Məhkəmə qərarları › İş №e-2-1(112)-7369/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7369/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7369/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı3, cavabdehin nümayəndələri X8 və X1 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı3, İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin inzibati binası ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X3 məxsus ünvan 2 ünvanında yerləşən binanın 412 saylı otağında qeydiyyatda olmuşlar. Lakin iddiaçılar ona məxsus 412 saylı otağı alqı-satqı yolu ilə satdığına görə İddiaçı2 hazırda heç bir yerdə qeydiyyatda deyil və qeydiyyatının olmaması onun konstitusional və digər hüquqlarının həyata keçirilməsinə mane olur. Məsələ ilə bağlı cavabdehə müraciət olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublarına əsasən, müraciətlə bağlı DİN-in müvafiq göstərişlərinin tələblərinə uyğun olaraq vətəndaş İddiaçı3, İddiaçı2 və İddiaçı1 faktiki yaşayış yeri və imkanları araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı3, İddiaçı2 və Nəbiyeva X7 rayonu, S.Bəhlulzadə küçəsi 39, ev 102/103 ünvanında mənzildə faktiki yaşayır və bu səbəbdən onların yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkünsüzdür. İddiaçı1 və "xxxx" ASC-nin 2 saylı filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 155 saylı, xx.xx.2007-ci il tarixli 159 saylı, xx.xx.2007-ci il tarixli 196 saylı v xx.xx.2007-ci il tarixli 277 saylı Kredit müqavilələrinə əsasən bank tərəfindən İddiaçı1 ümumilikdə 40 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102/103 saylı yataqxana otaqları ipoteka ilə yüklü edilmişdir. İddiaçılar tərəfindən "xxxx" ASC-yə ipoteka ilə bağlı ödənişlər edilib qəbzlər əldə edilməsinə baxmayaraq, ASC tərəfindən ödənişlərin həyata keçirilməsindən əsassız olaraq imtina etmişdir. Hazırda Naxçıvan MR X5 güzəştli mənzil olaraq verilmişdir. Mübahisə ilə əlaqədar olaraq iddiaçılar qanunsuz olaraq ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmışlar. İddiaçılar tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq, yaşayış yerləri üzrə qeydiyyatlarının bərpa edilməsi xahiş edilsə də, təmin olunmamışdır. Belə olan halda hesab edirik ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 qeydiyyat ünvanının bərpası məqsədilə qeydiyyat ünvanı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına təyin edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə bildirilmişdir ki, iddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı inzibati binaya qeydiyyata alınma tələbinə dair keçiriləcək məhkəmə iclası ilə bağlı bildirilmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyatı qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin vətəndaş hazırda ünvan 7 ünvanında faktiki yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, işə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsini müdafiə edərək, həmçinin bildirdi ki, onların yaşadıqları ev bank tərəfindən satılıb. Ev ipoteka ilə yüklü edilib. Onlar krediti ödəyə bilməyiblər. Sonra məhkəmənin icra sənədi olub. Bundan sonra ödəniş eləsələr də, bank ödənişləri nəzərə almayıb. Nəticədə ev sonradan Naxçıvanın sahibkarlığa kömək fonduna verilib. Onları qeydiyyatdan çxarıblar. Hazırda həmin evdə yaşayırlar. Qazax rayonundakı ev onun bacısına məxsusdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, bildirdi ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 qeydiyyat ünvanlar ünvan 8ənzil 412 olub. Həmin mənzilin mülkiyyətçisi İddiaçı3 bacısı X6r. O, İddiaçı3 ilə birlikdə qeydiyyat şöbəsinə gələrək digər iddiaçıların qeydiyyatdan çıxarılmaları barədə ərizə ilə müraciət edib. Yəni, İddiaçı3 özü digər iddiaçıların qeydiyyatdan çıxarılmalarına təşəbbüs göstərib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı2ı iddia ərizəsinə etiraz edərək, polisin inzibati binasına qeydiyyata alınmanın iddiaçıların müraciət etdikləri vaxt dayandırıldığını, İddiaçı1 mülkiyyətində daşınmaz əmlakın olduğunu, onun həmin ünvan üzrə qeydiyyata alına biləcəyini bildirdilər və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciət ilə bağlı DİN-in müvafiq göstərişinin tələblərinə uyğun olaraq vətəndaş İddiaçı2 faktiki yaşayış yeri və imkanları araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı2 Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 39, ev 102/103 ünvanında mənzildə faktiki yaşayır və bu səbəbdən onun yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkünsüzdür. Məlumat üçün bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Faktiki yaşadığı sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Qeyd olunan sənədləri təqdim eldikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İş materiallarından görünür ki, İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemində bu cür göstərilib). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 mart 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, İddiaçı1 adına (ümumbirgə) Qazax rayonu, Aslanbəyli kəndində yerləşən fərdi yaşayış evi qeyiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Digər şəxslərin (İddiaçı3, İddiaçı2) adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan X2 Bakı şəhəri Binədəqi rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı1 və İddiaçı2 ona məxsus 412 saylı otaqdan qeydiyyatdan çıxarımalarını xahiş etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin inzibati bina ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçılar Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət etmişlər. Lakin, cavabdeh tərəfindən onlara imtina cavabı verilmişdir. İddiaçıların tələblərinin əsası ondan ibarətdir ki, onlar yaşadıqları mənzilin satılması səbəbindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən onların qeydiyyata düşmək üçün yerləri yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı3 yaşayış yeri üzrə qeydiyyatı mövcuddur. Belə olan halda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılaraq Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin inzibati binasına qeydiyyata salınmasına hər hansı zərurət yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına (ümumbirgə) Qazax rayonu, Aslanbəyli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçdiyi və hal-hazırda mülkiyyətində olduğu bildirilmişdir. Belə olan halda həmin iddiaçının mülkiyyətində olan fərdi evə yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün hər hansı maneə mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə şəxsin hər hansı dövlət orqanının inizbati binasına qeydə alınması nəzərdə tutulmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda da istisnalar olaraq şəxsin yaşadığı yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri yaşayış yeri hesab edilmişdir. Lakin, hər hansı dövlət orqanın inzibati binasına şəxsin yaşayış yeri kimi qiymət verilməsi və onun həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” barədə iddiaları təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar