Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7523/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı təminat xərcliyinin (pul təminatının) 2024-cü ilin yanvar ayında aldığı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq yenidən hesablanaq buna dair müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Gömrük Orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikasının Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 1000/160Ş nömrəli əmrinə əsasən «Gömrük Orqanlarında Xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Pensiyaya çıxmazdan əvvəl, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində komitənin sərəncamında olmuşdur. Sərəncamda olduğu müddətdə əmək haqqı və əmək haqqına olan bütün əlavələr tam şəkildə ona ödənilmişdir. Buna baxmayaraq pensiyaya çıxdığım zaman mənə hesablanmış pensiya məbləği 2024cü ilin yanvar ayında aldığı təminat xərcliyi (pul təminatı) əsasında deyil, səhvən sərəncama çıxdığı dövrdə, yəni 2023-cü ilin oktyabr ayında aldığım təminat xərcliyi (pul təminatı) əsasında hesablanmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək komitənin sərəncamında olduğu müddətdə ona əmək haqqının və həmin aylar üzrə müəyyən edilmiş əlavələrin ödəniliməsi tam təmin edilmiş və sosial ödəmələr üzrə ödənişlər tutulmuşdur. Bu səbəbdən də pensiyaya çıxdığı zaman ona hesablanmış pensiya məbləği 2024-cü ilin yanvar ayında aldığı əmək haqqı və əlavələr (təminat xərcliyi) əsasında hesablanmalıdır. Odur ki, təminat xərcliyinin (pul təminatının) 2024-cü ilin yanvar ayında aldığı pul təminatına (təminat xərcliyinə) uyğun olaraq yenidən hesablanaq buna dair müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə dair 19 fevral 2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 fevral 2024-cü il tarixli məktubu ilə mənə bildirildi ki, «19 fevral 2024-cü il tarixli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitsində baxılmışdır. Azərbaycan Respublikasının 7 fevral 2007-ci il tarixli 54- İİQ nömrəli «Əmək pensiyaları haqqında» Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmçinin nəzərinizə çatdırırq ki, Azərbaycan Respublikasının 1999cu il 7 fevral tarixli, 768 İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır. Eyni zamanda Siz Azərbaycan Respublikasının Gömrük Komitəsinin xx.xx.2024- cü il tarixli, 1000/160Ş nömrəli əmri ilə vəzifədən azad olunaraq Komitənin sərəncamına götürülmüsünüz. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 1000/160Ş nömrəli əmri ilə Komitənin sərəncamında olduğunuz müddətdə xidmətinizə xitam verildiyi üçün 2023-cü ilin oktyabr ayında aldığınız əmək haqqı əsasında pensiya təyin edilməsi üçün müvafiq hesablamalar aparılmışdır». Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin göstərilən hallara əsaslanmaqla təminat xərcliyinin (pul təminatının) 2024-cü ilin yanvar ayında aldığı pul təminatına (təminat xərcliyinə) uyğun olaraq yenidən hesablanaq buna dair müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtina etməsi əsassızdır. Belə ki, göstərdiyi kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək komitənin sərəncamında olduğu müddətdə ona əmək haqqının və həmin aylar üzrə müəyyən edilmiş əlavələrin ödəniliməsi tam təmin edilmiş və sosial ödəmələr üzrə ödənişlər tutulmuşdur. Bu səbəbdən də pensiyaya çıxdığı zaman ona hesablanmış pensiya məbləği 2024-cü ilin yanvar ayında aldığı əmək haqqı və əlavələr (təminat xərcliyi) əsasında hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 1000/1273Ş nömrəli əmri ilə iddiaçı "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək üç ayadək müddətdə sərəncama götürülmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli 1000/160Ş nömrəli əmri ilə iddiaçı "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hrəbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2023-cü il tarixədək olan redaksiya) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2023-cü il tarixədək olan redaksiya) Əmək pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. "Əmək pensiyaları haqqında" Qanununun 1.0.5-ci maddəsinin tələbindən müəyyən edilir ki, hərbi qulluqçunun sərəncama götürüldüyü günə aldığı məbləğ hərbi qulluqçunun sonuncu təminat xərcliyi hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehin 01 11.2023-cü il tarixli 1000/1273ş nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək üç ayadək müddətdə sərəncama götürülmüş və sonuncu təminat xərcliyini oktyabr ayında almışdır İddiaçı cavabdehin sərancamında olduğu müddətdə ərizəsi ilə cavabdehə müraciət edərək pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alaraq gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 1000/160Ş nömrəli əmr ilə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilərək iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsi Filiala göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktikı, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin müvafiq maddələrini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-004973/2024 nömrəli məktubu ilə təqdim olunmuş Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinin, gömrük orqanlarında sərəncama götürülməsi və vəzifədən azad edilməsi barədə əmrlərin təsdiq edilmiş surətlərindən görünür ki: -xx.xx.2023-cü il tarixli 1000/1273Ş nömrəli vəzifədən azad etmə haqqında əmrə əsasən İddiaçıov Faiq oğlunun tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli 1000/160Ş nömrəli xidmətə xitam verilməsi haqqında əmrdən görünür ki, "Gömrük Orqanlarında Xidmət Haqqında Əsasnamə"nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən İddiaçı pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə səbəbi ilə xx.xx.2024-cü il tarixdən müqavilə dayandırılması qərara alınmışdır. -Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan ***-**** nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçıov Faiq oğlunun cəmi iş stajı və xidmət illəri 20 il, 05 ay, 05 gün təşkil edir. Ehtiyata buraxıldığı tarix xx.xx.2024-cü il, Təminat xərcliyi ilə bağlı məlumatlara əsasən vəzifə maaşı 970 azn, rütbə maaşı 159 azn, ərzaq payı əvəzinə pul kompensiyasiyası 32 azn, cəmi təminat xərcliyi 6774,37 manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-008151/2024 nömrəli məktubu ilə təqdim olunmuş iddiaçının 2023-cü ilin oktyabr ayında və 2024-cü ilin yanvar ayında aldığı əmək haqqına dair məlumatlar və iddiaçının qeyd olunan tarixlərdə aldığı əmək haqqında aparılan tutulmalar barədə məlumatlardan görünür ki, 2023-cü ilin oktyabr ayı üçün aylıq vəzifə maaşlarına cəmi əlavə 5137,12 azn; əmək haqqı 1605,25 azn; ərzaq pulu 32,00 azn, 2024-cü ilin yanvar ayı üçün aylıq vəzifə maaşlarına cəmi əlavə 5820,97 azn; əmək haqqı 7293,18 azn; ərzaq pulu 32,00 azn təşkil edib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-000372/1-42/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli "Əmək pensiyaları haqqında" Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçularını hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Eyni zamanda Siz Azerbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1 fevral 2024-cü il tarixli 1000/160Ş nömrəli əmri ilə vəzifədən azad olunaraq Komitənin sərəncamına götürülmüsünüz. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1 feyral 2024-cü il tarixli 1000/160Ş nömrəli əmri ilə Komitənin sərəncamında olduğunuz müddətdə xidmətinizə xitam verildiyi üçün 2023-cü ilin oktyabr ayında aldığınız əməkhaqqı əsasında pensiya təyin edilməsi üçün müvafiq hesablamalar aparılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olmaqla Komitənin xx.xx.2023-cü il tarixli 1000/1273Ş nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək ilkin olaraq komitənin sərəncamına götürülmüş, xx.xx.2024-cü il tarixli 1000/160Ş nömrəli əmrlə isə xx.xx.2024-cü il tarixdən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində pensiya təyinatı üçün sərəncama götürüldüyü günə təminat xərcliyi əsasında məlumat vərəqi tərtib edərək sosial müdafiə orqanına göndərilmişdir. İddiaçının hazırkı tələbi ona sərəncama götürüldüyü 2023-cü ilin oktyabr ayı üçün deyil, xidmətin xitam verildiyi 2024-cü ilin yanvar ayı üçün təminat xərcliyinin hesablanaraq yeni məlumat vərəqinin aidiyyəti sosial müdafiə orqanına göndərilməsi barədədir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qeyd edilməlidir ki, Qanunun qeyd edilən maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri 23 aprel 2019-cu il tarixli 1565-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi qanunvericiliyə 23 aprel 2019-cu il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən hərbi qulluqçuların təminat xərcliyi aşağıdakılardan hesablanır: 1.hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və ya 2.sərəncamdan ehtiyata və ya istefaya buraxıldığı halda sərəncama götürüldüyü günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanaraq müvafiq məlumat vərəqi verilir. İşin hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2024-cü il tarixdə, bilavasitə sərəncamda olduğu halda (sərəncamdan) xitam verilmişdir. İddiaçının sərəncamdan xidmətinə son verildiyindən bu halda onun təminat xərcliyi xidmətinə xitam verildiyi və məlumat vərəqinin tərtib edildiyi dövrdə qüvvədə olan qanuna edilmiş dəyişikliyə uyğun olaraq, yəni sərəncama götürüldüyü 2023-cü ilin oktyabr ayına əldə etdiyi təminatdan hesablanması və buna müvafiq məlumat vərəqinin verilməsi əsaslı olmuşdur. Başqa sözlə, iddiaçının iddia etdiyi kimi sərəncama götürüldüyündən və sərəncamdan xidmətinə sonlandığından onun barəsində məlumat vərəqinin xidmətdən buraxıldığı günə təminat xərcliyi əsasında tərtib edilməsinin tələb etməsinin hüquqi əsası yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7523/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7523/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver