Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7309/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Suraxanı rayon Bül-Bülə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Suraxanı rayon Bül-Bülə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini təmin edilməsini qərarın ləğv edilməsini, borcun yenidən hesablanmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə cavabdeh Bülbülə Bələdiyyəsi tərəfindən məcburi qaydada vergi tutulub ödənilməsi barədə Suraxanı İcra Probasiya şöbəsinə göndərdiyi inzibati akta əsasən Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün "İnzibati İcraat haqqında" Qanunun 2, 7, 81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə 03/25 nömrəli, xx.xx.2025-ci il tarixli QƏRAR qəbul edilmişdir. Qərarada Qeyri-yaşayış sahəsinə və ya mənzilə (yaşayışa) görə Bülbülə Əmlak və torpaq üzrə 1282.79 manata, Ötən dövr üzrə vergi borcu: 8913.23 manat, Faiz üzrə 2918.33 manat, VM-57.2 maddəsi üzrə 100.00 manat maliyyə sanksiyası cəmi 13214.35 manat borc tutularaq ödənilməsi barədə qərar qəbul edilmişdir. Bülbülə Bələdiyyəsi aktda qeyd etmişdir ki, İddiaçı MMC-nin direktoru X3 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi. Samir Əliyev (Meliorator) küçəsi 1 qeyriyaşayış sahəsinin əmlak və torpaq sahəsinə olan əmlak və torpaq vergisini, tətbiq edilmiş maliyyə sanksiyasının, müvafiq faiz məcburi qaydada tutularaq Bülbülə Bələdiyyəsinin yerli büdcəsinə ödənilsin. Bununla əlaqədar qeyd etmək istəyirlər ki, X7 bildirişində X5 adı qeyd olunmuşdur. Həmin şəxs 2018-ci ildə vəfat etmişdir. Qərarda isə əsassız olaraq borcun X1 məcburi qaydada tutulub ödənilməsi qeyd edilmişdir. Halbuki qeyd olunan torpaq girovda olduğuna görə pay bölgüsünə düşməmişdir. Buna görə də Natavan Hüseynovadan borcun ödənilməsi tələb olunmamalıdır. Məhkəmə iclasında iddiaçı tərəflə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçının nümayəndələri iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq izahatlarında bildirildi ki, cavabdeh Natavan Hüseynovaya borc hesablayıb və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iddiaçının nümayəndəsi və təsisçisinin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi aydın deyil. Belə ki, iddiaçı tələbində cavabdehin qərarının ləğv edilməsini və borcun yenidən hesablanmasını xahiş edir. İş materiallarından müəyyən edilir ki, cavabdeh bələdiyyə tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş və həmin qərara əsasən 13214.35 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X5 vərəsəsi olaraq, X6 Bülbülə Bələdiyyəsinə xx.xx.2025-ci il tarixində müraciətinə əsasən İddiaçı MMC barəsində xx.xx.2025-ci il tarixli, 03/25 nömrəli qərarı ləğv edilərək qanunvericiliyə əsasən son 3 (üç) il (2022-2024) hesablanmışdır. Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin İddiaçı MMC barəsində xx.xx.2025-ci il tarixli, 03/25 nömrəli qərarı 13 fevral 2025-ci il tarixli, 31 nömrəli məktubla Suraxanı rayonu İcra Şöbəsindən geri qaytarılmışdır. Qeyd edilən qərar ləğv edildikdən sonra Bül-bülə bələdiyyəsi tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Göründüyü kimi, ləğv edilmiş qərarın mübahisələndirilməsi mümkün deyildir. Cavabdeh orqan tərəfindən ümumiyyətlə İddiaçı MMC barəsindən hər hansı vergi borcunun olması müəyyən edilmir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlak İddiaçı MMC-nin deyil, X5 adınadır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqindən çıxarış İddiaçı MMC-nin deyil, X5 barəsindədir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı MMC-nin barəsində bələdiyyə hər hansı bir əlverişzis inzibati aktın qəbul edilməsi müəyyən edilmir. Belə olan halda, MMC-nin hazırkı iddianı verməsində hüquqi marağı aydın deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçının iddiası üzrə, cavabdeh tərəfindən gələckdə qəbul ediləcək hər hansı qərarın mübahisələndirə bilməsi hüququ iddiaçının nümayəndələrinə məhkəmə tərəfindən izah edilmişdir. Hazırkı halda isə iddiaçıya aradan qaldıra biləcəyi hər hansı bir hüquqi yardımın edilməsi mümkün deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7309/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7309/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver