Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7537/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “İTRA" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətilərin və həmin cəmiyyətlərin dövlət büdcəsinə olan ümumilikdə 44.760,5 manat məbləğində vergi borcunun alqı-satqı müqaviləsi əsasında X2 və X1 və iş üzrə İddiaçı həmin şirkətlərlə heçbir bağlılığının olmamasını nəzərə alaraq İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh olaraq qeyd etdiyi Dövlət Vergi Xidmətinin bundan sonra Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi ilə əvəz edilməsini və iddia tələbinin “ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətilərin və həmin cəmiyyətlərin dövlət büdcəsinə olan ümumilikdə 44.760,5 manat məbləğində vergi borcunun alqı-satqı müqaviləsi əsasında X2 və X1 və iş üzrə İddiaçı həmin şirkətlərlə heçbir bağlılığının olmamasını nəzərə alaraq İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 3-21-2-8/2-20341/2025 nömrəli 22 iyul 2025-ci il tarixli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” Qərardan görünür ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi qərara alınmışdır.
4. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclası təyin etmişdir.
5. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hal-hazırda iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: -1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. -67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı ““İTRA" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətilərin və həmin cəmiyyətlərin dövlət büdcəsinə olan ümumilikdə 44.760,5 manat məbləğində vergi borcunun alqı-satqı müqaviləsi əsasında X2 və X1 və iş üzrə İddiaçı həmin şirkətlərlə heçbir bağlılığının olmamasını nəzərə alaraq İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün işin icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı ““İTRA" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətilərin və həmin cəmiyyətlərin dövlət büdcəsinə olan ümumilikdə 44.760,5 manat məbləğində vergi borcunun alqı-satqı müqaviləsi əsasında X2 və X1 və iş üzrə İddiaçı həmin şirkətlərlə heçbir bağlılığının olmamasını nəzərə alaraq İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova