Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7564/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" QSC) “torpaq vergisinin silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsinə dair İddiaçı barəsində Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən hesablanmış 660,55 manat torpaq vergisin qanunsuz hesab edilərək silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" QSC inzibati məhkəmə icraatında adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" QSC) iddia tələbinin “Cavabdeh xx.xx.2023-cü il tarixli, 03/07-08 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi göstərilməsi qərara alınmışdır.
4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,15 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini iddiaçı 30 avqust 2019-cu il tarixdə "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli məktubuna əsasən və TV-10xx-xx-7639 nömrəli tədiyyə bildirişinə əsasən qanunsuz olaraq iddiaçıdan 483.92 manat torpaq vergisi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin bildirişinə əsasən isə 660.55 manat torpaq vergisi tələb edilmişdir.
5. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına və qanuni istifadəsində olan torpaq sahəsinə görə bələdiyyənin vergi xidməti orqanında 2016-cı ildə onun adına yerli vergi ödəyici kodu (YVÖK) açılmış və hesablamalar aparılmışdır. Həmin qeyri-yaşayış sahəsinə görə illik hesablanmış 347,92 manat əmlak vergisi məbləği, eləcə də illik hesablanmış 136,00 manat torpaq vergisinin məbləği hər il vaxtı-vaxtında bələdiyyənin büdcəsinə ödənilmiş və onun 2021-ci ilin sonu vəziyyətinə borcu qalmamışdır. Lakin ötən 2022-ci il üçün hesablanmış əmlak, torpaq vergisi iddiaçı tərəfindən vaxtında bələdiyyənin büdcəsinə ödənilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər gün ötmüş gün üçün vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır ki, həmin faizin məbləği də 176,63 manat təşkil edir. Bələdiyyənin vergi xidməti orqanının əməkdaşı tərəfindən vergi ödəyicisi olan iddiaçıya ona məxsus daşınmaz əmlakını icarəyə verdiyi üçün bələdiyyəyə əmlak, torpaq vergisi ödəməli olmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə müraciət edilərək iddiaçıdan bələdiyyə büdcəsinə yaranmış 660,55 manat borcunun 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə ödənilməsi tələb edilmiş, əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən barəsində qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsində iddiaçı həmin əmlakı “İnvestisiya təşviqi sənədi”ni əldə etmiş "xxxx" QSC-yə icarəyə verdiyindən vergi ödəməkdən azad olduğunu əsas gətirərək, bələdiyyəyə borcu olmadığını göstərmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya “İnvestisiya təşviqi sənədi”ni əldə edən o, olmadığından bələdiyyə büdcəsinə yaranmış vergi borcunu bələdiyyəyə ödəməli olduğu bildirilmişdir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisində yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
7. 30.08.2019-cu il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazində yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə verir. Müqavilənin 9-cu bəndinə əsasən “İcarəçi” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir.
8. xx.xx.2021-ci il tarixli kagız və karton istehsal edən ünvan 3 ünvanında yerləşən "xxxx" QSCyə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İnvestisiya Təşviqi Sənədində qeyd edilmişdir ki, “Bu sənəd “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 2016-cı il 18 yanvar 745 nömrəli Fərmanına uyğun olaraq verilir və AR Vergi Məcəlləsinin 102.1.23, 106.1.17, 164.1.26, 199.11 və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2 maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” AR Qanunun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir.
9. xx.xx.2023-cü il tarixli, 03/07-08 saylı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarının surətindən görünür ki, vətəndaş İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE №18377733, FİN xxxxxxx) ünvan 3 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə görə yaranmış 660,55 manat məbləğində borcunun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinin məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi, qərarın icrasının Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: ünvan 2 ünvanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, Seriya RX0718492 nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına görə və qanuni istifadəsində olan torpaq sahəsinə görə bələdiyyənin vergi xidməti orqanında 2016-cı ildə onun adına yerli vergi ödəyici kodu (YVÖK) açılmış və hesablamalar aparılmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə illik hesablanmış 347,92 manat əmlak vergisi məbləği, eləcə də illik hesablanmış 136,00 manat torpaq vergisinin məbləği hər il vaxtlı-vaxtında bələdiyyənin büdcəsinə ödənilmiş və onun 2021-ci ilin sonu vəziyyətinə borcu qalmamışdır. Lakin ötən 2022-ci il üçün hesablanmış əmlak, torpaq vergisi onun tərəfindən vaxtında bələdiyyənin büdcəsinə ödənilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər gün ötmüş gün üçün vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır ki, həmin faizin məbləği də 176,63 manat təşkil edir. Bələdiyyənin vergi xidməti orqanının əməkdaşı tərəfindən vergi ödəyicisi İddiaçıla aparılmış danışıq zamanı ona məxsus daşınmaz əmlakını icarəyə verdiyi üçün o bələdiyyəyə əmlak, torpaq vergisi ödəməli olmadığını bildirmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə, RB/887 saylı məktubla müraciət edilərək, bələdiyyə büdcəsinə yaranmış 660,55 manat borcunun 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə ödənilməsi ondan tələb edilmiş, əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən barəsində qanunamüvafıq tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsində İddiaçı ona məxsus əmlakını “İnvestisiya təşviqi sənədi”ni əldə etmiş "xxxx" QSC-yə icarəyə verdiyindən vergi ödəməkdən azad olduğunu əsas gətirərək, bələdiyyəyə borcu olmadığını göstərmişdir. Tərəflərindən vətəndaşın ərizəsinə baxılmış və xx.xx.2023-cü il tarixli, 01/1-07 saylı məktubla ona ətraflı cavab verilərək, “İnvestisiya təşviqi sənədi”ni əldə edən o, olmadığı üçün bələdiyyə büdcəsinə yaranmış vergi borcunun bələdiyyəyə ödəməli olduğu nəzərinə çatdırılmışdır. Qeyd olunanlara baxmayaraq, İddiaçı bələdiyyə büdcəsinə yaranmış vergi borcunu ödəməcəyini bildirdiyindən onun barəsində pul tələbinin məcburi ödətdirilməsinə dair M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 03/07-08 saylı qərar (inzibati akt) icra üçün xx.xx.2023-cü il tarixli, 03/89 saylı məktubla aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: ünvan 6 ünvanında mülkiyyət hüququ əsasında Sizə məxsus olan qeyri-yaşayış binasını və torpaq sahəsini investisiya təşviqi sənədini almış hüquqi şəxs – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə icarəyə verməyiniz səbəbindən sözügedən daşınmaz əmlaklara görə 2022-ci il üçün hesablanmış 483,92 manat torpaq, əmlak vergisindən azad olduğunuz barədə Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikasının ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən bələdiyyə vergiləri kimi müəyyən edilmiş fiziki şəxslərdən torpaq və fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 200-cü və 208-ci maddələrinin tələbinə uyğun olaraq müəyyən edilir. Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlara görə torpaq vergisi onların daşınmaz əmlak üzərində mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Odur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Böyük-Şor küçəsi, 2A ünvanında yerləşən və mülkiyyət hüququ əsasında fiziki şəxs qismində mülkiyyətinizdə olan qeyri-yaşayış sahəsinə görə Siz əmlak və torpaq vergisi üzrə vergi ödəyicisi hesab olunursunuz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Məcəllənin 78.3 və 78.4-cü maddələrində göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyici tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. İnvestisiya təşviqi sənədini əldə edən Siz deyil, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.11 və 207.5-ci maddələrinə əsasən məhz həmin hüquqi şəxs də yalnız özünə məxsus daşınmaz əmlaklara görə 7 il müddətinə əmlak və torpaq vergisi üzrə vergi ödənişlərindən azaddır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü mübahisələndirməyə dair iddiadır.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
18. M.Ə.Rəsulzadə bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.
19. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 98.Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
23. Məhkəmə qeyd edir ki, iddiaçı icarə müqaviləsi əsasında torpaq sahəsinin "xxxx" QSC-yə icarəyə vermiş və müqavilənin şərtlərinə görə vergilərin ödənilməsi “İcarəçi” tərəfindən həyata keçiriləcəkdir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından görünür ki, Vergi Məcəlləsi torpaq vergisinin ödəyicilərini müəyyən etmişdir. Bunların sırasına həm torpaq sahəsinin mülkiyyətcisi, həm icarəçisi, həm də digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr daxildir.
24. Hazırki halda "xxxx" QSC torpaq sahəsinin icarəçisi olduğundan icarə müqaviləsi ilə nəzərdə tutulmuş vergilərin ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuş və o, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İnvestisiya Təşviqi Sənədi əsasında vergidən azad edilmiş, bununla da vergi ödənilmiş hesab edilmişdir. Belə ki, Vergi Məcəlləsi imperativ qaydada torpaq vergisinin ödənilməsini müəyyən etməmişdir, bu həm torpaq mülkiyyətçisi, həm icarəçisi, həm də digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr ola bilər. Bu səbəbdən məhkəməyə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Torpaq sahəsinə və qeyri-yaşayış binasına görə yaranmış 660.55 manat məbləğində borcun İddiaçı tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/07-08 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva