Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7521/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********634900 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********634900 nömrəli Qərara əsasən 2023-cü ilin dekabr ayına ƏDV üzrə 6.060,50 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6,060.50 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır”. İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********634900 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Müəssisə tərəfindən 2023-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan əməliyyatlar üzrə daxil olmuş məbləğ 35,474.82 manat, həmin dövriyyə üzrə hesablanan ƏDV məbləği 6,385.47 manat, əvəzləşdirilməli ƏDV məbləği ümumilikdə 5,920.70 manat (o cümlədən elektron qaiməfaktura əsasında alınmış mallar (işlər, xidmətlər) üzrə 5,920.70 manat), dövlət büdcəsinə ödənilməli ƏDV məbləği isə 464.77 manat bəyan edilmişdir. Həmçinin, hesabat dövrü ərzində əvəzləşdirilmiş ƏDV məbləğlərinə dair elektron qaimə-fakturaların siyahısı da vergi orqanına təqdim edilmişdir. Vergi orqanının göndərdiyi xx.xx.2024-cü il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubundan məlum olmuşdur ki, kameral vergi yoxlaması məhz cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış satınalma müqaviləsi çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EBDR seriyalı 150346 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 261321 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 409192 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 559893 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 689744 nömrəli, xx.xx.2023-cü il tarixli EBDS seriyalı 743359 nömrəli, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 694318 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 00011720 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 00017871 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 846815 nömrəli və xx.xx.2023-cü il tarixli EBDV seriyalı 309405 nömrəli elektron qaimə-fakturalar əsasında həyata keçirilmiş əvəzləşdirmələrə münasibətdə həyata keçirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında baş tutmuş əməliyyatlar əmtəəsiz əməliyyatlar olmuşdur. Vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı, yəni başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar həyata keçirdiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, qeyd olunan əməliyyat ilə bağlı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, vergi orqanı ilk öncə əməliyyatın əmtəəsiz olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini hər hansı şübhəyə yer qalmadan tam şəkildə sübuta yetirdiyi halda vergi ödəyicisinin əmtəəsiz əməliyyat çərçivəsində ödədiyi ƏDV məbləği üzrə həyata keçirdiyi əvəzləşdirmələri etibarsız hesab edə bilər. İddiaçı MMC fəaliyyəti ilə bağlı olaraq lazımlı malları xx.xx.2023cü il tarixli 201/23 nömrəli satınalma müqaviləsi əsasında "xxxx" MMC-dən (VÖEN **********) almışdır. Qeyd olunan müqavilənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDR seriyalı 150346 nömrəli (ƏDV məbləği 630.52 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 261321 nömrəli (ƏDV məbləği 261.36 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 409192 nömrəli (ƏDV məbləği 403.6 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 559893 nömrəli (ƏDV məbləği 199.69 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 689744 nömrəli (ƏDV məbləği 145.62 manat), xx.xx.2023-cü il tarixli EBDS seriyalı 743359 nömrəli (ƏDV məbləği 585.29 manat), xx.xx.2023-cü il tarixli EBDT seriyalı 694318 nömrəli (ƏDV məbləği 397.72 manat), xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 00011720 nömrəli (ƏDV məbləği 344.799 manat), xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 00017871 nömrəli (ƏDV məbləği 697.4406 manat), xx.xx.2023-cü il tarixli EBDU seriyalı 846815 nömrəli (ƏDV məbləği 868.86 manat), xx.xx.2023-cü il tarixli EBDV seriyalı 309405 nömrəli (ƏDV məbləği 1525.57 manat) elektron qaimə-fakturalar göndərilmiş və qaimələrdə göstərilmiş malların əsas dəyəri və ƏDV məbləğləri qanunla müəyyən edilmiş qaydada alıcı İddiaçı MMC tərəfindən satıcı "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, faktiki olaraq mal aldığı və həmin alqı-satqı əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdiyi halda, vergi orqanı heç kəsə məlum olmayan səbəbləri əsas götürərək mal alışı ilə bağlı aparılmış əməliyyatları əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyat üzrə həyata keçirilmiş ƏDV əvəzləşdirmələrini qanunsuz olaraq etibarsız hesab etmişdir. "xxxx" MMC əməliyyat aparılan tarixlərdə riskli vergi ödəyicisi olmamış, lakin daha sonra vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə **********373800 nömrəli qərara əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********758400 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, aparılmış araşdırma zamanı "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olduğu üçün, qeyd olunan elektron qaimə-fakturalar üzrə əvəzləşmənin aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********339300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün 2023cü ilin dekabr ayı üçün ƏDV üzrə ümumilikdə 6060,50 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********634900 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciəti daxil olmuşdur. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının istinad etdiyi işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı borcun hesablanması barədə qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materriallarında olan hüquqi şəxs haqqında məlumatda göstərilmişdir ki, qurumun adı İddiaçı, qeydiyyata alındığı tarix xx.xx.2020, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, hüquqi ünvanı AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar ev 33, mənzil 55, rəhbərin adı X3r. xx.xx.2024-cü il tarixli **********634900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, qərar 2023-cü ilin dekabr ayı üçün əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq 464,77 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 6.525,27 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 6.060,50 manat göstərilmişdir. Qərar xx.xx.2024-cü il tarixli **********330300 nömrəli uyğunsuzluq məktububu əsasında qəbul edilmişdir. Məktubda göstərilmişdir ki, “1. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 309405 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1525.57 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1525.57 manat kənarlaşma yaranmışdır. 2. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 846815 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 868.86 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 868.86 manat kənarlaşma yaranmışdır. 3. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş MT2312 seriyalı 00011720 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 344.799 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 344.799 manat kənarlaşma yaranmışdır. 4. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş MT2312 seriyalı 00017871 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 697.4406 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 697.4406 manat kənarlaşma yaranmışdır. 5. Tərəfinizdən ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 694318 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrı 397.72 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 397.72 manat kənarlaşma yaranmışdır. 6. Tərəfinizdən ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDS seriyalı 743359 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 585.29 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 585.29 manat kənarlaşma yaranmışdır. 7. Tərəfinizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 559893 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 199.69 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 199.69 manat kənarlaşma yaranmışdır. 8. Tərəfınizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 689744 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrı 145.62 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 145.62 manat kənarlaşma yaranmışdır. 9. Tərəfınizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 150346 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 630.52 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 630.52 manat kənarlaşma yaranmışdır. 10. Tərəfinizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 261321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 261.36 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 261.36 manat kənarlaşma yaranmışdır. 11. Tərəfinizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 409192 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 403.6 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 403.6 manat kənarlaşma yaranmışdır”. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair EBDR seriyalı 150346 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDR seriyalı 261321 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDR seriyalı 409192 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDR seriyalı 559893 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDR seriyalı 689744 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDS seriyalı 743359 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDT seriyalı 694318 nömrəli elektron qaimənin tarixi xx.xx.2023cü il, MT2312 seriyalı 11720 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, MT2312 seriyalı 17871 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDU seriyalı 846815 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDV seriyalı 309405 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********373800 nömrəli Qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin iş materiallarına cavabdeh tərəfindən Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub əlavə edilmişdir. Həmin məktubda 11 elektron qaimə-fakturaya istinad edilmiş və həmin elektron qaimə-faktura üzrə zəruri sənədlərin tələb edildiyi, mübahisəli qərarın isə onlardan "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair 11 qaimə əsasında qəbul edildiyi müəyyən edilmişdir. Həmin qaimələr "xxxx" MMC ilə aparılmış əməliyyatlara dair tərtib olunmuşdur. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələblərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair xx.xx.2023-cü il tarixli EBDR 150346 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 261321nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 409192 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 559893 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 689744 nömrəli, xx.xx.2023-cü il tarixli EBDS 743359 nömrəli, xx.xx.2023-cü il tarixli EBDT 694318 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 11720 nömrəli, xx.xx.2023-cü il tarixli MT2312 17871 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU 846815 nömrəli və xx.xx.2023-cü tarixli EBDV 309405 nömrəli nömrəli elektron qaimə-fakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, cavabdeh tərəfindən məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024 **********373800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatlar arasında olmamışdır. O cümlədən İddiaçı MMC ilə "xxxx" MMC arasında müvafiq əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdən əvvəl - yəni xx.xx.2024-cü il tarixdən əvvəldə aparılmışdır. Həmçinin sonuncunun riskli hesab ediməsinə əsas olmuş əməliyyatlar qismində iddiaçıya münasibətdə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş əməliyyatlar çıxış etməmişdir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin mübahisələndirilən qərarı əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********634900 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №e-2-1(112)-7521/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7521/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver