Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7539/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixində qəbul etdiyi **********5304 nömrəli vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın (inzibati aktın) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra “Cavabdeh”) əməkdaşları tərəfindən İddiaçı Adil oğluna (VÖEN: **********; Şəxsiyyət vəsiqəsi: AA*******; FİN: xxxxxxx) məxsus AZ0900, ünvan 1 ünvanında yerləşən sahədə X28 həyata keçirilmişdir. X28nin nəticəsində Cavabdeh tərəfindən inzibati akt olaraq iddiaçı barəsində xx.xx.2025-ci il tarixində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********5304 nömrəli qərar (bundan sonra “Qərar”adlanacaq) qəbul edilmişdir. Belə ki, Qərara əsasən iddiaçının işəgötürən olaraq 14 nəfər fiziki şəxsi əmək müqaviləsiqüvvəyə minmədən xidmətlərin (işlərin) icrasına cəlb etdiyi qeyd edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən barəsində 28000 (iyirmi səkkiz min manat) maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən belə hesab edir ki, cavabdehin iddiaçı barəsində xx.xx.2025-ci il tarixində qəbul etdiyi **********5304 nömrəli Qərar qanunaziddir və ləğv edilməlidir:
1. Vergi məsuliyyətinə səbəb olan hərəkətin iddiaçı tərəfindən törədilməməsi: X28nin keçirilməsi nəticəsində Cavabdeh tərəfindən hazırlanmış xx.xx.2024-cü iltarixli 008587 saylı akt və həmin aktın əlavəsində İddiaçının ona məxsus olan sahədə 14 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Müvafiq akt və onun əlavəsini İddiaçı imzalamaqdan imtina etmişdir, çünki həmin sənədlərdə qeyd olunan və vergi məsuliyyətinə səbəb olan hərəkət İddiaçı tərəfindən törədilməmişdir. Belə ki, İddiaçı ona məxsus olan boş və istifadəsiz sahəni müxtəlif usta və zərgərlərin çalışmaq və xidmət göstərmək üçün sahəyə ehtiyacı səbəbindən və həmin şəxslərin müraciəti əsasında zərgərlik emalatxanası kimi dizayn etmiş və yenidənqurmaişləri aparmışdır. İddiaçının özünün ümumiyyətlə zərgərlik, qızıl və gümüş metalların təmir və digər bu kimi işlərlə bağlı hər hansı texniki və ya digər idarəetmə biliyimövcud deyildir və özünəməxsus olan sahədə iddiaçımüxtəlif usta və zərgərləri sadəcə yer və ehtiyac olan avandlıqlarla təmin etmişdir. Əmək münasibətlərinin yaranmasına əsas olan və Əmək Məcəlləsinin 3.4-1-ci maddəsində müəyyən edilən əmək münasibətinin əsas komponentləri olan müntəzəmolaraq işəgötürəninmüəyyən etdiyi müddətə (saatlarda) əmək fəaliyyəti ilə məşğul olmaq, hər hansımüəyyən edilmiş daxili intizam qaydalarına riayətetmək, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etmək kimi xüsusiyyətlər iddiaçı ilə həmin şəxslər arasında mövcud olmamışdır. Müvafiq fiziki şəxslər müntəzəm olaraq, əvvəlcədən müəyyən edilmiş saatlarda iddiaçı üçün işləyib əmək fəaliyyəti ilə məşğul olmamışlar, yalnız müstəqil xidmət göstərən usta və zərgərlər olaraq özləri xidmət sifarişi qəbuletdiklərizaman xidmətlərin icrası üçün iddiaçıya məxsus sahədən və avadanlıqlardan istifadə etmişlər. Bu səbəbdən, iddiaçı ilə fiziki şəxslər arasındakı münasibət əmək münasibəti deyil, birgə fəaliyyət/əməkdaşlıq formasında yaranan mülki münasibətdir və mülki münasibətdə hər kəs öz vergi və maliyyə öhdəliklərinə görə özümüstəqilməsuliyyət daşıyır. Bu halda iddiaçının müvafiq fiziki şəxslərlə hər hansı əmək müqaviləsinin bağlanmasına ehtiyac yox idi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən edilən hərəkət ümumiyyətlə İddiaçı tərəfindən törədilməmişdir. Məlum olduğu kimi, konstitusion müddəa olan və bir çox beynəlxalq konvensiyalarda əksini tapmış “təqsirə görə məsuliyyət” prinsipi sübutetmə zamanı şəxsin ona istinad olunan pozuntuda təqsirinin, pozuntunun onun tərəfindən törədilməsinin və nəticəsinin ona istinad edilməsinin təkzibolunmaz sübutlarla təsdiq edilməsini tələb edir. İndiki halda isə aparılmış araşdırma ilə İddiaçının hərəkəti ilə AR VM-nin 58.10-cu maddəsində nəzərdə tutulmuş əməl arasında hər hansı səbəbli əlaqə mövcud deyildir.
2. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin cavabdeh tərəfindən düzgün tətbiq edilməməsi: Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən vergi ödəyicisinin vergi məsuliyyətinin yaranması üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmalıdır. Maddənin məzmunundan göründüyü kimi, bu maddə üzrə hüquqi məsuliyyətin yaranması üçün hüquqazidd hərəkətin törədilməsi və bu hərəkətin inzibati orqan tərəfindən sübut edilməsi yetərli deyil, həmçinin hüquqazidd hərəkətin maddi hüquqi nəticəsi olmalı və həmin maddi hüquqi nəticənin yarandığı da inzibati orqan tərəfindən sübut edilməlidir. Hazırkı halda, Qərarda və Aktda inzibati orqan olaraq Cavabdehin iddia etdiyiyalnız 14 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilməsidir. Həmin hərəkətin nəticəsində fiziki şəxslərin gəlirlərinin azaldılması və ya gizlədilməsi faktı sübut olunmamışdır. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı ilə fiziki şəxslər arasındakı münasibət əmək münasibəti deyil, birgə fəaliyyət/əməkdaşlıq formasında yaranan mülki münasibətdir və mülki münasibətdə hər kəs öz vergi və maliyyə öhdəliklərinə görə özü müstəqil məsuliyyət daşıyır. İddiaçı xidmətlərin icrası üçün yer və avadanlıq təmininə görə hər xidmət sifarişi üzrə ödənilən məbləğdən müəyyən faiz formasında xidmət haqqı əldə edir. İddiaçı mülki münasibətdə olduğu fiziki şəxslərin hər birinin fəaliyyətinə, dövlət qarşısında vergi və maliyyə öhdəliklərinin yerinə yetiribyetirməməsinə nəzarət imkanı yoxdur və qanunvericiliklə belə bir vəzifəsi də yoxdur. Bu səbəbdən, İddaçının həmin fizikişəxslərin gəlirlərinin gizlədilməsi və yaazaldılmasınaşərait yaratmasıabsurddur.
3. Digər tərəfdən, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiyasını və Qərarda Cavabdeh tərəfindən İddiaçının vergi məsuliyyətinə cəlb edilməsininəsasını təşkil edən əməl olan “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi” özlüyündə vergi qanunvericiliyinin deyil, əmək qanunvericiliyinin pozuntusudur. Əmək Məcəlləsinin 15.1-ci və 15.2-ci maddələrinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqiaktların tələblərinə əməl olunmasına dövlət nəzarətini X24 Xidməti həyata keçirir və əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin digər məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır. Hazırkı halda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətininBakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi inzibati orqan olaraq öz səlahiyyətinə aid olmayan bir məsələ üzrə, yəni əmək qanunvericiliyinin pozulmasını müəyyən etmişdir. Halbuki X28ninkeçirilməsi barədə iş materiallarında həqiqətən İddiaçı tərəfindən əmək qanunvericiliyinin pozulması barədə səlahiyyətli orqan olan X24 Xidmətinin hər hansı qərarı, rəyi və ya İddiaçınınəmək qanunvericiliyini pozmasına görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı müraciəti mövcud deyildir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində X28nin məqsədlərindən biri kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd edilmişdir, lakin bu bəndə əsasən vergi orqanı vergi nəzarətini həyata keçirən zaman əlavə (yan) hallar kimi bunu aşkar edə bilər və onun səlahiyyəti yalnız aşkar etmə ilə yekunlaşır. Həmin aşkarlanan halın əmək qanunvericiliyinin pozuntusu olubolmadığınımüəyyən etmək isə inzibati orqan olaraq X24 Xidmətinin səlahiyyətindədir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 Uçotun Təşkili Baş İdarəsi inzibati orqan olubAzərbaycan Respublikası Konstitusiyasının 71.10-cumaddəsinə əsaəsən, yalnız qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər. Hazırkı halda isə cavabdeh inzibati orqan kimi səlahiyyətlərini aşaraq qanunsuz qərar qəbul etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi icraatınızda olan e-2-1(112)- 7539/2025 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “saatların və zərgərlik məmulatlarının təmiri” olduğu müəyyən edilmişdir. İşin halları ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra – Baş İdarə) “X28nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0453 nömrəli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30 A 3005-ci məhəllədə yerləşən obyektdə keçirilmiş X28 tədbiri zamanı 14 (on dörd) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 008587 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X28nin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş idarənin xx.xx.2024-cü il tarixli **********661800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2024-cü il tarixdə göndərilmiş, elektron qutuda xx.xx.2025 -ci il tarixdə oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********5304 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28 000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2025-ci il tarixli **********904300 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2025-ci il tarixdə göndərilmiş, məktub elektron qutuda xx.xx.2025-ci il tarixdə oxunmuşdur. OVN tədbiri zamanı aktda adı qeyd olunan əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş fiziki şəxslər izahat vermiş və onlar İddiaçı tərəfindən işə cəlb olunduqlarını etiraf etmişdirlər. X2 xx.xx.2024-cü il tarixli etirafedici izahatında təxminən 1 aydır ki, zərgər köməkçisi vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, əmık haqqının gündəlik 10 manat təşkil etdiyini, həftənin 6 günü saat 12:00-dan axşam saat 19:00-a kimi iş saatının olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə aldığını, obyektdə özündən başqa işləyən şəxslərdən Vüqar və Muradı tanıdığını bildirmişdir. X7 xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, əmək müqaviləsi bağlanması üçün şəxsiyyət vəsiqəsini təqdim etdiyini, obyektin rəhbəri kimi İddiaçı tanıdığını, aylıq nağd qaydada 400 manatv əmək haqqı aldığını, iş rejiminin həftəlik 5 gün olmaqla saat 12:00-dan 18:00-dək olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə M. Mehdiyevdən icazə aldığını bildirmişdir. X6 xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, aylıq əmək haqqının 400 manat təşkil etdiyini, nağd qaydada olmaqla M. Mehdiyevdən alındığını, iş rejiminin həftəlik 3-5-ci günlər saat 10:00-dan 16:00-dək olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə aldığını, obyektdə özündən başqa işləyən şəxslərdən Xəzər və Faiqi tanıdığını bildirmişdir. X13 xx.xx.2024-cü il tarixli etirafedici izahatında 4 aydır ki, xx.xx.2024-cü il tarixdən qəlibçi vəzifəsinə işə cəlb olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, ayda 300 manat olmaqla nağd qaydada İddiaçı əmək haqqı aldığını, iş saatının 09:00-dan 18:00-dək olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə M. Mehdiyevdən icazə aldığını, tez bir zamanda onunla əmək müqaviləsi bağlanacağını bildirmişdir. X3 oğlu xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024- cü il tarixdən zərgər köməkçisi vəzifəsinə işə cəlb olunduğunu, obyektin rəhbəri olaraq İddiaçıi tanıdığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, iş saatının saat 10:00-dan 18: 00-dək olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə aldığını, obyektdə özündən başqa işləyən şəxslərdən Murad və Əlvanı tanıdığını bildirmişdir. X8 xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2023-cü il tarixdən zərgər vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, aylıq əmək haqqının 400 manat təşkil etdiyini və İddiaçı aldığını, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə aldığını, obyektdə özündən başqa işləyən şəxslərdən Vüqar və Muradı tanıdığını bildirmişdir. X1 xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmədiyini bildirmişdir. X7 xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsinə işə qəbul olunduğunu, işə qəbul edilmək üçün İddiaçı müraciət etdiyini, aylıq əmək 350 manat təşkil etdiyini və İddiaçı aldığını, iş rejiminin həftəlik 5 gün olmaqla saat 10:00-dan 18:00-dək olduğunu, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edildiyini, hər hansı səbəbdən işə gəlmədikdə M. Mehdiyevdən icazə aldığını bildirmişdir. Eyni zamanda aktda adları qeyd olunan digər şəxslər də oxşar məzmunlu izahatlar verərərək İddiaçı tərəfindən işə cəlb olunduqlarını etirafetmişdirlər. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, “Ona məxsus olan boş və istifadəsiz sahəni müxtəlif usta və zərgərlərin çalışmaq və xidmət göstərmək üçün sahəyə ehtiyacı səbəbindən və həmin şəxslərin müraciəti əsasında zərgərlik emalatxanası kimi dizayn etmiş və yenidənqurma işləri aparmışdır. İddiaçının özünün ümumiyyətlə zərgərlik, qızıl və gümüş metalların təmir və digər bu kimi işlərlə bağlı hər hansı texniki və ya digər idarəetmə biliyi mövcud deyildir və özünəməxsus olan sahədə iddiaçı müxtəlif usta və zərgərləri sadəcə yer və ehtiyac olan avandlıqlarla təmin etmişdir. Əmək münasibətlərinin yaranmasına əsas olan və Əmək Məcəlləsinin 3.4-1-ci maddəsində müəyyən edilən əmək münasibətinin əsas komponentləri olan müntəzəm olaraq işəgötürənin müəyyən etdiyi müddətə (saatlarda) əmək fəaliyyəti ilə məşğul olmaq, hər hansı müəyyən edilmiş daxili intizam qaydalarına riayət etmək, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etmək kimi xüsusiyyətlər iddiaçı ilə həmin şəxslər arasında mövcud olmamışdır. Müvafiq fiziki şəxslər müntəzəm olaraq, əvvəlcədən müəyyən edilmiş saatlarda iddiaçı üçün işləyib əmək fəaliyyəti ilə məşğul olmamışlar, yalnız müstəqil xidmət göstərən usta və zərgərlər olaraq özləri xidmət sifarişi qəbul etdikləri zaman xidmətlərin icrası üçün İddiaçıya məxsus sahədən və avadanlıqlardan istifadə etmişlər. Bu səbəbdən, İddiaçı ilə fiziki şəxslər arasındakı münasibət əmək münasibəti deyil, birgə fəaliyyət, əməkdaşlıq formasında yaranan mülki münasibətdir və mülki münasibətdə hər kəs öz vergi və maliyyə öhdəliklərinə görə özü müstəqil məsuliyyət daşıyır.” İddia ərizəsində qeyd olunanların əksinə bildirilir ki, iddiaçının əsas fəaliyyət sahəsi “saatların və zərgərlik məmulatlarının təmiri” ilə bağlıdır. OVN tədbirinin həyata keçirildiyi təsərrüfat obyekti İddiaçı ilə X22 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən icarəyə götürülmüş və vergi ödəyicisinin müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vergi orqanında uçota alınmışdır. Qeyd olunan icarə müqaviləsinin 2.2.7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı 3-cü şəxslərin icarəsinə (subicarəyə) verə bilməz. Aparılan araşdırma zamanı İddiaçı həmin təsərrüfat obyektini aktda adı qeyd olunan şəxslərə icarəyə verilmədiyi müəyyən olunmuşdur. İddiaçı ilə aktda adı qeyd olunan fiziki şəxslər arasında olan münasibətlərin əmək münasibəti yoxsa mülki hüquqi münasibətləri olmasına münasibətdə isə bildirilir ki, iş materiallarına əlavə olunmuş izahatlardan da göründüyü kimi işçilər İddiaçı tərəfindən işə cəlb olunduqlarını, onların konkret iş saatlarının olmasını, daxili intizam qaydalarına İddiaçı tərəfindən nəzarət olunmasını, onların arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olduğunu, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etdiklərini öz izahatlarında qeyd etmişdirlər. Qeyd olunan halların hər biri tərəflər arasında olan münasibətin mülki hüququ münasibəti deyil, əmək münasibəti olmasını sübut edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən: İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Mülki-hüquqi müqavilədə isə tərəflər sifarişçi və icraçıdır. Əmək müqaviləsi ilə mülkihüquqi müqavilə arasındakı fərqlərdən biri tərəflərin statusu və tərəflər arasındakı münasibətlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, mülki-hüquqi müqavilələr iki (və ya daha çox) bərabər tərəfin bağladığı əqddir və müqavilənin icrası zamanı icraçı sərbəstdir. Sifarişçi yalnız işin gedişatına nəzarət edə bilər. Əmək müqaviləsi çərçivəsində isə işçi işəgötürənə tabedir və bir qayda olaraq, işəgötürənin müəyyən etdiyi iş rejimi və intizam qaydaları çərçivəsində fəaliyyət göstərir. Bir sözlə, əmək müqaviləsində işçi ilə işəgötürən arasında olan münasibətlər digər prinsiplərlə yanaşı tabeçilik prinsipinə əsaslandığı halda, mülki-hüquqi müqavilələrdə münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur. Qeyd edilənlərdən əlavə hər iki müqavilənin predmeti fərqlidir. Əmək müqavilələrinin predmetini хüsusi növ əmtəə, yəni fiziki və zehni qabiliyyətlərinin məcmusundan ibarət olan işçi qüvvəsi, vətəndaşın canlı əməyi təşkil edir. Bu хüsusi əmtəə (işçi qüvvəsi) insanın şəхsiyyətindən ayrılmazdır, o, yalnız müəyyən haqq müqabilində müvəqqəti olaraq əmək muzdu kimi digər tərəfin işəgötürənin istifadəsinə verilə bilər. Mülki-hüquqi müqavilələrin predmetini isə maddiləşmiş əməyin son nəticəsi təşkil edir. Bu müqavilələrdə əmək yalnız götürülmüş müqavilə öhdəliklərinin yerinə yetirilməsinin üsulu kimi çıхış edir. Başqa sözlə desək, mülki-hüquqi predmetini təqdim edilən nəticə, əmək müqaviləsinin predmetini isə “canlı əmək” təşkil edir. Müqavilələr arasında fərqlərdən biri də iş vaxtı ilə bağlıdır. Belə ki, əmək müqaviləsində iş vaxtının müddəti dəqiq göstərilməlidir. Mülki xarakterli müqavilələrdə isə iş vaxtı sərbəstdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən İddiaçı Arif oğlu ilə aktda adı qeyd olunan fiziki şəxslərdən X25 arasında xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə, X26 arasında xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə, X38 arasında xx.xx.2020-xx.xx.2021 və xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə, X16 arasında xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə əmək müqaviləsinin mövcud olduğu və ona xitam verildiyi, X33 və X9 ilə isə OVN tədbirindən əvvəlki tarixlərdə əmək müqaviləsinin bağalanaraq xitam verilməsi ilə yanaşı bugünədək aktiv olan əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi OVN tədbirindən sonra xx.xx.2025-ci il tarixdə X33 ilə, xx.xx.2025-ci il tarixdə isə X9 ilə əmək müqaviləsi bağlamışdır. Qeyd olunan halların hər biri tərəflər arasındakı münasibətin əmək münasibəti olmasını bir daha sübut edir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, OVN tədbiri zamanı vergi orqanının əməkdaşları tərəfindən videoyazı aparılmış və vergi ödəyicisinə tətbiq edilmiş maliyyə sanksiyasının əsaslı olması həmin videoyazı ilə də bir daha öz təsdiqini tapmışdır. İddiaçının digər əsaslandırması isə ondan ibarətdir ki, “Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiyasmı və Qərarda cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edən əməl olan “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi” özlüyündə vergi qanunvericiliyinin deyil, əmək qanunvericiliyinin pozuntusudur. Əmək Məcəlləsinin 15.1-ci və 15.2-ci maddələrinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini X24 Xidməti həyata keçirir və əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin digər məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır. Hazırkı halda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi inzibati orqan olaraq öz səlahiyyətinə aid olmayan bir məsələ üzrə, yəni əmək qanunvericiliyinin pozulmasını müəyyən etmişdir.” Bildirilir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X28ni keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi X28 tədbiri zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasənm Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələsdirilmis vergi üzrə sabit məbləgin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalatr Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan müddəalardan da göründüyü kimi İnzibati Xətalar Məcəlləsi və Vergi Məcəlləsində nəzərdə tutulmuş maddələrdə predmet fərqlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsi əmək müqaviləsinin bağlanılıb-bağlanılmamasına görə məsuliyyət nəzərdə tutulur. Burada məsələyə əmək hüququ baxımdan baxılır. Vergi Məcəlləsində isə vergi hüququ baxımdan məsələyə baxılır və burada əsas predmet fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması olur. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 14 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmışdır. Qeyd edildiyi kimi, həmin şəxslər izahatlarında qeyd olunan faktı etiraf etmişlər. Vergi Məcəlləsinin: 16.1.8-ci maddəsinə əsasən asagıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iasə fəaliyyəti, yerləsmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablasmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qosulmus nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallardavə qaydada kameral və səyyar vergi yoxlamalarını, X28ni keçirmək hüququ vardır. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X28ni həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən X28ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən əmək münasibətləri bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
4. “X28nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0453 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242257874 nömrəli Çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus olan AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30A, 3005-ci məhəllə ünvanında yerləşən “Qızılın təmiri və Gümüşlərin istehsalı” obyektində (**********-14003) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansl işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X28 keçirilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X28nin nəticəsi haqıında xx.xx.2024-cü il tarixli Seriya DVX № 008587 Aktda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:34-də təqdim edilmiş baza məlumatlarına əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinə əsasən zərgər, zərgər köməkçisi, 2d printer sahəsində xidmətçi cəlb olunmuş 17 nəfər fiziki şəxsdən 14 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, 0 nəfəri vergi bu məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən təərfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetririlməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X28nin nəticəsi haqıında xx.xx.2024-cü il tarixli 008587 saylı Akta Əlavədə qeyd edilmişdir ki, 23 noyabr 2024-cü il tarixdə İddiaçı məxsus “Qızılın təmiri və Gümüşün istehsalı” obyektində aparılmış X28 nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı: X14 – 3K7YEPT X25 – 0YKV6DY X21 – 62V7E7Y X33 – 53NM1FN X15 – 7WNXEWQ X26 – 61UME38 X5 – 0YDC930 X38 – 52CQ03T X23 – 71RYJVK X16 – 2EM3LXC X27 – 7S0QAX5 X10 – 7KHSVAU X19 - 2WOT8Z X11 – 7GFVHZJ
7. X14 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, təxminən 1 aydır zərgər köməkçisi vəzifəsində işləyir, gündəlik nağd qaydada 10 manat ödəniş alır, İddiaçı ilə əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, işlədiyi obyektin rəhbəri olaraq İddiaçı tanıyır, iş saatları həftənin 6 günü saat 12:00-dan axşam saat 19:00-a kimidir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Vüqarı və Muradı tanıyır.
8. X25 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, işə qəbul olarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir, işəgötürən tərəfindən ona əmək müqaviləsi və əmək bildirişi təqdim edilməmişdir, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, iş rejimi həftəlik 5 gün olmaqla saat 12:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
9. X21 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən zərgər vəzifəsində işləyir, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi bildirişi yoxdur, işəgötürən tərəfindən ona əmək müqaviləsi və əmək bildirişi təqdim edilməmişdir, obyektin rəhbəri kimi İddiaçı tanıyır, iş rejimi həftəlik 3-5-ci günlər saat 10:00-dan 16:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Xəzəri və Faiqi tanıyır.
10. X33 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, 4 aydır xx.xx.2024-cü il tarixdən qəlibçi vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 300 manat əmək haqqı alır, iş rejimi saat 09:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
11. X15 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024- cü il tarixdən zərgər köməkçisi vəzifəsində işləyir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 300 manat əmək haqqı alır, gündəlik iş rejimi saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Muradı və Əlvanı tanıyır.
12. X26 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən zərgər vəzifəsində işləyir, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Muradı və Vüqarı tanıyır.
13. X5 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, heç bir əmək haqqı almamışdır, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
14. X38 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, heç bir sənəd təqdim etməmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 350 manat əmək haqqı alır, iş rejimi həftədə 5 gün saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
15. X23 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən 3d print sahəsində xidmət edir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, işə qəbul olarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir, əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, iş rejimi həftədə 5 gün saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyət verilmir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
16. X16 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində aylıq 400 manat əmək haqqı almaqla işə qəbul olunmuşdur, əmək müqaviləsi və elektron əmək bildirişi bağlamamışdır, indiyə kimi nağda qaydada 400 manat almışdır, işdə Turan və Vüqarı tanıyır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir.
17. X27 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində aylıq 400 manat əmək haqqı almaqla işə qəbul olunmuşdur, əmək müqaviləsi və elektron əmək bildirişi bağlamamışdır, indiyə kimi nağda qaydada 400 manat almışdır, işdə Kamil və Vüqarı tanıyır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir.
18. X10 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, təxminən 20 gündür tələbə olaraq sənədi öyrənir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, ödəniş almamışdır, iş rejimi saat 10:00-dan 15:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
19. X19 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində əmək müqaviləsini, əmək bildirişi olmadan zərgər vəzifəsində işləyir, aylıq 250 manat əmək haqqı alır. əmək haqqını nağd qaydada alır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir.
20. X11 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İlqar dayının yanına köməyə gəlir, işə qəbul olunmaq üçün İlqar dayıya müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, işə davamiyyətinə İlqar dayı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İlqar dayıdan icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
21. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********5304 nömrəli qərarı ilə İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respubulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir və xx.xx.2025-ci il tarixədək 28000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
22. “Kooperativ binada qeyri-yaşayış sahəsi tikintisi üçün” xx.xx.2006-cı il tarixli Müqaviləyə əsasən “kooperativ” ("xxxx" MTK) Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 30A, 3005-ci məhəllədə tikilən binanın -3,90 m səviyyəsində olan 180 kv.m qeyri-yaşayış sahəsini “payçı”ya (X17) verməyi öz üzərinə götürmüşdür.
23. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 266 nömrəli Arayışa əsasən ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın -3,90 m səviyyəsində olan 180 kv.m qeyri-yaşayış sahəsinin dəyəri X22 tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur.
24. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən “icarəyə verən” (X22) onun xüsusi mülkiyyətində olan əsas sahəsi 70 kv.m olan Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 30A, 3005-ci məhəllədə yerləşən qeyri-yaşayış binasını “icarəçiyə” (İddiaçı) öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə vermişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
26. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
28. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
29. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
30. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X28ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X28 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
31. “X28nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0453 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242257874 nömrəli Çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus olan AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30A, 3005-ci məhəllə ünvanında yerləşən “Qızılın təmiri və Gümüşlərin istehsalı” obyektində (**********-14003) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X28 keçirilməsi qərara alınmışdır.
32. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********5304 nömrəli qərarı ilə İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respubulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir və xx.xx.2025-ci il tarixədək 28000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
33. Məhkəmə ilk növbədə müəyyən edir ki, “Kooperativ binada qeyri-yaşayış sahəsi tikintisi üçün” xx.xx.2006-cı il tarixli Müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 30A, 3005-ci məhəllədə tikilən binanın -3,90 m səviyyəsində olan 180 kv.m qeyri-yaşayış sahəsini X12 mülkiyyəti vermiş və xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən “icarəyə verən” X22 xüsusi mülkiyyətində olan əsas sahəsi 70 kv.m olan Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 30A, 3005-ci məhəllədə yerləşən qeyriyaşayış binasını “icarəçi” İddiaçı öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə vermişdir. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30A, 3005-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi əsasında İddiaçı tərəfindən istifadə olunması məhkəmədə hər hansı şübhə yaratmır.
34. Məhkəmə nəzərə alır ki, cavabdeh vergi orqanı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30A, 3005-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsində (İddiaçı tərəfindən istifadə olunan) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərin izahatı alınmışdır: - X14 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, təxminən 1 aydır zərgər köməkçisi vəzifəsində işləyir, gündəlik nağd qaydada 10 manat ödəniş alır, İddiaçı ilə əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, işlədiyi obyektin rəhbəri olaraq İddiaçı tanıyır, iş saatları həftənin 6 günü saat 12:00-dan axşam saat 19:00-a kimidir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Vüqarı və Muradı tanıyır. - X25 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, işə qəbul olarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir, işəgötürən tərəfindən ona əmək müqaviləsi və əmək bildirişi təqdim edilməmişdir, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, iş rejimi həftəlik 5 gün olmaqla saat 12:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X21 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən zərgər vəzifəsində işləyir, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi bildirişi yoxdur, işəgötürən tərəfindən ona əmək müqaviləsi və əmək bildirişi təqdim edilməmişdir, obyektin rəhbəri kimi İddiaçı tanıyır, iş rejimi həftəlik 3-5-ci günlər saat 10:00-dan 16:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Xəzəri və Faiqi tanıyır. - X33 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, 4 aydır xx.xx.2024-cü il tarixdən qəlibçi vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 300 manat əmək haqqı alır, iş rejimi saat 09:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X15 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024- cü il tarixdən zərgər köməkçisi vəzifəsində işləyir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 300 manat əmək haqqı alır, gündəlik iş rejimi saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Muradı və Əlvanı tanıyır. - X26 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən zərgər vəzifəsində işləyir, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxslərdən Muradı və Vüqarı tanıyır. - X5 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, heç bir əmək haqqı almamışdır, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyətə çıxmamışdır, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X38 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən zərgər vəzifəsində işləyir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, heç bir sənəd təqdim etməmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 350 manat əmək haqqı alır, iş rejimi həftədə 5 gün saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X23 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən 3d print sahəsində xidmət edir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, işə qəbul olarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir, əmək müqaviləsi bağlamamışdır, əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, aylıq nağd qaydada 400 manat əmək haqqı alır, iş rejimi həftədə 5 gün saat 10:00-dan 18:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, məzuniyyət və ezamiyyət verilmir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X16 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində aylıq 400 manat əmək haqqı almaqla işə qəbul olunmuşdur, əmək müqaviləsi və elektron əmək bildirişi bağlamamışdır, indiyə kimi nağda qaydada 400 manat almışdır, işdə Turan və Vüqarı tanıyır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir. - X27 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində aylıq 400 manat əmək haqqı almaqla işə qəbul olunmuşdur, əmək müqaviləsi və elektron əmək bildirişi bağlamamışdır, indiyə kimi nağda qaydada 400 manat almışdır, işdə Kamil və Vüqarı tanıyır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir. - X10 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, təxminən 20 gündür tələbə olaraq sənədi öyrənir, işə qəbul olunmaq üçün İddiaçı müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, obyektin rəhbəri kimi İddiaçı tanıyır, ödəniş almamışdır, iş rejimi saat 10:00-dan 15:00-dəkdir, işə davamiyyətinə İddiaçı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İddiaçı icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır. - X19 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, 30A, 3005-ci məhəllə ünvanında yerləşən zərgər sexində əmək müqaviləsini, əmək bildirişi olmadan zərgər vəzifəsində işləyir, aylıq 250 manat əmək haqqı alır. əmək haqqını nağd qaydada alır, izahatı özü yazmışdır, heç bir əlavəsi yoxdur, doğruluğunu təsdiq etmişdir. - X11 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən İlqar dayının yanına köməyə gəlir, işə qəbul olunmaq üçün İlqar dayıya müraciət etmişdir, əmək müqaviləsi və əmək müqaviləsi bildirişi yoxdur, işə davamiyyətinə İlqar dayı tərəfindən nəzarət edilir, hər hansı səbəbdən işə gəlmədikdə İlqar dayıdan icazə alır, obyektdə özündən başqa işləyən şəxsləri tanımır.
35. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 30A, 3005-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslər (14 nəfər) İddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb olunduqlarını, konkret iş saatlarının olmasını, daxili intizam qaydalarına İddiaçı tərəfindən nəzarət olunmasını, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etdiklərini və onlarla hər hansı əmək müqaviləsinin bağlanmadığını öz izahatlarında təsdiq etmişdirlər.
36. Məhkəmə xüsusilə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. X28nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
38. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 və Uçotun Təşkili Baş İdarəsi) həmin qərarın (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********5304 nömrəli qərarın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva