Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7309/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablaması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial ÖdənişlərinTəyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı (xx.xx.1933, AA*******, fin xxxxxxx) ümumi əmək, təhsil və hərbi stajına uyğun olaraq yığılmış stajına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin olandan hazırkı tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehlər üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək veteranı olmaqla ona təyin olunmalı olan, amma düzgün təyin olunmayan pensiyanın düzgün təyin olunması və verilməyən pensiyanın qalıq məbləğini (600.000 azn) birdəfəlik müavinat kimi almasına kömək edilməsini xahiş etmişdir. O, Dövlət Neft Şirkətində baş mühəndisin müavini, şöbə müdirinin müavini, neft mühəndisi işləmişdir. Onun maaşına uyğun pensiyası azı 2.000- 3.000 manat olunmalı idi. Pensiyaya təxmini 1988-1999 tarix aralığında çıxmışdır. Pensiya stajı isə 40 ildən çoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehlər sırasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla ona təyin edilmiş yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan iddiaçı X3 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildiririk ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.1993-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” X1 7-ci maddəsi tətbiq edilməklə iddiaçının əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun otaraq ölən dövr üçün hesablanan pensiyanın ürnumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının müraciəti ilə əlaqədar onun əmək pensiyası Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli qərarı ilə yenidən hesablanaraq müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixdən 256,11 manat müəyyən edilmişdir. Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixdən) hesablanmış fərq məbləği iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığını hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Fərdi hesabın yığım hissəsi sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Qeyd olunanlara əsasən iddiaçının fərdi hesabın yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiya sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanm fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü yarımbəndinə uyğun olaraq, Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01,2006-cı il tarixinədək) sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı 01.01,2006-cı il tarixədək 51 il 8 ay 1 gün sığorta stajına (xx.xx.1950-ci il tarixdən xx.xx.1955-ci il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) uyğun olaraq, 01.01,2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində 8783,33 manat məbləğində pensiya kapitalı qeydə alınmışdır. İddiaçı 01.01,2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (8783,33 manat) indeksləşdirilərək xx.xx.2018-ci il tarixi üçün 36879,84 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Buradan, SH=36879,84:144=256,11 manat. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 370,95 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 425,48 manata çatdırılmışdır. İddia tələbindən görünür ki, İddiaçı ona ödənilməmiş pensiya məbləğinin 1993-cü il tarixdən birdədəlik ödənilməsini xahiş edir. Lakin Qanunun tələblərinə müvafiq olaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Yuxanda Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə Qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-7309/2023 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-139447/2023 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən və inzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nəsimi şöbəsinin 412567 nömrəli Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli qərarla xx.xx.1993-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. -İddiaçıya aid pensiya təyinatına əsas verən sığorta stajının hesablanması cədvəlindən görünür ki, İddiaçı xx.xx.1992-ci ilədək 41 il, 2 ay, 13 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 10 il, 5 ay, 18 gün, cəmi 51 il, 8 ay, 1 gün ümumi sığorta stajı vardır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə X6 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli Qərardan görünür ki, iddiaçının hazırkı pensiya məbləği 354 manat 29 qəpikdir. Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2022, müddətsiz. Yenidən hesablanmış məbləğ 354 manat 29 qəpik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 2117758/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarı ilə müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixindən 51 il 8 ay 1 gün əmək stajına uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı diplomunun surətinə əsasən xx.xx.1950-ci il tarixindən xx.xx.1955-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1955-ci il tarixindən xx.xx.1963-cü il tarixinədək, 01,08.1963-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 51 il 8 ay 1 gün sığorta stajı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən iddiaçının 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanmışdır: (51 il + 8 ay /12 ay) x 1,94=100,22 manat. Pensiyanın sığorta hissəsinin xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 354,85 manat təşkil edir: xx.xx.2011- 85 (baza hissə)+100,22=185,22 xx.xx.2012- 85 (baza hissə)+(100,22+100,22x7,9%)=193,13 xx.xx.2013- 85 (baza hissə)+(108,13+108,13x1,1%)=194,31 xx.xx.2014- 100 (baza hissə)+(109,31 + 109,31x2,4%)=211,94 xx.xx.2015- 100 (baza hissə)+(111,94+111,94x1,4%)=213,50 xx.xx.2016- 100 (baza hissə)+(113,50+113,50x4,0%)=218,04 xx.xx.2017- 110 (baza hissə)+(118,04+118,04x12,4%)=242,67 xx.xx.2018 - 242,67+242,67x5,7%=256,50 xx.xx.2019 - 256,50+256,50x3%=264,20 xx.xx.2020 - 264,20+264,20x16,6%=308,06 xx.xx.2021 - 308,06+308,06x11,4%=343,18 xx.xx.2022 - 343,18+343,18x3,4%=354,85 Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 371,10 manat müəyyən edilib: 354,85 + (200/12) = 371,10 manat. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 425,48 manata çatdırılmışdır:xx.xx.2023-371,10 + 371,10 x 14,7% = 425,48 manat. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-235080/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarı ilə müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixindən 51 il 8 ay 1 gün əmək stajına uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı diplomunun surətinə əsasən xx.xx.1950-ci il tarixindən xx.xx.1955-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1955-ci il tarixindən xx.xx.1963-cü il tarixinədək, xx.xx.1963-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 51 il 8 ay 1 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən iddiaçının 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanmışdır: (51 il+8ay/12ay)x1,94=100,22 manat. Pensiyanın sığorta hissəsinin xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 354,85 manat təşkil edir: xx.xx.2011 - 85 (baza hissə)+100,22=185,22 xx.xx.2012 - 85 (baza hissə)+(100,22+100,22x7,9%)=193,13 xx.xx.2013 - 85 (baza hissə)+(108,13+108,13x1.1%)=194,31 xx.xx.2014 - 100 (baza hissə)+(109,31+109,31x2,4%)=211,94 xx.xx.2015 - 100 (baza hissə)+(111,94+111,94x1,4%)=213,50 xx.xx.2016 - 100 (baza hissə)+(113,50+113,50x4,0%)=218,04 xx.xx.2017 - 110 (baza hissə)+(118,04+118,04x12,4%)=242,67 xx.xx.2018 - 242,67+242,67x5,7%=256,50 xx.xx.2019 - 256,50+256,50x3%=264,20 xx.xx.2020 - 264,20+264,20x16,6%=308,06 xx.xx.2021 - 308,06+308,06x11,4%=343,18 xx.xx.2022 - 343,18+343,18x3,4%=354,85 Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 371,10 manat müəyyən edilib: 354,85 + (200/12) = 371,10 manat. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 425,48 manata çatdırılmışdır: xx.xx.2023 - 371,10 + 371,10 x 14,7% = 425,48 manat Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-40467/2/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq sizə xx.xx.1993-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsi tətbiq edilməklə pensiyanızın ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım əlaqədar uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək ilə qədar əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 354,29 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına - münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 370,95 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanız indeksləşdirilərək həmin tarixdən 425,48 manata çatdırılıb. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1933-cü il təvəllüdlü olmaqla ona xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının diplom, hərbi xidməti və əmək kitabçası qeydləri nəzərə alınmaqla ümumilikdə iş stajı 51 il 8 ay 1 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda. -17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. -23-cü maddəsinə əsasən işləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr nəzərə alınmadan 50 faiz məbləğində ödənilir. -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. İddiaçıya aid pensiya işindən görünür ki, ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.1993-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya həmin vaxt təqdim etdiyi 1991-1993-cü illərin orta aylıq əmək haqqı məbləği əsasında hesablanmışdır. Belə ki, X4 İstehsalat Birliyinin 1993-cü il oktyabr ayında təqdim etdiyi əmək haqqı cədvəllərinə əsasən 24 ay üçün yəni 1991-ci ilin 3 ayı, 1992-ci ilin 12 ayı, 1993-cü ilin 9 ayının orta aylıq əmək haqqı (1991-ci ilin oktyabrından-1993-cü ilin sentyabrına qədər olan dövr) 76816,67 manat təşkil etmişdir. Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının 1993-cü ilə iş stajı 43 il olmaqla tələb olunan 25 il staja uyğun 60%+ 25 ildən artıq 18 il üçün 36% olmaqla cəmi orta əmək haqqına yol verilən həddə-85% faiz tətbiq edilmişdir. Həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78ci maddəsinin tələbinə əsasən pensiya məbləğinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan məbləğdə yol verildiyindən həmin vaxt minimum əmək pensiyasının 3 qat məbləği 50.000 manat təşkil etmişdir. İddiaçının son 24 ay üçün orta aylıq əmək haqqı 76.816,67 manat təşkil etdiyindən ona pensiya maksimum 50.000 manat əmək haqqından hesablanmışdır. Bundan əlavə, Qanunun 23-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı işləməkdə davam etdiyindən ona təyin olunmuş pensiyanın 50% məbləğində pensiya hesablanaraq ödənilmişdir. İddiaçı işləməkdə davam edən pensiyaçı kimi əmək haqqısı yüksək olduğundan sonrakı illərdə də illik inflayasiya faizlərinə nisbətdə orta əmək haqqının məbləği artmaqda davam etmiş, lakin yenə də Qanunun 78-ci maddəsinin tələbi respublika üzrə qoyulmuş həddi keçməməklə orta əmək haqqından hesablanmanı tələb etdiyindən iddiaçıya yalnız yol verilən maksimal həddə əmək haqqından hesablanaraq ödənilmişdir. Belə ki, 1997-ci ildə respublika üzrə minimum orta əmək haqqının 3 misli 90.000, 2001-ci ildə 180.000, xx.xx.2003-cü ildə 255.000 manat olduğundan iddiaçının aldığı orta aylıq əmək haqqının məbləği qeyd edilən 3 misli keçdiyindən ona yenə də maksimal tələb olunan həddə əmək haqqından pensiya hesablanaraq ödənilmişdir. İddiaçı 2000-ci ildə işdən çıxmış, bu zaman onun pensiyası son 24 ayın əmək haqqı əsas götürülməklə yenidən hesablanmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 86-cı maddəsinə əsasən pensiya təyin edildikdən sonra azı 24 ay işləmiş və pensiyanın hesablanması üçün əsas götürülmüş gəlirdən daha yüksək gəlir əldə etmiş pensiyaçıların pensiyalarının məbləği onların ərizələrinə əsasən həmin müddətdə ardıcıl gələn 24 ayın gəliri əsasında müəyyən edilir. Pensiyanın hər növbəti hesablanması pensiyaçı əvvəlki hesablamadan sonra azı 24 ay işlədikdə aparıla bilər. Başqa sözlə, pensiya təyin edildikdən sonra azı 24 ay işləmiş və sonradan işdən azad edilmiş pensiyaçıların pensiyası son ardıcıl 24 ayın gəliri üzrə hesablanmasına əsas verirdi. Qeyd edilən 86-cı maddə 26 iyun 1997-ci il tarixli 358-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarıldığından, iddiaçının isə işdən çıxdığı 2000-ci ilə təsadüf etdiyindən onun qeyd edilən maddənin tələbi əsasında son 24 ayın gəliri (1998- 2000-ci illər) götürülməklə daha yüksək gəlirə görə pensiyaların yenidən hesablanmasını tələb etməyə hüquqi əsası aradan qalxmışdır. Yalnız xx.xx.2006-cı il tarixdən qüvvəyə minən yeni qanunla- “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində işləyən əmək pensiyaçılarının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldıldığı qeyd edilmişdir. Başqa sözlə, pensiyaya çıxmış, lakin işləməkdə davam edən əmək pensiyaçılarının xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək pensiyaya çıxdığı halda onların işdən çıxdıqları son 24 ayın əmək haqqısı əsasında pensiya məbləğinin hesablanması qanunla nəzərdə tutulmamışdır. Qeyd edilən məhdudiyyət yalnız xx.xx.2006-cı il tarixdə ƏPQ-nun qəbul edilməsi ilə aradan qalxmış, nəticə etibarı ilə iddiaçıya 1993-cü ildə təyin edilmiş pensiyanın əmək haqqısının son 24 ayından hesablanmış məbləği ölkə üzrə minimum əmək haqqının artması ilə əlaqədar artırılmaqla ödənilmişdir. İddiaçı işləməyən əmək pensiyaçısı olduğundan ona hesablanmış əmək pensiyası artıq 50%-lə deyil, 100 % olaraq pensiya təyin edən orqan tərəfindən ödənilmişdir. İddiaçının əmək haqqısı xx.xx.2003-cü il tarixə indeksləşdirildikdən sonra 521620 manat təşkil etmiş və həmin tarixdən 255000 manat orta aylıq əmək haqqına əsasən (minimum əmək haqqının 3 misli- 85000 x 3=255000 manat), 255000 x 85 % (pensiya faizi)= 216750+11000 (işləməyənlər üçün müavinət)= 227750 manatdan hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixə olan redaksiyasında: -26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 26.4-cü maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir.
1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq iddiaçının pensiyasının baza hissəsi müvafiq artımlara uyun olaraq artırılmış, xx.xx.2010-cu il tarixdən isə 85 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixə iddiaçıya BH 25 manat+SH 20.55= 45.55 manat, xx.xx.2006cı il tarixə BH 30 manat+SH 20.55= 50.55 manat, xx.xx.2006-cı il tarixə BH 35 manat+SH 20.55= 55.55 manat, xx.xx.2007-ci il tarixə BH 40 manat+SH 22.26= 62.26 manat, xx.xx.2007-ci il tarixə BH 50 manat+SH 22.26= 72.26 manat müəyyən edilmiş, xx.xx.2008-ci il tarixə BH 60+SH 25.98=85,98 manat hesablanmışdır. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Qanunu ilə edilmiş və xx.xx.2008-ci il tarixdən qüvvəyə minmiş ƏPQ-nun 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Başqa sözlə, Qanuna edilmiş 26.2-ci maddəsi ilə xx.xx.2008-ci il tarixdən etibarən xx.xx.2006-cı il tarixədək pensiya təyin edilmiş şəxslərin də pensiya hesablanması zamanı orta aylıq əmək haqqının üçqat məbləğində olan məhdudiyyət aradan qalxmışdır. Bununla əlaqəədar iddiaçının xx.xx.2008-ci il tarixdən orta əmək haqqına məhdudiyyət qoyulmadan pensiyası yenidən hesablanmış, bu zaman ona əvvəlki pensiyanın qalan 50%-i də əlavə edilməklə ödənilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixdən ƏPQ-nun 26.2-ci maddəsinə əsasən əmək haqqı məhdudiyyəti ləğv edildiyindən pensiyası 104,32 manat olaraq (orta aylıq əmək haqqına əsasən (521620 / 5000) hesablanmışdır. Bu zaman 104.32 manatdan iddiaçıya ödənilmiş 51 manat çıxıldıqdan sonra qalan, məhdudiyyətlə əlaqədar ödənilməyən 53.32 manatın 85%-i, yəni 45,32 manatı ödənilmiş sığorta hissənin, yəni 25,98 manatın üzərinə, eləcə də BH-60 manata əlavə edilməklə, cəmi 131.30 manat məbləğində pensiyaya çatdırılmışdır. 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Qanunu ilə ƏPQ-nuna edilmiş dəyişikliyə əsasən: -27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. -27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. -27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il traixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Artıq yeni qanunla xx.xx.2006-cı il tarixədək orta əmək haqqı əsasında pensiya təyin edilmiş şəxslərin həm də həmin tarixədək sığorta stajları nəzərə alınmaqla pensiyalarının yenidən hesablanmasını tələb etmək hüquqları yaranmışdır. İddiaçıya münasibətdə onun orta əmək haqqı əsasında hesablanması ilə əlaqədar olaraq nəzərə alınmayan həm də 1993-cü ildən 2006-cı ilədək stajı da nəzərə alınmaqla pensiyasının hesablanması mümkün olmuşdur. Eyni zamanda Qanunun tələbinə əsasən yenidən hesablanması zamanı orta əmək haqqı əsasında hesablanmış pensiya məbləği ilə staja görə hesablanmış pensiya məbləği arasında fərq yarandığı halda daha yüksək məbləğdə olan pensiyanın təyin edilməsi təsbit olunmuşdur. Qanunun qeyd edilən tələbinə uyğun olaraq iddiaçının pensiyası iş stajına görə (49 il 04 ay) xx.xx.2011-ci il tarixdən pensiya yenidən hesablanmış, bu zaman pensiyasının baza hissəsindən əlavə, iddiaçının pensiyasının sığorta hissəsi iş stajına uyğun olaraq hər il üçün 1,94 manat, natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 95.77 manat olaraq müəyyən edilmişdir. Nəticədə xx.xx.2011-ci ilə iddiaçının pensiyası BH-85 manat+ sığorta hissə 95.77 manat olmaqla cəmi 180.77 manata çatdırılmışdır. İddiaçının Qanunun 27-ci maddəsinə əsasında sığorta stajına görə hesablanmış pensiyasının məbləği orta əmək haqqına əsasən hesablanmış pensiya məbləğindən daha çox olduğundan ona sığorta stajına uyğun olaraq pensiya hesablanaraq ödənilmişdir. Sonrakı illərdə xx.xx.2012-ci ildə BH-85 manat+ sığorta hissə 103.34 manat olmaqla cəmi 188.34 manat, xx.xx.2013-cü ildə BH-85 manat+ sığorta hissə 104.48 manat cəmi 189.48, xx.xx.2013-cü il tarixdə BH-100 manat+ sığorta hissə 104.48 manat cəmi 204,48 manat, xx.xx.2014-cü il tarixdə BH-100 manat+ sığorta hissə 106.98 manat cəmi 206,98 manat, xx.xx.2015-ci il tarixdə BH-100 manat+ sığorta hissə 108.47 manat cəmi 208,47 manat, xx.xx.2016-cı il tarixdə BH-100 manat+ sığorta hissə 112.80 manat cəmi 212,80 manat, xx.xx.2016-cı il tarixdə BH-110 manat+ sığorta hissə 112.80 manat cəmi 222,80 manat, xx.xx.2017-ci il tarixdə BH-110 manat+ sığorta hissə 127.78 manat cəmi 236,78 manat olmaqla əmək pensiyası hesablanmış və ödənilmişdir. 1 iyul 2017-ci il tarixindən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29-cu maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti zamanı həm də xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lukoyl Azərbaycan QSC-dəki əmək fəaliyyətinə dair sənədi təqdim etdiyindən həmin dövr də daxil olmaqla xx.xx.2006-cı il tarixədək cəmi 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi stajına uyğun olaraq yenidən hesablanmış ((51 il+ 8ay / 12ay) x 1,94=100,22 manat) və ƏPQ-nun 32.1-1-ci maddəsinə əsasən əvvəlki 3il xx.xx.2018-ci il tarixdən hesablanaraq fərq məbləği ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2018-ci ilin yanvarın 1-dən 5,7% olmaqla 256,50 manat, 2019-ci ilin yanvarın 1-dən 3% artım tətbiq edilərək 264,20 manat, xx.xx.2020-ci il tarixdən 16,6% olmaqla 308,06 manat, xx.xx.2021-ci il tarixdən 11,4% olmaqla 343,18 manat, xx.xx.2022-ci il tarixdən 3,4% olmaqla 354,85 manat, xx.xx.2023-cü il tarixindən 14,7% olmaqla 425,48 manat hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövr qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova