19. İddiaçı isə hazırda cavabdehdən hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olan xx/xx-3754/3755 saylı bağ sahəsi üzərində hüquqlarının torpaq sahəsinin faktiki yerinin cavabdeh tərəfindən müəyyən edilməklə dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir.
20. İddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı cavabdehin dəlilləri isə ondan ibarət olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmadığı müəyyən edilmişdir. Belə ki, sahə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İddiaçı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldırmış, 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1921/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-132/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən bu məsələyə qiymət verilmişdir, lakin iddiaçı yenidən eyni iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İlk öncə mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin inzibati mübahisə üzrə iddiaçının tələbi onun tərəfindən faktiki olaraq göstərilmiş xx/xx-3754/3755 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olmuş, hazırki mübahisədə də, iddiaçının hüquqi marağı faktiki olaraq xx/xx-3754/3755 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması olsa da, o, tərəfindən əvvəllər göstərilmiş eyni torpaq sahəsi üzərində hüquqların qeydiyyatını mübahisələndirmir, əksinə torpaq sahəsinin yerinin cavabdeh tərəfindən müəyyənləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Göründüyü kimi, tələblər fakttiki olaraq eynilik təşkil etmir.
22. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə isə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi xx/xx-3754/3755 saylı bağ sahəsi faktiki olaraq onun istifadəsində deyildir. Onun əvvəllər xx/xx-3754/3755 saylı bağ sahəsi kimi göstərdiyi sahə 13/3756 sayı altında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. İddiaçı hazırda ona ayrılmış xx/xx-3754/3755 saylı bağ sahəsinin yerini dəqiq bilmir və həmin bağ sahəsinin yerinin cavabdeh tərəfindən müəyyən edilməsini xahiş edir. Torpaq sahəsinin dəqiq koordinatları mövcud olmadığından onun naturada dəqiq yerini müəyyənləşdirmək də mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və torpaq sahəsinin yerinin onun tərəfindən tam bilinməməsi, yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir.
23. Göründüyü kimi, cavabdehin dəlilləri qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmamışdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva