Məhkəmə qərarları › İş №e-2-1(112)-7591/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7591/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7591/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. ИТ-10924026 nömrəli əmək kitabçasına əsasən xx.xx.1977-ci ildən əmək fəaliyətinə başlamışdır. Əmək fəaliyyətini hal-hazırda Heydər Əliyev adına X4 dəmiryolunun istismarı üzrə 21 №-li sahəsinin yol montyoru vəzifəsində işləyir. Əmək fəaliyyətinin vəzifə sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 21.4 “Nəqliyyat bölməsinin, Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin, 21.4-cü yarım bəndinə əsasən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi, zərərli əmək şəraiti hesab edilir. Hal hazırda 63 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də xx.xx.2025-ci İl tarixində cavabdeh müraciətinə rəsmi qaydada imtina etmişdir. İmtina səbəbi isə- Məkəzi Filiala təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasında və "Azərbaycan Dəmir Yollan” QSC-in xx.xx.2020ci il tarixli 11755 nömrəli və SOCAR-ın “Heydər Əliyev adma X7”nun xx.xx.2019-cu il tarixli SOCAR**********81200601A00010 nömrəli ona arayışında xx.xx.1993-xx.xx.1998ci il tarixləri arasında dövr ərzində Azərbaycan Dəmir Yolu 771 saylı Təmir Tikinti Qatarında və xx.xx.2005-ci il tarixindən bugünədək “Heydər Əliyev adma X7”da yol montyoru vəzifəsində işlədiyi qeyd edilməsi və bu vəzifənin sözü gedən arayışda sahə və vəzifəyə uyğun gəlməməsi. Beləliklə onun güzəşti stajı 12 il 6 aydan az (7 il 8 ay 7 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri)) təşkil etdiyindən müraciətinə imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair HT-İ ******* nömrəli əmək kitabçasında, "xxxx" QSC-nin 17 iyul 2020-ci il tarixli 11755 nömrəli və SOCAR-ın "Heydər Əliyev adına X7” nun 13 fevral 2019-cu il tarixli SQCAR**********81200601A00010 nömrəli arayışlarında xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir Yolu 771 saylı Təmir Tikinti Qatarında və xx.xx.2005-ci il tarixdən bugünədək “Heydər Əliyev adına X7”nda yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Göstərilənlərə əsasən o qənaətə gəlirik ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 7 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AAA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən X2 xx.xx.1961-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasına əsasən: -xx.xx.1976-xx.xx.1979-cu ilədək, xx.xx.1979-xx.xx.1979-cu ilədək, xx.xx.1979xx.xx.1982-ci ilədək, xx.xx.1982-xx.xx.1983-cü ilədək, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1984-xx.xx.1993-cü ilədək, xx.xx.1993-xx.xx.2005-ci ilədək işləmiş, xx.xx.2005- Avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 nömrəli sexin dəmir yolunun istismarı üzrə sahəyə 5-ci dərəcəli yol montyoru peşəsinə qəbul olmuş, xx.xx.2014-Təzə ştat cədvəlinə əsasən avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sahənin dəmiryolunun istismarı üzrə xidmət sahəsinin 5-ci dərəcəli yol montyoru peşəsində sayılmış, xx.xx.2014-Təzə ştat cədvəlinə əsasən dəmiryol istismarı üzrə xidmət sahəsinin 5-ci dərəcəli yol montyoru peşəsində sayılmış, xx.xx.2016-Təzə ştat cədvəlinə əsasən dəmiryolunun istismarı üzrə 15 nömrəli sahənin 5-ci dərəcəli yol montyoru peşəsində sayılmış, xx.xx.2021- Dəmiryolunun istismarı üzrə 21 nömrəli sahəyə 6-cı dərəcəli yol montyoru keçirilib. Halhazırda işləyir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-84214/2025 nömrəli məktubu ilə təqdim edilən İddiaçı hesab məlumatlarına əsasən xx.xx.2006-xx.xx.2024-cü il tarixlərdə cəmi 37200.72 manat ödəniş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-227200/2025 nömrəli məktubunda göstərilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2021-ci il tarixinə İddiaçı münasibətdə xx.xx.2006-cı il tarixinədək olan 28 il 22 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21383.70 manat, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə isə fərdi hesabın siğorta hissəsində qeydə alınan pensiya kapitalı 28393.85 manat olmaqla, cəmi pensiya kapitalı 49777.55 manat təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-1/2-7038/2025 nömrəli məktubunda göstərilmişdir ki, ADY-nin magistral dəmir yolları üzrə xidmət göstərmiş 771 saylı Təmir tikinti qatarında və 1 saylı İxtisaslaşdırılmış dəmir yolu müəssisəsində əmək fəaliyyəti göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 22-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda 28-ci bölmənin 20-ci (kod: 23001000-19825) abzaslarında nəzərdə tutulmuş "yol montyoru" peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarətdir. Bununla yanaşı, açıq hava şəraitində davamlı olaraq işlərin görülməsi, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin göməlməsi və əyilməsi, əməyin yeknəsəqliyi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsalat amillərinin təsirinə məruz qalmasına görə yol montyoru peşəsi üzrə yerinə yetirilən işlər əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Həmçinin yol montyoru peşəsi üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 12% əlavə müəyyən edilmişdir. Həmin məktubla təqdim edilən “Yol montyoru 5-ci dərəcənin vəzifə borcu”na əsasən, işin xüsusiyyəti: Yol örtüyünün yuxarı hissəsinin və metropolitenin yerüstü xəttinin konstruksiyalarının quraşdırma, sökülmə və təmirində mürəkkəb işlərin icrası; Bilməlidir: konstruksiyaların quruluşunu, bitişməsiz yol və strelkalı keçirmələrin saxlanma normasını. Bitişməsiz yol və strelkalı keçirmələrin quraşdırılmasının icra qaydalarını. Bitişməsiz yol və strelkalı keçirmələrin tənzimlənməsi üzrə işlərin icra olunma qaydalarını. Yol örtüyünün yuxarı hissəsinin qurulmasının keyfiyyətinə qoyulan tələbləri. Yol nişanlarının təyinatını. Hazır dəmiryollarını hissələrlə yığan xətt və stendlərdə deşikaçan qurğunun quruluşunu və işləmə prinsipini; İş nümunələri. Strelkalı keçirmələrin quraşdırılması və onların şpal, kiçik tirlərə başıyastı mıxvuranlarla bərkidilməsi. Uzunluq üzrə relslərin seçilməsi və onların bucaqlıq və aralıqlar yoxlayan üzrə qoyulmasının yoxlanması. Optiki cihazlardan istifadə etməklə yolların layihə vəziyyətində qurulmasında, profildə dəmiryol, tramvay və slipli yol və metropolitenin yerüstü xətlərinin vizirlənməsi. Əks relelərin qurulma və bərkidilməsi. Kronşteynlərin (çəp dayaqların) və metropolitenin xəttinin kronşteyn və kontakt relenin yoxlanılıb düzəldilməsi. Bitişməsiz yolların bir-birinə qaynaq edilmiş relslərinin uclarının vəziyyətinin vintli dartıb yaxınlaşdıranlarla tənzimlənməsi. Tarazlayan cihazların qurulma və sökülməsi. Bitişməsiz yolların bir-birinə birləşmiş relslərinin qüsurlu sahəsinin dəyişdirilməsi. Strelkalı keçirmələrin, bütöv kəsişmələrin, üfüqi və maili yolların, habelə gəmiqaldırıcı qurğuların (sliplərin) yollarının kəsişmələrinin ülgü, taraz və istiqamət üzrə ölçülmə və tənzimlənməsi. Dəmir-beton tava və bloklarla olan yol sahəsində, relsşpal şəbəkələrin planda hidravlik cihazlarla tənzimlənməsi. Dəmir-beton tava və bloklarla olan yol sahəsində, ülgü üzrə relsli dəmiryolunun eninin ölçülmə və tənzimlənməsi. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2-7/2- 737/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı yol montyoru kimi aşağıdakı funksiyaları yerinə yetirmişdir: 3.1. Nişan keçiricilərini quraşdırmaq, onları şpallara və tirlərə bərkitmək; 3.2. Relsləri uzunluq üzrə seçmək və onları aralıq elementləri ilə bərkitmək; 3.3. Optik cihazların köməyi ilə yolların layihə vəziyyətinə qoyulması profilində dəmir yolunun yerüstü xətlərinin vizalanması işlərini yerinə yetirmək; 3.4. Konttresləri qurmaq və bərkitmək; 3.5. Dəmiryolu xətlərinin təmas relslərini və kronşteynlərini yoxlamaq; 3.6. Qovuşuqsuz yolun qaynaq edilmiş rels gövdələrinin uclarını vint qarmaqları vasitəsilə tənzimləmək; 3.7. Bərabərləşdirici cihazları quraşdırmaq və söndürmək; 3.8. Qovuşuqsuz yolun rels gövdələrinin deffektli sahəsini dəyişdirmək; 3.9. Nişan keçiricilərinin bütöv kəsişmələrini şablon səviyyəsi və istiqaməti üzrə ölçmək və tənzimləmək; 3.10. Dəmir-beton lövhənin bloklu yol sahələrinin hidravlik cihazları planında rels-şpal şəbəkəsini tənzimləmək; 3.11. Dəmir-beton lövhənin bloklu yol sahələrində rels izlərinin enini şablon üzrə ölçmək və tənzimləmək; 3.12. İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq; İddiaçı işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "2-ci siyahı, Şifrə 23001000-19825, XXVİİİ bölmənin 1-ci yarımbölməsi nəqliyyat bölməsi" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 nəqliyyat bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2-7/2- 472/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşə haqqında məlumatlar: xx.xx.2005-xx.xx.2014- 15 nömrəli sex, dəmiryolunun istismarı üzrə sahə, yol montyoru; xx.xx.2014-xx.xx.2014-15 nömrəli sahə, dəmiryolunun istismarı üzrə xidmət sahəsi, yol montyoru; xx.xx.2014-xx.xx.2016- Dəmiryol istismarı üzrə xidmət sahəsi, yol montyoru; xx.xx.2016-xx.xx.2021-15 nömrəli sahə, yol montyoru; xx.xx.2021-hal hazıradək 21 nömrəli sahədə yol montyoru olaraq çalışır. İddiaçı işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "2-ci siyahı, Şifrə 23001000-19825, XXVİİİ bölmənin 1-ci yarımbölməsi nəqliyyat bölməsi" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 nəqliyyat bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İddiaçı yol montyoru kimi aşağıdakı funksiyaları yerinə yetirmişdir: - Nişan keçiricilərini quraşdırmaq, onları şpallara və tirlərə bərkitmək; - Relsləri uzunluq üzrə seçmək və onları aralıq elementləri ilə bərkitmək; Optik cihazların köməyi ilə yolların layihə vəziyyətinə qoyulması profilində dəmir yolunun yerüstü xətlərinin vizalanması işlərini yerinə yetirmək; - Konttresləri qurmaq və bərkitmək; - Dəmiryolu xətlərinin təmas relslərini və kronşteynlərini yoxlamaq; - Qovuşuqsuz yolun qaynaq edilmiş rels gövdələrinin uclarının vint qarmaqları vasitəsilə tənzimləmək; - Bərabərləşdirici cihazları quraşdırmaq və söndürmək; - Qovuşuqsuz yolun rels gövdələrinin deffektli sahəsini dəyişdirmək;- Nişan keçiricilərinin bütöv kəsişmələrini şablon səviyyəsi və istiqaməti üzrə ölçmək və tənzimləmək; - Dəmir-beton lövhənin bloklu yol sahələrinin hidravlik cihazları planında rels-şpal şəbəkəsini tənzimləmək; Dəmir-beton lövhənin bloklu yol sahələrində rels izlərinin enini şablon üzrə ölçmək və tənzimləmə; İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. İş materiallarına əlavə edilən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli **********2 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli eyniməzmunlu məktublarında göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X1 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən UT-1 ******* nömrəli əmək kitabçanızda, "xxxx" QSC-nin 17 iyul 2020-ci il tarixli 11755 nömrəli və SOCAR-ın "Heydər Əliyev adına X7" nun 13 fevral 2019-cu il tarixli SOCAR**********81200601A00010 nömrəli sizə dair arayışlarında xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir Yolu 771 saylı Təmir Tikinti Qatarında və xx.xx.2005-ci il tarixindən bugünədək "Heydər Əliyev adına X5 yol montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz yol montyoru vəzifəsi yuxarıda qeyd olunan magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun deyil. Eyni zamanda SOCAR-ın "Heydər Əliyev adına X5 işlədiyiniz sahə Dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 8 ay 7 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətiə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli 3-17-1/2-Ə-154348/2024 nömrəli məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və * göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən ИТ-1 ******* nömrəli əmək kitabçanızda, "xxxx" QSC-nin 17 iyul 2020-ci il tarixli 11755 nömrəli və SOCAR-ın "Heydər Əliyev adına X7" nun 13 fevral 2019-cu il tarixli SOCAR**********81200601A00010 nömrəli sizə dair arayışlarında xx.xx.1993xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir Yolu 771 saylı Təmir Tikinti Qatarında və xx.xx.2005-ci il tarixindən bugünədək "Heydər Əliyev adına X5 yol montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 8 ay 7 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini iddiaçının 60 yaşının tamam olduğu tarixə qüvvədə olna maddi hüquq norması baxımından yoxlayır. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən məhkəmə həmin vaxtda qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinin tələbləri əsasında iddiaçının pensiya hüququnun mövcudluğuna qiymət verir. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2021-ci il tarixə 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan əmək kitabçası qeydləri və xx.xx.2006-cı il tarixdən sonra MDSS-ləri ödənilmiş illər nəzərə alınmaqla 60 yaçının tamam olduğu tarixə, yəni xx.xx.2021-ci il tarixdə ümumi sığorta stajı 44 ildən çoxdur. İddiaçının güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir. Cavabdehin imtinası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir Yolu 771 saylı Təmir Tikinti Qatarında və xx.xx.2005-ci il tarixindən bugünədək "Heydər Əliyev adına X5 yol montyoru vəzifəsində güzəştli siyahıda Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğ deyil, bu əsasdan iddiaçının yalnız güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 7 gün (xx.xx.1998-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İşəgötürənin iddiaçı baəsində təqdim etdiyi güzəştli arayışlarında göstərilmişdir ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-1/2- 7038/2025 nömrəli məktubunda göstərilmişdir ki, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda 28-ci bölmənin 20-ci (kod: 23001000-19825) abzaslarında nəzərdə tutulmuş "yol montyoru" peşəsinin əsas vəzifə funksiyası yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olub, zərəli xüsusiyyətləri açıq hava şəraitində davamlı olaraq işlərin görülməsi, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin göməlməsi və əyilməsi, əməyin yeknəsəqliyi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsalat amilləridir ki, buna görə attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin, o cümlədən iddiçaını əmık haqqısına 12% əlavə müəyyən edilmişdir. Eyni zamanda SOCAR-ın təqdim etdiyi vəzifə təlimatı və güzəştli arayışlarda iddiçaının bilavasitə dəmiryolu xətlərinin yoxlamaq, tənzimləmə, təmir işlərinin yerinə yetirdiyi vurğulanaraq işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "2-ci siyahı, Şifrə 23001000- 19825, XXVİİİ bölmənin 1-ci yarımbölməsi nəqliyyat bölməsi" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 nəqliyyat bölməsinə uyğunlaşdırılmışdır. Cavabdeh iddiaçı brəsində hər iki müəssisə tərəfindən verilmiş güzəştli arayışların əsassızlığı ilə bağlı konkret dəlil irəli sürməmiş, qeyd edilən vəzifələrin siyahıdakı vəzifəyə uyğun gəlməməsinin əsaslarını bildirməmişdir. Beləliklə, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının hüququnun yarandığı 0703.2021-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını topladığı müəyyən olunur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının mübahisələndirilən dövr qanunvericiliyinə uyğun olaraq tələb olunan pensiya kapitalına gəlincə məhkəmə qeyd edir ki, ƏPQ-nun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, iddiaçı üçün pensiya ödənişi müddəti aylarının sayı 204-ə (65 yaş (Qanunun 7-ci maddəsi ilə həmin dövrə (01 iyul 2020-ci ildən pensiya yaşı) çıxılsın 60 yaş (iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =60 ay (05 il x12 ay)+144 ay = 204 ay) bərabərdir. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək yaşa görə minimum pensiya məbləği 200 manat olduğundan pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalı 40800 (200 man x 204 ay) təşkil edir. İddiaçının 60 yaşdan pensiya təyinatı üçün tələb olunan kapital 40800 olduğu halda iddiaçının xx.xx.2006-cı il tarixinədək olan 28 il 22 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21383.70 manat, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə isə fərdi hesabın siğorta hissəsində qeydə alınan pensiya kapitalı 28393.85 manat olmaqla, cəmi pensiya kapitalı 49777.55 manat təşkil edir. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı, 12 il 06 ay güzəştli iş stajını toplamışdır, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının pensya təyinatı üçün ilkin müraciəti cavabdehin də imtinasında qeyd edildiyi kimi ən tezi xx.xx.2021-ci il tarixi olmuşdur. Belə olan halda iddiaçıya hüququn yarandığı xx.xx.2021-ci il tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi tələbi təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar