Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-754/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili X14, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys əsasında "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş 840 litr “Valaqro Viva” adlı (məhsulun İnvoysdakı kodu **********0111) malın ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 2019-2021-ci illərdə idxal olunan mallara Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş **********5000, **********7493, **********3780, **********7609, **********3540, **********9872 və **********4897 sorğu nömrəli gömrük bəyannamələrində sadalanan malların invoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən və həmin mallar imtiyaza düşdüyündən (“Valaqro Viva”, “Valaqro EDTA Cu”, “Radifarm”, Plantofol 20-20-20, MC Set, Brexsil Ca, Plantafol5-15-45, Yieldon Valaqro və Actiwave) ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC İtaliyanın “Valaqro SPA”-dan kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan aqrokimyəvi maddə (Viva, Valaqro EDTA Cu) alaraq Azərbaycan Respublikasına idxal etmişdir. "xxxx" MMC 25 sentyabr 2020-ci il tarixdə **********9740 nömrəli gomruk bəyannaməsində bəyan edilmiş Viva, Valaqro EDTA Cu preparatları laborotoriyaya verilmişdir. Laborotoriya tərəfindən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən etmişdir ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) olduğunu nəzərə alaraq, vergi tutulmasını (ƏDV) göstərmişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal edəcəkləri mineral gübrənin idxalına dair 1848/20 və 1449/20 saylı rəylər verimişdir. Həmin rəylərdə qeyd edilən mallar mineral gübrə olduğundan ümumilikdə onun adı bu rəydə aqrokimyəvi maddə adı altında (səkkiz adda) göstərilməklə dövlət standartlarına və digər normativ-hüquqi aktların tələblərinə cavab verdiyindən “Pestisidlərin, Bioloji Preparatların və X5 Qeydiyyatı Haqqında” Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1 və 164.1.31-cı malların ixracından başqa, malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin, habelə idxalında mineral gübrələrin, pestidlərin idxalından vergi ödəmədən azad olunması maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri barədə” 20 aprel 2004cü il tarixli, 58 saylı qərarının “Spesifik gömrük idxal rüsumu dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilən malların siyahısı”nın 31-ci qrupuna daxil olan mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0; XİF MN üzrə kodu – 3824 99 960 9), yəni Viva, Valaqro EDTA CU preparatları ƏDV-dən azaddır. Lakin laborotoriya tərəfindən həyata keçirilən zamanı aparılan sınaq zamanı aqrokimyəvi maddələr mineral gübrə qanunla mineral gübrə olduğu halda üzvi-mineral gübrə kimi qeydə alınmış və vergiyə (ƏDV) cəlb edilməsi göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında və Vergi Məcəlləsinin müvafiq maddəsində idxal olunan mallar (kodlar üzrə təsnifatda) vergidən (ƏDV-dən) azaddır. Bakı Baş Gömrük İdarəsi Ekspert İdarəsinin həmin mallarla bağlı qəbul etdiyi rəyə istinad edərək, həmin mallara görə MMC-ni vergiyə cəlb edir. Aqrokimya MMC göstərilən məzmunda Azərbaycan Respublikası Dövlət Gömrük və Bakı Baş Gömrük İdarəsinin Komitəsinə müraciət etmişdir. Müvafiq idarələrdən aldığı cavablardan məlum olur ki, hər iki qurum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin rəyinə istinad edərək, gübrənin mineral deyil, üzvi-mineral gübrəyə aid olduğundan ƏDV vergisindən azad oluna bilməz qənaətinə gəlmişlər. Bu baxımdan rəyin ləğv edilməsi ilə bağlı Ekspertiza İdarəsinə müraciət olunmasını bildirirlər. "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinə etdiyi müraciətdə, göstərilən səbəblər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2004-cü il tarixli, 58 saylı Qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsini rəhbər tutaraq, vergiyə cəlb edilmiş mallarla bağlı X11 İdarəsinin (705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) qəbul etdiyi rəyin ləğv edilməsini və rəydə göstərilən malların vergidən azad olunmasına dair qərar qəbul edilməsini göstərmişdi. Lakin ekspertiza idarəsinin cavab məktubunda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 322.1-ci bəndinə istinad edərək vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətinə daxil olmadığını və aparılmış ekspertizanın düzgün olduğunu və ləğvinə dair heç bir əsaslandırılmış səbəb olmadığını qeyd etmişdir. Qeyd olunmalıdır ki, “Valaqro Viva” adlı gübrəni bəyan etdiyi 3101 00 000 0 təsnifat kodunda - “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr aid olması göstərilmişdir. Məktubda isə 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilməməsi göstərilmişdir. Lakin həmin təsnifat kodu (3101 00 000 0) Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə aid edilmişdir, ƏDV-yə deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən idxal gömrük rüsumundan azad oluna bilən 31-ci qrupda sinifləşdirilən "gübrələr” ifadəsi öz əksini tapmışdır. Bu gübrələr sırf gömrük rüsumuna aid edilməsidir. ƏDV-yə cəlb olunması ilə bağlı isə hər hansı bir normativ akt yoxdur. Ümumilikdə mineral və həm də üzvi-mineral gübrələr "Gübrələr” sinfinə aid edilir. Lakin cavabdeh tərəf Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə istinad edərək gətirilən malın mineral deyil, rəyə əsasən üzvi-mineral gübrə olduğundan vergiyə cəlb olunmasını tələb edir. Qeyd edilən maddədə isə göstərilir ki, əsasən mineral gübrələrin, pestisidlərin idxalı və satışışını həyata keçirən müvafiq qurumlar vergi ödəmədən azaddır. "xxxx" MMC-nin gətirdiyi malın tərkibində mineral və həm də üzvi gübrə vardır. Qanunla isə üzvi-mineral gübrələrin ƏDVyə cəlb olunması ilə bağlı hər hansı bir müddəada yoxdur. Bu baxımdan üzvi-mineral gübrə "Gübrələr” sinfinə aid edildiyindən “Aqrokimya" MMC tərəfindən gətirilən “Valaqro Viva” adlı gübrənin tərkibində eyni zamanda mineral gübrə olduğundan (rəyə əsasən) ƏDV-yə cəlb edilə bilməz. Vergiyə cəlb olunma qanunla və ya normativ aktlarla tənzimlənir. Lakin bununla bağlı hər hansı bir tənzimlənmə yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsində mineral gübrə göstərilməsinə görə müvafiq icra qurumu qanunu şərh edərək, üzvi-mineral gübrə adı olmadığı səbəbindən gətirilən malın ƏDV-yə cəlb olunması qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili X18 iddia tələbinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçının ölkəyə idxal etdiyi malların təsnifat kodu X12 İdarəsinin verdiyi müvafiq rəyə əsasən müəyyən edilmişdir. Həmin rəyə əsasən iddiaçının ölkəyə idxal etdiyi malların ƏDV-yə cəlb olunmalı olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - "xxxx" Şirkəti tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 705/2020-07 nömrəli invoysdan görünür ki, “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) məhsullar sifariş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2200-011/0xx-xx/000227 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "Valaqro Viva" və “Valaqro EDTA Cu” adlı gübrələri ekspertizaya təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli ekspertiza tədqiqatının nəticəsindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3 və 7-ci mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir: 3-cü mövqeyi üzrə - “X20” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə - XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqeyi üzrə - “Valagro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə - XİF MN üzrə kodu 3105 20 900 0. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin 129 saylı, xx.xx.2021-ci il tarixli müraciətinə X12 İdarəsində (MDEİ) baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/008324 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş “X20” və “Valagro Viva” adlı malların ekspertizası aparılmışdır və X10 Mal Nomenklaturasına (XİF MN) əsasən sinifləşdirilmişdir. “X20” adlı mineral gübrənin ekspertizası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 saylı, 17 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının X10 mal nomeklaturası, idxal gömrük rüsumlarının dərəcələri və idxal gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərarın 31-ci qrup qeydinə əsasən EDTA ilə xelat olunmuş mis tərkibli gübrə 31ci qrupda təsnif oluna bilməz. Həmçinin 31-ci qrupun izahnaməsinə əsasən mikroelement əsaslı gübrə 3824 mal mövqeyində sinifləşdirilməlidir. Göstərilənlərə əsasən “X20” adlı mineral gübrə XİF MN əsasən 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilmişdir. “Valagro Viva” adlı gübrənin isə ekspertizası zamanı onun tərkibində amid azot, üzvi azot, kalium oksid, karbon, dəmir əsaslı üzvi və qeyri-üzvi maddələrin qarışığından ibarət üzvimineral gübrə olduğu təyin olunmuş və bu fakt malın markalanması ilə eynilik təşkil edir. Bu əlamətlərə görə də obyekt XİF MN görə 3105 20 900 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən yalnız 31-ci mal qrupunda sinifləşdirilən gübrələr idxal gömrük rüsumundan azad oluna bilər və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.31ci bəndinə əsasən yalnız mineral güebrələr ƏDV ödəməkdən azad edilir. Nəzərlərinə çatdırılır ki, Aqrokimya MMC-nin “Valagro Viva” adlı gübrəni ilk bəyan etdiyi 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilmir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən malların vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətlərinə daxil deyildir. - Azərbaycan Qida Təhlükəsizliyi X3 Laborotoriyasının xx.xx.2020-ci il tarixli, 1056- 20/A nömrəli və xx.xx.2020-ci il tarixli, 1057-20/A nömrəli sınaq protokollarından görünür ki, tədqiq olunmuş “Yieldon Valagro (İR 1849/20)”; “Radifarm (İR 1849/20)”; “Viva (İR 1849/20)” ; “Plantofol 20-20-20 (İR 1849/20)”; “MC set (İR 1849/20)”; “X20 (İR 1849/20)”; “Brexil Ca (İR 1849/20)”; “Plantafol 5-15-45 (İR 1849/20)”; “Actiwave (İR 1849/20)” nümunələrində müvafiq olaraq ümumi azotun miqdarı, kalium oksidin miqdarı, fosfor oksidin miqdarı, sinkin miqdarı, misin miqdarı parametrlərin yolverilən həddinə uyğundur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1849/20 nömrəli rəyinə əsasən həmin malların tərkibi aşağdakı kimi müəyyən olunur: “Valeqro Viva” – sınaq parametrlərinin adı: ümumu azotun miqdarı - tətbiq edilən müayinə (sınaq) metodları: kjeldahl method, parametrlərin yolverilən həddi – 3.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 2.97, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur; sınaq parametrlərinin adı: kalium oksidin (K2O) miqdarı (kaliuma (K) görə) - tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi – 8.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 7.7, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur; “Valeqro EDTA Cu” - sınaq parametrlərinin adı: misin miqdarı - tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi – 15.0, sınaq nəticəsində əldə edilmiş dəyər – 14.4, sınaq nəticələrinin qiymətləndirilməsi – uyğundur. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “**********", "29224985" göstərilən kodlara uyğunluğu müəyyən edilir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/00953 nömrəli məktubdan görünür ki, onun Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti tərəflərindən araşdırılmışdır. "xxxx" MMC-nin **********9740 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş 705/2020-07 saylı, xx.xx.2020-ci il tarixli invoys üzrə 3-cü və 7-ci maddələrin X12 idarəsinin 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun XİFMN koduna düzəliş edilməsi üçün geri qaytarılmışdır. Müraciətdə qeyd etdikləri 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin ləğv edilməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətlərinə aid deyildir. Həmçinin X12 İdarəsinin 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun malların tez bir zamanda bəyan olunaraq rəsmiləşdirilməsinin həyata keçirilməsi onlardan tələb olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ölkəyə kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan aqrokimyəvi maddələr idxal edilir. "xxxx" MMC-nin İtaliyanın “Valagro SPA”-dan aldığı kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan “Viva”, “X20”, “Radifarm”preparatları 25 sentyabr 2020-ci il tarixdə **********9740 nömrəli gömruk bəyannaməsində bəyan edilmişdir. Həmin maddələr laborotoriyaya verilmiş və laborotoriya tərəfindən ekspertizanın aparılması nəticəsində "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) olduğu müəyyən edildiyindən həmin malları üzrə ƏDV-nin ödənilməsi cavabdeh tərəfindən tələb edilmişdir. Hazırda iddiaçı cavabdehin həmin tələbini inzibati icraat qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. - 102.2-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. - 103.1-cü maddəsinin tələbinə görə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: - 103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; - 103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; - 103.1.3. malları keçirən şəxsə görə. - 103.2-ci maddəsinə əsasən malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 218.1-ci maddəsinə əsasən malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. - 218.2-ci maddəsinə əsasən gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. X10 mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən X10 mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. X10 mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. - 219.1-ci maddəsinə əsasən malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. - 219.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. - 225.1-ci maddəsinə əsasən gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. - 225.2-ci maddəsinə əsasən konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. - 225.3-cü maddəsinə əsasən mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. - 227.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. - 227.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. - 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. - 319.1-ci maddəsinə əsasən X10 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. - 319.2-ci maddəsinə əsasən X10 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X10 mal nomenklaturasının ayrılmaz hissəsidir. - 319.3-cü maddəsinə əsasən X10 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. - 319.4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında istifadə edilən X10 mal nomenklaturası X6 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X13 Edilmiş Sisteminə və X7 X10 vahid mal nomenklaturasına uyğun olmalıdır. - 319.5-ci maddəsinə əsasən X10 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X10 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. -321.3-cü maddəsinə əsasən bəyan edilən malların X10 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. - 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları X10 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə Qrup 31-a aid olan qeydlərdə göstərilir ki, bu qrupa aşağıdakılar daxil edilmir: (a) 0511 mal mövqeyindəki heyvan qanı; (b) müəyyən kimyəvi tərkibli ayrı-ayrı birləşmələr (2(a), 3(a), 4(a) və 5-ci bəndlərində göstərilənlərdən başqa); və ya (c) 3824 mal mövqeyinə daxil oedilən, hər birinin kütləsi 2,5 q-dan az olmayan kalium xloridin süni yetişdirilmiş kristalları (optik elementlərdən başqa); kalium xloridin optik elementləri (9001 mal mövqeyi). Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr XİF MN üzrə 3101 00 000 0 kodu altında sinifləşdirilir və həmin kod altında sinifləşdirilmiş mallar gömrük rüsumundan azaddır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən İtalya Respublikasından idxal edilmiş “Viva” və “Radifarm” adlı mallar “3101 00 000 0” kodu, “X20” adlı mal isə “2922 4985” kodu ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı gömrük bəyannaməsində sözügedən malları “3101 00 000 0” və “2922 4985” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X11 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə - “X20” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə - XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqeyi üzrə - “Valagro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvimineral gübrə - XİF MN üzrə kodu 3105 20 900 0 sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malların 31-cu qrupa aid edilmədiyini bildirərək iddiaçı tərəfindən bəyan edilmiş malların X12 İdarəsinin 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun bəyan olunaraq XİF MN üzrə 3824 99 960 9 kodu və XİF MN üzrə 3105 20 900 0 kodu ilə rəsmiləşdirilməsinin həyata keçirilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, XİF MN üzrə 3824 99 960 9 kodu altında “– – – – – başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, əsasən üzvi birləşmələrdən ibarət olan kimyəvi məhsullar və ya preparatlar: alt mövqeyində “– – – – – – digərləri o cümlədən: əsasən N, N-dialkil(metil, etil, n-propil və ya izopropil)-2-xloretilaminlərdən və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əsasən N, N-dialkil(metil, etil, n-propil və ya izopropil)-2-aminoetanollardan və onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əsasən N, N-dimetil-2-aminoetanoldan və ya N, N-dietil-2-aminoetanoldan və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əsasən N, N-dialkil(metil, etil, n-propil və ya izopropil) aminoetan-2-tiollardan və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar” nəzərdə tutulur. XİF MN üzrə 3105 20 900 0 kodu altında isə “Tərkibində azot, fosfor və kalium kimi iki və ya üç qida elementi olan mineral və kimyəvi gübrələr; digər gübrələr; həb və ya analoji formalarda və ya brutto-çəkisi 10 kqdan çox olmayan qablaşmalarda bu qrupun malları: alt mövqeyində “– – digərləri” nəzərdə tutulur. Məhkəmə tərəfindən iddiaçı tərəfindən idxal edilmiş malların hansı koda uyğunluğunun müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1071 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində təqdim edilmiş malların "**********", "29224985" göstərilən kodlara uyğunluğu müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza üzrə alınmış rəydə əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən sübut qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Belə olan halda iddiaçı tərəfindən idxal edilmiş 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil edir. Məhkəmə həmçinin cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində istinad edilən X11 İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə bağlı bildirir ki, sözügedən rəy formal şəkildə əsaslandırılmış, tədqiqatın aparıldığı instrumental vasitələr tam açıqlanmamış və rəyi verən orqanla cavabdeh orqanın eyni mərkəzi icra hakimiyyəti orqanına tabe olunmaları da nəzərə alınmaqla qeyd olunanlar rəyin mötəbərliyini şübhə altına qoyur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-cü maddəsinə əsasən mineral gübrələrin, pestisidlərin idxalı və satışından ƏDV tutulmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən həmin mallar 18% ƏDV-yə cəlb edilmir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının idxal etdiyi həmin mallara gömrük rəsmiləşdirilməsi 18% ƏDV tətbiq edilmədən aparılmalı idi. Ona görə də cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılması cavabdehə həvalə edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X10 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılması cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-754/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-754/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver