Məhkəmə qərarları › İş №e-2-1(112)-733/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-733/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-733/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması, analoji vəzifəyə təyin olunması, analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mükafat pulunun cavabdehdən tutularaq ona ödənilməsi tələblərinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Əmrin ləğv olunması, analoji vəzifəyə təyin olunması, analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mükafat pulunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 15 oktyabr 2010-cu il tarixdən 31 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyat servis Departamenti”nin Beynəlxalq əlaqəlar, daşımaların təşkili, avtovağzallarla iş və monitorinq xidmətinin beynəlxalq əlaqələr və daşımaların təşkili şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli, 472 №-li Fərmanına əsasən qeyd olunan departament əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmışdır. İddiaçı 17 yanvar 2012-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək dövlət qulluqçusu kimi Xidmətin Daşımaların tənzimlənməsi şöbəsi Beynəlxalq əməkdaşlıq və daşımalar sektorunun məsləhətçisi, daha sonra da həmin şöbənin Beynəlxalq daşımalar üzrə əməkdaşlıq sektorunun məsləhətçisi vəzifəsində işləmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və bir sıra digər qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi tərəfindən iddiaçı 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “əmək müqavilələrinin ləğv edilməsi barədə” 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 84-cü maddəsi, "Dövlət qulluğu haqqında” Azərbaycan Respulikası Qanununun 33.1.2-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2021ci 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələri, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə-122/22 nömrəli əmrləri rəhbər tutularaq: - Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən Daşımaların tənzimlənməsi şöbəsinin Beynəlxalq daşımalar üzrə əməkdaşlıq sektorunun məsləhətçisi 1-ci dərəcə dövlət qulluqçusu İddiaçı dövlət qulluğuna “25” oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmiş; - İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə (Lalə Məmmədova) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"na uyğun olaraq, dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılacaq şəxslərin siyahısının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı tədbirlər görülməsi tapşırılmışdır. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrin iddiaçıya aid hissədə ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsində analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi, həmçinin cəmi 2600 manat mükafat pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Azərbaycan Respublikasının Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən digər nəqliyyat təşkilatları faktiki olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi çıxış edir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsssızdır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək iddiaçının dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanunsuz olaraq işdən çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.” AR MM-nin 59.1-ci maddəsinin mənasına görə DANX -ın hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxsə - Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün dövlət orqanının ləğvi əsası ilə o, işdən çıxarıla bilməzdi. Mülki Məcəllənin 56.1-ci maddəsinin mənasından da görünür ki, DANX-ın hüquq və vəzifələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə keçmişdir, ona görə də o, Yerüstü Nəqliyyat Agentliyinin publik hüquqi şəxsində əvvəlki vəzifəsinə uyğun işə keçirilməli idi, lakin Yerüstü Nəqliyyat Agentliyində ona əvvəlki vəzifəsinə uyğun iş təklif edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməlidir. Dövlət Avtomobil Nəqliyyat Xidməti 04 aprel 2022-ci il tarixdə X3 Siyahısından çıxarıldığı üçün 25 oktyabr 2022-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinə dair əmri qəbul edərək pozuntuya yol vermişdir. Əmək müqavilələrinin ləğv edilməsinə dair 25 oktyabr 2022-ci il tarixli əmr qəbul olunarkən pozuntuya yol verildiyi üçün ləğv olunmalıdır. DANX 30 aprel 2022-ci il tarixdən mövcud olmadığı halda necə olur ki, 25 oktyabr 2022-ci il tarixli əmrlə iddiaçı işdən azad olunur. 2021-ci il tarixdə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən dövlət qulluqçularına xidmətdə fərqlənməyə görə 2 dəfə 650 manat pul verilsə də, cəmi 1300 manat pul heç bir səbəb (intizam tənbehi -xəbərdarlıq, töhmət) olmadan ona verilməmişdir. Həmçinin 2022ci il tarixində Bayramlarla əlaqədar “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən 2 dəfə cəmi 1300 manat mükafat verilməli olduğu halda, həmin mükafatlar da heç bir səbəb göstərilmədən ona verilməmişdir, ona görə də həmin 2600 manat pulu da Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Yerüstü Nəqliyyat Agentliyindən tələb edir. Bülletendə olduğu müddət ərzində ona verilən pulun 20%-i kəsilmişdir, 2 il zabit kimi hərbi xidmətdə olmağı da hesablanmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda iddia tələbinin mümkün sayılmaması barədə qəbul edilməsi xahiş edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1 -ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə eyni gündə iki fərman, 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. İddiaçının iddia ərizəsindən göründüyü kimi, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən iddia tələbi mübaisələndirmə iddiasıdır. İddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə həmin əmrin ona verilməsindən 85 gün sonra, yanı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Hətta mediasiya prosesinin tətbiq edildiyi müddət məhkəmə tərəfindən üzrlü hesab edilsə, belə (halbuki qeyd edilən müddət üzrlü hesab edilə bilməz) nəzərə alınsa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Rəqəmsal inkişaf və nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə verilmiş və həmin əmr ona sənədlərin təqdim edilməsi qeydiyyatının aparıldığı kitabda imzalamaqla xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Əmrin verildiyi tarixdən xx.xx.2022-ci il tarixdən 31 gün sonra, yəni xx.xx.2022-ci il tarixində Vidadi Qəhrəmanov mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 30 dekabr 2022-ci il tarixdə isə ona mediator tərəfindən İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir (Qeyd edilən Arayışın özü də tərəfə təqdim edilə bilməzdi, belə ki, həmin məzmunlu arayış ancaq hər iki tərəf iştirak etdikdə tərəfə təqdim edilir). Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 36 günü ərzində davam etmiş və bu müddət mediatoru iddiaçıya verdiyi arayışla başa çatığından iddia müddətinin axımı davam etmişdir. Halbuki “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində davam edə bilər və bu müddət ancaq tərəflərin razılaşması əsasında artırıla bilər. Beləliklə, qeyd edilən müddət nəzərə alınsa da (halbuki, bu qanunsuzdur) o iddia müddətini 18 gün ötürmüşdür. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət etməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir. İddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsindəki icraat Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin (hakim S.Salahova) e-2-1(112)- 5842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi işlədyi dövlət orqanı ləğv edildiyindən, onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpası mümkünsüzdür. Çünki onun qulluğuna xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğvi iddiaçının əvvəl işlədiyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Daşımaların tənzimlənməsi şöbəsinin Beynəlxalq daşımalar üzrə əməkdaşlıq sektorunun məsləhətçisi vəzifəsinə bərpası deməkdir ki, hazırda nə belə bir dövlət orqanı, nə də onun strukturunda belə bir vəzifə mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı halda hüquqlarının müdafiəsi ləğv olunmuş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində analoji vəzifəyə bərpa edilməsi yolu ilə mümkündür, hansı ki, belə bir iddia tələbinə isə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Beləliklə, hazırkı vəziyyətdə iddiaçının hüquqlarının mümkün müdafiə üsulu olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində analoji vəzifəyə təyin edilmə barədə iddiası predmet baxımından əmək hüquq münasibətlərindən yarandığından və hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından məhkəmə belə qənaətə gəlir ki, bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. İddianın mümkünlüyü ilə bağlı apellyasiya instansiya məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər C.Yusifov, P.Hüseynov, Ş.Məmmədov) 2-1(103)-2910/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezdentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli 1463 saylı Fərmanının 1-ci hissəsindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun tabeliyində olan müəssisələr ləğv olunmamış, həmin Xidmətin və onun tabeliyində olan müəssisələrin əsasında, nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Göründüyü kimi, burada ləğv olunma baş verməmiş, çevrilmə nəticəsində əvvəlki hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun müəssisələri əsasında digər hüquqi şəxs - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ yaradılmışdır (Həm həmin Xidmətin, həm də Agentliyin rəhbəri “Anar Rzayev”dir). Azərbaycan Respublikası Prezdentinin 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkilinin izahatını müdafiə etdiyini, əlavəsinin olmadığını bildirdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin hüquqi statusu da mübahisənin inzibati mübahisə olması ilə bağlı vəziyyəti dəyişmir. Belə ki, hazırkı inzibati mübahisə publik hüquqi şəxsə münasibətdə işə bərpa ilə əlaqədardır ki, hazırkı mübahisənin mahiyyəti dövlət qulluqçusu statusundan irəli gələn hüquq və mənafelərin reallaşdırılması ilə əlaqədardır ki, həmin hal isə publiklik xarakteri daşımaqla mübahisənin inzibati mübahisə olmasına dəlalət edir və publik hüquqi şəxsə işə dövlət qulluqçusu statusu olmadan bərpanın mülki icraat qaydasında baxılmalı olmasına dair halı istisna edir. Nəzərə alınmalıdır ki, yuxarı instansiya məhkəmələri tərəfindən də iddianın mümkün sayılmaması barədə qərardadlara qiymət verilərkən mübahisənin inzibati mübahisə olması barədə oxşar işlərdə mövqe nümayiş etdirilmiş, iddiaçının dövlət qulluqçusu statusundan irəli gələn əmək hüququnu realizə etmə barədə iddiası inzibati qaydada verilməli olan iddia qismində dəyərləndirilmişdir. Çünki iddiaçının tələbi vaxtı ilə dövlət qulluqçusu münasibətlərində olduğu dövlət oprqanının ləğvi ilə əlaqədar əmrin mübahisələndirilməsi ilə bağlıdır. İddiaçının həmin dövlət orqanı ləğv edilənədək dövlət qulluğu münasibətlərində olması işin mübahisələndirilməyən halıdır. Ona görə də, həmin əmrin mübahisələndirilməsi də publik hüquq münasibətlərinə aiddir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu kontekstdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2354/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-2177/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-953/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlar iddiaçının xeyrinə nəticələnməsə də, həmin məhkəmə qərarlarından görünür ki, iddiaçıların əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələblərinə bir iddiada baxılmışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin bərpası ilə bağlı məhkəmə qərardadı ilə də ötürülmüş iddia müddəti bərpa edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı Dövlət Avtomobil Nəqliyyat Xidmətində dövlət qulluqçusu olmuş, 25 oktyabr 2022-ci il tarixli əmrlə dövlət orqanının ləğv edilməsi əsası ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı hazırda bu əmri mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanda iddiaçının işlədiyi dövlət orqanının ləğv edilməsi, Xidmətin və digər təşkilatların əsasında yeni qurum olan – Cavabdehn yaradılması və digər məsələlər tənzimlənmişdir. Həmin Fərmanın: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılsın. Fərmanın 8-ci bəndinə əsasən Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətini davam etdirsinlər. Göründüyü kimi, Fərmanın 8-ci bəndinə əsasən, 1-hissədə göstərilən qurumların, başqa sözlə iddiaçını xidmət etdiyi Xidmətin yeni yaradılmış Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək fəaliyyət göstərməsi qeyd edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti publik hüquqi şəxslərin Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Cavabdeh dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Fərmanın tələblərinə əsasən Xidmət, Agentliyin dövlət qeydiyyatılna alındığı anadək faəliyyət göstərə bilərdi. Həmin tarixdən sonra, Xidmətin fəaliyyət göstərməsi Fərmanın tələblərinə əsasəın mümkünsüz olmaqla, Xidmət artıq ləğv edilmişdir. Bu hal, yəni Xidmətin ləğv edilməsi işdə olan digər sənədlərə əsasən də müəyyən edilir. Belə ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarı ilə X2 çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinni Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında”1994-cü il 3 mart tarixli 93 nömrəli, “X3”nın təqdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli 136 nömrəli,....” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 04 aprel 2022-ci il tarixli 129 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiya üzvləri” bölməsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat X6 sədri” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli 179 nömrəli Qərarına əsasən "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” X4 Nəqliyyat Xidməti çıxarılmışdır və həmin siyahının 20-ci hissəsi yeni redaksiyada verilmiş - Dövlət Avtomobil Nəqliyyat Xidməti əvəzinə Yerüstü Nəqliyyat Xidməti əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Nazirliyin 21 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Anar Rzayev 14 sentyabr 2022-ci il tarixdən X7 sədri vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi əmri X11 Avtomobil Nəqliyyat Xidmətinin rəisi kimi vermişdir. Lakin qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixdə artıq Xidmət olmamış, onun əsasında Agentlik fəaliyyət göstərməyə başlamışdır. Belə olan halda, iddiaçının dövlət qulluğuna xitam verilməsi barədə həmin əmr qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə iddiaçıya aid hissədə qəbul edilmiş əmr qanunsuz inzibati aktdır və onun işdən azad edilməsinə yönəldiyindən əlverişsiz inzibati aktdır. Odur ki, həmin əmr ləğv edilməli və əmr qüvvəyə mindiyi andan yaranmış bütün hüquqi nəticələr aradan qalxmalıdır. Hüquqi nəticələr isə dedikdə, iddiaçının ərizəsində qeyd etdiyi kimi əmrin ləğvindən sonra işə bərpa olunması, bərpa olunduğu tarixdən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini, həmçinin həmin hüquqi nəticələrin bitkin siyahısı olmayan digər nəticələr başa düşülür. istər tələb göstərilən hissədə təmin edilməli, eləcə də digər əmrin göstərilən hissədə ləğvinə əsasən başqa hüquqi nəticələr də cavabdeh tərəfindən aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli olmayan şəxs tərəfindən inzibati aktın qəbul edilməsi, inzibati aktın etibarsızlığı üçün əsas olsa da, inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi) tələbində həmin halın yoxlanılması və məhz bu əsasla inzibati aktın ləğv edilməsi barədə tələbə baxılmasını istina etmir. İPM-də iddiaçının İİQ-nin 65-ci maddəsində nəzərdə tutulmuş mənada etibarsız hesab etdiyi inzibati aktdan şikayət verməsi üçün bir neçə imkan nəzərdə tutulmuşdur. O, inzibati akta qarşı mübahisələndirmə haqqında iddia, yaxud onun etibarsızlığının tanınmasına dair iddia qaldıra bilər. Bu iki imkan arasında həlledici fərq ondan ibarətdir ki, mübahisələndirmə haqqında iddia uğurlu olacağı təqdirdə müvafiq inzibati akt ləğv olunur. Sözügedən qayda etibarsız inzibati aktlara münasibətdə də şamil olunur. Belə hallarla bağlı çıxarılan məhkəmə qərarının əsaslandırıcı hissəsində məhkəmə inzibati aktın İİQ-nin 65-ci maddəsində nəzərdə tutulmuş mənada, ümumiyyətlə etibarlı olub-olmaması məsələsinə də toxunacaqdır. Müəyyən etmə haqqında iddiada isə, əksinə, diqqət yalnız inzibati aktın etibarlı olub-olmaması sualına cavab verilməsinə yönəlir. Yəni burada inzibati aktın ləğvindən söhbət getmir. Ona görə də qeyd etmək lazımdır ki, mübahisələndirmə haqqında iddia, əslində daha güclü təsirə malik hüquqi müdafiə vasitəsidir. Hər bir halda, iddiaçı üçün iddianı inzibati aktın etibarsızlığının müəyyən edilməsi ilə məhdudlaşdırmaq deyil, əksinə, ən azı yardımçı qisimdə (İPM-in 37-ci maddəsi) mübahisələndirmə haqqında iddia qaydasında inzibati aktın ləğv olunması tələbini irəli sürmək hüququ istisna edilməməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işdən dövlət orqanının ləğvindən öncə ona xəbərdarlığın göndərilməsi ilə bağlı mövqeyində də formal yanaşma olmuşdur. Ümumiyyətlə, şəxsin əmək müqaviləsinə xitam verilməsindən əvvəl işçinin xəbərdarlıq edilməsinin mahiyyəti onunla bağlıdır ki, şəxs barəsində işdən azad edilməsinin mənfi nəticələrinin minimuma endirilməsi təmin edilmiş olsun. Cavabdeh təqdim edilmiş xəbərdarlıq məktubundan isə görünür ki, həmin məktub əmək müqaviləsinə xitam verilməsi ilə eyni tarixdə tərtib edilmiş, xəbərdarlıq məktubunun tərtib edildiyi gündə iddiaçının işdən azad edilməsi həyata keçirilmişdir ki, istər dövlət qulluqçusu, istər işçi kimi şəxsə həmin yanaşma məhkəmə tərəfindən qəbul edilməklə əmək qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilməlidir. Həmin gün veriləcəkdirsə, ümumiyyətlə xəbərdarlıq məktubunun hansı zərurətdən irəli gəlməsi aydın olmamaqla iddiaçının əmək hüququnun realizəsinə formal yanaşmanın təzahürlərindən biri olmaq keyfiyyətindən kənara çıxmır. Məhkəmə tələbin cavabdeh Agentlikdə analoji işə bərpa edilməsi, məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi hissələrini aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edir: “Dövlət qulluğu haqqında” Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi; 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər; 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.2. dövlət orqanı ləğv edildikdə; “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın:

1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X9 məlumat verməlidir. “Publik hüquqi şəxslər haqqında” Qanunun: 2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. 4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Qüvvədən düşmüş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanı: 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə”si: 1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. 1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. İddia tələbindən, iddiaçının müxtəlif inzibati orqanlara, eləcə də məhkəməyə ünvanlanmış müraciətlərindən göründüyü kimi iddiaçı yeni yaranmış hüquqi şəxsin Xidmətin əsasında yaranmasına istinad edərək faktiki eyni fəaliyyət istiqamətlərinə uyğun vəzifə və səlahiyyətlərə malik Agentlikdə analoji vəzifəyə bərpa edilməli olmasında iddialıdır. Cavabdeh isə qeyd edir ki, Agentlik publik hüquqi şəxs olmaqla Xidmətin əsasında yaranmış dövlət orqanı hesab edilmədiyindən və Xidmətin dövlət orqanı kimi ləğvi də həyata keçirildiyindən həmin publik hüquqi şəxsdə analoji vəzifəyə iddiaçının bərpa edilməsi kimi hər hansı öhdəlik müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin həlli baxımından dövlət qulluqçusu, dövlət qulluğunun həyata keçirilməsi barədə prinsip, dövlət qulluqçularının təminatı, dövlət orqanı, publik hüquqi şəxs kimi anlayışların məzmun baxımından qiymətləndirilməsinə zərurət vardır. Yuxarıda adıçəkilən normaların tələbindən də göründüyü kimi dövlət orqanı dedikdə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı başa düşülür. Həmin anlayışın hazırkı mübahisə üzrə əsas mahiyyəti onunla bağlıdır ki, dövlət orqanı dövlətin qanunvericiliklə təsbit edilmiş məqsədini və funksiyalarını həyata keçirən dövlət təsisatıdır. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat hesab edilir. Cavabdehin imtinasının mahiyyəti onunla bağlıdır ki, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxs yalnız dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilmək hüququna malikdir. Yaradılmış publik hüquqi şəxs isə dövlət orqanı deyil və ümumiyyətlə adıçəkilən dövlət orqanının hüquqi varisi hesab edilmir. Məhkəmə cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, həmin mövqe “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələblərinə formal baxımından uyğun görünsə belə (belə ki, həmin Qaydalarda publik hüquqi şəxs terminindən istifadə edilməmiş, dövlət orqanı anlayışından istifadə edilmişdir) iddiaçı və cavabdeh arasında yaranmış münasibət tənzimlənərkən Qaydanın məzmunu, qəbul edilmə məqsədləri, tənzimlədiyi münasibət üzrə tənzimləmə xüsusiyyətləri nəzərə alınmamışdır. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasında göstərildiyi kimi, dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi ilə əlaqədardır. Adıçəkilən maddənin tələbindən isə göründüyü kimi dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçularına üstünlük verilir. Şübhə doğurmur ki, dövlət qulluqçuları üçün spesifik qaydada nəzərdə tutulmuş həmin təminat dövlətin məqsədini və funksiyalarını faktiki icrasını həyata keçirən şəxslərin həm əmək hüquqlarının müdafiəsi üçün müəyyən edilmiş, eyni zamanda dövlətin məqsədini və funksiyalarının faktiki icrasını həyata keçirən həmin şəxslərdən dövlət orqanı ləğv edilsə belə, yeni yaradılmış dövlət orqanında uyğun məqsəd və funksiyaların icrası zamanı cəlb edilməsi məqsədi daşıyır. Bu yanaşma həmin dövlət qulluqçusunun əmək hüququnun spesifik müdaifəsi, həmçinin dövlətin məqsəd və funksiyalarının ayrı-ayrı dövlət qurumlarında faktiki icra etməsinə əlavə resurs və zaman tətbiq etmədən dövlət tərəfindən sahələr üzrə ixtisaslaşmış kadrların cəlb edilməsi əlamətinə malikdir. Göründüyü kimi qeyd olunan təminat şəxsi, ictimai və dövlət məqsədləri daşıyır. Lakin cavabdeh iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə nəticəyə gələrkən, yeni yaradılmış publik hüquqi şəxsin Xidmətlə uyğun məqsəd və funksiyaları daşımasını, uyğun fəaliyyət istiqamətlərinə malik olmasını, publik hüquqi şəxsin də dövlət orqanı kimi ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmasını nəzərə almamış, dövlət qulluğu haqqında qanunvericiliklə təsbit edilən prinsiplərə, dövlət orqanını həyata keçirilməli olduğu vəzifə və səlahiyyətlərə, dövlət qulluqçuları üçün spesifik müəyyən edilmiş təminatlara uyğun hərəkət etməmiş, Qaydanın mahiyyəti baxımından dövlət orqanı ilə publik hüquqi şəxs anlayışları arasında fərqə münasibətdə formal yanaşma həyata keçirərək iddiaçının əmək qanunvericiliyin və dövlət qulluqçularının bərabərliyi baxımından əmək hüququnun pozuntusuna yol vermişdir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi Xidmət avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmuşdur. Agentlik isə avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Göründüyü kimi hər iki dövlət qurumu mahiyyət etibarı ilə avtomobil nəqliyyatı sahəsində tənzimləni, həmin xidmət sahəsində ehtiyacın təmin edilməsini, müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirir. İddiaçı da öz ixtisas və vəzifəsinə uyğun uzun müddət ərzində işlədiyi sahə üzrə fəaliyyətinin publik hüquqi şəxsdə davam etdirilməsini arzulayır. Məhkəmə hesab edir ki, yeni yaradılmış Agentlik dövlət orqanı olmasa belə, hakimiyyət səlahiyyələti həyata keçirir və yuxarıda adıçəkilən sahələr üzrə fəaliyyət göstərməkdədir. İstinad olunan Qaydanın qəbul edildiyi dövrdə anlayış olaraq qanunvericilikdə publik hüquqi şəxs anlayışının mövcud olmaması, sonradan yaranmış zərurətlə əlaqədar publik hüquqi şəxslərin, eləcə də ləğv edilmiş dövlət orqanlarının əsasında publik hüquqi şəxslərin, həmçinin də cavabdehin yaranması vəziyyəti iddiaçının ziyanına dəyişməməklə onun əmək hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, cavabdeh Xidmətin əsasında yaranmış dövlət orqanı olmasa belə, Xidmətin əsasında yaranmış publik hüquqi səlahiyyətləri həyata keçirən qurumudur. Məhkəmə hesab edir ki, Qaydanın dövlət orqanının ləğv edildikdən sonra onun əsasında yaradılmış qurumda dövlət qulluqçularının vəzifə tutmaqda üstünlük hüququnun realizə məqsədləri baxımından cavabdehin publik hüquqi şəxsin dövlət orqanı hesab edilməməsi barədə mövqeyi isə formal hesab edilməklə istər publik hüquqi şəxslərin yaranma zərurətinə, istər dövlət qulluqçularının təminat hüququn realizə edilməsi ilə bağlı dövlətin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun hesab edilməməlidir. Dövlət orqanı ləğv edildikdən sonra onun əsasında eyni vəzifə və səlahiyyətləri icra edən publik hüquqi şəxs formasında qurumun yaradılma zərurəti, yeni yaranmış dövlət qurumu üçün dövlət qulluqçusu statusunu itirmiş şəxslərin əmək hüquqlarının pozuntusunun qarşısının alınması barədə götürülmüş vəzifənin icrasını istisna etmir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət orqanı ləğv edilsə belə, qəbul edilən əmr ləğv edilmiş dövlət orqanının adından verilmiş, ləğvetmə komissiyası Nazirlər Kabineti tərəfindən yox, ləğv edilmiş dövlət orqanının adından Xidmətin sədri olmuş, əmr qəbul edilərkən isə X7 sədri olmuş şəxs tərəfindən verilmiş, 24 oktyabr 2022-ci il tarixli komissiyanın yaradılması barədə əmrdən də göründüyü kimi yuxarıda adıçəkilən Qaydanın tələblərindən və digər hüquqi aktların tələblərindən irəli gələn məsələlərin həll edilməsinə göstəriş versə də, yeni yaradılmış Xidmətlə eyni vəzifə və səlahiyyətlərini həyata keçirən hüquqi şəxsə iddiaçının işə bərpasını həyata keçirmək əvəzinə digər əmək müqaviləsinə xitam verildikdən sonra ehtiyat kadrlar siyahısına daxil edilməsinə yönələn tədbirlərin həyata keçirilməsi ilə kifayətlənmişdir. Hər nə qədər mübahisəyə birbaşa aidiyyəti olmasa da, publik hüquqi şəxsin dövlət orqanı olmasa belə dövlət qurumu qismində qiymətləndirilməsi, müəyyən məhdudiyyətlər istisna olmaqla məhz dövlət məfhumunun mühüm tərkib hissəsi qismində qiymətləndirilməsi baxımından məhkəmə yeni qəbul edilmiş normativ hüquqi aktın tələbini qeyd etməyi zəruri hesab edir. “Dövlət ehtiyatları haqqında” 02 fevral 2024 tarixli Qanunun 1.1.16-ci maddəsinə əsasən dövlət qurumları – dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər başa düşülür. Göründüyü kimi publik hüquqi şəxs dövlət qurumu kateqoriyasındadır. Dövlət qurumu kimi onun dövlət orqanı kateqoriyasından ayrı nəzərdə tutulması dövlət qulluqçusu olub dövlət orqanının ləğvi ilə əlaqədar onun əsasında yeni yaradılmış dövlət orqanında işlə təmin edilən şəxslərlə, dövlət qulluqçusu olub dövlət orqanının ləğvi ilə əlaqədar onun əsasında yeni yaranmış dövlət qurumunda, həmçinin publik hüquqi şəxsdə işlə təmin edilmək istəyən keçmiş dövlət qulluqçusu arasında bərabərliyin tələblərinə zidd hərəkət etmək üçün əsas yaratmır. Əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmiş hissələrinə (işə bərpa, əmək haqqının ödənilməsi və s) münasibətdə məhkəmə, həmçinin aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəllənin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırkı iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (əmrin) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni işdən azad olunması barədə əmrin icra olunması nəticəsində meydana gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Məhkəmə, hesab edir ki, hazırkı tələbə bir yerdə baxılması həm prosessual qənaət, həmçinin də yeni məhkəmə mübahisələrinin yaranmaması baxımından da vacibdir. Beləliklə, iddiaçının dövlət qulluqçusu statusundan irəli gələn, dövlət orqanı ləğv edildikdən sonra həmin orqanın əsasında yaranan dövlət qurumu kimi Agentlikdə daimi əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilmədə üstünlük hüququ pozulmuşdur ki, məhkəmə qaydasında həmin hüququn realizəsi həyata keçirilməli, iddiaçı barəsində qəbul edilmiş əmr ləğv edilməklə, iddiaçı analoji vəzifəyə daimi əmək müqaviləsi bağlanılmaqla işə bərpa edilməli, ödənilməmiş əmək haqqının ödənilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2600 manat pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, bildirmişdir ki, 2021-ci il tarixdə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən dövlət qulluqçularına xidmətdə fərqlənməyə görə 2 dəfə 650 manat pul verilsə də, cəmi 1300 manat pul heç bir səbəb (intizam tənbehi - xəbərdarlıq, töhmət) olmadan ona verilməmişdir. Həmçinin 2022-ci il tarixində Bayramlarla əlaqədar “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsanamənin tələblərinə əsasən 2 dəfə cəmi 1300 manat mükafat verilməli olduğu halda, həmin mükafatlar da heç bir səbəb göstərilmədən ona verilməmişdir, ona görə də həmin 2600 manat pulu da Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi Yerüstü Nəqliyyat Agentliyindən tələb edir. Bülletendə olduğu müddət ərzində ona verilən pulun 20%-i kəsilmişdir, 2 il zabit kimi hərbi xidmətdə olmağı da hesablanmamışdır. Belə ki, iddiaçının həmin hissədə tələbi qeyri-müəyyən olmaqla (2021-ci il üçün, 2 dəfə 650 manat, 2022-ci il üçün 1300 manat olmaqla 2 dəfə verilməyən pul, Bülletendə olduğu müddət ərzində ona verilən pulun 20%-i kəsilmişdir, 2 il zabit kimi hərbi xidmətdə olmağı da hesablanmaması) iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçının dövlət qulluğunda çalışdığı qurum artıq ləğv edildiyindən bu halın araşdırılması imkanı aradan qalxmışdır. Ona görə də, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş aylıq əmək haqqının ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. İddia tələbi 2600 manat pulun Cavabdehndən tutulması hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar