Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-730/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Müşviq oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “təyin edilmiş əmək pensiyasının onun xidmət və güzəştli xidmət illəri tam nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 iyul 1994-cü il tarixdən 31 may 2006-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında, 31 may 2006-ci il tarixdən 4 noyabr 2016-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, Nazirliyin balansında olan yanğınsöndurən gəmiləri Vixr 10 və Vixr 7-də (Вихрь 10, Вихрь 7) yanğınsöndürən kimi xidmət etmişdir. 9 dekabr 2016-ci il tarixdən İddiaçı əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun xidmət və güzəştli xidmət illəri düzgün hesablanmamış, bunun nəticəsində ona yaşa görə əmək pensiyası düzgün təyin edilməmişdir. Belə ki, iddiaçı 1 iyul 1994-cü il tarixdən 31 may 2006-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında, Nazirliyin balansında olan yanğınsöndürən gəmiləri Vixr 10 və Vixr 7-də (Вихрь 10, Вихрь 7) yanğınsöndürən kimi xidmət etmişdir. İddiaçının xidmət dövründə Daxili işlər Nazirinin “müharibə zonasında xidmət edən hərbi qulluqçuların 1 günlük xidməti 2 gün hesablanması barədə” daxili əmri olduğunu bildirmişdir. Sözügedən əmrin mövcudluğu barədə AR Daxili İşlər Nazirliyinə vəkil sorğusu göndərilmiş, lakin həmin sorğuya faktiki olaraq cavab verilməmişdir. 30 oktyabr 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. 14 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilən məktunda yuxarıda qeyd edilən məsələlər araşdırılmamışdır. Cavabdehin 28 noyabr 2023-cü il tarixli 3-17-1/2-D-278540/2023 saylı məktubunda İddiaçının təminat xərcliyinin 1129.2 (bir min yüz iyirmi manat, iyirmi qəpik) olduğu bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 9 dekabr 2016-ci il tarixli, 12/12/xr-2936 saylı məktubunda iddiaçının iş stajı 25 il 2 ay 3 gün xidmət müddəti olduğu qeyd ediilmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2- D-278540/2023 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 9 dekabr 2016-cı il tarixli 12/12/xr-2936 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, 5 noyabr 2016-cı il tarixdən Mərkəzi Filial tərəfindən 25 il 2 ay 3 gün (təqvimi xidmət illəri 22 il 4 ay 3 gün, güzəştli xidmət illəri 2 il 10 ay 10 gün) xidmət müddəti üçün müvafiq təminat xərcliyinin (vəzifə maaşı-230,00 manat, rütbə maaşı-102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-99,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-57,50 manat, dəniz faizinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavəsi-172,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 725,60 manat) 70 faizi - 507,92 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona ödənilmişdir. İddiaçı Məmmədrəhim oğlunun 1 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 545,49 manat müəyyən edilmişdir. 1 mart 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 568,03 manat müəyyən edilmişdir. 1 may 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 650,69 manat müəyyən edilib. 1 sentyabr 2019-cu il tarixdən İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 397,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 154,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 99,25 manat, vəzifə maaşının 75 faizi miqdarında dəniz faizinə görə əlavəsi 297,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1129,20 manat təşkil etmişdir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərcliyinin 10 faizi. -natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün onun təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (725,60 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1129,20 manat) arasındakı fərq məbləğinin (403,60 manat) 65,34 faizi-263,71 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (507,92 manat) üzərinə əlavə olunmaqla 771,63 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Əlavə olaraq, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 848,79 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 973,56 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Əlavə olaraq, İddiaçı əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxılacaqdır. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus 006533 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən 70 % görə xx.xx.2021-ci il tarixdən ömürlük 507,92 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus ЖT 014580 №-li diplomun surətindən görünür ki, İddiaçı 1983- 1986-cı illdərdə Azərbaycan Dəniz Balıq Sənaye Texnikomunda “gəmi soyuducu qurğularının istismarı” ixtisasında təhsil almışdır. İddiaçıya məxsus ИT ******* №-li əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1989-cu ildən – xx.xx.1989-cu ilədək 4-cü dərəcəli fəhlə vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək və xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək çəkməci vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək ayaqqabı ustası peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək çəkməci peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək menecer vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından mühafizə orqanlarında xidmət etmiş, xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (fövqəladə hallar orqanlarında) xidmət keşmişdir. Fövqəladə Hallar Nazirliyinin xx.xx.20025-ci il tarixli, 3-18/2-600/2025 nömrəli məktubundan görünür ki, X1 “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbacan Respublikası Qanunu”nun 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifələrdə xx.xx.1994-cü il tarixdən 0411.2016-cı il tarixədək xidmət keçmiş, xidmətkeçməsinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə Qanunun 33.1.11-ci maddəsinə uyğun olaraq xitam verilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixloi 3-17- 1/2\D-278340/2023 nömrəli imtina məktubu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İmtina məktubu cavabdehin iddia tələbinə dair etirazında göstərilən əsaslarla eynilik təşkil edir. İddiaçının pensiya işində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Müdafiə Fonduna təqdim olunan 12/12/xr-2936 №-li Məlumat Vərəqəsindən görünür ki, daxili xidmət baş çavuşu İddiaçı vəzifəsi X3 XidmətininAzərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yangından mühafizə İdarənin “Vixr-7yanğınsöndürmə gəminin 1-ci dərəcəli matros – böyük yangınsöndürücüsi”, təqvim üzrə xidmət illəri (22 il 04 ay 03 gün), güzəştli xidmət illəri (02 il 10 ay), cəmi iş stajı və xidməti illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidməti illəri, güzəştli xidmət illəri) (25 il 02 ay 03 gün), ehtiyyata buraxıldığı tarix (xx.xx.2016), ehtiyyata buraxıldığı maddə - “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununun 33.1.11-ci maddəsi, vəzifə maaşı (230 manat), rütbə maaşı (102 manat), xidmət illərinə görə əlavə (99.6 manat), ərzaq payı əvəzinə kompensasiya (64 manat), məharət dərəcəsinə görə əlavə (57.5 manat), dəniz faizi (172,5 manat), cəmi 725,00 manat olmuşdur. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın surətindən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 8122.90 manat pensiya kapitalı vardır.
Tətbiq edilən hüquq.
9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.
Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.1.20. (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən)xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında. (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən) 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən)
10. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 dekabr 2006-cı il 499 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
11. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. (maddənin 06 mart 2018-ci il tarixədək olan redaksiyasına əsasən) 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərini təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinin tətbiqi əsasında əmək pensiyasının hesablanması hüquqi baxımdan əsassız olmuşdur və bu yanaşma qanunvericilikdə müvafiq normativ tənzimləmələrin mahiyyətinə uyğun gəlmir.
13. Qanunun müvafiq müddəalarının təhlili əsasında aydın olur ki, fövqəladə hallar orqanlarında xidmət edən şəxslər xidmətin hüquqi təbiətinə görə fərqli statuslara malik olan üç əsas kateqoriyaya bölünürlər: hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları. Bu üçlüyün hüquqi statusları, sosial təminat hüquqları və pensiya təminatı ilə bağlı normativ baza müxtəlifdir və bu səbəbdən hər biri üzrə hüquqi rejim fərqli şəkildə tənzimlənir. Qanunun 20.14.1-ci maddəsi isə yalnız spesifik hallarda, müvafiq kateqoriyaya aid olan şəxslərə münasibətdə tətbiq edilə bilər.
14. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun müəyyənləşdirilməsi kontekstində, onun xidmət keçdiyi orqan – yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi – və orada tutduğu vəzifə, eyni zamanda daşıdığı xüsusi rütbə, onu "xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan əməkdaş" statusuna aid edir. Bu status isə Qanunun 20.14.1-ci maddəsinin deyil, 20.28.1 və 20.28.2-ci maddələrinin tətbiqini zəruri edir. Bu hüquqi nəticəyə gəlmək üçün zəruri olan hüquqi baza, Qanunun 20.1.20-ci maddəsində konkret olaraq nəzərdə tutulmuşdur ki, həmin maddənin şərtlərinə cavab verən şəxslərə münasibətdə müvafiq pensiya hüquqları yalnız 20.28-ci maddələrin tələbləri ilə müəyyən edilməlidir.
15. İş materiallardan aydın olur ki, iddiaçının pensiya hüququ 05 noyabr 2016-cı il tarixində yaranmış, iddiaçı xüsusi rütbəli şəxsdir, onun xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. Bu hallar işin mübahisələndirilməyən hallardır. İddiaçı ilə cavabdeh arasında pensiya təminatı ilə bağlı hüquq münasibətin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin normalarının məzmununa əsasən, fövqəladə hallar orqanlarında xüsusi rütbə daşıyan vəzifələrdə xidmət etmiş, müvafiq yaş həddinə çatmış və ya əlil olmuş şəxslərə pensiya aşağıdakı prinsiplər əsasında hesablanmalı idi: - Əgər əməkdaş xüsusi rütbəli vəzifədən 5 il xidmət keçmişdirsə, bu hal ona orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır; - Əgər əməkdaş xüsusi rütbəli vəzifədən 5 ildən 10 ilə qədər xidmət keçmişdirsə, bu halda pensiyası orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır və 5 ildən artıq hər il üçün orta aylıq əməkhaqqının 2 faizi əlavə olunmaqla
16. İş materiallarından isə görünür ki, iddiaçının xidmət illəri və xidmət etdiyi vəzifənin xarakteri bu hüquqi meyarlara tam cavab verir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış, xüsusi rütbəli vəzifədə xidmətini başa vurmuş şəxs olduğundan, o, Qanunun 20.1.20-ci maddənin tələblərini tam ödəyir. Bu isə, hüquqi baxımdan onun pensiya təminatının adıçəkilən Qanunun 20.28.1 və 20.28.2-ci maddələri əsasında hesablanmalı olduğuna dəlalət edir.
17. Məhkəmə hesab edir ki, cavabdehin bu kontekstdə yanlış norma tətbiqi vətəndaşın qanunla təmin olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olur. Nəticə etibarı ilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixədək olan redaksiyasına uyğun hesablanmalıdır.
18. Məhkəmə, iddiaçının təqdim etdiyi xidmət stajı ilə bağlı sənədləri və mübahisələndirilməyən halları nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçının fövqəladə hallar orqanlarında keçdiyi xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. İddiaçının xidmət stajı ümumilikdə 25 ildən artıq olduğu üçün bu xidmət qarşılığında onun pensiyası orta aylıq əməkhaqqının 85 faizi həcmində müəyyən edilir. (İlk 5 il üçün 45 %+ sonrakı 20 il üçün+ 2ay üçün+ 3 gün üçün: 20 il × 2 % = 40 %; 2 ay üçün 0,34 % + 3 gün üçün) Cəmi: (45 % + 40 % )+ 0,34 %+0,018 %= 85,358 % )
19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir
20. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
22. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova