Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7434/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibti Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.1-ci və 73.1-ci maddəsini rəhbər tutaraq, **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/024155 nömrəli məktubla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra - ADY) müraciət olunaraq, ADY tərəfindən bəyan edilmiş **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələrinin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən məsələnin araşdırılması və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 48.3-cü və 271.1.1-ci maddələrinə və “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 17-ci, 19.1-ci və 67.2-ci maddələrinə əsasən, **********3732, **********7322 və **********2324 nömrəli bəyannamələr üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsi inzibati orqandan xahiş edilmişdir. Komitədən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/2-001943/2023 nömrəli məktubda gömrük borcunun silinməsindən imtina olunmuşdur. ADY pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Komitə tərəfindən ADY barəsində hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun əsassız olması ilə bağlı bildiririk ki, ADY tərəfindən müvafiq malların gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilmiş **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə, **********2324 nömrəli gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********3732 nömrəli gömrük bəyannaməsi isə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və onların qəbul edilməsindən gömrük orqanı tərəfindən imtina edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2016-cı il 2 may tarixli 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlamenfə uyğun olaraq bəyannamənin elektron təqdim edilməsi interaktiv qaydada həyata keçirildiyindən bəyannamənin 23-cü qrafasının bəyannaməçi tərəfindən doldurulması nəzərdə tutulmamışdır. Bu baxımdan bəyannamədə nəzərdə tutulan valyuta məzənnəsi qrafasında (23-cü qrafa) elektron məlumat mübadiləsi əsasında müəyyən olunan məlumat gömrük orqanı tərəfindən malın dəyərini bildirən xarici valyutanın Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatına olan məzənnəsinə uyğunluğu interaktiv qaydada yoxlanılmaqla bəyannamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə yaradılmış Dövlət Xidmətlərinin Elektron Portalında (dxr.az) malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı elektron bəyannamə ilə bağlı xidmətlər hissəsində bəyannamənin elektron formada təqdim edilmə qaydası və bu sahədə bəyannaməçinin və gömrük orqanının vəzifəli şəxslərinin səlahiyyətləri müəyyən edilmişdir. Belə ki, elektron bəyannamənin inzibati proseduru olaraq müəyyən edilmişdir ki, gömrük orqanının vəzifəli şəxsi bəyannamədə olan məlumatların tamlığını və düzgünlüyünü əlavə edilmiş sənədlərlə, o cümlədən aidiyyəti dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlarla yoxlayır. Səhv aşkar edilmədikdə bəyannamənin 47-ci qrafasında göstərilən məbləğlərin ödənildiyinə əmin olduqdan sonra müvafiq bəyannamə ilə rəsmiləşdirilən malların buraxılması və ya qanunvericiliklə müəyyən olunmuş digər əməliyyatların (baxış, gömrük yoxlaması) həyata keçirilməsi haqqında qərar qəbul edilir və bu barədə bəyannaməçiyə bildiriş göndərilir. Məlumat mübadiləsi və sənədlərin ötürülməsi yalnız elektron şəkildə həyata keçirilir. Qeyd edir ki, yuxarıda göstərilən xidmət tam avtomatlaşdırılmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydasının 1.5-ci bəndinə əsasən ƏDV xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır. Sözügedən qəbul edilmiş bəyannamələrə uyğun olaraq təsdiq olunmuş valyuta məzənnəsi nəzərə alınmaqla gömrük orqanının hesabladığı məbləğdə gömrük ödənişi qanunvericiliklə müəyyən edilmiş qaydada ADY tərəfindən tam ödənildiyindən həmin bəyannamələr üzrə valyuta məzənnəsinin dəyişməsi ehtimalına istinad olunmaqla gömrük borcunun (**********3732 nömrəli gömrük bəyannaməsi üzrə 1752,51 manat ƏDV, 639,67 manat dəbbə, **********7322 nömrəli gömrük bəyannaməsi üzrə 13487,40 manat ƏDV, 4922,90 manat dəbbə, **********2324 nömrəli gömrük bəyannaməsi üzrə 280860,19 manat ƏDV, 102513,97 manat dəbbə pulunun) hesablanmasına hüquqi və inzibati əsaslar mövcud deyildir. Bundan başqa bildirilir ki, Komitə tərəfindən ADY-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/024155 nömrəli məktubda qeyd edilmişdir ki, Komitə tərəfindən aparılmış araşdırma nəticəsində yuxarıda qeyd edilən uyğunsuzluq aşkar olunmuşdur. Bununla bağlı ididaçı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlanılması gömrük auditi hesab edilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 98.7-ci maddəsinə əsasən gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. Həmin Məcəllənin 98.8-ci maddəsinə əsasən ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Həmin Məcəllənin 98.9-cu maddəsinə əsasən auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. Həmin Məcəllənin 98.10cu maddəsinə əsasən xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarın surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”. Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2- ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qanunun istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Bu konkteksdə oxşar mübahisə üzrə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edirik. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1 (102)-394/2022 saylı iş üzrə qəbul etdiyi 01,03.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur...’’ Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində mövqe ondan ibarətdir ki, iddiaçı müəssisədən borc tələb edilərkən Gömrük Məcəlləsinin müddəalarına zidd olaraq, gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul edilməməsi və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmasının təmin edilməməsi Gömrük Məcəlləsinin, eləcə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tələblərinin pozulmasıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, Komitə tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də sərəncam verilməsinə dair tələblərə və şərtlərə riayət etmək öhdəliklərinin yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə malların buraxılışından 3 ilə yaxın müddət keçdikdən sonra həyata keçirdiyi araşdırma gömrük auditi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan yoxlamadır və həmin araşdırma nəticəsində ehtimal edilən uyğunsuzluqlar və irəli surulən tələblər ADY üçün heç bir hüquqi nəticə yaratmır. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Komitə tərəfindən ADY-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 33/2-001943/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə gömrük rəsmiləşməsinə qəbul olunmuşdur. Komitə tərəfindən isə 27 dekabr 2022-ci il tarixdə qeyd edilən bəyannamə üzrə yaranmış gömrük borcunun ödənilməsi tələb olunmuşdur. ADY tərəfindən qeyd edilən gömrük bəyannaməsi üzrə gömrük ödənişlərini ödəmək öhdəliyi xx.xx.2019-cu il tarixdə yaranmış (Komitənin arqumetinə əsasən), lakin Komitə tərəfindən üç il, bir gündən sonra, yəni tələbetmə müddətini ötürdükdən sonra gömrük borcunun ödənilməsini tələb etmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı QSC-nin “**********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətlərinin qanunsuz hesab olunması və hesablanmış gömrük borcunun, dəbbə pulunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Komitə tərəfindən xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/024155 nömrəli məktubla ADYna müraciət olunaraq, ADY tərəfindən bəyan edilmiş **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələrinin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyinin müəyyən olunduğu qeyd edilmişdir. Qeyd edilən məsələnin araşdırılması və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - AR GM) 48.3-cü və 271.1.1-ci maddələrinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 17-ci, 19.1-ci və 67.2-ci maddələrinə əsasən, **********3732, **********7322 və **********2324 nömrəli bəyannamələr üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsi Komitədən xahiş edilsə də Komitədən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/2-001943/2023 nömrəli məktubda gömrük borcunun silinməsindən imtina olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, ADY-nın iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi risklərin idarə edilməsi Qaydaları”nın 1.3.1-ci yarımbəndindən də müəyyən olunur ki, risklərin idarə edilməsi sistemi (RİS) risklərin idarə edilməsi zamanı məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsini tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin tələbinə əsasən Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat- axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək hüquqlara malikdir. Komitə tərəfindən aparılmış araşdırma nəticəsində ADY-nın və onun tabeliyində olan 11 saylı “X1 Müəssisəsi” MMC, 5 saylı “X1 Müəssisəsi" MMC və ADY-nın İnfrastruktur Departamenti tərəfindən idxal edilən mallara görə tərtib olunmuş gömrük bəyannamələrində bir sıra uyğunsuzluqlar aşkar olunmuşdur. ADY tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələrin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olmuşdur. Həmçinin 4 gömrük bəyannaməsi üzrə (**********1365, **********1437, **********1313 və **********1469) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların müəyyən olunmuş saxlanc müddətindən daha gec müddətdə növbəti gömrük proseduru altında rəsmiləşdirilməsinə baxmayaraq gecikmiş dövr üzrə AR GM-nin 247-ci maddəsinə uyğun olaraq dəbbə pulunuq ödənilmədiyi müəyyən edilmişdir. Bir halda müvəqqəti idxal xüsusi gömrük proseduru altında **********4755 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallar ilə bağlı həyata keçirilən tədbirlər zamanı AR GM-nin 194.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli Qərarına əsasən “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 7.2-ci, 7.3-cü və 7.5-ci bəndlərinin tələbləri pozulmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan olunmuş mallar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilmiş malların siyahısına aid edilmədiyindən, sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında ödənilməli olan gömrük rüsumlarının və vergilərinin 3 (üç) faizi məbləğində gömrük ödənişləri ödənilməmişdir. Belə ki, 11 saylı “X1 Müəssisəsi" MMC-nin **********3055 nömrəli gömrük bəyannaməsilə Litva Respublikasının rezidenti olan UAB “İviltra” şirkəti ilə bağladığı xx.xx.2016 tarixli İ-Yİ-2016- 6K nömrəli müqavilə əsasında Rusiya Federasiyasından idxal etdiyi, 5 saylı “X1 Müəssisəsi" MMC-nin **********9401 nömrəli gömrük bəyannaməsilə X5 rezidenti olan “Rusmetals LP" şirkəti ilə bağladığı xx.xx.2017-ci il tarixli 05/17 nömrəli müqavilə əsasında Rusiya Federasiyasından idxal etdiyi və ADY-nin İnfrastruktur Departamentinin **********3286 və **********0420 nömrəli gömrük bəyannamələri ilə Çexiya Respublikasının rezidenti olan “M Steel Projects a.s." şirkəti ilə bağladığı xx.xx.2017-ci il tarixli HKD60 nömrəli müqavilənin 1 nömrəli əlavəsi ilə Qazaxıstan Respublikasından idxal etdiyi yüklərin gömrük rəsmiləşdirilməsi zamanı malın mənşə və ticarət edən ölkəsi fərqli olmasına baxmayaraq gömrük bəyannaməsinin 36-cı qrafasında “210” (Azad Ticarət Sazişinə əsasən idxal rüsumundan azad olunan mallar) imtiyaz kodu qeyd edilərək mallar idxal gömrük rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” xx.xx.2009-cu il tarixli Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən Sərbəst ticarət rejimi malın Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilən və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunan mallara şamil edilir. Hazırki iddia tələbi üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edirik ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayət edici olmamasını və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və iddiaçının iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. AR GM: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur; 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1 -ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar; 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur; 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır; 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar. AR İPM: 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur; 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh Komitə tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bu baxımdan iddiaçının Komitəyə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçı ADY-nın cavabdeh Komitəyə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan 11 saylı “X1 Müəssisəsi" MMC, 5 saylı “X1 Müəssisəsi" MMC və “Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti tərəfindən idxal edilən mallara görə tərtib olunmuş gömrük bəyannamələrində bir sıra uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələrin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olmuşdur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən müvafiq malların gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilmiş **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə, **********2324 nömrəli gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********3732 nömrəli gömrük bəyannaməsi isə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və onların qəbul edilməsindən gömrük orqanı tərəfindən imtina edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş xx.xx.2019-cu il tarixli **********7322, xx.xx.2020-ci il tarixli **********2324 və xx.xx.2020-ci il tarixli **********3732 nömrəli gömrük bəyannamələrinin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilməməsi səbəbindən malların gömrük dəyərinin düzgün bəyan edilməməsi nəticəsində gömrük ödənişlərinin az hesablandığı və gömrük borcunun yarandığı müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iş üzrə təqdim edilmiş materiallardan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan 11 saylı “X1 Müəssisəsi" MMC, 5 saylı “X1 Müəssisəsi" MMC və “Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti tərəfindən idxal edilən mallara görə tərtib olunmuş gömrük bəyannamələrində bir sıra uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələrin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olmuşdur. Həmçinin 4 gömrük bəyannaməsi üzrə (**********1365, **********1437, **********1313 və **********1469) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların müəyyən olunmuş saxlanc müddətindən daha gec müddətdə növbəti gömrük proseduru altında rəsmiləşdirilməsinə baxmayaraq gecikmiş dövr üzrə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq dəbbə pulunun ödənilmədiyi müəyyən edilmişdir. Eyni zamanda 11 saylı “X1 Müəssisəsi" MMC-nin **********3055 nömrəli gömrük bəyannaməsilə Litva Respublikasının rezidenti olan UAB “İviltra” şirkəti ilə bağladığı xx.xx.2016 tarixli İ-Yİ-2016-6K nömrəli müqavilə əsasında Rusiya Federasiyasından idxal etdiyi, 5 saylı “X1 Müəssisəsi" MMC-nin **********9401 nömrəli gömrük bəyannaməsilə X5 rezidenti olan “Rusmetals LP" şirkəti ilə bağladığı xx.xx.2017-ci il tarixli 05/17 nömrəli müqavilə əsasında Rusiya Federasiyasından idxal etdiyi və “Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin **********3286 və **********0420 nömrəli gömrük bəyannaməri ilə Çexiya Respublikasının rezidenti olan “M steel Projects a.s.” şirkəti ilə bağladığı xx.xx.2017-ci il tarixli НЮ60 nömrəli müqavilənin 1 nömrəli əlavəsi ilə Qazaxıstan Respublikasından idxal etdiyi yüklərin gömrük rəsmiləşdirilməsi zamanı malın mənşə və ticarət edən ölkəsi fərqli olmasına baxmayaraq gömrük bəyannaməsinin 36-cı qrafasında “210” (Azad Ticarət Sazişinə əsasən idxal rüsumundan azad olunan mallar) imtiyaz kodu qeyd edilərək mallar idxal gömrük rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Lakin iddiaçı qeyd edilən məktubla razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən müvafiq malların gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilmiş **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə, **********2324 nömrəli gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********3732 nömrəli gömrük bəyannaməsi isə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və onların qəbul edilməsindən gömrük orqanı tərəfindən imtina edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2016-cı il 2 may tarixli 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”ə uyğun olaraq bəyannamənin elektron təqdim edilməsi interaktiv qaydada həyata keçirildiyindən bəyannamənin 23-cü qrafasının bəyannaməçi tərəfindən doldurulması nəzərdə tutulmamışdır. Bu baxımdan bəyannamədə nəzərdə tutulan valyuta məzənnəsi qrafasında (23-cü qrafa) elektron məlumat mübadiləsi əsasında müəyyən olunan məlumat gömrük orqanı tərəfindən malın dəyərini bildirən xarici valyutanın Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatına olan məzənnəsinə uyğunluğu interaktiv qaydada yoxlanılmaqla bəyannamə qəbul edilir. Eyni zamanda Dövlət Xidmətlərinin Elektron Portalında (dxr.az) Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı elektron bəyannamə ilə bağlı xidmətlər hissəsində bəyannamənin elektron formada təqdim edilmə qaydası və bu sahədə bəyannaməçinin və gömrük orqanının vəzifəli şəxslərinin səlahiyyətləri müəyyən edilmişdir. Belə ki, elektron bəyannamənin inzibati proseduru olaraq müəyyən edilmişdir ki, gömrük orqanının vəzifəli şəxsi bəyannamədə olan məlumatların tamlığını və düzgünlüyünü əlavə edilmiş sənədlərlə, o cümlədən aidiyyəti dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlarla yoxlayır. Səhv aşkar edilmədikdə bəyannamənin 47-ci qrafasında göstərilən məbləğlərin ödənildiyinə əmin olduqdan sonra müvafiq bəyannamə ilə rəsmiləşdirilən malların buraxılması və ya qanunvericiliklə müəyyən olunmuş digər əməliyyatların (baxış, gömrük yoxlaması) həyata keçirilməsi haqqında qərar qəbul edilir və bu barədə bəyannaməçiyə bildiriş göndərilir. Məlumat mübadiləsi və sənədlərin ötürülməsi yalnız elektron şəkildə həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nın 1.5-ci bəndinə əsasən ƏDV xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır. Sözügedən qəbul edilmiş bəyannamələrə uyğun olaraq təsdiq olunmuş valyuta məzənnəsi nəzərə alınmaqla gömrük orqanının hesabladığı məbləğdə gömrük ödənişi qanunvericiliklə müəyyən edilmiş qaydada "xxxx" QSC tərəfindən tam ödənildiyindən həmin bəyannamələr üzrə valyuta məzənnəsinin dəyişməsi ehtimalına istinad olunmaqla gömrük borcunun (**********3732 nömrəli gömrük bəyannaməsi üzrə 1752,51 manat ƏDV, 639,67 manat dəbbə, **********7322 nömrəli gömrük bəyannaməsi üzrə 13487,40 manat ƏDV, 4922,90 manat dəbbə, **********2324 nömrəli gömrük bəyannaməsi üzrə 280860,19 manat ƏDV, 102513,97 manat dəbbə pulunun) hesablanmasına hüquqi və inzibati əsaslar mövcud deyildir. Bununla bağlı olaraq iddiaçı **********3732, **********7322 və **********2324 nömrəli bəyannamələr üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsini cvabdeh inzibati orqandan xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş xx.xx.2019-cu il tarixli **********7322, xx.xx.2020-ci il tarixli **********2324 və xx.xx.2020-ci il tarixli **********3732 nömrəli gömrük bəyannamələrinin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilməməsi səbəbindən malların gömrük dəyərinin düzgün bəyan edilməməsi nəticəsində gömrük ödənişlərinin az hesablandığı və gömrük borcunun yarandığı müəyyən edilmişdir. Bildiririk ki, gömrük bəyannaməsi doldurulduqdan sonra elektron xidmətin istifadəçisi (bundan sonra istifadəçi) tərəfindən “Elektron imza” və ya “Asan imza” vasitəsilə imzalanaraq təsdiqlənir. Bundan sonra bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 02 may 2016-cı il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati reqlamenfin 3.2.2-ci bəndinə əsasən sistemdə qeydiyyata alınmış olur (avtomatik olaraq qeydiyyat nömrəsi verilir) və sistem tərəfindən ona bu barədə bildiriş göndərilir. Ardıcıllığa uyğun olaraq ekrana ödənişlərin siyahısı çıxır. Daha sonra təyinat gömrük orqanı seçilir və “Rəsmiləşdirmək üçün göndər” düyməsi sıxılır. Bəyannamə gömrük orqanına göndərildikdən sonra gömrük rəsmiləşdirilməsinə qəbul olunur və beləliklə Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış Sisteminin “EGB” platformasında həmin gömrük bəyannaməsinin rəsmiləşdirilməsi üzrə gömrük orqanının vəzifəli şəxsi tərəfindən elektron xidmətin göstərilməsi həyata keçirilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın 2.3cü bölməsinə əsasən gömrük bəyannaməsinin 23-cü qrafasında (Qrafa 23. «Valyuta məzənnəsi») isə gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə malın invoys dəyərinin göstərildiyi valyutanın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının milli valyutasına qarşı məzənnəsi göstərilir. Müraciətinizdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş **********7322 nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2019-cu il tarixdə saat 12:27-də gömrük rəsmiləşdirilməsinə qəbul olunmuş malın invoys dəyərinin göstərildiyi İsveçrə frankının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının milli valyutasına qarşı məzənnəsi 1,9143 manat olduğu, **********2324 nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə saat 14:28-də gömrük rəsmiləşdirilməsinə qəbul olunmuş malın invoys dəyərinin göstərildiyi İsveçrə frankının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının milli valyutasına qarşı məzənnəsi 1,7328 manat olduğu və **********3732 nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixdə saat 12:03-də gömrük rəsmiləşdirilməsinə qəbul olunmuş malın invoys dəyərinin göstərildiyi Avronun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının milli valyutasına qarşı məzənnəsi 2,0669 manat olduğu halda sözügedən mallar qeyd edilən gömrük bəyannamələrinin qeydiyyata alındığı tarixə malın invoys dəyərinin göstərildiyi valyutanın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının milli valyutasına qarşı məzənnəsi əsas götürülməklə rəsmilədirilmişdir. Qeyd olunanları nəzərə alaraq, yaranmış gömrük borclarının dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göstəriş verilməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı qeyd edilənlərlə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. 8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifələrindən hesab edilir. 48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. 48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. 48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir. 48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir. 48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. 98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. 98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. 98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. 227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. 227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 6-1-ci, 6-2.4-cü, 7.1-7.3-cü, 7.6-cı, 7.7-ci, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara şamil edilmir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.1. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydasının 1.5-ci bəndinə əsasən ƏDV xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda və xx.xx.2023-cü il tarixli etiraz məktubunda göstərdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan və qeyd edilən sənədlərə əsasən müəyyən edilən mübahisəlli hal ondan ibarətdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş xx.xx.2019-cu il tarixli **********7322 nömrəli, xx.xx.2020-ci il tarixli **********2324 nömrəli və xx.xx.2020-ci il tarixli **********3732 nömrəli gömrük bəyannamələri üzrə aparılan gömrük rəsmiləşdirilməsindən müvafiq olaraq 3 il sonra və bəyannamələrin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmadan cavabdeh inzibati orqan tərəfindən rəsmiləşdirilməyə təqdim olunmuş sənədlərin düzgünlüyünü müəyyən etmək məqsədilə yenidən araşdırma aparmış və nəticədə iddiaçı QSC-nə gömrük borcu hesablamışdır. Həmçinin məhkəmə qeyd edir ki, müvafiq bəyannamələr qəbul edildiyi vaxt təsdiq olunmuş valyuta məzənnəsinə uyğun olaraq gömrük orqanının hesabladığı məbləğdə gömrük ödənişi müəyyən edilmiş qaydada iddiaçı tərəfindən tam ödənildiyindən, həmin bəyannamələr üzrə valyuta məzənnəsinin dəyişilməsinə istinad olunmaqla gömrük borcunun hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda məhkəmə qeyd qeyd edir ki, yoxlama, gömrük qanunvericiliyinin tələblərinə zidd şəkildə, müvafiq qərar qəbul edilmədən, yəni, rəsmiləşdirilmədən və müvafiq vahid məlumat reyestrində qeydiyyata alınmadan, faktiki olaraq, bir audit yoxlaması aparılmaqla (xx.xx.2022-ci il tarixli məktubda qeyd edildiyi kimi) aparılmış araşdırma nəticəsində iddiaçıya gömrük borcu hesablanaraq ödənilməsi ondan tələb olunması qanuni hesab edilməsi istisna olunur. Belə ki, gömrük orqanı tərəfindən iddiaçı QSC-nin gömrük rəsmiləşdirilməsi üçün təqdim etdiyi malların buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq üçün faktiki olaraq aparılan audit yoxlaması qanunvericiliyin qeyd olunan tələbləri qaydasında yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edildikdən sonra həyata keçirə bilərdi. Lakin, cavabdeh Komitə qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədiyi halda, onun tərəfindən aparılan yoxlamanın hüquqi nəticəsi ola bilməz, əhəmiyyətsizdir. Qeyd olunmalıdır ki, müvafiq olaraq gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanının Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş vəzfəsidir. Gömrük orqanı inzibati orqan qismində bu vəzifəsinin icrası məqsədilə müvafiq inzibati akt qəbul edir. Eyni zamanda inzibati aktı qəbul etmiş gömrük orqanı tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, borcun yaranmasına dair hər hansı qərar mövcud olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Belə ki, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin işdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı 2022-ci ildə iddiaçıya məktub ünvanlasa da, həmin müddət ərzində qeyd edilən tədbirlərdən hər hansı birini görməmişdir. Qeyd olunmalıdır ki, gömrük orqanının müvafiq olaraq gömrük rüsumlarının, müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınmasına dair səlahiyyəti digər fiskal orqanı olan vergi orqanının müvafiq səlahiyyət ilə demək olar ki, eynilik təşkil edir. Eyni zamanda Gömrük Məcəllənin qeyd olunan tələblərinə əsasən gömrük borcunun qanunvericiliklə müəyyən edilən məbləğdən az ödənildiyi aşkar olunduğu hallarda, həmin səhvin düzəldilməsi istiqamətində pul idxalçıdan 3 ərzində tutula bilər, yəni gömrük qanunvericiliyi ilə gömrük borcunun tutulması üçün 3 illik tələbetmə müddəti müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri gözlənilmədiyi üçün onun hesabladığı görmük borcu və həmin borca münasibətdə hesablanmış dəbbə pulu əsassızdır və həmin vəsaitin tələb edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətləri qanunsuz hesab olunaraq, hesablanmış gömrük borcunun və dəbbə pulunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətləri qanunsuz hesab olunaraq, hesablanmış gömrük borcunun və dəbbə pulunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev