Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-756/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və isizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yamnda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən İddiaçı vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 12.563.50 manat müəyyən edilmişdir (təqdim edilmiş bəyannamə, hesabat üzrə tərəflərindən hesablanmış vergi və ya sığorta haqqı-1.550.25 manatdır). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə faiz tutulur Göstərilənlərlə əlaqədar olaraq vergi, sığorta haqqı və ya cari vergi ödəmələri üzrə borcları Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməsi vacibdir. Qeyd edilən qərardan tərəflərindən şikayət verilmişdir. Həmin şikayətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində baxılmış və xx.xx.2022-ci il tarixdə “inzibati şikayətin təmin edilməməsi haqqında” **********076000 saylı Qərar qəbul edilmişdir. Daha sonra qeyd edilən Qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2022-ci il tarixli **********786900 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli **********076000 nömrəli qərarlarından verdiyi şikayətə Nazirliyin Apellyasiya Şurasında baxılmış və Şuranın 16 dekabr 2022-ci il tarixli 122 saylı qərarına əsasən, şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2022-ci il tarixli **********786900 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli **********076000 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar 26 dekabr 2022-ci il tarixdə İN-X/O-12978/2022 saylı məktubla Vergi ödəyicisinə ünvanlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2022-ci il tarixli **********786900 nömrəli Qərarı vergi qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə zidd olmaqla qismən əsassızdır və bu səbəbdən qeyd edilən qərar pul məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, aşağıda verginin öz qərarını əsaslı saydığı arqumentləri və əks arqumentləri qeyd edərək işin həqiqi halları məhkəmənin nəzərinə çatdırılır. Verginin arqumentləri: “İddiaçı izahatında xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən həmin tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyətinin dayandırdığını, 2019-cu ilin noyabr ayından etibarən fəaliyyətə başladığını, şadlıq sarayı fəaliyyəti ilə məşğul olduğunu, işçilərə ödənilmiş əmək haqqının şadlıq sarayıda baş tutmuş toyların sayna mütənasib formalaşdığını, bu səbəbdən işçilərə ödənilmiş əmək haqqının normadan az olmasına səbəb olduğunu, iş prinsipinin yuxarıda sadalanan əsaslarla formalaşdığını bildirmişdir. “Belə ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) xx.xx.2019-cu il tarixdə 4613-XXX tipli İBM Pos-terminal markalı,4120950 zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir.” Vergi ödəyicisinin əks arqumentləri: xatırlatmaq istəyir ki, bu arqument zamanı təmsil etdiyi şəxs tərəfindən təqdim edilmiş fikirlər yanlış şərh edilmişdir. Belə ki, burada xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək (daha dəqiq xx.xx.2019-cu ilədək) fəaliyyətin dayanması yox, həmin müddətin “Məhərrəm” və “Səfər” aylarına təsadüf etdiyi üçün “qeyri-aktiv” dövr olduğu nəzərdə tutulmuşdur. Belə ki, həmin aylarda ölkədə toy məclislərinin aktiv şəkildə keçirilməməsini nəzərə alaraq fəaliyyətini “restoran tipli” (yəni müştərilərə davamlı aktiv menyu təklif edən obyektlər) deyil, yalnız toy şənlikləri əsasında quran müəssisələrdə (o cümlədən “Xəmsə” şadlıq sarayında) hər ilin müvafiq dövründə olduğu kimi fəaliyyətin zəifləməsi müşahidə olunur. Bu kimi hallar işçi personalı ilə əvvəlcədən razılaşdırılmış şəkildə hər ilin müvafiq dövründə personalın ödənişsiz məzuniyyətə çıxması haqqında əmr əsasında rəsmiləşdirilir. Təbii ki, burada “biznes/iqtisadi” aktivliyin zəifləməsi və ya dayandmlmasından söhbət gedir. Heç bir halda “hüquqi” aktivliyin dayandırılması nəzərdə tutulmur (yəni, vergi qeydiyyatının ləğv olunması və ya nəzarət-kassa aparatının qeydiyyat çıxarılması). Məhz bu səbəbdən də, sahibkarın vergi ödəyicisi olduğu bütün dövr ərzində, yəni xx.xx.2019-xx.xx.2020-ci il aralığında nəzarət kassa aparatı aktiv olmuşdur. Bu səbəbdən də, onların fikrincə, qərarda istifadə olunan arqument əsassızdır.Verginin arqumentləri: “Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsinin (hesabatınin) göstəricilərinə əsasən 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı hissəsinin heç bir gəlir olmadan (boş) təqdim etməsinə baxmayaraq, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdə 5 100,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda xx.xx.2022-ci il tarixdə təqdim edilmiş aylar üzrə gündəlik tabel cədvəlinin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə 6 480,0 manat, xx.xx.2019-cu il tarixdə 12 784,0 manat, xx.xx.2019-cu il tarixdə 15 196,0 manat, xx.xx.2019-cu il tarixdə 9 730,0 manat və xx.xx.2019-cu il tarixdə 10 454,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı həmin cədvəlin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə 5 460,0 manat, xx.xx.2019-cu il tarixdə 5100,0 manat, xx.xx.2019-cu il tarixdə 8 684,0 manat və xx.xx.2019-cu il tarixdə 10 839,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir”. Vergi ödəyicisinin əks arqumentləri: Bu arqumentlə qismən razıyıq və qeyd edirik ki, bu tabel cədvəllərindən yola verilmiş texniki xəta ilə əlaqadardır. Belə ki: 1. Təmsil etdiyim şəxs artıq uzun müddətdir ki, Xəmsə şadlıq sarayında çalışmır. 2. həmçinin bəhs edilən dövrdən (yəni 2019-cu ilin 4-cü rübündən) artıq 3 ilə yaxın zaman keçmişdir. 3. Pandemiya ərzində və sonrakı dövrdə kağız daşıyıcılarda mövcud olan qeydlərin elektron formaya köçürülüb saxlanılması zamanı bu kimi xətaların mövcudluğu istisna edilmir. Nəzərə alınsa ki, bu tipli kiçik bizneslərdə qeydiyyat və uçot məlumatları əsasən kağız kitabçalarda və s. qeyd olunur və uçot prinsipləri baxımından mükəmməl olmaya bilir. 3. Həmçinin 3-ildən artıq vaxt keçməsi səbəbi ilə Məhərrəmlik və Səfər aylarının konkret başlama və bitmə tarixlərinin xatırlanaraq, müxtəlif uçot qeydləri ilə üzləşdirilərək dəqiqləşmələrin aparılmasına ehtiyac yaranır. Ona görə də əvvəlki təqdimatlarda nəzərdə tutulduğu kimi Məhərrəm və Səfər aylarının 2019-cu ildə bitmə tarixinin 3 noyabr 2019 yox 31 Oktyabr 2019 kimi dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Hər hansı bir uyğunsuzluq olduğu təqdirdə burada əsas mənbə nəzarət kassa aparatında qeyd olunan məlumatlara üstünlük verilməlidir. 4. Həmçinin bu dövr ərzində müəssisədə bir neçə mühasib dəyişikliyi baş vermişdir. Məhz bu səbəbdən tərəflərindən müvafiq təhlillər aparılmış və 2019-cü ilin tabel cədvəllərində müvafiq düzəlişlər edilmişdir. (Yenilənmiş tabel cədvəlləri əlavədədir). Bununla bağlı 2019-cü ilə aid MSSD bəyamnaməsində tərəflərindən müvafiq düzəlişlər ediləcəkdir. Yuxarıda yaranan texniki xəta nəticəsində güman edirik ki, yarana biləcək maksimum borc təxminən 2,000 manatdan çox olmayacaqdır. Lakin, buna baxmayaraq onlar, bu düzəlişlər nəzərə alınsa belə xx.xx.2020-ci ildə hesablanmış əlavə təxminən 11,000 manatlıq borc (həmçinin həmin dövrdən bu günə qədər yığılan əlavə 7,000 manat), ümumilikdə 18,000 manat borc məbləği ilə qəti şəkildə razı deyillər. Hərkəsə məlumdur ki, pandemiya bütün dünyada və həmçinin ölkədə iqtisadi həyatı iflic etmiş, burada ən çox əziyyət çəkən kiçik və orta bizneslər və kiçik sahibkarlar olmuşdur (təmsil etdiyi şəxs də, daxil olmaqla). Təsadüfi deyildir ki, İddiaçı pandemiyanın vurduğu ziyan nəticəsində pandemiyadan sonra dərhal sahibkarlıq fəaliyyətini dayandırmış və çox çətin iqtisadi duruma düşmüş və 1 il ərzində heç bir gəlir əldə etməmişdir. Xəmsə şadlıq sarayında işçi kimi fəaliyyətini dayandırdıqdan sonra isə İddiaçı faktiki olaraq bu günkü gündə 4 aydan çoxdur ki, heç bir gəlir mənbəyi yoxdur və işsizdir. Bu cür səthi hesablamalar, faktlar deyil yalnız fərziyyələr və ehtimallar üzərində hesablanaraq sahibkarların ödəməyə təhkim edildiyi öhdəliklər ölkəmizdə mövcud olan sahibkarlığa dəstək hərəkatına böyük zərbə vurur və sahibkarlıq motivasiyasını aşağı salır. Hesablamaların iqtisadi əsaslandırılması barədə daha ətraflı 3-cü bənddə aşağıda əks olunmuşdur. Verginin arqumentləri: “ Eyni zamanda, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 402 588,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda fərdi sahibkar tərəfindən təqdim edilmiş ştat cədvəlinin təhlilinə əsasən 190 (yüz doxsan) nəfər işçi heyətinin olmasına və orta hesabla gündəlik 9-10 manat məbləğində əmək haqqının hesablandığını, vergi ödəyicinin özü tərəfindən 2019-cu ilin 4-cü rübü üçün təqdim edilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə hesablanmış əmək haqqı fondunun 6 201,0 manat olduğu, işçilərin yerinə yetirdiyi əmək funksiyasmm fərqli olduğu və nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə məbləği ilə (402 588,0 manat) bəyan edilmiş əmək haqqı fondu məbləğinin (6 201,0 manat) iqtisadi göstəricilərin normadan aşağı olduğu müəyyən edilmişdir.” Vergi ödəyicisinin əks arqumentləri: 1. Onların fikrincə burada istifadə olunan arqumentlər əsassız və yalnışdır, belə ki, biznesin xarakterik xüsusiyyətləri nəzərə alınmayaraq səthi ümumiləşdirmələr aparılmışdır. 1. Yuxarıda 2-ci bənddə olan qeydlər nəzərə alınmaqla tərəfimizdən müvafiq dövrə aid olan əmək haqqı fondu 8,929 manata dəyişdirilmişdir. Ona görə aşağıdakı bütün qeydlər bu məbləğə əsaslanır. 2. Qeyd etmək lazımdır ki, rübə 90 gün daxil olsa da, cəmi 37 gün ərzində iqtisadi fəaliyyət (yəni toy məclisi) mövcud olmuşdur. Bunun da əsas səbəbi rübün çox hissəsinin tamamilə Məhərrəm və Səfər ayına təsadüf etməsidir. 3. Qeyd edirlər ki, 8,929 manat əmək haqqı fondunu 37 günə bölməklə orta effektiv gündəlik əmək haqqı fondunun 241 manat olduğu müəyyən edə bilər. Bu da, orta hesabla hər bir işçiyə 10 manat ödəniş olunduğu nəzərə alınmaqla hər bir toy günü üçün təxminən 24 nəfər personalın işə cəlb olunmağı anlamına gəlir və bu da tamamilə iqtisdi baxımdan əsaslı hesab olunur. 4. Əvvəlki müraciətlərdə də qeyd olunduğu kimi gündəlik hesablanan və işçilərə təqdim olunan 9-10 manat məbləğində əmək haqqı 190 işçiyə hər gün deyil, yalnız ay ərzində mövcud olan toy sayı ilə mütənasib şəkildə ödənilmişdir və bu zaman da 190 işçinin hər biri deyil yalnız hər bir toy üçün tələb olunan qədər işçi personalı işə cəlb olunmuşdur. 5. Hər bir toy üzrə işçi personalına təqdim olunan əmək haqqı məbləği tamamilə həmin dövrə aid olan orta əmək bazarı normalarına uyğun olmuşdur və onlara sahibkar tərəfindən (və ya müəssisə) heç bir əlavə nəğd və ya nəğdsiz ödəniş edilməmişdir. Bu fakt işçilər tərəfindən imzalanmış müvafiq üzləşmə aktlarında da öz əksini tapmış, notarial qaydada imzalar təsdiqlənərək vergi orqanlarına araşdırma zamanı təqdim edilmişdir. 6. Xatırlatmaq istərdik ki, bu tip bizneslərin fəaliyyət strategiyasına əsasən bəzən işçi personalına (məsələn ofisiant) normadan yüksək sabit əmək haqqı təqdim olunur, bu zaman isə əlavə olaraq qonaqlar tərəfindən verilmiş bəxşişlər personala deyil müəssisənin vahid bir fonduna yönəldilir. Bu hal şirkət üçün əlavə gəlirlər yaradaraq həmçinin əmək haqqı fondunun normadan artıq olmasına səbəb olur. Lakin, təmsil etdiyim şəxsin sahibkarlığı dövründə personala bu baxımdan seçim imkanı verilmiş, əmək haqqları normadan yüksək deyil, hər bir toy üçün gündəlik 9-10 manat qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş, müştərilərin personala təqdim etdiyi hər hansı bir bəxşiş isə müəssisənin əməliyyatlarına (gəlir və xərlərinə), eləcə də əmək haqqına fonduna təsir göstərməmişdir və təsərrüfat obyekti bu cür bəxşişlərə heç bir müdaxilə etməmişdir. Bu da həm beynəlxalq uçot prinsiplərinə, həm də turizm/iaşə sektorunda mövcud olan biznes strategiyasına tamamilə uyğundur və iqtisadi baxımdan əsaslıdır. 7. Arqument zamanı əmək haqqı fondu ümumi rüblük gəlirlə müqayisə olunmuş və buna görə də nəzəri olaraq normadan az olduğu görülmüşdür: Ə/H fondunun gəlirlərə nisbəti - 2.2%. Hesab edirlər ki, bu cür səthi müqayisə məqsədəuyğun deyil və biznesin xarakterini nəzərə almır. Çünki, bu zaman digər xərclər və biznesin xüsusiyyətləri nəzərə alınmır. Xatırlatmaq istəyirlər ki, şadlıq saraylarında və ictimai iaşə sektorunda çalışan personal əsasən ixtisassız və yüksək texniki bilik və bacarığa malik olmayan kadrlardır. Bu cür işçilər hər hansı bir period ərzində yalnız bir obyekt deyil bir neçə obyektdə tələb əsasında günəmuzd fəaliyyət göstərir. Ümumulkdə işçi qüvvəsi iqtisadi baxımdan ucuz hesab olunur və gəlirlərin yalnız cüzi hissəsi əmək haqqı fonduna yönəlir (orta hesabla 3- 4%-dən az). Təbii ki, burada yüksək əmək haqqı ödənişi və yüksək ixtisaslı kadrlar cəlb edən premium xidmət yönümlü biznes deyil, ekonom seqment nəzərdə tutulur. Burada gəlirlərin böyük hissəsi əsasən xammala yönəlir və xammal xərcləri müxtəlif dövlərdə ümumi gəlirlərin 75-80% faizini təşkil edir. Vergilər və digər ödəmələrdən sonra isə sahibkarların mənfəəti 10-15%-i aşmır. Bütün bu iqtisadi əsaslandırmaları bir daha əyani şəkildə nümayiş etdirmək üçün sahibkarın 2019-cü ilin 4-cü ilinə aid gəlirinin istifadə istiqaməti aşağıda cədvəl 1-də öz əksini tapmışdır. Verginin arqumentləri: 1. “Həmçinin uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2017-ci il tarixədək fiziki şəxs X4 (VÖEN: **********), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X5 (VÖEN:********** ), xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X7 (VÖEN: **********), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2 (VÖEN: **********) işçisi olduğu və adları qeyd olunan sahibkarların İddiaçı işlədiyi dövrlərdə “Xəmsə şadlıq sarayı” adlı obyekti uçotda olduğu, obyekt ərizələrinə əsasən isə mülkiyyətçinin X8 olduğu müəyyən edilmiş, nəticədə VÖEN dəyişdirmə əməliyyatları aparılmaqla vergi üstünlüyü əldə edildiyi müəyyən edilmişdir.” Bu faəliyyət zamanı İddiaçı bütün qanunvericiliyə əməl edərək vergi və digər ödənişləri vaxtlı-vaxtmda ödəmişdir. Təsadüfi deyil ki, təmsil etdiyi şəxs tərəfindən bu günki tarixə vergi orqanlarına qısa dövrdəki sahibkarlıq fəaliyyətindən “7,493” manat artıq vergi ödəməsi qeydə alınmışdır. Maraqlıdır ki, vergilərdən yayınmaq niyyəti olan sahibkar tələb olunandan da, artıq vergi ödəməsi edər mi?! Qeyd etdiyi kimi, 2020-ci ilin mart ayında İddiaçı biznes imkanlarının (xüsusilə pandemiyanın yaratdığı çətinliklər nəticəsində) əlverişsiz olduğunu müəyyən edərək sahibkarlıq fəaliyyətini dayandıraraq, icarə müqaviləsini və VÖEN qeydiyyatını ləğv etdirmişdir. Bundan sonrakı dövrdən 2022-ci ilin iyun ayına qədər “Xəmsə şadlıq sarayında” əmək fəaliyyətini işçi kimi davam etdirmişdir. Beləliklə, təsərrüfat obyektinin təmsil etdiyim şəxsin sahibkarlıq fəaliyyətindən öncə və ya sonra digər şəxslərə hansı şərtlərlə və hansı müddətdə icarəyə verilməsi, eləcə də mülkiyyətçi və icarəçilərin vergi öhdəlkbıiniıı İddiaçı sahibkarlıq fəaliyyəti ilə və 2019-cu ilin 4-cü rübünə aid MDSS şikayətimizlə heç bir əlaqəsi yoxdur. İddiaçı heç bir VÖEN dəyişdirilmə əməliyyatında iştirak etməmişdir və bu iddia da, tamamilə əsassızdır. Lakin, onun üçün əlverişli olan heç bir hal araşdırılmamış, bu barədə sənədlər tələb edilməmişdir. Məqsəd, yalnız nöqsan aşkar etmək olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dən ibarət olduğu, ünvan 3 ünvanında yerləşən əsas sahəsi 4 303,50 kv.metr, əlavə sahəsi 3 122,30 kv.metr olan “Xəmsə şadlıq sarayı” adlı (**********-16001) təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2019-cu il tarixdən qeydiyyatda olduğu və xx.xx.2021ci il tarixdən qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilən MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə “Əmək münasibətləri üzrə yayınma riskləri barədə" xx.xx.2020-ci il tarixli **********596300 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********750800 nömrəli məktublar göndərilərək qeyd edilən dövrə dair dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd olunan məktublara əsaslandırılmış cavab verilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin 4-cü rubü üzrə 11 013,25 manat əlavə sığorta haqqı məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********015400 nömrəli, xx.xx.2020-ci il tarixli **********631800 nömrəli və xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********306500 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********700700 nömrəli) inzibati şikayət vermiş və şikayətlərində xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən həmin tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyətinin dayandırdığını, 2019-cu ilin noyabr ayından etibarən fəaliyyətə başladığını, şadlıq sarayı fəaliyyəti ilə məşğul olduğunu, işçilərə ödənilmiş əmək haqqının şadlıq sarayında baş tutmuş toyların sayna mütənasib formalaşdığını, bu səbəbdən işçilərə ödənilmiş əmək haqqının normadan az olmasına səbəb olduğunu bildirərək, 2019-cu ilin 4-cü rübü üçün MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə hesablanmış sığorta haqqı məbləğinin ləğv edilməsini xahiş etmişdir. Vergi orqanının 10 oktyabr 2022-ci il tarixli **********076000 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) xx.xx.2019-cu il tarixdə 4613-XXX tipli İBM Pos-terminal markalı,4120950 zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsinin (hesabatınin) göstəricilərinə əsasən 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı hissəsinin heç bir gəlir olmadan (boş) təqdim etməsinə baxmayaraq, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdə 5 100,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda xx.xx.2022-ci il tarixdə təqdim edilmiş aylar üzrə gündəlik tabel cədvəlinin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə 6 480,0 manat, xx.xx.2019-cu il tarixdə 12 784,0 manat, xx.xx.2019-cu il tarixdə 15 196,0 manat, xx.xx.2019-cu il tarixdə 9730,0 manat və xx.xx.2019-cu il tarixdə 10 454,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı həmin cədvəlin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə 5 460,0 manat, xx.xx.2019-cu il tarixdə 5 100,0 manat, xx.xx.2019-cu il tarixdə 8 684,0 manat və xx.xx.2019-cu il tarixdə 10 839,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Eyni zamanda, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 402 588,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda fərdi sahibkar tərəfindən təqdim edilmiş ştat cədvəlinin təhlilinə əsasən 190 (yüz doxsan) nəfər işçi heyətinin olmasına və orta hesabla gündəlik 9-10 manat məbləğində əmək haqqının hesablandığını, vergi ödəyicinin özü tərəfindən 2019cu ilin 4-cü rübü üçün təqdim edilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə hesablanmış əmək haqqı fondunun 6 201,0 manat olduğu, işçilərin yerinə yetirdiyi əmək funksiyasının fərqli olduğu və nəzarətkassa aparatına mədaxil edilmiş dövriyyə məbləği ilə (402 588,0 manat) bəyan edilmiş əmək haqqı fondu məbləğinin (6 201,0 manat) iqtisadi göstəricilərin normadan aşağı olduğu müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilir. Həmin Qanununun 14.6-cı maddəsinin müddəalarına əsasən məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Həmçinin, həmin Qanununun 10-cu maddəsinin müddəalarına əsasən vergi ödəyicisi hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən fərdi sahibkarlara münasibətdə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir. Eyni zamanda, həmin Qanununun 15-11.4-cü maddəsinin müddəalarına əsasən icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Qeyd olunanlara əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi sahibkar məcburi dövlət sosial sığorta haqqını və icbari tibbi sığorta haqqını təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi vaxtından asılı olmayaraq fəaliyyət göstərdiyi (əməliyyatın aparıldığı) ay üçün minimum əmək haqqına münasibətdə hesablamalı və sonrakı ayın 15-dən gec olmayaraq ödəməlidir. Həmçinin uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2017-ci il tarixədək fiziki şəxs X4 (VÖEN: **********), xx.xx.2018- ci il tarixdən xx.xx.2018-ci il tarixədək X5 (VÖEN.********** ), xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X7 (VÖEN: **********), xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2 (VÖEN: **********) işçisi olduğu və adları qeyd olunan sahibkarların İddiaçı işlədiyi dövrlərdə “Xəmsə şadlıq sarayı” adlı obyekti uçotda olduğu, obyekt ərizələrinə əsasən isə mülkiyyətçinin X8 olduğu müəyyən edilmiş, nəticədə VÖEN dəyişdirmə əməliyyatları aparılmaqla vergi üstünlüyü əldə edildiyi müəyyən edilmişdir. 23.1.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X11ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Əmək Məcəlləsinin: 157-ci maddəsinə (Əməyin ödənilməsi sistemi və növləri) əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. 154-cü maddəsinə (Əmək haqqı ) əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 178-ci maddəsinə (Əməyin ödənilməsinin təminatları) əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-1.1 -ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********786900 nömrəli qərarına əsasən 4cü rüb 2019, MDSS- Muzdla işləyənlərin işə götürən sığortaedənlər (0112) hesab dövrü üzrə 11.013,25 manat vergi borcu məbləği hesablanmışdır.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********076000 nömrəli xx.xx.2022-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış sığorta haqlarının azaldılması barədə xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********786900 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasının 122 nömrəli 16 dekabr 2022-ci il tarixli qərarına əsasən fiziki şəxs X1 inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2022-ci il tarixli **********786900 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli **********076000 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmənin e-2-1(112)-6118/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/6270 nömrəli 04 sentyabr 2024-cü il tarixli ekspert rəyinin nəticəsinə əsasən rəyin tədqiqi hissəsində göstərilənlər əsasında 2019-cu ilin 4cü rübü üzrə təqdim edilməli MDSS-muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə hesablanmış əmək haqqı fondunun məbləği 6201.00 manat deyil, 12931.00 manat (2019-cu ilin oktyabr ayı üzrə - 190 manat; 2019-cu ilin noyabr ayı üzrə - 3812.00 manat; 2019-cu ilin dekabr ayı üzrə - 8929.00 manat olmaqla) müəyyən olunmuşdur. Belə olduğu halda, vergi ödəyicisi olan fərdi sahibkar İddiaçı hesablanmalı əlavə məcburi dövlət sosial sığorta haqqının məbləği 1682.50 manat ((12931-6201) × 25%)) müəyən olunmuşdur.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyinə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixi mülahizəyə əsasən bildirilmişdir ki, Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6270 nömrəli ekspert rəyi ilə razılaşmırlar. Belə ki, ekspert rəyində qeyd olunur ki, “Təqdim edilmiş iş materiallarında olan aylar üzrə gündəlik tabel cədvəlləri məlumatlarına əsasən, 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilməli MDSS-muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə hesablanmış əmək haqqında fondunun məbləği 6201,00 manat deyil, 12931 manat (2019-cu ilin oktyabr ayı üzrə-190 manat; 2019-cu ilin noyabr ayı üzrə 3812 manat;2019-cu ilin dekabr ayı üzrə 8929 manat olmaqla) müəyyən olundu. Belə olduğu halda, vergi ödəyicisi olan fərdi sahibkar İddiaçı hesablanmalı əlavə məcburi dövlət sosial sığorta haqqında məbləği 1682,5 manat ((12931-6201) x 25%)) müəyyən olundu. Bununla bağlı bildirirlər ki, fərdi sahibkar İddiaçı tərəfindən 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilən MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur.Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” xx.xx.2020-ci il tarixli **********596300 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********750800 nömrəli məktublar göndərilərək qeyd edilən dövrə dair dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd olunan məktublara əsaslandırılmış cavab verilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin 4-cü rubü üzrə 11 013,25 manat əlavə sığorta haqqı məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********015400 nömrəli, xx.xx.2020-ci il tarixli **********631800 nömrəli və xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində)xx.xx.2019-cu il tarixdə 4613-XXX tipli İBM Pos-terminal markalı,4120950 zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir.Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsinin (hesabatınin) göstəricilərinə əsasən 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı hissəsinin heç bir gəlir olmadan (boş) təqdim etməsinə baxmayaraq, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdə 5 100,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda xx.xx.2022-ci il tarixdə təqdim edilmiş aylar üzrə gündəlik tabel cədvəlinin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019cu il tarixdə 6 480,0 manat, xx.xx.2019-cu il tarixdə 12 784,0 manat, xx.xx.2019-cu il tarixdə 15 196,0 manat, xx.xx.2019-cu il tarixdə 9 730,0 manat və xx.xx.2019-cu il tarixdə 10 454,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilir. Həmin Qanununun 14.6-cı maddəsinin müddəalarına əsasən məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Həmçinin, həmin Qanununun 10-cu maddəsinin müddəalarına əsasən vergi ödəyicisi hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən fərdi sahibkarlara münasibətdə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir. Eyni zamanda, həmin Qanununun 15-11.4-cü maddəsinin müddəalarına əsasən icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Qeyd olunanlara əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi sahibkar məcburi dövlət sosial sığorta haqqını və icbari tibbi sığorta haqqını təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi vaxtından asılı olmayaraq fəaliyyət göstərdiyi (əməliyyatın aparıldığı) ay üçün minimum əmək haqqına münasibətdə hesablamalı və sonrakı ayın 15-dən gec olmayaraq ödəməlidir. Həmçinin uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2017-ci il tarixədək fiziki şəxs X4 (VÖEN: **********), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X5 (VÖEN:********** ), xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X7 (VÖEN: **********), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2 (VÖEN: **********) işçisi olduğu və adları qeyd olunan sahibkarların İddiaçı işlədiyi dövrlərdə “Xəmsə şadlıq sarayı” adlı obyekti uçotda olduğu, obyekt ərizələrinə əsasən isə mülkiyyətçinin X8 olduğu müəyyən edilmiş, nəticədə VÖEN dəyişdirmə əməliyyatları aparılmaqla vergi üstünlüyü əldə edildiyi müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.
20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X11ni keçirmək; ... Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi orqanının vəzifələri aşağıdaklardır: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... Həmin Məcəllənin 37-ci maddəsinə (kameral vergi yoxlaması) əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.
29. Hazırki işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli qərarla iddiaçıya MDSS – muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyyanmə və 4-cü rüb 2019 hesabat dövrü üzrə ümumilikdə 11.013,25 manat vergi borcu məbləğinin hesablanmasına əsas iddiaçı tərəfindən 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilən MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi (hesabatı) üzrə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə cavabdeh tərəfindən “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” xx.xx.2020-ci il tarixli **********596300 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********750800 nömrəli məktublar göndərilərək qeyd edilən dövrə dair dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd olunan məktublara əsaslandırılmış cavab verilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin 4-cü rubü üzrə 11 013,25 manat əlavə sığorta haqqı məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********015400 nömrəli, xx.xx.2020-ci il tarixli **********631800 nömrəli və xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində)xx.xx.2019-cu il tarixdə 4613-XXX tipli İBM Pos-terminal markalı,4120950 zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir.Araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsinin (hesabatınin) göstəricilərinə əsasən 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı hissəsinin heç bir gəlir olmadan (boş) təqdim etməsinə baxmayaraq, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış online nəzarət-kassa aparatının, uçot-baza məlumatlarında və axtarış hesabat informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdə 5 100,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, eyni zamanda xx.xx.2022-ci il tarixdə təqdim edilmiş aylar üzrə gündəlik tabel cədvəlinin təhlilinə əsasən xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə 6 480,0 manat, xx.xx.2019-cu il tarixdə 12 784,0 manat, xx.xx.2019-cu il tarixdə 15 196,0 manat, xx.xx.2019-cu il tarixdə 9 730,0 manat və xx.xx.2019-cu il tarixdə 10 454,0 manat məbləğində vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir.
30. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin əsaslılığının yoxlanılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilməli MDSS-muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə hesablanmış əmək haqqı fondunun məbləği 6201.00 manat deyil, 12931.00 manat (2019-cu ilin oktyabr ayı üzrə - 190 manat; 2019-cu ilin noyabr ayı üzrə - 3812.00 manat; 2019-cu ilin dekabr ayı üzrə - 8929.00 manat olmaqla) təşkil edir. Belə olduğu halda, vergi ödəyicisi olan fərdi sahibkar İddiaçı hesablanmalı əlavə məcburi dövlət sosial sığorta haqqının məbləği 1682.50 manat ((12931-6201) × 25%)) müəyən olunur. Ekspert rəyin tədqiqat hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş iş materialları üzrə tədqiqat aparılaraq hazırki ekspertiza ilə aşağıdakılar müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında aylar üzrə gündəlik tabel cədvəl möcuddur ki, həmin tabel cədvəl məlumatlarına əsasən aylıq əmək haqqı fondu aşağıdakı kimi müəyyən edildi: oktyar 2019 – 190 manat; noyabr 2019- 3812,00 manat; dekabr 2019- 8929,00 manat. Belə ki, təqdim edilmiş iş materiallarında olan uçot baza məlumatlarına əsasən fərdi sahibkar İddiaçı təsərrüfat subyektində xx.xx.2019-cu il tarixdə 4613-XXX tipli İBM pos-terminal markalı, ******* zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2020-ci il tarixdən qeydiyyatdan çıxardığı müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən aparılan araşdırma ilə aylar üzrə gündəlik tabel cədvəllərinin təhsili zmaanı bəzi tarixlərdə işçilərin iş fəaliyyətinin olmamasına baxmayaraq təsərrüfat subyektində quraşdırılmış online nəzarət-kassa aparatının, uçot baza məlumatlarında və axtarış informasiya sistemlərindən alınmış məlumatların təhsili nəticəsində həmin tarixlərdə pul vəsaitinin mədaxil olunması müəyyən olunmuşdur. Belə ki, fərdi sahibkarın təsərrüfat subyektində quraşdırılmış online nəzarət-kassa aparatının, uçot baza məlumatlarında və axtarış informasiya sistemlərindən alınmış məlumatların təhlili nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 402588.00 manat məbləğində vəsaitin mədaxil edildiyi, vergi ödəyicisinin özü tərəfindən 2019-cu ilin 4-cü rübü üçün təqdim edilmiş MDSS-muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə hesablanmış əmək haqqı fondunun 6201.00 manat olduğu, işçilərin yerinə yetirdiyi əmək funksiyasının fərqli olduğu və nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə məbləği ilə bəyan edilmiş əmək haqqı fondu məbləğinin iqtisadi göstəricilərinin normadan aşağı olması əsas gətirilərək xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə əlavə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Lakin, hazırki tədqiqat zamanı təqdim edilmiş iş materiallarında olan aylar üzrə gündəlik tabel cədvəlləri məlumatlarına əsasən 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilməli MDSS-muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə hesablanmış əmək haqqı fondunun məbləği 6201.00 manat deyil, 12931.00 manat (2019-cu ilin oktyabr ayı üzrə - 190 manat; 2019-cu ilin noyabr ayı üzrə - 3812.00 manat; 2019-cu ilin dekabr ayı üzrə - 8929.00 manat olmaqla) müəyyən olunmuşdur.
31. Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən, həmçinin ekspert gəldiyi nəticəni sübutlarla əsaslandırdığından iş üzrə mötəbər sübut qismində qiymətləndirir.
32. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, mülahizədə ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı bir sübuta istinad edilməmiş, yalnız etirazda göstərilmiş dəlilləri təkrar olaraq sadalanılması ilə kifayətlənilmişdir.
33. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq edilmədiyindən, bununla da, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********786900 saylı qərar qismən, ekspert rəyinə əsasən müəyyən edilmiş iddiaçıya hesablanmalı olan 1682.50 manat məbləğində əlavə məcburi dövlət sosial sığorta haqqı məbləği istisna edilməklə ləğv edilməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
39. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 9/6270 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 (iki yüz manat) manatdır və iddiaçıdan 200 (iki yüz manat) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********786900 nömrəli “Vergilərin, sosial sığorta və isizlik sığortası haqlarının hesablanması barədə” qərarı məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə ödənilməli olan 1682.50 manat məbləğ istisna edilməklə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz manat) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva