Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-758/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı birgə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 4179,40 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 546,85 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv olunması, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli **********502800 saylı qərarının qismən - iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023cü il tarixli inzibati şikayətinin təmin edilməyən hissədə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 4179,40 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 546,85 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli **********847500 nömrəli“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının dəyişdirilmədən saxlanması hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı yekun olaraq məhkəməyə ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2023-cü il üzrə 755,82 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının tamamilə, həmçinin iddiaçı barəsində cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81- 188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə nəzərə alır ki, xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın qəbul edilməsi nəticəsində (həmin qərarın 6-cı bəndinə əsasən) xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv olunmuşdur və hər iki qərar eyni tədiyyə üzrə eyni hesabat dövrünə aid olduğundan (2023 - gəlir vergisi hesabatı) hazırda xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi mümkün deyil. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi “cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81- 188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməlidir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “ət, ev quşlarının ətinin topdan satışı”ndan ibarətdir. İddiaçı iri və xırda buynuzlu heyvanları rayonlardan almış və şəhərdən kənarda özü kəsmiş, mallar alınarkən iki tərəfli aktlarla rəsmiləşdirilmişdir. İddiaçı indiyə qədər vergi öhdəliklərini vaxtlıvaxtında tam şəkildə yerinə yetirərək vaxtlı-vaxtında vergiləri dövlət büdcəsinə ödəmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2022-ci il üçün gəlir vergisi bəyannamələri üzrə 4266,40 manat əlavə gəlir vergisi, xx.xx.2023-cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2023-cü ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 100,05 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan əlavə vergi, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2023cü il üçün gəlir vergisi bəyannamələri üzrə 566,95 əlavə gəlir vergisi iddiaçıya qanunsuz hesablanmışdır. Birincisi, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin mənasına görə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704- VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 902 saylı Fərmanının 2.8-ci yarımbəndinin mənasına görə Vergi Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetini 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü yarımbəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçının riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmiş və bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytında məlumat yoxdur. Beləliklə, cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab etməsi, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 902 saylı Fərmanının 2.8-ci yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetini 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3cü yarımbəndinin tələblərinin kobud surətdə pozulmasıdır. İkincisi, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.5-cimaddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Lakin iddiaçıya yuxarıda qeyd olunan əlavə vergilərin hesablanması iqtisadicəhətdən əsaslandırılmamış və bu iddiaçının həmin vergiləri ikinci dəfə ödəməyə məcbur edilməsidir. Üçüncüsü, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsizliyinisübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. Nəzərə alınmalıdır ki, cavabdehin qərarları iddiaçıya münasibətdə onun AR Konstitusiyası, Mülki Məcəllə, İnzibati İcraat haqqında qanunla qorunan hüquqlarını məhdudlaşdırır. AR Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, bu hüquqlara hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Beləliklə, iddiaçı barəsində yuxarıda qeyd olunan əlavə vergilərin hesablanması barədə qərarların qəbul edilməsi nəticəsində iddiaçı müflis olma həddinə gəlmişdir. Bu isə öz növbəsində iddiaçının fəaliyyətinin dayandırmasına gətirib çıxarmışdır. İddiaçı Dövlət Vergi Xidmətinə müraciət edərək Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosialsığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının və xx.xx.2023-cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 04 noyabr 2023-cü il **********502800 saylı qərarına əsasən Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 87,00 verginin hesablanması hissəsində ləğv edilmiş, 4179,40 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 20,01 verginin hesablanması hissəsində ləğv edilmiş, 546,85 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 04 noyabr 2023-cü il il tarixli **********502800 saylı qərarı iddiaçıya 21 dekabr 2023-cü il tarixdə təqdim olunmuşdur.
5. Cavabdeh Bakı şəhəri X8 üzrə Baş İdarəsi (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, ilk növbədə, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına münasibət bildirilir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Belə ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il dövr ərzində cəmi 4,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “ət, ev quşlarının ətinin topdan satışı” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
Əlavə olaraq bildirilir ki, 2023-cü ilin 1-ci rübü ərzində vergi ödəyicisinin iqtisadi göstəricisinin (təqdim edilmiş EQF) olması muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********151400 nömrəli, xx.xx.2023-cü il tarixli **********988400 nömrəli, xx.xx.2023-cü il tarixli **********508300 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 5601,54 manat (28813,65-805,95)*20%, 2023-cü ilin gəlir vergisi üzrə 735,81 manat (3876-196,95)*20% və 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 100,05 əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********413900 nömrəli, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli və xx.xx.2023-cü il tarixli **********847500 nömrəli "Vergilərin hesablanması barədə" Qərarlar göndərilmişdir. İddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı inzibati şikayətlə DVX-ya müraciət edərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirmiş, 2022-ci və 2023-cü illərin gəlir vergisi və 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Aparılmış təhlilər nəticəsində vergi ödəyicisinin 2023-cü ilin 1-ci rübü ərzində iqtisadi fəaliyyətinin olmasına baxmayaraq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin göstəricisiz (boş) təqdim edildiyi müəyyən edilmişdir. Fərdi sahibkarın müraciəti ilə əlaqədar olaraq, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********290100 nömrəli məktub göndərilərək xx.xx.2023cü il tarixdə şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, fərdi sahibkarın etibarnamə ilə səlahiyyətli nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə araşdırmada iştirak etmişdir. Vəkil araşdırmaya təqdim etdiyi izahatında muzdlu işlə əlaqədar 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsini əsaslandıra bilməmiş, gəlir vergisi üzrə iri və xırda buynuzlu heyvanların rayonlardan alındığı və şəhərdən kənarda fərdi sahibkarın özü tərəfindən kəsildiyini, mallar alınarkən iki tərəfli aktlarla rəsmiləşdirildiyini, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə elektron alış aktının əldə edilməsi barədə fərdi sahibkarın məlumatının olmadığı qeydetmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir. Belə ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2022-ci ilin avqust-dekabr ayları ərzində 28813,65 manat dəyərində 3,04 ton, 2023-cü ilin yanvar ayı ərzində 3876,0 manat dəyərində 0,46 ton ət satıldığı, bu dövr ərzində elektron qaimə-fakturalara əsasən mallar əldə edilmədiyi, elektron alış aktı ilə mallar alınmadığı, idxal-ixrac əməliyyatları aparılmadığı, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 2022-ci il üçün 435,00 manat, 2023-cü il üçün 100,05 manat (kameral vergi yoxlaması ilə) sosial sığorta haqqının hesablandığı müəyyən edilmişdir. Vergi orqanının apardığı araşdırma ilə vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il dövr ərzində cəmi 4,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Ət.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən fərdi sahibkarın “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********527700 nömrəli Qərar qəbul olunmuşdur. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci və 2023-cü il üçün gəlir vergisi bəyannamələrində fərdi sahibkar tərəfindən bəyan edilmiş gəlir və xərc məbləğləri dəyişdirilmədən (2022-ci il üçün bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 28813,65 manat, xərcləri hissəsində 370,95 manat, 2023-cü il üçün bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 3876,0 manat, xərcləri hissəsində 96,90 manat nəzərə alınmaqla)) Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ nəzərə alınmamış və 2022-ci il üçün 4266,40 manat, 2023-cü il üçün 566,86 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan başqa fərdi sahibkar tərəfindən 2023-cü ilin yanvar ayında aparılmış əməliyyatlar üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 3876,0 manat dəyərində ət satıldığının müəyyən edildiyini, nəticədə vergi ödəyicisinin həmin ayda fəaliyyət göstərdiyinə əsaslanaraq 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə rübün 1-ci ayına sahibkarlıq fəaliyyəti üzrə 86,25 manat (345,00 manat (minimum əmək haqqı) *25%) sosial sığorta haqqı və 13,80 manat (345,00 manat (minimum əmək haqqı) *4%) olmaqla, ümumilikdə 100,05 manat məcburi dövlət sosial sığorta ayırmaları hesablanmışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1 -ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı" və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktf’nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə -müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəənəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. Eyni zamanda uçot baza və əlaqəli məlumatlar əsasında aparılan araşdırma zamanı fərdi sahibkarın hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasında işlərə cəlb edilmiş işçisinin, habelə fəaliyyət sahəsi üzrə fəaliyyətinin icra edilməsi üçün resursların (nəqliyyat vasitəsinin, cəlb edilmiş nəqliyyat vasitələri ilə bağlı xərclərin və sair) olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X5ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Məcəllənin 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1 -ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmışdır.
7. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) cavabdehlər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********754300 saylı, xx.xx.2023-cü il tarixli **********847500 saylı və xx.xx.2024-cü il tarixli **********317400 saylı qərarların ləğv edilməsinə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan qərarlardan xx.xx.2024-cü il tarixli **********317400 saylı qərar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Bildiririk ki, qərar qanuni və əsaslı olduğundan iddia təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərarın əsaslandırma hissəsindən qeyd olunurki : "Nəzərinizə çatdırırıq ki, 3876 manat dəyərində e-qaimə faktura əsasında satışı olduğu halda, alışı barədə məlumat müəyyən edilməmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1 -ci yanmbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406- VİQD N°-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikıo sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Tərəfinizdən təqdim edilmiş 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində 75% güzəşt hüququ istifadə edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən gəlirlər və xərclərə dair məlumatlar əks etdirilməmişdir. Görünən odur ki, iddiaçı həm də uçotunu düzgün aparmamışdır. Belə olan halda vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş 75% güzəşt hüququndan istifadə etmək hüququ olmamışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Qeyd olunanlardan görünən odur ki, iddiaçı ona hesablanmış məbləğlə bağlı olan qərarı mübahisələndirməli olmasına baxmayaraq həmin qərarı mübahisələndirməmişdir. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
8. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********527700 nömrəli Qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisiləri siyahısına əlavə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Qeyd olunanlarla əlaqədar olaraq vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2022-ci və 2023-cü illər üzrə gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halının yaranmasına səbəb olmuş və kənarlaşma kameral vergi yoxlaması ilə aradan qaldırılmışdır. Qeyd olunan dövrlər üzrə azaldılmaqla təqdim edilən gəlir vergisi bəyannamələrinə kameral vergi yoxlaması ilə münasibət bildirilərək hesablanan vergi məbləğlərinin bərpa edilməsinə baxmayaraq vergi ödəyicisinin “riskli vergi ödəyicisi” olması səbəbindən X9nin kameral yoxlanılmalı məbləğ sətrində 6.244,34 manat borc məbləği qalmışdır. Hesabat axtarış sistemi məlumatlarına əsasən “kameral yoxlanılmalı məbləğin təsdiqi barədə məlmat” üzrə excell forması etiraza əlavə edilmişdir. Vergi Məcəlləsinin: Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqan təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDVnin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və X5 tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir.
9. 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə müəyyən edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********413900 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir); - “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərar; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********754300 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir).
10. 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə müəyyən edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********816200 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir); - “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərar; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********317400 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir).
11. 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********413900 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 1.422,14 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.688,54 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 4.266,40 manat Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: Vergi ödəyicisinin riskli əməliyyatlar aparılmaqla gəlirlərinin və xərclərinin uçotunu qanunvericiliyə uyğun olaraq aparmadıqları müəyyən edilmişdir ki, bu da həmin ödəyicilərin mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
12. 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********816200 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 188,96 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 755,82 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 566,86 manat Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasın riskli vergi ödəyicisi hesab edilmişdir.
13. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərara əsasən:
1. Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasıı barədə xx.xx.2023-cü il tarixli inzibati şikayət qismən təmin edilmişdir.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 87,00 verginin hesablanması hissəsində ləğv edilmiş, 4179,40 manat berginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 20,01 verrginin hesablanması hissəsində ləğv edilmiş, 546,85 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********754300 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 5.688,54 manat, Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.688,54 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.601,54 manat, Kameral yoxlama nəticəsində verginin azaldılmış məlbəği və ya sığorta haqqı – 87,00 manat, Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar – **********413900, 20230511 Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: inzibati şikayətin qismən təmin edilməsi haqqında Qərara əsasən.
15. 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********317400 nömrəli, xx.xx.2024-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 735,81 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 735,81 manat Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar – **********785100, 20231106 Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: Qarşılıqlı əməliyyatlar üzrə hesablanan vergi məbləği – 3876 manat dəyərində e-qaimə faktura əsasında satış olduğu halda, alış barədə məlumat müəyyən edilməmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təqdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində 75% güzəşt hüququ istifadə edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olub.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 nömrəli Qərarına əsasən İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmişdir.
17. İddiaçı (VÖEN: **********) məxsus X9 iş materiallarına əlavə olunmuşdur.
18. 2022-ci il gəlir vergisi üzrə 2023-cü il gəlir vergi üzrə İddiaçı tərəfindən tədqim edilmiş cari və dəqiqləşdirilmiş vergi bəyannamələri, eləcə də vergi orqanı tərəfindən kameral vergi yoxlaması üzrə vergi bəyannamələri iş materiallarına əlavə olunmuşdur.
19. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmət barədə məlumat: e-QF təqdim edən vergi ödəyicisinin e-QF əldə edən vergi ödəyicisinin e-Qaimə-fakturanın Yekun № Vergi Vergi Adı VÖEN Adı VÖEN Tipi Tarixi Seriyası Nömrəsi məbləğ orqanı orqanı İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 1 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 885202 986 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 2 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 53526 1496 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 3 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 741192 1394 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi
20. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
21. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdeh X5 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, gəlir vergisi ilə bağlı kameral hesablamalar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı yaranmışdır. Vergi ödəyicisi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi ödəyicisinin gəlirləri elektron qaimə fakturadan görünür, gəlirin uçotu qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Lakin müvafiq malların alışına dair sənədlər yoxdur, elektron qaimə fakturalar üzrə satışda “ət, ev quşlarının ətinin topdan satışı” qeyd olunmuşdur, faktiki olaraq alışı təsdiq olunmayan malların satışı həyata keçirilmişdir. Vergi ödəyicisi 2022-ci il gəlir vergisi üzrə bəyannamədə gəlirlərini 28813,75 manat olaraq göstərmiş və müvafiq məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin gəliri kimi qəbul edilmişdir. Vergi ödəyicisi 2022-ci il gəlir vergisi üzrə bəyannamədə xərclərini 370,95 manat qeyd etmiş, vergi orqanı tərəfindən isə xərclər artırılaraq 805,95 manat olaraq qəbul edilmişdir. Vergi ödəyicisi 75% güzəşt tətbiq edərək vergini hesablamışdır. Lakin 2022-ci il tarixdə qüvvədə olan qanunvericiliyinə əsasən xərclərin uçotun aparmayan vergi ödəyicilərinin vergi güzəşti tətbiq etmək hüququ olmamışdır. Nəticədə, vergi ödəyicisi tərəfindən bəyannamədə tətbiq edilmiş 75% vergi güzəşti nəzərə alınmamış, vergi ödəyicisinin gəlirlərindən xərcləri çıxılaraq 20% vergi dərəcəsi ilə 5601 manat vergi hesablanmışdır. Vergi ödəyicisinin gəlirləri elektron qaimə fakturadan görünür, gəlirin uçotu qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Lakin müvafiq malların alışına dair sənədlər olmadığından xərcin uçotu aparılmayıb.
22. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə gəlir və xərclərin uçotu aparılmamışdır. Bu səbəbdən 2023-cü ildə qüvvədə olan Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən vergi ödəyicisi 75% güzəşt hüququnu itirmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalara əsasən gəlirinin 3876 manat olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisinin 3876 manat gəliri və cari xərləri nəzərə alınmış, 20% vergi dərəcəsi tətbiq olunaraq 735 manat vergi hesablanması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.
II. İddianın növü və mümkünlüyü
23. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
25. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
26. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
27. Cavabdehlərdən İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə dəyişdirilmişdir.
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, vergi orqanı tərəfindən həyata keçirilən kameral vergi yoxlaması zamanı İddiaçı münasibətdə 2022-ci il gəlir vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********413900 nömrəli Qərar və 2023-cü il gəlir vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********816200 nömrəli Qərar qəbul edilmişdir. Daha sonra İddiaçı inzibati orqan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş, xx.xx.2023-cü il tarixli **********502800 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərar edilmişdir. Növbəti tarixlərdə İddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr əsasında 2022-ci il vergi dövrü və 2023-cü il vergi dövrü üzrə yenidən gəlir vergisi hesablanması həyata keçirilmiş, cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
29. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
30. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81-188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini tələb etmişdir.
31. Odur ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən 2 qərar mövcuddur: 1) İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı; 2) İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı (735,71-188,96=546,85 manat hissəsində). Məhkəmə nəzərə alır ki, iddiaçı hər iki qərarın qismən, yəni həmin qərarların 6-cı bəndi istisna olmaqla ləğv edilməsini tələb etmişdir.
32. Məhkəmə müvafiq qərarlara ayrı-ayrılıqda mahiyyəti üzrə qiymət verməzdən əvvəl qeyd edir ki, İddiaçı mikro sahibkarlıq subyekti olan fərdi sahibkardır (qeyd edilən fakt işin mübahisəsiz halıdır) və hazırki iddia tələbi üzrə mübahisənin yaranmasının, yəni iddiaçıya münasibətdə 2022-ci il, 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasının səbəbi vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75% vergi güzəşti hüququndan məhrum edilməsi ilə bağlıdır.
33. İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına münasibətdə məhkəmə müəyyən edir: - Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazdan görünür ki, gəlir vergisi ilə bağlı kameral hesablamalar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı yaranmışdır. Vergi ödəyicisi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Meyarların 2.1.1ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, elektron qaimə fakturalar üzrə satışda “ət, ev quşlarının ətinin topdan satışı” qeyd olunsa da, vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilmişdir. Digər tərəfdən vergi ödəyicisin ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. (qeyd edilən hal cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiqlənmişdir). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 nömrəli Qərarına əsasən İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmişdir. - Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi üzrə bəyannamədə hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) 28.813,65 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 370,95 manat (bank xidməti üzrə xərclər) müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 2022ci il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) 28.813,65 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 805,95 manat (bank xidməti üzrə xərclər və sosial sığorta haqları) müəyyən edilmişdir.
34. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixə kimi qüvvədə olan redaksiyaya əsasən): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
36. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2023cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu: 1.29.7. 102.1.30-cu maddə aşağıdakı redaksiyada verilsin: “102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;”; 3.5. Bu Qanunun 3.1–3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2024-cü il yanvarın 1dən qüvvəyə minir.
37. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan redaksiyasına əsasən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
38. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, İddiaçı münasibətdə 2022-ci il üzrə gəlir vergisi hesablanarkən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsinin əsası vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Belə ki, İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci bəndlərinə istinad olunaraq riskli vergi ödəyicisi hesab edilmişdir.
39. Məhkəmə nəzərə alır ki, İddiaçı münasibətdə 2022-ci il üzrə gəlir vergisi hesablanarkən qüvvədə olan vergi qanunvericiliyə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə münasibətdə gəlir vergisindən azad olması üçün yeganə tələb kimi Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparması nəzərdə tutulmuş, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilib-edilməməsi ilə bağlı hər hansı məhdudiyyət qeyd olunmamışdır. Belə olan təqdirdə, qeyd edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən vergi orqanı vergi ödəyicisinin məhz riskli vergi ödəyicisi hesab edilməsinə istinad edərək onun mikro sahibkarlıq subyekti olan fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə münasibətdə gəlir vergisindən azad olunmasından imtina etməkdə haqlı sayıla bilməz.
40. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) 28.813,65 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 370,95 manat (bank xidməti üzrə xərclər) qeyd edilmişdir. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi ödəyicisinin 2022-ci il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) bəyan edildiyi kimi 28.813,65 manat qəbul edilmiş, xərcləri hesablanarkən isə bəyannamədə qeyd edilmiş hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı 370,95 manat xərc (bank xidməti üzrə xərclər) qəbul edilmiş, eləcə də 435,00 manat əlavə xərc (sosial sığorta haqları) nəzərə alınmışdır. Nəticədə vergi ödəyicisinin 28.813,65 manat gəlirindən 805,95 manat xərcləri çıxılaraq 75% vergi güzəşti tətbiq edilmədən 20% vergi dərəcəsi ilə 2022-ci il üzrə gəlir vergisi məbləği hesablanmışdır (28813,65 - 805,95) x 20% = 5601,54 manat
41. Odur ki, iddiaçı 2022-ci il vergi dövrü üzrə gəlirlərinin və xərclərinin uçotunu qanunvericiliyə uyğun olaraq aparmış, cavabdeh vergi orqanı isə vergi ödəyicisi tərəfindən aparılmış gəlirlərin və xərclərin uçotunun düzgünlüyünü təsdiq etmişdir. Cavabdehin əsası isə ondan ibarətdir ki, vergi ödəyicisi xərcinin uçotunu aparmayan mikro sahibkardır. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinə əsasən iddiaçının vergi öhdəliyini müəyyən etməyə hər hansı şəkildə manəçilik törətmir. Belə ki, iddiaçının gəlirləri məhz təqdim edilmiş (vergi orqanının baza məlumatlarına əsasən) elektron qaimələr əsasında (28813,65 manat) müəyyən edilmiş və (müəyyən edilmiş) gəlir məbləği ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və uçota alınmış xərci (805,95 manat) vergi orqanı tərəfindən nəzərə alınmışdır. Həmin gəlirə uyğun olaraq da 2022-ci il üzrə gəlir vergisi məbləği hesablanmışdır. Belə olan təqdirdə, iddiaçının mikro sahibkar kimi qanunvericiliklə təsbit edilmiş güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd edilən normanın (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) mahiyyəti mikro sahibkarın vergi öhdəliyini vergi orqanında mövcud (və bəlli olan) gəlir və xərcləri barədə məlumatlara əsasən müəyyən edilə bilmədiyi hallarına aid edilməlidir. Belə ki, iddiaçı məhz qeyd edilən məbləğdə gəlir və xərcini 75% güzəşt hüququnu tətbiq etməklə (2022-ci il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi 1.422,14 manat (28813,65 gəlir - 805,95 xərc) x 20% gəlir vergisinin dərəcəsi – 75% güzəşt)) bəyan etmişdir. İşin hallarına əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı məhz riskli vergi ödəyicisi olduğuna görə (avtomatik) olaraq mikro sahibkar üçün təsbit edilmiş güzəşt hüququndan məhrum edilmişdir. Bu hal isə qeyd edilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddənin tələblərində nəzərdə tutulmamışdır.
42. İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına münasibətdə məhkəmə müəyyən edir: - Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, vergi ödəyicisinin 3876 manat dəyərində e-qaimə faktura əsasında satışı olduğu halda, alışı barədə məlumat müəyyən edilməmişdir. - Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, vergi ödəyicisinin gəlirləri elektron qaimə-fakturalardan görünür, gəlirin uçotu qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Lakin müvafiq malların alışına dair sənədlər olmadığından xərcin uçotu düzgün aparılmayıb. - Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 2023cü il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) 3.876 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 196,95 manat (bank xidməti üzrə xərclər və sosial sığorta haqları) müəyyən edilmişdir. - İş materiallarına əlavə olunmuş elektron qaimə-fakturalardan görünür ki, İddiaçı 2023cü il üzrə gəlirləri 3876 manat təşkil etmişdir. e-QF təqdim edən vergi ödəyicisinin e-QF əldə edən vergi ödəyicisinin e-Qaimə-fakturanın Yekun № Vergi Vergi Adı VÖEN Adı VÖEN Tipi Tarixi Seriyası Nömrəsi məbləğ orqanı orqanı İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 1 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 885202 986 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 2 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 53526 1496 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi İqtisadiyyat İqtisadiyyat Nazirliyi Nazirliyi yanında yanında Malların Dövlət Dövlət "xxxx" (işlərin, Vergi Vergi Məhdud 3 İddiaçı ********** ********** xidmətlərin) xx.xx.2023 EBCN 741192 1394 Xidməti Xidməti Məsuliyyətli təqdim Bakı şəhəri Bakı şəhəri Cəmiyyəti edilməsi Lokal Lokal Gəlirlər Baş Gəlirlər Baş İdarəsi İdarəsi
43. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
44. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı 2023-cü il üzrə gəlirləri 3876 manat müəyyən edilmiş və müvafiq məbləğ (3876 manat) 2023-cü il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalarla öz təsdiqini tapmışdır (xx.xx.2023-cü il – 986 manat, xx.xx.2023-cü il – 1496 manat, xx.xx.2023-cü il – 1394 manat). Belə ki, elektron qaimə-faktura “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir (“Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən).
45. Odur ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq 2023-cü il üzrə gəlirlərin uçotunun aparılması məhkəmədə şübhə yaratmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, vergi ödəyicisinin gəlirləri elektron qaimə fakturalardan görünür, gəlirin uçotu qanunvericiliyə uyğun şəkildə aparılmışdır.
46. Məhkəmə müəyyən edir ki, İddiaçı münasibətdə 2023-cü il üzrə gəlir vergisi hesablanarkən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsinin əsası xərclərin uçotunun aparılmaması olmuşdur.
47. Məhkəmə nəzərə alır ki, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətindən gəlirinə münasibətdə 75 gaiz vergi güzəştinin tətbiq olunmasından imtina edilməsi üçün iddiaçı hər iki meyar (“gəlir” və “xərc”) üzrə uçot aparmamış olmalıdır. Hazırki işin faktiki hallarından isə aydın olur ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə gəlirlərin qanunvericiliyə uyğun uçotunun aparılması işin mübahisəsiz halıdır. Odur ki, vergi ödəyicisi tərəfindən “gəlir” meyarı üzrə qanunvericiliyə uyğun uçot aparılmış olduğundan onun hazırda mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsi qanunvericiliklə müəyyən edilmiş hüquqi əsası təşkil edən disposiziya şərtinə uyğun gəlmir.
48. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun qanunvericiliyə uyğun şəkildə aparılmasının tələb olunmasında məqsəd vergi ödəyiciləri tərəfindən vergidən yayınma hallarının baş verməsinin qarşısını almadır. Gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az qeyd olunması isə gəlir vergisi məbləğinin hesablanması zamanı vergi ödəyicisinə münasibətdə hər hansı əlverişli şərait yaratmır. Belə ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən). Belə olan təqdirdə vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az göstərilməsi gəlir vergisi üzrə vergi tutma obyekti olan vergiyə cəlb olunan gəlir (ümumi gəlir – gəlirdən çıxılan xərclər = vergiyə cəlb olunan gəlir) məbləğinin artması ilə nəticələnir, bu isə birbaşa olaraq ödənilməli vergi məbləğinin artması, yəni vergi ödəyicisinə münasibətdə əlverişsiz şəraitin yaranması deməkdir.
49. İşin hallarına əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, yuxarıda qeyd edilən qənaət 2023-cü il üçün gəlir vergisinin hesablanması üçün keçərlidir və iddiaçı məhz riskli vergi ödəyicisi olduğuna görə (avtomatik) olaraq 2023-cü il üçün mikro sahibkar üçün təsbit edilmiş güzəşt hüququndan məhrum edilmişdir. Bu hal isə qeyd edilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddənin tələblərində nəzərdə tutulmamışdır.
50. Məhkəmə digər tərəfdən nəzərə alır ki, iddiaçı X2 2023-cü il gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannaməni boş (göstəriciz) təqdim etsə də, həmin dövr (2023-cü il) üzrə cari bəyannamədə 188,96 manat gəlir bəyan etmişdir. Dəqiqləşdirilmiş iddia tələbində isə 2023-cü il gəlir vergisi üzrə cari bəyannamədə bəyan edilmiş 188,96 manat vergi məbləği qəbul edilmiş (belə ki, 2023-cü il üçün əvvəlki bəyannaməsində həmin gəlir məbləğini bəyan etmişdir) və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********317400 nömrəli Qərarın 546,85 (735,81-188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunmasını tələb etmişdir.
51. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
52. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
53. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
54. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanlar həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdirlər.
55. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
56. Məhkəmə qərarların icrasının nəticələrinin aradan qaldırılmasına münasibətdə qeyd edir ki, iddiaçıya aid X9ndən görünür ki, vergi orqanı tərəfindən (2022 və 2023-cü il üçün gəlir vergisinin cəmi olaraq) kameral yoxlanılmalı məbləğ 6244,34 qeyd edilmiş və müvafiq hesablama aparılmışdır və cavabdeh bildirir ki, həmin qeyd(lər) iddiaçının bank hesablarına alınma haqqında müvafiq sərəncam göndərilməsi üçün əsasdır.
57. Odur ki, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 546,85 manat hissəsində (735,71- 188,96), eləcə də həmin qərarların 6-cı bənd(lər)indəki qeyd(lər) istisna olmaqla ləğv edilməli və ləğv olunan hissədə qeyd olunan qərarların icrasının nəticələri aradan qaldırılmalıdir.
58. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
59. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
60. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı (VÖEN **********) münasibətdə cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilsin və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələri aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva