Məhkəmə qərarları › İş №e-2-1(112)-7592/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7592/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7592/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli inzibati aktının ləğv edilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m olan, 3 otaqlı, 56 saylı mənzilə mülkiyyət hüquqlarının tanınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən məhkəmənin qərardadı ilə iş üzrə iddiaçı onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Həmçinin, İddiaçı ərizəsi nəzərə alınaraq, iddia tələbi ünvan 2 ünvanında yerləşən 56 saylı mənzilin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 137 kv.m olan, 3 otaqlı, 56 saylı mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh qeyd olunan yaşayış binasının istismarına icazə sənədinin olmamasını əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Hesab edilir ki, cavabdeh orqanın imtinası qanunsuzdur. Belə ki, binanın bir çox sakinləri mülkiyyət hüququnu təsdiq edən, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar almışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, ünvan 5 ünvanda inşa edilmiş yaşayış binasının yaşayışa yararlı olubolmaması (qəzalı) barədə məlumatın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 3-18-2/2-30/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab verməməsinin aşkar edildiyi və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından məsələyə müsbət münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. İddia olunan mənzilin faktiki ümumi sahəsi 125.8 kv.m təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və iş üzrə cəlb olunmuş üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmənin əsaslandığı sübutlar: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -DƏDKR phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, hazırkı tələb üzrə müraciətə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -X4 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 7 ünvanda 14 mərtəbəli, 2 bloklu yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 137 kv.m olan, 3 otaqlı, 56 saylı mənzili almışdır. -"xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, X4 "xxxx" MMC ilə bağlanmış 22 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 8 ünvanında ona məxsus olan 3 otaqlı, ümumi sahəsi 137 kv.m olan yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Borcu yoxdur. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində ünvan 9 ünvanında yerləşən 56 nömrəli mənzilin istismarına icazə verilməsi ilə bağlı sənəd aşkar edilməmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən DƏDKR phş-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, 2007-ci ildə adıçəkilən ünvandakı yaşayış binasına yaxın ərazidə "xxxx" MTK tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış binasının uçması ilə əlaqədar ətraf binalarda dayanıqlıq baxımından yoxlama işləri aparılmışdır. Yoxlama zamanı həmin ünvandakı 13 mərtəbəli, 80 mənzilli yaşayış binası dayanıqlıq baxımından tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyindən həmin yaşayış binasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Gücləndirmə işləri binanın zirzəmi və qeyri-yaşayış hissəsində başlanılmış, lakin mənzillər daxilində aparılmasına sakinlər etiraz etmişlər. Bununla da, işlər yarımçıq saxlanılmışdır. Sonradan həmin yaşayış binası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun siyahıya daxil edilmiş, lakin aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti norma və qaydalarının tələblərinə cavab verməməsi aşkar edilmişdir. Qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından məsələyə müsbət münasibət bildirilməsi mümkün deyildir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, mənzil binanın 9-cu mərtəbəsinin bir hissəsində yerləşir. Binanın qəbul aktı və layihəsi təqdim edilməmişdir. 3 otaqlı mənzilin faktiki sahəsi 125.8 kv.metrdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi mənzilin dəyərinin ödənilməsi barədə "xxxx" MMC ilə mərhum həyat yoldaşı R.Dadaşova arasında bağlanmış alqı-satqı müqaviləsinə, həmin mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışına əsasən, ünvan 2, mənzil 56 üzərində hüququn X3 məxsus olması barədə arayışın verilməsidir. Cavabdehin əsas dəlilləri belədir ki, sözügedən mənzilin yerləşdiyi "xxxx" MMC tərəfindən inşa olunmuş mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismara icazə sənədi təqdim edilməmiş və qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikintinorma və qaydalarının tələblərinə cavab verməməsi aşkar edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Lakin hazırkı işdə mübahisə predmeti olan mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin: -144-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, istinad olunan normalaradan görünür ki, dövlət, şəxsin mülkiyyət hüququnu qeydə almaqla onun müvafiq daşınmaz əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnu tanıyır və təsdiq edir. Lakin istismarına icazə verilməmiş tikili özbaşına tikili, daha doğrusu, tikintisi başa çatmayan bina hesab edilir, yəni həmin tikili yarımçıq olmaqla, tikinti qaydalarına uyğun inşa edilməsi və istifadəyə yararlı olması müəyyən deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, istismarına icazə verilməmiş tikiliyə, yəni tikintisi başa çatmadığından, istifadəyə yararlılığı müəyyən edilmədiyindən təyinatı üzrə istifadə edilməsinə icazə verilməmiş tikiliyə şəxsin mülkiyyət hüququ tam mənada yarana bilməz, çünki mülkiyyət hüququ 3 elementi birləşdirdiyi halda, tikilinin istismarına icazə verilməməsi üç elementdən birini - əmlakdan istifadə etmək hüququnu istisna edir. Məhkəmə eyni zamanda qeyd edir ki, istismara icazəsi verilməmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınmaması birbaşa dövlətin ictimai maraqların qorunması məqsədinə xidmət edir. Bu məqsədlərə əsasən aşağıdakılar aiddir:

1. Tikinti təhlükəsizliyi və insanın həyhat və sağlamlığının qorunması -İstismara icazə, binanın tikinti norma və qaydalarına uyğun tikildiyini, daşıyıcı konstruksiyalarının təhlükəsiz olduğunu və yaşayış üçün yararlı vəziyyətdə olduğunu təsdiqləyir.

2. Şəhərsalma qaydalarının qorunması - İstismara icazəsi olmadan qeydiyyat, planlaşdırma sənədlərinə və icazəsiz tikintilərə qarşı dövlət nəzarətini zəiflədir.

3. Hüquqi müəyyənlik və mülki dövriyyənin təhlükəsizliyini təmin etmək -dövlət reyestrində yalnız hüquqi statusu tam aydın və istismara yararlı obyektlərin olması, mülki dövriyyədə (satış, ipoteka, miras) hüquqi sabitliyi təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2902/2019 saylı iş üzrə qəbul etdiyi 04 dekabr 2019-cu il il tarixli qərarında qeyd edilmişdir ki, “Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir.” Xüsusilə nəzərə alınır ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin məktubundan göründüyü kimi, aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyi aşkar edilmişdir. Məhkəmə iddiaçının "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında inşa edilmiş yaşayış binasında istismara qəbul edilmə barədə sənəd təqdim olunmadan digər yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” Qanundan: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mənzilinin yerləşdiyi binada 2006-2019-cu illərdə qəbul edilmiş məhkəmə qərarları əsasında da bir neçə yaşayış və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd olunan məhkəmə qərarı mübahisələndirilməmiş və qeydiyyat hərəkətləri cavabdeh tərəfindən məhz məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilmişdir. Belə olan halda hesab edilir ki, qanunvericiliyə görə məhkəmə qərarından şikayət verilməsi tərəfin hüququ, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburi xarakter daşımaqla vəzifəsi kimi nəzərdə tutulduğundan, cavabdeh inzibati orqan tərəfindən bu məsələdə müstəqil inzibati praktikanın yaradılması və praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və davamlı münasibəti təmin edəcək qaydada davranış nümayiş etdirilməsi müəyyən edilməməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin bərabərlik prinsipi qanunsuz hərəkətin təkrarlanmasını tələb etmir. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə dövlətin güddüyü ictimai maraq fərdin mülkiyyət marağına münasibətdə üstündür, hansı ki, bu üstünlük ictimai marağın, ilk növbədə şəxsin həyat və sağlamlığının qorunmasına yönəlməsindən irəli gəlir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Oxşar yanaşma analoji iş üzrə qəbul edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da əks etdirilmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və mübahisəli əmlaka hüquqları təsdiq edən yeni sübutlara (istismara icazə sənədi alınmasına) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1.2-ci maddəsinə əsasən, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar