Məhkəmə qərarları › İş №e-2-1(112)-7561/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7561/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7561/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********007400 saylı çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X2r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, xx xxx 1959-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə şəxsi vərəqə üzrə ümumilikdə 49229,35 manat, o cümlədən vergilər üzrə 22940,60 manat, faiz üzrə 8295,49 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 10655,61 manat, penya üzrə 7337,65 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. Vergi borcunun vaxtında ödəməyinə görə Baş İdarə tərəfindən "xxxx" MMC-nin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə (FİN: 4HQ0S4F, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli **********048600 saylı məktubla müraciət edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə “Aqro- MTS” MMC vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, vergi xidməti hesab etmişdir ki, "xxxx" MMC–nin vergi borcu vardır. Bu səbəbdən, MMC-nin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmişdir. Müraciət vaxtı MMC–nin qanuni təmsilçisi o, olduğuna və "xxxx" MMC-nin vergi borcuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonra "xxxx" MMC-nin qanuni təmsilçisi dəyişmiş, qanuni təmsilçi X3 olmuşdur. Buna görə də, "xxxx" MMC -nin vergi borcuna görə Vergi Xidmətinin növbəti müraciəti əsasında yeni qanuni təmsilçi X1 ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7193/2022 saylı qətnaməsilə məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, onun ölkədən getməyinə qoyulmuş məhdudiyyəti götürməsi üçün Vergi Xidmətinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə olduqda isə iddiaçının qeyd edilən şirkətin icra orqanın rəhbərliyindən çıxmağı nəzərə alınaraq, dərhal onun ölkədən getmək hüququnun məhdudlaşdırmasının götürülməsi barədə qərar qəbul edilməli idi. Belə ki, 2 şəxsin 1 rəhbər vəzifəyə görə hüquqlarının məhdudlaşdırılması qanunvericilik baxımından hüquqların kobud pozuntusu hesab edilməlidir. Cavabdeh iddiaya yazılı vəsatətini məhkəməyə təqdim edərək iddia tələbinin Dövlət Vergi Xidmətinə münasibətdə mümkün hesab edilməməsini, eyni zamanda cavabdehin əsl cavabdeh Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmək həmin Baş İdarənin səlahiyyətindədir. Lakin həmin vergi ödəyicisinin qanuni təmsilçilərinə münasibətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi, o cümlədən məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən X4 Baş İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnamələri təsdiq edilmişdir.... Beləliklə, iddiaçının iddia tələbində Dövlət Vergi Xidmətinin cavabdeh qismində göstərməsinə baxmayaraq həmin vergi orqanının hansı hərəkətlərinin onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu, iddia üzrə yerinə yetirilməsini tələb etdiyi hərəkətlərin məhz Dövlət Vergi Xidmətinin vəzifə və səlahiyyətlərinə aid olduğunu əsaslandırmamışdır. İddiaçı məhkəmənin elektron kabineti vasitəsi ilə məhkəməyə vəsatət verərək cavabdeh Dövlət Vergi Xidmətini əsl cavabdeh Xidmətin X4 Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə hazrıkı iş üzrə iddia tələbinə cavab verməli olan şəxslə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X6 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin Əsasnamənin 3.0.11-ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, vergi orqanının strukturunda aparılmış bir sıra dəyişikliklərlə bağlı məhkəmə icraatı dövründə məlum olmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsi və məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, bu barədə qərarın vergi ödəyicisinə göndərilməsini təmin etmək vəzifə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə aid edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etəmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisidir. MMC-nin vergi borcuna görə, iddiaçının ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhdudlaşdırılmışdır. Hazırda MMC-nin qanuni təmsilçisi dəyişmiş və yeni qanuni təmsilçinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı hazırkı tələbində onun MMC-nin borcuna görə ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalı, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Baxılan işdə iddiaçının hazırda vergi ödəyicisi olan MMC-nin əvvəlki qanuni təmsilçisi olması, hazırda MMC-nin qanuni təmsilçinin dəyişməsi müəyyən edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, vergi orqanı tərəfindən dövlət büdcəsinə vergi borcu olan hüquqi şəxsin nəinki əvvəlki qanuni təmsilçisi olan iddiaçı, hazırkı qanuni təmsilçisi olan X3 barəsində də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi məktubla da öz təsdiqini tapır. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Baxılan işdə isə iddiaçı artıq hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından MMC-nin borcunun ödənilməsinin təminatı kimi onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar