Məhkəmə qərarları › İş №e-2-1(112)-7542/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7542/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7542/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Nürəddin oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********8843 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 3 sentyabr 2018-ci il tarixdən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alınmışdır və əsas fəaliyyəti uçot-baza məlumatlarında 4781001-içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı kimi qeyd edilmişdir. Əsas fəaliyyətindən də məhz alkoqollu içkilərin və digər malların satışı və istehsalı ilə məşğul olan müəssisələrdən alaraq pərakəndə qaydada vətəndaşlara satmaqdan ibarət olmuşdur. Lakin vergi qanunvericiliyinin tələblərinə əməl etmək məqsədi ilə pərakəndə satışla məşğul olmaq üçün müəyyən təsərrüfat subyektləri icarəyə götürmək və vergi orqanlarında qeydiyyata qoymaq, daha sonra isə nəzarət-kassa aparatı uçota qoymaq məqsədi ilə axtarsa da, müəyyən səbəblərdən həmin (istəklərinə uyğun) obyektin tapılması mümkün olmamışdır. O da əldə etdiyi malları təsərrüfat subyekti olmadan və nəzarət-kassa aparatı vergi orqanında uçota qoymadan pərakəndə qaydada satmışdır. O, 26 noyabr 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən dəvət olunmuş və ona barəsində X3n keçirilməsi haqqında qərar təqdim edilmişdir. Ona izah edilmişdir ki, onun barəsində yoxlama başlanılmışdır. Ona müəyyən sənədlər tanış olması üçün təqdim edildi. Həmin 26 noyabr 2024-cü il tarixdə ondan izahat alındı. İzahatda həmin anda heç bir təsərrüfat subyektinin olmadığı, mal qalığının olmadığı, bütün malları pərakəndə satdığını, malların üzərinə 6-7% ticarət əlavəsinin gəldiyini, bütün malları “X5” MMC-dən aldığını, satış zamanı heç bir e-qaimə və kassa çeki təqdim etmədiyini bildirdi. Beləliklə, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9320 saylı qərarı onun barəsində “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10- cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi” üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX seriyalı 102223 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X2 nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda 26 noyabr 2024-cü il tarixdə onun heç bir ünvanda təsərrüfat subyekti (obyekti) və mal-material qalığının aşkar olunmadığı, satış qiymətli ilə 234 084,18 manat məbləğində malların elektron qaiməfaktura təqdim edilməli olduğu halda e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 23 408,42 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən pərakəndə satış qaydasında təqdim etdiyi mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 24 yanvar 2025-ci il tarixdə **********8843 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla ona Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə23 408,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanın operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: qanunverici X2 həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə X2 həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********9320 nömrəli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, vergi orqanın X2 həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2 həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) X2 həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, X3n həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi X3n tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. X3n keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. O, 2023-cü il ərzində “X5” MMC-dən ümumilikdə (2 ədəd e-qaimə üzrə) 126 250,00 manat məbləğində un məlumatları almış və elə həmin ildə qeyd edilən məhsulları satmışdır. Cavabdeh vergi orqanı maddi hüquq normaları düzgün tətbiq etməmiş, yeni normanın qüvvəyə minən tarixədək baş vermiş əməliyyatlara sonradan qanunvericiliyə əlavə edilən normanı tətqbiq etməklə onu əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da onun qanunla nəzərdə tutulmuş hüquqlarını kobud surətdə pozmuşdur. Ümumiyyətlə yeni qəbul edilən norma qəbul edildiyi tarixdən yalnız sonrakı əməliyyatlara şamil edilməsi qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğundur. İstisna hal kimi yalnız şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə həmin normanın geriyə şamil edilməsi məsələsinə baxıla bilər. Vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifəni yerinə yetirə bilməmişdir. Məsələnin mahiyyətindən aydın olur ki, cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri keçirib və tədbirin nəticəsi üzrə 13 dekabr 2024-cü il tarixli akt tərtib edilmişdir. Aktda isə 26 noyabr 2024-cü il tarixdə onun heç bir ünvanda təsərrüfat subyekti (obyekti) və mal-material qalığının aşkar olunmadığı, satış qiymətli ilə 234 084,18 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 23 408,42 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Eyni zamanda, ondan 26 noyabr 2024-cü il tarixdə izahat alınmışdır. İzahatda həmin anda mal qalığının olmadığı, bütün malları pərakəndə satdığını, malların üzərinə 6-7% ticarət əlavəsinin gəldiyini, bütün malları “X5” MMC-dən aldığını, satış zamanı heç bir e-qaimə və kassa çeki təqdim etmədiyini bildirdi. Göründüyü kimi, cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə belə qənaətə gəlibdir ki, o fəaliyyət göstərdiyi bütün müddət ərzində əldə etdiyi malların hamısını topdan satış qaydasında satmışdır, lakin buna dair elektron vergi qaimə-faktura alıcıya təqdim etməmişdir. Halbuki o izahatda da bildirmişdir ki, o bütün malları pərakəndə satış qaydasında satmışdır. Eyni zamanda, onun 3 sentyabr 2018-ci il tarixindən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alındığı vaxtdan bu günədək əsas fəaliyyəti uçot-baza məlumatlarında 4781001-içki və tütün məmulatları da daxil olmaqla çadırlarda bazarlarda ərzaq məhsullarının pərakəndə satışı kimi qeyd edilmişdir. Müəyyən səbəblərdən o, təsərrüfat subyekti qeydiyyata alaraq nəzarət-kassa aparatı qoya bilməmişəm və bu səbəbdən də həmin pərakəndə satış qaydasında satdığı mallara görə nəzarət-kassa aparatına məbləğləri daxil edə bilməmişdir. Lakin bu hal onu deməyə əsas vermir ki, o, həmin malları topdan satış qaydasında satmışdır. Bu yalnız cavabdeh vergi orqanın etimallar əsasında mülahizəsidi və buna dair hər hansı sübutlar vergi orqanında mövcud deyildir. Bununla bağlı qeyd edir ki, “topdansatış” və “pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdan satış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdan satışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdan satışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçü və yalnız elektron qaimə-faktura əsasında satılır. Qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdan satışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda, isə yuxarıda qeyd etdiyi kimi, misal üçün 20 ədəd eyni mal həm pərakəndə satış kimi, həm də topdan satış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa yoxsa topdan satışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Operativ vergi nəzarət üzrə tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli DVX seriyalı 101640 nömrəli malların siyahısında malların alış qiyməti kimi 204 657,00 manat və satış qiyməti kimi 234 084,18 manat göstərilmişdir. İlk öncə malların alış və satış qiymətlərin hansı tarix aralığında olduğu bəlli deyil, yəni vergi orqanı məhz hansı tarixdən aldığı malların dəyərini hesablayaraq 204 657,00 manat məbləğin müəyyən etdiyi aydın deyil. Digər tərəfdən, malların satış qiymətinin məhz 234 084,18 manat olması ümumiyyətlə anlaşılan deyil. Çünki o, izahatda qeyd etmişdir ki, malların üzərinə yalnız 6-7% ticarət əlavə qoymuşdur. Lakin malların alış 204 657,00 manat və satış 234 084,18 manat qiymətləri müqayisə edilsə görmək olur ki, cavabdeh vergi orqanı malların alış qiymətinə 6-7% deyil, 14% ticarət əlavə qoymuş və həmin məbləğə maliyyə sanksiyası tətbiq etmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ 1 yanvar 2024-cü il tarixədək qüvvədə olan vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. X3n keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. Lakin cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı əvvəlki dövlərin əhatə edilməsi hüququnu qanunla 1 yanvar 2024-cü il tarixdən əldə etsə də, bu hüququn həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrində yoxlamanı düzgün qeydiyyata almamış, yoxlanılması nəzərdə tutulduğu dövlərin konkret tarixlərini qeyd etməmiş, əksinə yoxlamanın dövrünü cari fəaliyyət kimi qeydiyyatdan keçirməklə öz hüquqlarını məhdudlaşdırmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "Yoxlamanın müddəti" kimi konkret tarixlər göstərilsə də, "Yoxlanılan dövr" kimi dövrün tarixləri deyil, "Cari fəaliyyət" qeyd edilmişdir. Lakin eyni əsasla nümunə olaraq ("xxxx" MMC-də) digər vergi ödəyicisində başlanan operativ vergi nəzarət tədbiri ilə bağlı başlanma qərarı və yoxlamanın vahid məlumat reyestrindən çıxarışı təqdim edirəm. Həmin yoxlama çıxarışından görünür ki, yoxlanılan dövr kimi "cari fəaliyyət" deyil, konkret olaraq "xx.xx.2024-xx.xx.2025" tarixlər göstərilmişdir. Buradan bəlli olur ki, hazırkı mübahisə üzrə cavabdeh vergi orqanı öz səalhiyyətlərini məhdudlaşdıraraq yoxlamaların vahid məlumat reyestrində "cari fəaliyyət" kimi qeydiyyata almaqla buna əməl etməmiş, qeydiyyat məlumatlarından kənara çıxaraq qanunu kobud surətdə pozmuşdur. Halbuki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinə əsasən bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, nümayəndə olaraq hazırkı mübahisə ilə bağlı eyni məsələyə aid olan qanunvericiliyinin tətbiqinə dair 24 sentyabr 2025-ci il tarixdə Dövlət Vergi Xidmətinə sorğu yazdıq və sorğunu məzmunu aşağıdakı kimi olmuşdur: Vergi ödəyicisi eqaimə ilə 2023-2024-cü ildə topdan qaydada aldığı malları elə həmin illərdə pərakəndə qaydada satmışdır. Lakin vergi ödəyicisinin fəaliyyət göstərdiyi sahənin mülkiyyət sənədləri mövcud olmadığı üçün təsərrüfat subyektini və pərakəndə nəzarət-kassa aparatını qeydiyyata qoymamışdır. Belə olan təqdirdə təsərrüfat subyektinin və pərakəndə nəzarət-kassa aparatının qeydiyyatda olmadan malları pərakəndə qaydada satılması vergi qanunvericiliyi ilə hansı məsuliyyət tədbirlərinə məruz qala bilər? Yəni başqa, sözlə desək, əgər vergi ödəyicisi malları satıb və bu satışdan əldə edilən gəliri gəlir vergisi bəyannaməsində bəyan (pərakəndə satış sətrində gəlirləri göstərərək) edibsə, lakin nəzarət-kassa aparatının qeydiyyatda olmamasına görə vergi ödəyicisinə hansı növdə maliyyə sanksiyası tətbiq edilməlidir?" Sorğuya gələn 25 sentyabr 2025-ci il tarixli cavabın məzmunu isə aşağıdakı kimi olmuşdur: " Vergi Məcəlləsinin 16.1.8.1-16.1.8.6-cı maddələrində qeyd olunan fəaliyyət növləri istisna olmaqla pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektler, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16.1.8-ci, 58.7-ci maddələri ilə tənzimlənir”. Göründüyü kimi, Dövlət Vergi Xidməti də öz cavab məktubunda nəzarət-kassa aparatı mövcud olmadıqda və ya quraşdırılmadıqda əhali ilə pul hesablaşmalarının aparılmasına görə pozuntu kimi VM-nin 58.7-ci maddəsinin tətbiqini göstərmişdir. Nəzarət-kassa aparatının quraşdırılmaması heç bir halda etimallar əsasında VM-nin 58.13-cü maddəsinin tətbiqi üçün əsas ola bilməz və Dövlət Vergi Xidməti də məhz bu halı öz cavab məktubundan təsdiq etmişdir. İddiaçı topdan qaydada aldığı malları pərakəndə qayda satmış və buna dair vergi orqanına gəlir vergi bəyannaməsini təqdim etmişdir. İddiaçının 2024-cü il üzrə sonuncu dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim edilmişdir. Həmin bəyannamədən də görünür ki, bəyannamənin gəlirə aid göstəricilər aşağıdakı kimidir: 1200.1 Malların təqdim edilməsindən gəlir 101 773,00 manat; 1200.1.1 Pərakəndə satışdan gəlir - 101 773,00 manat; 1200.1.2 Topdan satışdan gəlir. Göründüyü kimi, iddiaçı gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin pərakəndə satışdan gəlir sətrində gəlir məbləğini qeyd etmiş və vergi orqanı isə həmin bəyannaməni qəbul etmiş, buna dair etiraz bildirməmiş və kameral vergi yoxlaması keçirərək gəlir məbləğini topdan satışdan gəlir sətrində dəyişməmişdir. Başqa sözlə deyilsə, vergi orqanı həmin gəlir vergisi bəyannaməsinin göstəricisi ilə razılaşmışdır ki, bu hal da bir daha təsdiq edir ki, iddiaçı malları pərakəndə qaydada satmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9320 nömrəli “X2 həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2024-cü il tarixdə fiziki şəxs İddiaçı2 (VÖEN: **********) qeydiyyatda olduğu ünvan 1 ünvanında keçirilmiş X3 tədbiri zamanı malların elektron qaimə-faktura təqdim etmədən 234 084,18 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-ci il tarixli DVX seriyalı 102223 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X2 həyata keçirilməsi haqqında” aktın tərtib edildiyi və vergi ödəyicisinin OVN tədbirində iştirak etməməsi səbəbindən tərəfindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixli **********8843 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 23408,42 manat (iyirmi min yeddi yüz iyirmi manat on qəpik) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2025-ci il tarixli **********584600 nömrəli məktubun vergi ödəyicisinin elektron qutusuna xx.xx.2025-ci il tarixdə göndərildiyi və tərəfindən xx.xx.2025-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Vergi orqanın X2 həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2 həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) X2 həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 50.2. X2 həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində qeyd olunan mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar deyildikdə hansı məlumatların nəzərdə tutulması Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər X2 həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən aşağıda qeyd olunanlarə əhatə edir. 1.5.2.1. vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.9. vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən X2 əhatə etdiyi məsələlər barədə qanunvericiliyin pozulmasına dair vergi orqanlarının kifayət qədər əsası olduqda. İddia ərizəsində qeyd olunanın əksinə xx.xx.2024-cü il tarixli “X2 həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuş (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) və OVN tədbirinin keçirilmə səbəbi kimi qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin təhlili zamanı xx.xx.2018-ci il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2023-cü il tarixdə fəaliyyətinin dayandırılması barədə, xx.xx.2023-cü il tarixdə fəaliyyətinin bərpası barədə, xx.xx.2023-cü il tarixdə fəaliyyətinin yenidən dayandırılması barədə, xx.xx.2024-cü il tarixdə fəaliyyətinin yenidən bərpa edilməsi barədə, xx.xx.2024-cü il tarixdə fəaliyyətinin yenidən dayandırılması barədə, daha sonra vergi ödəyicisi fəaliyyəti üzrə qeydiyyat məlumatlarının dəyişdirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etdiyi müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 234 084,18 manat dəyərində malların təqdim edildiyi 2023-2024-cü il ərzində hər hansı işçi ilə əmək müqaviləsinin bağlanmadığı, satışın həyata keçirilməsi üçün vergi orqanında təsərrüfat subyekti (obyektinin) qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində digər əsaslandırması ondan ibarətdir ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2 nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X3 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 - 49-cu maddələrinin müddəaları tətbiq edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Yuxarıda qeyd olan maddələrin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********8843 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar da əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi, qərarın qəbul olunma əsası kimi Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü, 71-1-ci maddələrinin tələblərinin pozulduğu, Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 23408.42 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi halı əsaslandırılmışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 49.2-ci maddəsinə qeyd olunan tələblərin hər biri xx.xx.2025-ci il tarixli **********8843 nömrəli qərarda öz əksini tapmışdır. Vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin qərarda qeyd olunmama səbəbi isə vergi ödəyicisinin ümumiyyətlə OVN tədbirində iştirak etməmiş olması ilə bağlıdır. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi dəlil tamamilə əsassızdır. İddiaçının iddia ərizəsində digər bir əsaslandırması isə ondan ibarətdir ki, vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X3n keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. İddiaçı 2023-cü il ərzində “X5” MMC-dən ümumilikdə (2 elektron qaimə-faktura üzrə) 126250,0 manat məbləğində un məmulatları almış və elə həmin ildə qeyd edilən məhsulları satmışdır. Cavabdeh vergi orqanı isə Vergi Məcəlləsinə 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən 50.4-1-ci maddəsini əsas götürməklə maliyyə sanksiyasının tətbiq edilməsi zamanı maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Qeyd olunmalıdır ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən yeni 50.4-1-ci maddəsi yalnız həmin tarixdən sonra alınan və satılan malların təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. İddiaçı cavabdeh vergi orqanın maliyyə sanksiyası tətbiq etdiyi bir sıra əməliyyatları 2023-cü ildə həyata keçirmişdir. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə əvvəl (yəni 1 yanvar 2024-cü il tarixədək) satılmış mallara 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə onun hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Qeyd olunanların əksinə bildirilir ki, vergi orqanı tərəfindən keçirilmiş OVN tədbiri nəticəsində tətbiq olunmuş maliyyə sanksiyasının səbəbi vergi ödəyicisinin 2023-2024-cü illər üzrə əməliyyatları əsas götürülmüşdür. Belə ki, vergi ödəyicisinin uçot-baza məlumatlarının təhlili zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2023-2024-cü illər ərzində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) ümumilikdə (ƏDV-siz) 204 657 manat dəyərində elektron qaimə-faktura əsasında 40150 manat dəyərində buğda unu, 86100 manat dəyərində əla növ un, eləcə də 78407 manat dəyərin ağ turş alma şərabı alınmışdır. Həmin malların vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023- cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 50.4-1-ci maddə əlavə edilmişdir: “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X3 bu Məcəllənin 56.1-ci və 85.4cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” Qeyd olunan maddə isə 2024cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbiri keçirilən zaman vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatlar üzrə qüvvədə olan qanunvericiliyə əsasən vergi orqanının hüququ olmuşdur. İddiaçı eyni zamanda iddia ərizəsində qeyd etmişdir ki, “3 sentyabr 2018-ci il tarixindən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alındığı vaxtdan bu günədək əsas fəaliyyətinin uçot-baza məlumatlarında 4781001-içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı kimi qeyd edilmişdir. Müəyyən səbəblərdən təsərrüfat subyekti qeydiyyata alaraq nəzarət-kassa aparatı qoya bilməmiş və bu səbəbdən də həmin pərakəndə satış qaydasında satdığı mallara görə nəzarət-kassa aparatına məbləğləri daxil edə bilməmişdir. Lakin bu hal onu deməyə əsas vermir ki, o həmin malları topdan satış qaydasında satmışdır. Bu yalnız cavabdeh vergi orqanın ehtimallar əsasında mülahizəsidir və buna dair hər hansı sübutlar vergi orqanında mövcud deyildir. Malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin təəssüflər olsun ki, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən mənim 2023-2024-cü illər dövrü ərzində olan satış dövriyyəmin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satdığı malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir.” İddia ərizəsində qeyd olunanların əksinə bildirilir ki, vergi ödəyicisi xx.xx.2018-ci il tarixdə vergi orqanında uçota alınan zaman “içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növünə uyğun uçota alınsa da, xx.xx.2019-cu il tarixdə (AVİS qeydiyyatı: xx.xx.2019-cu il tarixli **********738200 nömrəli) vergi orqanına ərizə ilə müraciət etmiş və müraciətində topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsi ilə məşğul olduğunu, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əsasən Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmadığını, təqdim etdiyi xidmətlərin (gördüyü işlərin) alıcısı digər vergi ödəyicisi olduğunu, bu səbəbdən də sadələşdirilmiş vergi mükələfiyyətinin passivləşdirilməsini, xx.xx.2019-cu il tarixdən dövriyyəsinin də gəlir vergisinə cəlb edəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinin müraciəti təmin edilərək mükəlləfiyyətində dəyişiklik edilmiş, sadələşdirilmiş vergi passivləşdirilərək, gəlir vergisi mükəlləfiyyəti aktivləşdirilmişdir. Eyni zamanda vergi ödəyicisi həmin dövr üzrə dövriyyəsini də gəlir vergisi bəyannaməsində əks etdirmişdir. Göründüyü kimi vergi ödəyicisi iddia ərizəsində pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, onun tərəfindən vergi orqanında təsərrüfat subyektinin (obyektin) və sahibliyində nəqliyyat vasitələrinin olmaması, nəzarət-kassa aparatının uçota alınmaması, eyni zamanda vergi orqanına ünvanlanmış ərizədə topdansatış fəaliyyəti ilə məşğul olması halının etiraf olunması onun pərakəndə deyil, topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Vergi ödəyicisinin 204 657 manat dəyərində malları heç bir işçi qüvvəsi olmadan, vergi orqanında uçotda olan hər hansı obyekti, olmadan pərakəndə qaydada satması qeyri-mümkündür. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 16.1.8-ci maddəsainə əsasən asagıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iasə fəaliyyəti, yerləsmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablasmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qosulmus nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), isləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyisməsini həyata keçirən vergi orqanında uçotda olan səxs elektron qaimə- fakturanı asagıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 1.3.1-ci bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X3 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X3ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10- cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə X3ni həyata keçirirlər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2 nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X3 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Bu Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yoxlama zamanı və yoxlama nəticələrinin rəsmiləşdirilməsi zamanı prosessual hərəkətlər Vergi Məcəlləsinin 70-ci və digər maddələrinin tələblərinə əməl edilməklə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş icraat materiallarından görünür ki: -xx.xx.2024-cü il tarixli **********9320 nömrəli “X2 həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 216 ünvanında yerləşən obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi də daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli KY242256710 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən yoxlayıcı orqanın adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq faliyyəti subyektinin adı-İddiaçı2 Mübariz oğlu; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin vöeni- **********, yoxlamanın müddəti-xx.xx.2024-xx.xx.2024; vyoxlanılan dövr-cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları-malların vergi məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; yoxlanılan təsərrüfat obyektinin kodu,ünvanı, fəaliyyət növü-AZ1142, ünvan 2nbar, içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı; yoxlamanın növü- X3; yoxlamanın tipi-plandankənar(növbədənkənar); Plandankənar yoxlamanın təyin edilməsi üçün əsas-vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar,Vergi Məcəlləsi maddə 50.2.2 -xx.xx.2025-ci il tarixli **********5002 nömrəli “X2 həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 216 ünvanında yerləşən obyektdə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025-ci il tarixi də daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli KY252314511 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən yoxlayıcı orqanın adı- İqtisadiyyat Nazirliy yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq faliyyəti subyektinin adı- "xxxx" MMC; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin vöeni-**********, yoxlamanın müddəti-xx.xx.2025-xx.xx.2025; yoxlanılan dövr- xx.xx.2024-xx.xx.2025; yoxlamanın predmeti və hüquqi əsasları-malların vergi məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; yoxlanılan təsərrüfat obyektinin kodu,ünvanı, fəaliyyət növü- AZ1089, ünvan 3 24; obyektin adı-anbar, ticarət; yoxlamanın növü-X3; yoxlamanın tipi-plandankənar(növbədənkənar); Plandankənar yoxlamanın təyin edilməsi üçün əsas-vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar,Vergi Məcəlləsi maddə 50.2.2 -DVX seriyalı 102223 nömrəli X2 nəticəsi haqqında Akta əsasən DVX-nin BŞ OVN UTBİ-nin xx.xx.2024-cü il tarixli **********9320 nömrəli qərarına əsasən İddiaçı2 məxsus heç bvir ünvanda təsərrüfat obyekti olmadığı üçü mal qalığı aşkar olunmadı. Satış qiyməti ilə 234084.18 mnat dəyərində malların EQF təqdim edilməli olduğu halda EQF təqdim edilmədən satıldığı müəyyən olundu. Bununla da Vergi Məcəlləsinin 16,1,11,6-cı və 71.1ci maddələrinin tələbləri pozulmuşdur. Nəticədə AR Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci, 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 23408.42 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi qanunvericiliyinin tələblərinə riayət olunması tövsiyyə olundu. - “X3 zamanı malların” xx.xx.2024-cü il tarixli Siyahısına əsasən İddiaçı2 məxsus 50 ton buğda unu; 2100 kq un; 46260 ədəd ağ turş alma şərabı olmaqla, cəmi 234084.18 manat dəyərində əmlakı siyahıya alınmışdır. -xx.xx.2024-cü il tarixli İzahatında İddiaçı2 Mübariz oğlu bildirmişdir ki, xx.xx.2024cü il tarixli **********9320 nömrəli qərar və çıxarışla tanış oldu, Onun ümumiyyətlə heç bir təsərrüfat obyekti yoxdur,indiyə kimi də olmayıb, hal-hazırda heç bir mal qalığı yoxdur; heçbir ünvanda obyekti anbarı yoxdur, heçbir mal qalığı yoxdur, aldığı bütün malları tanımadığı şəxslərə pərakəndə şəkildə satmışdır; Malları aldığı şəxslər yadında deyil, satdığı mallara tətbiq etdiyi ticarət əlavəsi təqribən 6-7% təşkil etmişdir; Malları rəsmi şəkildə, elektron qaimə əsasında almışdır, qeyri-rəsmi şəkildə heç bir mal tərəfindən alınmamışdır. Obyekt və ya anbarı yoxdur, Bakı-Kürdəmir istiqamətində ona məxsus olan Ford Tranzit markalı avtomobil ilə səyyar qaydada malları tanımadığı şəxslərə pərakəndə şəkildə satmışdır. -xx.xx.2024-cü il tarixli **********9340 nömrəli “X2 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnaməyə əsasən İddiaçı2 ********** nömrəli X2 aparılması üçün AR Vergi Məcəlləsinin 23,42,50-ci maddələri əsas tutularaq: bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, bank, nəzarət-kassa aparatı, POS-terminal, çek və xəzinə sənədləri, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə e-qaimə və e-fakturalar, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhviltəslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron faylların 1 gün müddətində təqdim olunması tələb olunmuşdur. -xx.xx.2024-cü il tarixli **********9341 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən İddiaçı2 mühasibat kitabları, əməliyyatların uçotqeydiyyat kitabları, dövriyyə cədvəlləri, program təminatında olan uçot məlumatları, sifarişilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr, malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, istehsal olunmuş məhsulların nümunələri, icarə müqavilələri, bank, NKA, POS terminal çek və xəzinə sənədləri, digər və sair xərclərin çəkilməsinə dair sənədlərin, xüsusi razılıq və onun əlavəsi, hesab fakturalar, xidmət müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcılarda surətlərinin və elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli DVX seriyalı 010807 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokola əsasən sənədlərin götürülməsi 15:00-da başladı və 16:00-da qutardı. Götürülən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq edilmiş surətləri çıxarıldıqdan sonra İddiaçı2 qaytarıldı. Göstərilən sənədlər və əşyalar polietilen faylda qablaşdırılmışdır. -xx.xx.2025-ci il tarixli **********8843 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən İddiaçı2 Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 23408.42 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2025 tarixədək 23408.42 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-Ş-4xx-xx/2025 nömrəli iddiaçıya ünvanladığı məktubunda göstərilmişdir ki, Sizin nəzarət-kassa aparatları quraşdırılmadan əhali ilə pul hesablaşmalarının aparılmasına görə tətbiq ediləcək maliyyə sanksiyası barədə xx.xx.2025-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********531700 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Vergi Məcəlləsinin 16.1.8.1-16.1.8.6-cı maddələrində qeyd olunan fəaliyyət növləri istisna olmaqla pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çək təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada tasdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ile pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16.1.8-ci, 58.7-ci maddələri ilə tənzimlənir. Vergi Məcəlləsi və vergi qanunvericiliyinə dair qüvvədə olan digər normativ hüquqi aktları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) "Qanunvericilik" bölməsindən, hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları isə qeyd edilən rəsmi internet səhifəsinin "Bəyannamə" bölməsinin "Bəyannamə, ərizə formaları, arayış, hesabat və qərarlar" alt bölməsindən əldə edə bilərsiniz. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az). Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə (o cümlədən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində qeyd edilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti vasitəsi ilə növbə tutmaqla) müraciət edə bilərsiniz. Beləliklə, işin sadalanan hallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9320 nömrəli “X2 həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 216 ünvanında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi də daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə X2 həyata keçirilməsi zamanı İddiaçı2 məxsus heç bir ünvanda təsərrüfat obyekti olmadığı üçün mal qalığı aşkar olunmamışdır. Lakin satış qiyməti ilə 234084.18 manat dəyərində malların EQF təqdim edilməli olduğu halda EQF təqdim edilmədən satıldığı müəyyən edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli 102223 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71.1-ci və 130-cu maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli **********8843 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərara əsasən iddiaçının 23408.42 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2025-ci il tarixli **********8843 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarını xx.xx.2025-ci il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən X3 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, Vergi Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya Vergi Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların Vergi Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2-ci maddəsinə əsasən X2 həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən X3 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X3 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2 müddəti və X3ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Məhkəmə qeyd edir ki, X2 həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan əsaslardan birinin olması zəruridir. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, vergi ödəyicisinin uçot-baza məlumatlarının təhlili zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2023-2024-cü illər ərzində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) ümumilikdə (ƏDV-siz) 204 657 manat dəyərində elektron qaimə-faktura əsasında 40150 manat dəyərində buğda unu, 86100 manat dəyərində əla növ un, eləcə də 78407 manat dəyərin ağ turş alma şərabı alınmış, lakin yoxlama nəticəsində həmin mallara dair mal qalığının olmadığı müəyyən olunmuşdur. İddiaçı sözügedən malları heç bir qaimə faktura tərtib edilmədən pərakəndə satdığını bildirsə də bunu təsdiq edən müvafiq sübutları təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən 234 084,18 manat dəyərində malların təqdim edildiyi 2023-2024-cü il ərzində hər hansı işçi ilə əmək müqaviləsinin bağlandığı müəyyən edilməmiş, satışın həyata keçirilməsi üçün vergi orqanında iddiaçının hər hansı təsərrüfat subyekti (obyektinin) qeydiyyata alınmamışdır. Bundan əlavə işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə vergi orqanında uçota alınan zaman “içki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növünə uyğun uçota alınmış, lakin xx.xx.2019-cu il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsi ilə məşğul olduğunu, təqdim etdiyi xidmətlərin (gördüyü işlərin) alıcısının digər vergi ödəyicisi olduğunu, bu səbəbdən də sadələşdirilmiş vergi mükələfiyyətinin passivləşdirilməsini, xx.xx.2019-cu il tarixdən dövriyyəsinin də gəlir vergisinə cəlb edəcəyini bildirmiş, bundan sonra iddiaçının gəlir vergisi mükəlləfiyyəti aktivləşdirilmişdir. İddiaçı əldə etdiyi 204 657 manat dəyərində malları pərakəndə satışla satmış olduğunu bildirsə də lakin iddiaçının həmin malların saxlanılması və satışı üşçün zəruri olan təsərrüfat subyektinin (obyektin) qeydə aldırmadığı, heç bir işçi qüvvəsi olmadığı, malların təqdim edilməsini göstərən nəzarət-kassa aparatının uçota alınması üçün müraciət etmədiyi, əksinə öz ərizəsində topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğundan onun sadələşdirilmiş vergidən gəlir vergisi ödəyicisi olması üçün müraciət etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023- cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 50.4-1-ci maddə əlavə edilmişdir: “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X3 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” Qeyd olunan maddə isə 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanununun 1.11.1-ci madəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X3 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” məzmununda yeni maddə əlavə edilmiş və həmin maddə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin dəyişikliyin (əlavənin) qüvvəyə minməsinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsində müvafiq məsələ (müddət) ilə bağlı tənzimləmə olmamışdır. Vergi Məcəlləsinə əlavə edilən 50.4-1-ci maddəyə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə X3 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56-cı maddəsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddətini tənzimləyir. Məcəllənin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, yeni tənzimləməyə görə vergi orqanı X3 zamanı həmin tədbirinin keçirildiyi anda deyil, həmçinin 3 illik dövrü nəzərə almaqla əvvəlki dövrü yoxlamaq hüququna malikdir və buna görə də maliyyə sanksiyası tətbiq edə bilər. Bu əsasdan hazırkı iş üzrə cavabdeh Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən operativ yoxlama nətiəsində vergi ödəyicisinin yoxlamadan əvvəlki 3 il üzrə fəaliyyətini yoxlanılmasında səlahiyyətli olmuşdur. Qeyd edilən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə əsasən maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi isə ticarət əməliyyatının növündən asılı olaraq dəyişir. Adıçəkilən maddə təqdim edilmiş malların düzgün rəsmiləşdirilməsi, yəni elektron qaimə faktura verilmədən malların təqdim edilməsinə görə tətbiq edilən məsuliyət tədbiridir. Başqa sözlə, maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsinə, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir. Vergi Məcəlləsinin: -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: -1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. -1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. -1.3.1-ci bəndinə əsasən pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyətidir. -4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. -4.2-ci bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. -4.3-cü bəndinə görə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, pərakəndə satış - malların alıcıya satışının son istehlak məqsədi ilə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Yəni alıcı həmin malları alarkən son istehlakçı olmalı, həmin malları sahibkarlıq məqsədilə üçüncü şəxsə təqdim etməməlidir. Topdansatış - malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün ticarət fəaliyyətidir ki, bu zaman mallar müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilir. Vergi orqanının araşdırmasına görə iddiaçının 2023-2024-cü il tarixlərdə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) ümumilikdə (ƏDV-siz) 204 657 manat dəyərində buğda unu, əla növ un, eləcə də ağ turş alma şərabı əldə etməsi, X3 zamanı malların aşkar olunmaması, iddiaçıya aid təsərrüfat obyekinin olmaması, malların pərakəndə satışı üçün adına işçi qüvvəsi, nəqliyyat vasitəsinin qeydə alınmaması malların ən geci 2024-cü il satıldığını göstərməklə, vergi orqanının həmin dövrdə malların faktiki olaraq satışının topdan qaydada satılan əməliyyat olması qənaətinə gəlməsinə əsas vermişdir. Qeyd edilməlidir ki, X2 keçirildiyi vaxt qüvvədə olan VM-nin 85.4-cü maddəsinə əsasən cavabdeh vergi ödəyicisinin 3 il ərzində əldə etdiyi mallara görə ən tezi 2023-cü ildə əldə etdiyi malların təqdim edilməsini yoxlamaq səlahiyyətinə malik olmuşdur. İddiaçı Dövlət Vergi Xidmətinə ünvanladığı sorğuya əsasən verilmiş cavabda nəzarət kassa aparatı mövcud olmadıqda və ya quraşdırılmadıqda əhali ilə pul hesablaşmalarının aparılmasına görə pozuntu kimi VM-nin 58.7-ci maddısinin tətbiq edildiyini, başqa sözlə nəzarət kassa aparatının quraşdırılmamasının heç bir halda VM-nin 58.13-cü maddəsinin tətbiqinə əsas vermədiyinə istinad etmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, iddiaçının Dövlət Vergi Xidmətinə ünvanladığı sorğu işin hallarından asılı olmayan müvafiq qanunvericiliyin izahı ilə bağlı yuxarı vergi orqanının vergi ödəyicisinə ünvanaldığı cavabdır və hazırkı iş üzrə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının tətbiqi əsaslarını aradan qaldırmır. Bundan əlavə xüsusilə qeyd edilməlidir ki, iddiaçı vergi orqanına pərakəndə satış zamanı nəzarət kassa aparatı olamdıqda vergi ödəyisicinə hansı məsuliyyət tədbirinin görülməli olması ilə bağlı sorğu etmiş, vergi ödəyicisinin topdansatış fəaliyyəti həyata keçirdiyi faktiki isə satışın pərakəndə satış olduğunu bildirdiyi halda pərakəndə satışın baş tutmasını təsdiq edəcək müvafiq sübutlar təqdim etmədiyi halda vegi ödəyicisinin hansı məsuliyyət tədbirlərinə məruz qala biləcəyi barədə sual etməmişdir. Odur ki, vergi orqanının soruşulan suala uyğun qanunvericiliyin tələblərinin izahına dair cavabı hazırkı vergi orqanının VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasını tətbiq etməsinə mane təşkil etmir. Beləliklə, iş üzrə iddiaçının satışın məhz topdansatış fəaliyyəti olduğu, elektron qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə faktura verilmədən ticarət əməliyyatını apardığı, habelə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən malları təqdim etdiyi öz təsdiqini tapmışdır. Bu mənada məhkəmə razılaşır ki, vergi orqanı haqlı olaraq X3 zamanı 2023-2024cü ilıərdə əldə edilmiş malların satışının elektron qaimə faktura tərtib edilmədən təqdim edilməsi halı müəyyən edilmiş və bu halda vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb etməyə səlahiyyətli hesab olunur. Cavabdeh vergi orqanı 234 084,18 manat məbləğində malın 10 % dəyəri həddində 23408,42 manat maliyyə sanksiyası tətbiq etmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar