Məhkəmə qərarları › İş №e-2-1(112)-738/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-738/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-738/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X2, X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) “payların ayrılması və yeni ünvanın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı, X10, X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X10 və X12 payçısı olduqları Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, ev 7 ünvanında yerləşən 200,1 kv.m evdən və 0,031250 ha torpaqdan ibarət **********02-10301 reyestr nömrəli paylı fərdi yaşayış evinin torpağının naturada bölünməsi, koordinatların müəyyən edilməsi, paylarının digər payçı olan Maraqlı şəxs ayrılması, yeni ünvanın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında işə cəlb edilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddia tələbi “yeni ünvan verilməklə, ünvan 1ara və üçüncü şəxsə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi

4. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, ev 7 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı, X6, X9 və Maraqlı şəxs ayrı-ayrılıqda yeni ünvan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” kimi dəyişdirilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı və övladları müvəkkilləri X10 və X12 xahiş edirik mülkiyyətçisi payçısı olduğuqları paylı mülkiyyətin onlara aid olan hissəsi naturada müəyyən edilməli və qonşudan payçılıqdan ayrılmalıdır, çünki sahə olaraq hər kəs bilir ki, kimə nə qədər torpaq sahəsi və ev sahəsi düşür, amma dəqiq koordinatlar bilinmir ki, hansı hissəsi düşür və həm də onlar gələcəkdə söz söhbətin olmaması üçün qonşu Maraqlı şəxs naturada ayrılmaq istəyirlər ki, hər kəs ayrıca çıxarışı və ayrıca ünvanı olsun. Onlar və qarşı tərəf ev satanda əziyyət çəkməsinlər deyə aralarında hasarda, həyətdə giriş ayrıdır. İddia təmin olunduğu halda yeni ünvan almış tərəf öz üzərinə öhdəlik götürəcək ki, yeni ünvana qeydiyyata düşsün, köhnə ünvandan (qarşı tərəfin ünvanından) çıxsın, yeni ünvanı əldə etməyə razıdırlar. Digər payçının soyadı eyni olsa da, qohumluq əlaqəsi yoxdur, qohumları deyil. Dam bir ola bilər, amma arada hasar var və iki ev arasında keçmək üçün qapı yoxdur, həm də hər kəs öz evinə öz həyətindən daxil olur, həyətlər arasında qapı yoxdur, yəni tamam ayrıdır. İddiaçı 1-ci Qarabağ müharibəsinin 3cü qrup müddətsiz əlili və veteranı olan X7 həyat yoldaşıdır, gözdən əlildir, 2-ci qrup müddətsiz. İşə əlavə etdiyi notarial qaydada təsdiq olunan bölgü sxeminə əsasən üçüncü şəxs bu bölgüyə razıdır. Qarşı tərəfə daha çox torpaq sahəsi düşür - 195,3 kv m (0,01953 ha), onlara isə bir yerdə az düşür - 117,2 kv.m (0,01172 ha). DƏDKR Bakı 1 saylı Ərazi İdarəsinə xx.xx.2022 tarixdə məktub yazsa da, bununla bağlı cavab ala bilməmiş və 45 gün keçmişdir.

6. Cavabdehin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırımışdır ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamış və bu barədə iddiaçıya **********74 saylı, xx.xx.2022-ci il tarixli, **********18 saylı, xx.xx.2022-ci il tarixli və **********70 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Həmçinin ünvan 2ərdi yaşayış evinin 1/2 hissəsi Maraqlı şəxs, 1/4 hissəsi İddiaçı, 1/8 hissəsi X2 və 1/8 hissəsi isə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(102)-6354/2021 saylı qərarında qeyd edilmişdir ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əmlakdan, məsələn fərdi yaşayış evindən ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və.s) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planın tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

7. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2013-cü il tarixli 3-21-3-30/2-7717/2023 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şərifli döngəsi, ev 7 xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrə üzrə ½ hissədə Maraqlı şəxs, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrə üzrə 1/4 hissədə İddiaçı, 1/8 hissədə X3, 1/8 hissədə X8 adına xüsusi mülkiyyətçiləri kimi dövlət tərəfindən qeydə alınmışdır. Fərdi yaşayış evinin sahəsi 182.8 kv.metrdir, torpaq sahəsi istifadədə olmaqla 0,0126 ha təşkil edir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, FYE paylı mülkdür. Çıxarışda payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.metr sahə İddiaçı (1/4), X10 (1/8 hissə), X11 (1/8 hissə), 90.3 kv.metr, sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların hissələri bir dam altında olduğundan və şərikli divar olduğundan torpaq sahəsini hissələrə ayırmaq mümkün deyil. Təqdim edilmiş bölgü sxeminə əsasən Maraqlı şəxs düşən torpaq sahəsi 195,3 kv.m, digər 3 payçılara düşən torpaq sahəsi 117,2 kv.m. təşkil edir.

9. Məhkəmənin mütəxəssis rəyinin alınması barədə xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 25509/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir:

1. Qeyd olunan fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki girişçıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir.

2. Yuxarıda qeyd olunduğu kimi fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki giriş-çıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Payçılara məxsus fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir.

3. Yuxarıda qeyd olunduğu kimi fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki giriş-çıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Payçılara məxsus fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir.

10. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 27292/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir: 1: Qeyd olunan fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki girişçıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir. 2: Yuxarıda qeyd olunduğu kimi fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki giriş-çıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Payçılara məxsus fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir. 3: Yuxarıda qeyd olunduğu kimi fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109.9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90.3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki giriş-çıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Payçılara məxsus fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki ekspertizaları keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6716 nömrəli ekspert ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: 1-ci, 2-ci və 3-cü suallar üzrə: qeyd olunan fərdi yaşayış evi dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin çıxarışında payçıların sahələri hissə ilə göstərilməsinə baxmayaraq, 109,9 kv.m sahə İddiaçı (1/4 hissə), X2 (1/8 hissə), X5 (1/8 hissə), 90,3 kv.m sahə Maraqlı şəxs (1/2 hissə) istifadəsindədir. Payçıların (Maraqlı şəxs (1/2 hissə) hissələri vahid dam örtüyü altında yerləşir, payçı Maraqlı şəxs hissələri ilə faktiki giriş-çıxışları ayrıdır (hər birinin ayrı-ayrı sanitar qovşağı var). Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malikdir.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizaları keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9688 nömrəli ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: Qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2ərdi yaşayış evinin payçılara məxsus hissələrinin vahid olan dam örtüyü altında yerləşdiyi, müstəqil giriş-çıxışının sanitar qovşaqlarının olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2ərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olduğu və həmin evin ortaq divarları bir-birindən ayrılmadığı müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin payçıların hissələrinə uyğun naturada bölgüsü həyata keçirildiyi halda, həmin ayrı-ayrı hissələrdə müstəqil yaşayış şəraitinin təmin olunması mümkündür.

13. İddiaçı müraciəti əsasında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-209/23 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, ev 7 ünvanı üzrə tikinti-texniki ekspertizası keçirilmişdir. Həmin rəyin “tədqiqatın nəticələri” bölümündə qeyd edilmişdir ki, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2ərdi yaşayış evinin payçılara məxsus hissələrinin vahid konstruktiv yükgötürən divarlarının (ara divar) qalınlığı 40 sm və 50 sm təşkil edir. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2ərdi yaşayış evinin payçıya məxsus hissəsinin faktiki müstəqil giriş-çıxış yerləri və kommunikasiyaları ayrıdır. Üçüncü sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2ərdi yaşayış evinin həyata keçirilmiş naturada bölgüsü zamanı payçılara məxsus həmin ayrı-ayrı hissələrdə müstəqil yaşayış şəraitinin təmin olunması texniki cəhətdən mümkündür.

14. İşə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş Bölgü seximə əsasən, ünvan 2ərdi yaşayış evinin mülkiyyətçilər olan İddiaçı, X10, X11 və Maraqlı şəxs arasında evin bölgü sxemi tərtib edilmişdir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs və digər iddiaçılar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

18. Azərbaycan Respublikası İPM-nin: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.

19. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

26. Azərbaycan Respublikası Mülki Məcəllləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

27. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 2ərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrə üzrə ½ hissədə Maraqlı şəxs, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrə üzrə 1/4 hissədə İddiaçı, 1/8 hissədə X8, 1/8 hissədə X3 adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda həmin ünvanda yerləşən 312,5 kv.m. torpaq sahəsinə dair bölgü sxemi tərtib olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və torpaq sahəsinə dair tərtib olunmuş bölgü sxemində iddiaçılar İddiaçı, X2, X5 və üçüncü şəxs Maraqlı şəxs torpaq sahəsindəki payları dəqiq və aydın müəyyən edilmişdir (İddiaçı, X10, X11 – 117,2 kv.m torpaq sahəsi; Maraqlı şəxs – 195,3 kv.m torpaq sahəsi).

29. Məhkəmə qeyd edir ki, ünvan 2ərdi yaşayış evinə dair tərtib olunmuş bölgü sxemi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tamamlanmaqla iddiaçıların əmlak üzərində olan paylarına uyğun mülkiyyət hüquqlarını təsdiq edən ilkin sübutu təşkil edir.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bölgü sxemi tərtib (təsdiq) edilmiş fərdi yaşayış evinə (paylı) münasibətdə payçılara (iddiaçılara) öz paylarına uyğun ayrı-ayrılıqda çıxarışların tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər isə həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz.

31. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2ərdi yaşayış evinin payçılara məxsus hissələrinin vahid olan dam örtüyü altında yerləşdiyi, müstəqil giriş-çıxışının sanitar qovşaqlarının olduğu, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olduğu və həmin evin ortaq divarları bir-birindən ayrılmadığı, yaşayış evinin payçıların hissələrinə uyğun naturada bölgüsü həyata keçirildiyi halda, həmin ayrı-ayrı hissələrdə müstəqil yaşayış şəraitinin təmin olunması mümkündür.

32. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, fərdi yaşayış evinin naturada bölgüsü həyata keçirildiyi halda, yeni ünvan verilməklə, iddiaçılara və üçüncü şəxsə çıxarışın və texniki pasportun verilməsi mümkündür.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

35. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

36. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, ev 7 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı, X6, X9 və Maraqlı şəxs ayrı-ayrılıqda yeni ünvan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, ev 7 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı, X6, X9 və Maraqlı şəxs ayrı-ayrılıqda yeni ünvan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X4; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar