Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7622/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergi bəyannaməsinin kameral yoxlaması aparılmış, nəticədə 10 fevral 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3630.36 manat (üç min altı yüz otuz manat 36 qəpik) əlavə vergi öhdəliyi müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən qərar belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə və bu Müqavilə çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2021-ci il ərzində icraçı tərəfindən 18151.80 manat həcmində mallar təhvil verilmiş, təqdim olunan elektron qaimə-fakturalar üzrə alınmış mallar və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərlə uzlaşmaması səbəbi ilə kənarlaşmaların yarandığı qeyd edilmişdir. Qərar çıxarılmasına səbəb olan xx.xx.2023-cü il tarixli “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi” barədə bildirişdən belə anlaşılır ki, bankla icraçı arasında olan əməliyyatlar vergi orqanı tərəfindən “əmtəəsiz əməliyyat” kimi dəyərləndirilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən “əmtəəsiz əməliyyat” deyildikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Bu əsasla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti malların alqı-satqısı ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və beləliklə, 3630.36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Halbuki mallar və xidmətlər təhvil-təslim aktları əsasında faktiki olaraq təhvil verilmiş, vergi orqanı tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı nə təsdiqedici sənəd, nə də hansısa formada əsaslandırma təqdim edilmişdir. “İnzibati İcraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Habelə, həmin Qanunun 61.2 və 61.3-cü maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Tərəfindən Bildirişə cavab olaraq vergi orqanına elektron kargüzarlıq sistemi vasitəsi ilə cavab məktubu və ona qoşma qismində 18 sayda hesab-fakturalar, təhvil-təslim aktları, elektron kargüzarlıq sistemindən əldə olunmuş təsdiqlənmiş elektron qaimə-fakturalar təqdim edilsə də, vergi orqanı tərəfindən həmin sənədlər nəzərə alınmamışdır. Halbuki “İnzibati İcraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunun bu normaları pozulmuş, bank tərəfindən təqdim olunan sənədlərin həqiqəti uyğun olmadığını iddia etməmiş, beləliklə, onların mötəbərliyini sual altında qoymuşdur. Bununla bağlı əsaslı şübhələri olsa belə, vergi orqanı tərəfindən müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görülməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən 05 dekabr 2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya “2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2023-cü il tarixli **********811600 nömrəli Bildiriş göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi **********004500) cavab məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli İBA-2021/121 saylı müqaviləyə əsasən 2021-2022 dövrü ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 34179.80 (2021-ci il üzrə 32967.80 manat, 2022-ci il üzrə 1212.00 manat) manat ödənilmiş və məktuba əlavə olunmuş təsdiqedici sənədlər əsasında uçota alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş qaimələr üzləşdirilmişdir. Qaimələrdə qeyd olunan mallar, iş və xidmətlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən də təhvil alındığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyicisi hesab edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş EBBL seriyalı xx.xx.2021-ci il tarixli 947172 nömrəli, xx.xx.2021-ci il tarixli 947670 nömrəli, xx.xx.2021-ci il tarixli 948398 nömrəli, xx.xx.2021-ci il tarixli 948967 nömrəli, xx.xx.2021-ci il tarixli 705652 nömrəli, xx.xx.2021-ci il tarixli 819440 nömrəli və xx.xx.2021-ci il tarixli 804677 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18151,80 manat dəyərində mallar alındığına görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********397600 nömrəli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü və 109-cu maddələrinə əsasən 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 3630,36 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********190500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsində qeyd edilir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Riskli vergi ödəyicisi hesab edilən müəssisə üzrə araşdırma edilərkən həmin şəxsin 2020-2021-ci illər üzrə dövriyyəsinin demək olar ki, göstərmədiyi, obyektinin olmadığı, qeydiyyat ünvanının Quba rayonu olduğu, NKA qeydiyyatının olmadığı müəyyən edilmişdir. Halbuki bank tərəfindən işlərin göstərildiyi ərazilər Gədəbəy rayonu və Bakı şəhəri olmuşdur. Bundan başqa, alqı-satqı müqavilələri ilə Bank tərəfindən əldə edilmiş mallar qarşı tərəfdən kim tərəfindən təqdim edilməsi, hansı qaydada çatdırılması, hara təqdim edilməsi müəyyən edilmir. Həmçinin bank tərəfindən dəqiq olaraq qarşı tərəfdən kiminlə əlaqə saxlanıldığı, həmin şəxsi necə müəyyən etdiyi də müəyyən edilməyən məlumatlardır ki, bu da bu müqavilələr üzrə hər hansı malların alınmadığını göstərir. Təhvil-təslim aktlarına da baxdıqda metal çərçivənin, şüşənin və digər malları təhvil verən şəxs kimi M.Qarayeva olduğu (direktor) görsənir ki, bu da müqavilənin və təhvil-təslim aktlarının həqiqəti əks etdirmədiyini təsdiq edir. Bütün göstərilənlər bir daha təsdiq edir ki, bank tərəfindən müqavilə üzrə qarşı tərəfdən hər hansı malların əldə edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********190500 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3630,36 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış alqı-satqı xidmətlərinin göstərilməsi haqqında İBA-2021/121 saylı xx.xx.2021ci il tarixli müqavilə və ona 1 saylı əlavədən görünür ki, tərəflər 20 mm zirehli şüşə, siyirtmə (dəmir “lotok”), metal çərçivə, 1 kv.m zirehli şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri (xərc ləvazimatları, kabel və s. daxil olmaqla) və ezamiyyə və nəqliyyat xərci daxil olmaqla cəmi 49000,00 (qırx doqquz min) manat dəyərində malların alqı-satqısına razılığa gəlmişlər. 008 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərci üçün cəmi 2833 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gədəbəy Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 2833 manat məbləğində 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinin təhvil-təslimi həyata keçirilmişdir. EBBA seriyalı 947670 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinə görə cəmi 2833 manat məbləğində pul ödəmişdir. 009 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri üçün cəmi 4106 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 4106 manat məbləğində 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinin təhvil-təslimi həyata keçirilmişdir. EBBA seriyalı 948967 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinə görə cəmi 4106 manat məbləğində pul ödəmişdir. 010 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərci üçün cəmi 2531,80 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Pirallahı Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 2531,80 manat məbləğində 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinin təhviltəslimi həyata keçirilmişdir. EBBA seriyalı 948398 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinə görə cəmi 2531,80 manat məbləğində pul ödəmişdir. 011 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri üçün cəmi 5418 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami (Qarayev) Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 5418 manat məbləğində 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinin təhvil-təslimi həyata keçirilmişdir. EBBA seriyalı 947172 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinə görə cəmi 5418 manat məbləğində pul ödəmişdir. 012 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri üçün cəmi 6056,40 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 6056,40 manat məbləğində 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinin təhvil-təslimi həyata keçirilmişdir. EBBA seriyalı 246125 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinə görə cəmi 6056,40 manat məbləğində pul ödəmişdir. 018 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 ədəd mikrofon üçün cəmi 544 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 544 manat məbləğində 2 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBA seriyalı 784384 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 2 ədəd mikrofona görə cəmi 544 manat məbləğində pul ödəmişdir. 019 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri üçün cəmi 2709 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə (Atatürk) Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 2709 manat məbləğində 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinin təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 705652 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinə görə cəmi 2709 manat məbləğində pul ödəmişdir. 014 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 ədəd mikrofon üçün cəmi 816 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 816 manat məbləğində 3 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 784350 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 3 ədəd mikrofona görə cəmi 816 manat məbləğində pul ödəmişdir. 016 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 ədəd mikrofon üçün cəmi 272 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 272 manat məbləğində 1 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 819458 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1 ədəd mikrofona görə cəmi 272 manat məbləğində pul ödəmişdir. 015 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 4 ədəd mikrofon üçün cəmi 1088 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 1088 manat məbləğində 4 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 819440 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 4 ədəd mikrofona görə cəmi 1088 manat məbləğində pul ödəmişdir. 013 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 ədəd mikrofon üçün cəmi 544 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tovuz Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 544 manat məbləğində 2 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 819445 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 2 ədəd mikrofona görə cəmi 544 manat məbləğində pul ödəmişdir. 017 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 ədəd mikrofon üçün cəmi 272 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 272 manat məbləğində 1 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBE seriyalı 784309 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1 ədəd mikrofona görə cəmi 272 manat məbləğində pul ödəmişdir. 020 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərci üçün cəmi 2457,60 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Siyəzən Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 2457,60 manat məbləğində 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinin təhviltəslimi həyata keçirilmişdir. EBBH seriyalı 616400 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri, ezamiyyə və nəqliyyat xərcinə görə cəmi 2457,60 manat məbləğində pul ödəmişdir. 021 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 ədəd siyirtmə (lotok) üçün cəmi 750 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 750 manat məbləğində 3 ədəd siyirtmənin (lotokun) təhvil-təslimi həyata keçirilmişdir. EBBK seriyalı 067397 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 3 ədəd siyirtməyə (lotoka) görə cəmi 750 manat məbləğində pul ödəmişdir. 023 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 4 ədəd siyirtmə (lotok) üçün cəmi 1000 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 1000 manat məbləğində 4 ədəd siyirtmənin (lotokun) təhvil-təslimi həyata keçirilmişdir. EBBN seriyalı 804677 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 4 ədəd siyirtməyə (lotoka) görə cəmi 1000 manat məbləğində pul ödəmişdir. 024 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mikrofon və rayonlar üzrə ezamiyyə və nəqliyyat xərci üçün cəmi 1026 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 1026 manat məbləğində mikrofon və rayonlar üzrə ezamiyyə və nəqliyyat xərcinin təhvil-təslimi həyata keçirilmişdir. EBBN seriyalı 806132 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş mikrofon və rayonlar üzrə ezamiyyə və nəqliyyat xərcinə görə cəmi 1026 manat məbləğində pul ödəmişdir. 022 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 ədəd mikrofon üçün cəmi 272 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 272 manat məbləğində 1 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBK seriyalı 067537 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1 ədəd mikrofona görə cəmi 272 manat məbləğində pul ödəmişdir. 025 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 ədəd mikrofon üçün cəmi 272 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 272 manat məbləğində 1 ədəd mikrofonun təhvil-təslimi həyata keçirilmişdir. EBBN seriyalı 814969 saylı xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1 ədəd mikrofona görə cəmi 272 manat məbləğində pul ödəmişdir. 001 saylı xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərcləri üçün cəmi 1212 manat məbləğində pul ödəmişdir. Təhvil-təslim aktından görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azəriqaz Filialının xəzinəsi üçün nəzərdə tutulmuş təmir işlərinə görə cəmi 1212 manat məbləğində 36 mm şüşə B-6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinin təhvil-təslimi həyata keçirilmişdir. EBBQ seriyalı 312451 saylı xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, 07 aprel 2021-ci il tarixli İBA-2020/121 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 36 mm şüşə B- 6, lotok, mikrofon Stelberry S 410, metal çərçivə, 1 kv.m şüşə və 1 dəst avadanlıqların (lotok, mikrofon və dinamik) quraşdırılması xərclərinə görə cəmi 1212 manat məbləğində pul ödəmişdir. “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi” barədə **********811600 saylı xx.xx.2023-cü il tarixli bildirişdə bildirilmişdir ki, tərəfindən 05 dekabr 2022 tarixdə təqdim olunmuş bəyannamənin, hesabatın kameral vergi yoxlaması başa çatdırıldıqdan sonra həmin bəyannamənin, hesabatın əhatə etdiyi dövr üzrə fəaliyyəti ilə bağlı vergi orqanına daxil olmuş əlavə sənədlər və məlumatlar daxil olmuşdur: Araşdırma zamanı 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 33040.60 manatlıq mallar alınmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlardır. Bununla əlaqədar göstərilən əlavə sənədlər və məlumatlar nəzərə alınmaqla 10 (on) iş günü ərzində qeyd olunan dövr üzrə dəqiqləşdirilmiş bəyannamə, hesabat və ya kənarlaşmaya dair yazılı izahat və zəruri olan olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə, hesabat və ya kənarlaşmaya dair yazılı izahat və zəruri olan sənədlər (məlumatlar) qeyd olunan müddətdə təqdim edilmədikdə, bu barədə məlumatlar səyyar vergi yoxlamasının keçirilməsi məsələsinə baxılması üçün audit strukturuna təqdim olunacaqdır. Məktub ilə əlaqədar yaranacaq suallar ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Çağrı Mərkəzi Departamentinə (195-1) və vergi ödəyicilərinə (xidmət mərkəzlərinə) müraciət edə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə **********397600 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən vergi ödəyıcısi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********908800 saylı xx.xx.2023-cü il tarixli məktub ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********181000 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hazırda “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti” əsas fəaliyyət növü üzrə vergi uçotundadır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması” haqqında arayışa əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır, vergi orqanına təqdim edilmiş xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında” arayışa əsasən fəaliyyəti xx.xx.2020-cü il tarixdən aktivləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması” haqqında arayışa əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, vergi orqanı tərəfindən göndərilmiş bildirişdən və qəbul edilmiş qərardan da göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə çərçivəsində 2021-ci il ərzində iddiaçı tərəfindən 18151.80 manat həcmində əmtəəsiz əməliyyatın aparılması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmənin ünvanladığı müraciətlə əlaqədar olaraq ilk növbədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi əsaslarına aydınlıq gətirilməlidir. Vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06 avqust 2002-cı il tarixli qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsindən: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 78.4. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. İşin mateiralları ilə müəyyən edilir ki, cavabdeh qurum iddiaçı ilə üçüncü şəxs arasında 2021-ci il üzrə aparılmış 32967.80 manat dəyərində əməliyyatdan 18151.80 manat həcmində olan hissəsini əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş (14816 manat həcmində əməliyyat isə əmtəəsiz hesab edilməmişdir) və çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və 3630.36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Həmin 32967.80 manat dəyərində mallar və xidmətlər iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim aktları ilə təsdiq olunur. Cavabdeh qurum tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı məhkəməyə təsdiqedici sənəd və ya bu barəəd hər hansı dəlil təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********190500 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7622/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7622/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver