Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7469/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680.14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206.5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən gömrük orqanlarında xidmət edərək 2022-ci ilin avqust ayının 29-da pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə Dövlət Gömrük Komitəsi Sədrinə müraciət etmişdir və bununla bağlı elə həmin tarixdə, 1000/554ş nömrəli müvafiq əmr imzalanaraq Komitənin aidiyyəti struktur bölmələrinə əmrdən irəli gələn məsələlərin həlli məqsədilə müvafiq tapşırıqlar verilmişdir. Bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nı təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına əsasən 2022-ci ilin iyul ayında tərəfindən əldə olunmuş gəlirlə bağlı “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan” 88/2022 nömrəli məlumat vərəqəsi hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinə göndərilmiş və həmin məlumat vərəqəsində onun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı, digər növ əlavələr kimi (60%) gəlirlər göstərilsə də, faktiki olaraq tərəfindən həmin ay ərzində (pensiyanın hesablanması üçün əsas götürülmüş 2022-ci ilin iyul ayı) əldə edilmiş 1206.5 manat məbləğində gəlir göstərilməmiş və sözügedən məlumat vərəqəsinin tərtibi zamanı da nəzərə alınmamışdır. Belə ki, 2022-ci ilin iyul ayında Dövlət Gömrük Komitəsinin 1000/483ş nömrəli xx.xx.2022-ci il tarixli “Qurban bayramı münasibətilə pul mükafatının verilməsi” haqqında Əmrinə əsasən 07 iyul 2022-ci il tarixdə 1 (bir) aylıq vəzifə maaşı həcmində 1206.5 manat məbləğində pul mükafatı əmək haqqı kartına mədaxil edilmiş və bu gəlirim müvafiq bank hesabı çıxarışı ilə təsdiq olunmuşdur. Sözügedən 1000/483ş nömrəli xx.xx.2022-ci il tarixli “Qurban bayramı münasibətilə pul mükafatının verilməsi” haqqında Əmrdə qeyd olunmuşdur: “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 95-ci maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsini, “Dövlət qulluqçularının mükafatlandırıl m asının növləri və qaydaları haqqında Əsasnamə”nin 4-cü bəndini və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.18-ci yarımbəndini rəhbər tutaraq Əmr edirəm: Dövlət Gömrük Komitəsinin aparatı və Komitə sisteminə daxil olan qurumlarının əməkdaşlarına (barələrində intizam tənbehi tədbirləri tətbiq olunan əməkdaşlar istisna olmaqla) büdcə vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilsin. Maliyyə və Təchizat İdarəsinə və Komitə sisteminə daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələləri həll etsinlər. X1 idarəsi əmrin aidiyyəti üzrə göndərilməsini təmin etsin. ” Burada xüsusilə nəzərə alınmalıdır ki, göründüyü kimi yuxarıda qeyd olunan bir aylıq vəzifə maaşı həcmində mükafat məbləğinin ödənilməsi büdcədən kənar vəsaitlər hesabına olmamış, əksinə büdcə vəsaiti hesabına həyata keçirilmişdir. Ona görə də cavabdeh inzibati orqana müraciət edərək gömrük orqanlarında xidmət etdiyi dövr ərzində hesablanmış 6680.14 manat məbləğin üzərinə vəzifə maaşından hesablanan digər əlavə gəliri kimi 1206.5 manat məbləğin də əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin hazırki iş üzrə 3-cü şəxs olan inzibati orqana göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ona pensiya məbləğinin yenidən hesablanmasından əsassız imtina edilərək bildirilmişdir: “Sizin 8 fevral 2024-cü il tarixli 3-33/1-Ə-001094/1-1/2024 qeydiyyat nömrəli ərizənizə Dövlət Gömrük Komitəsində baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması ” Qaydaları “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində xərcliyin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768- İQNo-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında "Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericiliklə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də göründüyü kimi barənizdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.” Cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun tələbi isə qanunvericiliyn tələblərinə uyğundur. Belə ki, onun cavabdeh inzibati orqan qarşısında qaldırdığı tələb “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı, xx.xx.2000-ci il tarixli 126 nömrəli Qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə və digər normalara tam uyğun olsa da, cavabdeh inzibati orqanın cavabı qanunvericilik aktlarını sadalamaqla “formal xarakter” daşımış, bununla yanaşı imtinanın qanuni əsasları üçün verdikləri imtina məktubunda da heç bir əsaslandırma təqdim olunmamış, əksinə qüvvədə olan qanunvericilik aktlarının tələbi təhrif olunmuş mətnlə fərqli və qərəzli münasibətdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 11 avqust 2022-ci il tarixli 1000/554Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ N-li Qanunu ilə təsdiq edilmiş Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İPM-nin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPMnin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun pozulmasından söhbət gedə bilməz. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddiaçının iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin tələblərini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmrində “Qurban” bayramı münasibətilə pul mükafatının verilməsi haqqında “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 95-ci maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsini, “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"nin 4-cü bəndini və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.6.18-ci yarımbəndini rəhbər tutularaq Dövlət Gömrük Komitəsinin aparatı və Komitə sisteminə daxil olan qurumlarının əməkdaşlarına (barələrində intizam tənbehi tədbirləri tətbiq olunan əməkdaşlar istisna olmaqla) büdcə vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-009182/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin 4 iyul 2022-ci il 1000/483ş nömrəli əmrinə əsasən əməkdaşlara büdcə vəsaiti hesabına 1 aylıq vəzifə maaşı həcmində pul mükafatı hesablanıb ödənilmişdir. "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən iddiaçıya ödənilmiş pul mükafatı məcburi dövlət sosial sığorta haqqına cəlb olunmuşdur. "Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 93-cü maddəsinə əsasən mükafat qanunvericilikdə nəzərdə tutulan digər əlavələrə aid edilmir. İddiaçı xidmətdən azad edildiyi günədək aldığı əmək haqqı barədə məlumatdan görünür ki, vəzifə maaşı 1270,00 manat; vəzifə maaşına əlavə 20%; vəzifə maaşına əlavə 254,00 manat; rütbə maaşı 159,00 manat; xidmət illərinə görə əlavə 30%; xidmət illərinə görə əlavə 428,70 manat; ərzaq pulu 32,00 manat; büdcə fondun vəsaiti hesabına aldığı vəzifə 60% əlavə 4536,44 manat; cəmi 6680,14 təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-33/2-F-000301/1-1/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0,5-cı maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa təqdim olunması qaydalarını müəyyən edirş. Göründüyü kimi “Əmək pensiyaları haqqında' Qanunun 1,0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ Ns-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də göründüyü kimi barənizdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olmaqla Komitənin xx.xx.2022-ci il tarixli əmri ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində pensiya təyinatı üçün xidmətdən buraxıldığı günə təminat xərcliyi əsasında məlumat vərəqi tərtib edilərək sosial müdafiə orqanına göndərilmişdir. İddiaçının hazırkı tələbi onun təminat xərcliyi tərkibində xx.xx.2022-ci il tarixdə verilmiş 1 aylıq vəzifə maaşı həcmində pul mükafatının nəzərə alınmaqla yenidən tərtib edilərək sosial müdafiə orqanına göndərilməsi barədədir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -93 Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. -95.Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin: -1. Bu Əsasnamə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçularının mükafatlandırılmasının növlərini və qaydalarını müəyyən edir. -2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. -11. Dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. -12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının: -1.Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. -2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “(....) Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.” Göründüyü kimi gömrük orqanı əməkdaşının əmək haqqına həm də qanunvericilikdə nəzərdə tutulan digər əlavələr də daxil edilmişdir. Eyni zamanda Əsasnamə gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi ilə bağlı məsələdə bilavasitə dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlara göndəriş edir. Dövlət qulluqçularının mükafatlandırılması isə qulluq keçdikləri orqanlar tərəfindən bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Eyni zamanda müəyyən olunur ki, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar pensiya təyin edilməsi üçün dövlət məvacibinin tərkibində nəzərə alınır. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında da mövqe ondan ibarət olmuşdur ki, pensiya təyinatı üçün hərbi qulluqçunun xidmətdən buraxıldığı günə aldığı pul vəsaitləri, həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmə şərtilə təminat xərcliyinə daxil edilməklə pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd edilənlərdən çıxış edərək hazırkı iş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmri ilə xüsusən “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"nin 4-cü bəndi rəhbər tutularaq Dövlət Gömrük Komitəsinin əməkdaşlarına:
1. kollektiv mükafat olaraq;
2. büdcə vəsaiti hesabına;
3. bir aylıq vəzifə maaşı həcmində pul vəsaiti verilmiş;
4. həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə, göründüyü kimi qeyd edilən pul mükafatının iddiaçının təminat xərcliyinə daxil edilməsini istisna edən hal müəyyən olunmur. Cavabdeh orqan hüquqtətbiq edən orqan olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən “qanunvericilikdə nəzərdə tutulan digər əlavələr”in nədən ibarət olduğunu açıqlamamış, iddiaçıya ödənilmiş mükafatın həmin əlavələrə aid edilməməsinin əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyinin tərkibində Komitənin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmri ilə verilmiş 1 aylıq vəzifə maaşı məbləğində pul mükafatı məbləğinin (məcburi dövlət sosial sığorta haqları tutulandan sonra qalan hissə) əlavə edilərək yeni məlumat vərəqəsinin tərtib edilməsini tələb etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680.14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206.5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova