Məhkəmə qərarları › İş №e-2-1(112)-7624/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7624/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7624/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğvi və vəzifəyə bərpa olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2011-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmrinin ləğv edilməsi və İddiaçı X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluçusudur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri tətbiq edilərək X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsindən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə keçirilmişdir. Barəsindəki əmr əsassızdır və qanunsuzdur. Mübahisənin mediasiya qaydasında həlli üçün müraciət etsə də, təəssüf ki barışıq mümkün olmamışdır. Mediasiyanın yekunlarına dair sənəd ona 2023-cü il martın 07-də verilmişdir. Barəsindəki inzibati akt - əmr əsaslandırılmamışdır və o, intizam pozuntusuna yol verməmişdir. İddia tələbinə əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktı dövlət qulluqçusunu faktiki olaraq hansı pozuntuda təqsirli bilməsini həmin inzibati aktda qeyd etmədən qəbul etdiyi üçün, iddia ərizəsində bu məsələyə münasibət bildirə bilməmişlər. Məhkəmənin sərəncamına əsasən təqdim etdikləri sənədlərdən, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatından belə məlum olur ki, inzibati orqanın iddiasına görə İddiaçı aparat rəhbərinin müavininin adına olan kart oxuyucudan istifadə etməklə iş yerinə gəlib getmiş, guya bununla sui-istifadəyə yol vermişdir. Bununla əlaqədar aşağıdakıları bildirilmişdir ki, 1. İddiaçı həmin kartın başqa işçinin adına olduğunu bilmirdi. Kartda adlar qeyd edilmir. 2. İş yerinə gəliş-gedişi qeydiyyata aldıran kartın sayına məhdudiyyət olmayıb. 3. İddia edilən sui-istifadə mümkün deyil, çünki giriş-çıxış məntəqəsi kamera nəzarətindədir. 4. İddiaçı iş yerinə giriş - çıxış vaxtlarına baxanda görünür ki, iş vaxtının başlama və bitmə vaxtlarından kənarlaşma çox cüzidir. Əksinə, həmin vaxtların təhlili göstərir ki, o, ümumilikdə iş vaxtından daha çox müddətdə iş yerində olub. 5. İddiaçı struktur bölmə rəhbəri olduğu üçün, onun rəhbərindən icazəsiz iş yerindən əhəmiyyətli müddətdə çıxmasının aşkar edilməməsi mümkün deyildir. 6. İşçilərin izahatlarından görünür ki, kartların təşkili məsələləri ilə başqa işçilər, habelə informasiya texnologiyaları üzrə əməkdaşlar (Vahid informasiya şöbəsi) məşğul olub. Yəni İddiaçı kartın başqa işçiyə məxsus olduğunu (başqa işçinin adma qeydiyyata alınaraq fərdiləşdirildiyini) görə bilmək imkanı olmayıb. 7. İddiaçı hətta bəzən texniki sistem onu işdə göstərməsə belə, iş yerində olub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı dair qanunvericiliyə uyğun olaraq xidməti yoxlamanın aparılması barədə xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-579 nömrəli əmr qəbul edilmiş və nəticəsi olaraq müvafiq qərar qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsinə əsasən dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin (qanunun 25.2.3-cü maddəsinə əsasən həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi qeyd olunmuşdur. Belə ki, X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü və 18.0.12-ci maddələrinin tələblərini pozaraq, dövlət orqanınla müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, etik davranış qaydalarına əməl etməmişdir, habelə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əməkdaşları üçün etik davranış” Qaydalarının 3.7-ci və 4.2.1-ci maddələrinin tələblərini pozaraq qanunsuz olaraq icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməmiş, gizli olaraq işdən yayınma hallarına yol vermiş, üzrlü səbəb və birbaşa rəhbərinin icazəsi olmadan iş yerini tərk etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı əmrin ləğvi və işə bərpa olunma tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-2873/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-579 nömrəli Xidməti yoxlamanın təyin edilməsi haqqında əmri ilə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə Komitənin insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan X1 barəsində xidməti yoxlama təyin edilməsi qərara alınmışdır. -Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanan izahatında bildirmişdir ki, işə giriş-çıxış zamanı istifadə etdiyi keçid kartından istifadəsi asan olan balaca çip-kart almışdır və İT üzrə çalışan keçmiş əməkdaş Şaiq Cahangirov (təxmini il yarım olar) çipi onun adına rəsmiləşdirmişdir. Digər kart ondan təhvil alınmadı və hər ikisinin onun adına rəsmiləşdirildiyi bildirildi (texniki tərəfləri bilmədiyi üçün qəbul etmişdir). Bir müddət sonra giriş-çıxışının qeydə alınmaması səbəbilə çipi sektorda baş məsləhətçi vəzifəsində çalışan-dəvamiyyətə nəzarət edən Səidə Bünyatovaya yoxlanılması üçün vermiş, yoxladıqdan sonra ona geri qaytarmış, belə hallar çox və digər əməkdaşlarda da müşahidə olunduğu üçün sistem xətası kimi qeyd edilmişdi. Dünən kartının Komitə Aparatının rəhbərinin müavini Elçin Kazımlının adına rəsmiləşdirildiyi bildirildi. Kart onun adına ola-ola digər şəxsə rəsmiləşdirilməsindən ümumiyyətlə xəbəri yoxdur, öncə yoxlanışa təqdim etdiyi zaman bu ona deyilməmişdir. Belə olan halda yoxlanışa verdiyi zaman kart ona yenidən qaytarılmamalı, digər əməkdaşın adına olduğu halda isə məlumat verilməli idi. Dünən çipi Komitə Aparatının rəhbərinin müavini Elçin Kazımlının adına olduğunu bilən kimi Elçin Kazımlıya təhvil vermişdir. Həm kartın, həm çipin onun adına resmiləşdirilməsini bildiyi üçün hər-hansı bir qərəzli və ya sui-istifadə məqsədi olmayaraq işə giriş-çıxış zamanı asan və rahat olsun deyə kartdan və ya çipdən istifadə etmişdir. -X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan X9 tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatında bildirilmişdir ki, Komitə Aparatında çalışmağa başladığı müddətdən turniket qeydiyyatı, o cümlədən yeni turniket kartlarının qeydiyyatı və əməkdaşlara təqdim edilməsi (sentyabr 2020-ci İİ tarixindən) ona tapşırılmışdır. Ona verilən sualla bağlı qeyd etmişdir ki, əməkdaşların giriş-çıxışlarına nəzarət etdiyi zaman tərəfindən insan resursları şöbəsinin Döviət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı işdə olmasına baxmayaraq, turniket qeydiyyatında görünmədiyi aşkar edilmiş və kartın turniketdə oxunmadığı özünə bildirilmişdir. Cavab olaraq qeyd olunan zaman əsas kartını deyil, sonradan hazırlanmış çip tipli kartını turniketə oxutduğunu bildirmişdir. Qeyd etmişdir ki, çip tipli kart onun tərəfindən heç bir vaxt heç bir əməkdaşa verilməyib və hər hansı bir əməkdaşda iki kart olması barədə məlumatı olmayıb. Turniketin çip tipli kartı tanımamağı səbəbindən İddiaçı bir daha həmin kartdan istifadə etməməsi barədə müraciət edilmişdir və sonradan o həmin çip tipli kartdan istifadə etmədiyini bildirmişdir. Bu məsələ şöbə Əməkdaşlarının iştirakı ilə baş vermişdir. Bildirmişdir ki, heç vaxt İddiaçı tələfindən kartın yoxlanılması ilə bağlı ona müraciət edilməmişdir. Kartın oxunmamasının İddiaçı tərəfindən sui-istifadə ediləcəyi ehtimalı ağlından keçməyib. Turniket qeydiyyatının aparılması 13 iyul 2022-ci il tarixindən baş mütəxəssis-böyük inspektor-vəzifəsində çalışan Nərmin Kazımzadə tərəfindən icra olunur. -Vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə Komitənin insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticəsi barədə Arayışla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü və 18.0.12-ci maddələrinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 iyul 2021-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Azerbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindeki qurumların əməkdaşları üçün etik davranış" qaydalarının 3.7-ci və 4.2.1-ci maddələrinin tələblərini pozaraq dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmədiyinə, etik davranış qaydalarına əməl etmədiyinə, habelə sözügedən normativ sənədlərin tələblərini pozaraq qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə etdiyinə, icra və emək intizamına, həmçinin İş qrafikinə riayət etmədiyinə, iş vaxtını kənar işlərə sərf etdiyinə, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verdiyinə, üzrlü səbəb və birbaşa rəhbərinin icazəsi olmadan iş yerini tərk etdiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri X2 "Dövlət qulluğu haqqında” Azerbaycan Respublikası Qanununun 25.2.3-cü maddəsinə əsasən həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, yuxarıda qeyd olunan qaydaların 5.1.11-ci və Azerbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31 iyul 2019-cu il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş Azerbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin Əsasnaməsinin 5.4.2-ci maddəsinin tələblərinə uyğun olaraq emək və icra intizamına riayət edilməsinə nəzarətin möhkəmləndirilməsinin və gələcəkdə belə halların baş verməməsinə dair tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə X11 resursları şöbəsinin müdiri X10 və məsul olduğu işin icrasında yol verililmiş nöqsanla bağlı məlumatın vaxtında birbaşa rəhbərinə (şöbə müdiri) bildirmədiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunda baş məsləhətçi X6 yazılı xəbərdarlıq elan edilməsi, Komitənin inzibati binasına giriş-çıxış üçün quraşdırılmış kart oxuyucuları ile çalışan “turniketlər” barmaq izi oxuyucuları ilə çalışan “turniketlər” ilə əvəz edilsin ve icrasına nəzarət Vahid informasiya sistemi şöbəsinə həvalə edilməsi, qeyd olunan neqativ halların qarşısının alınması məqsədi ilə Komitənin inzibati binasına giriş-çıxışın daima nəzarətdə saxlanılması İnsan resursları şöbəsi ilə yanaşı Daxili nəzarət sektoruna tapşırılması təklif edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış Xidməti Məruzə ilə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı öz vəzifə səlahiyyətlərindən, rəhbərlik tərəfindən ona gösterilən etimaddan öz şəxsi məkirli məqsədləri üçün sui-istifadə etdiyinə, habelə daxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə intizam məsuliyyətinə cəlb olunması, X11 resursları şöbəsinə tapşırılsın ki, Komitə Aparatında qulluq keçən əməkdaşlara Komitənin inzibati binasına giriş-çıxış üçün turniketdən istifadə kartları təqdim edərkən kartları qəsdən itirən, korlayan, saxtalaşdıran, habelə digər şəxslərə verən, onlardan qanunsuz istifadə edən və ya təyinatı üzrə istifadə etməyən şəxslərin intizam məsuliyyətinə cəlb olunacaqları barədə əməkdaşları ciddi şəkildə təlimatlandırılması və qeyd olunan neqativ halların qarşısının alınması məqsədi ilə Komitə Aparatının inzibati binasına giriş-çıxışın daima nəzarətdə saxlanılması Daxili nəzarət sektoruna tapşırılması təklif edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-596 nömrəli Əmri ilə etik davranış qaydalarına əməl etmədiyinə görə X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan İddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilərək xx.xx.2022-ci il tarixindən çalışdığı vəzifə təsnifatından, lakin vəzifə maaşı aşağı olan İnsan resurslarının inkişafı sektorunda məsləhətçi vəzifəsinə keçirilməsi əmr edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdə tanış olmuş, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasının baş tutmamasından sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: -2.1 dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. -25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. -25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3.həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. -25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2021-ci il 12 iyul tarixli 49 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əməkdaşları üçün etik davranış Qaydalarının: -4.1-ci bəndinə əsasən əməkdaşın xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqlarını həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar faliyyətdir. 4.2. Əməkdaş: -4.2.1-ci bəndinə əsasən icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayalnma hallarıa yol verməməli, üzrlü səbəb və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməlidir. -10.4-cu bəndinə əsasən sədrin göstərişi əsasında daxili nəzarət məsələləri üzrə səlahiyyətli olan müvafiq struktur bölmə, həmçinin, tabeliyindəki qurumlarda səlahiyyətli olan vəzifəli şəxs əməkdaş barəsində intizam icraatına başlaya bilər. -10.14-cu bəndinə görə aparılmış intizam icraatının nəticələri sədrə, həmçinin, tabe təşkilatlarda səlahiyyətli olan vəzifəli şəxsə təqdim edilir. Zəraycan respublikası Əmək Məcəlləsinin, dövlət qulluqçularına münasibətdə isə əlavə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozmuş əməkdaş barədə Sədr, tabe təşkilatlarda səlahiyyəti lan vəzifəli şəxs tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilir. İşin hallarından müyyən olunur ki, İddiaçı X11 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində işləmiş, 2022-ci ilin dekabrında barəsində xidməti yoxlama təyin edilmiş, yoxlama nəticəsində alınan izahatlardan, Komitənin inzibati binasında quraşdırılmış kamera görüntülərindən və əldə edilmiş "turniket" məlumatlarından məlum olmuşdur ki, iddiaçıda Komitənin inzibati binasına giriş-çıxış üçün nəzərdə tutulan “turniketden keçmək üçün Komitə tərəfindən verilən bir ədəd əsas kartla yanaşı bir ədəd əsas kartın dublikatı olan giriş-çıxış oxuyucusu vardır. Belə ki, cavabdeh yoxlamanın nəticəsi olaraq müəyyən etmişdir ki, K.Q.X4 inzibati binasına giriş-çıxış zamanı həm əsas kartdan, həm də dairə formasında olan plastik oxuyucudan istifadə etmişdir. Kamera görüntüləri və turniket məlumatları arasında aparılan müqayisə ilə müəyyən olunmuşdur ki, İddiaçı öz adına qeydiyyatda olan əsas kartdan səhər inzibati binaya giriş zamanı və iş saatı bitdikdə inzibati binadan çıxarkən istifadə etmiş, digər “turniket” oxuyucusundan isə sui-istifadə edərək istədiyi vaxt inzibati binaya giriş-çıxış üçün istifadə etmişdir. Belə ki, təqdim olunmuş nümunə İddiaçı tərəfindən dublikat oxuyucu istifadə olunduqda turniket məlumatlarında onun adı yox Komitənin aparat rəhbərinin müavini X7 adı qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi və məhkəməyə təqdim edilmiş turniket kartlarının qeydiyyatı barədə məlumatları, kamera görüntüləri, iddiaçının turniketdən etdiyi giriş-çıxış məlumatlarından İddiaçı xx.xx.2022-ci il tarixdə saat 12:54-də dublikat oxuyucu ilə çıxış etdiyi və 14:09-da dublikat oxuyucu ilə giriş etdiyi, xx.xx.2022-ci il tarixdə 08:26-da öz kartı ilə giriş etdiyi və 08:27-də E.Kazımlının (bundan sonra mətndə digər şəxs) adına olan kartla çıxış etdiyi, dublikat oxuyucu ilə xx.xx.2022-ci il tarixdə 08:54-də binaya giriş etdiyi, dublikat oxuyucu ilə 13:00-da binanı tərk etdiyi və həmin oxuyucu ilə saat 14:12-də giriş etdiyi, xx.xx.2022-ci il tarixdə 08:46-da öz kartı ilə giriş etdiyi, 08:46-da digər şəxsin adına olan kartla çıxış etdiyi və 09:11-də yenidən dublikat oxuyucu ilə binaya giriş etdiyi, həmin tarixdə 13:03-də dublikat oxuyucu ilə binanı tərk etdiyi və həmin oxuyucu ilə 14:25-də binaya daxil olduğu müəyyən olunur. Qeyd edilən əmək intizamının pozulmasına görə iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.3-cü maddəsinə əsasən iddiaçı çalışdığı həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan İnsan resursları inkişafı sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının inzibati binaya girişçıxış üçün əlavə olaraq ikinci kartın X12 informasiya sistemi şöbəsinin sabiq əməkdaşı X3 tərəfindən onun xahişi ilə aktivləşdirildiyi, çip oxuyucunun onun öz adında olduğunu düşündüyü, digər şəxsin adına olduğunu bilmədiyi, aşkar olunduqdan sonra həmin çip kartı sahibinə qaytardığı barədə izahatı belə hazırkı halda iddiaçının əmək intizamına, həmçinin iş qrafikinə, davamiyyətinə riayət etmədiyi, üzrlü səbəb və icazə olmadan iş yerini tərk etməsi və iş vaxtında vəzifə başında olmaması faktını aradan qaldırmır və ya bu fakta üzrlü səbəb əsası yaratmır. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Göründüyü kimi istər cavabdeh inzibati orqanın hazırkı iş üzrə tətbiq etdiyi sahə qanunverciliyi, istərsə də inzibati icraat qanunvericiliyi inzibati orqana intizam hüquq pozuntusuna görə intizam tənbeh tədbirlərindən birini seçməkdə diskresion səlahiyyəti tanımış, lakin qanunvericilik eyni zamanda xətanın ağırlığı, xarakteri, hansı şəraitdə törədilməsi həmin xətanı törədən əməkdaşın əvvəki xidməti və davranışı nəzərə alınması tələbini irəli sürməklə seçilən tənbeh tədbirini törədilmiş intizam xətasına mütənasib seçilməsini vurğulamış, bununla da inzibati orqanın diskresion səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməsi, inzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsini önləmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Yəni inzibati orqan hansı formada olmasından asılı olmayaq şəxsin hüquqlarına müdaxilə edərkən bu müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalı, istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. Xüsusən qeyd edilməlidir ki, müvafiq tədbirlə mənafelərinə toxunulmuş şəxs fərdi və həddən artıq yükə məruz qaldığı halda, tələb olunan tarazlığa nail oluna bilməz. Yəni mütənasiblik müəyyən dərəcədə “daha çox” və “daha az” anlayışlar arasında formalaşan amildir. Mütənasiblik prinsipinin əsas məqsədi hüquqla vəzifə, öhdəliklə mülkiyyət, məqsədlə vasitələr arasında vahid məxrəci yaratmaqdır. Ona görə inzibati orqan tərəfindən görülən tədbirlərin həcmi ehtiyac və lazımlılıq tələbatı ilə qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının törətdiyi pozuntuya münasibətdə cavabdehin tətbiq etdiyi tədbiri qiymətləndirən məhkəmə hesab edir ki, tətbiq edilən intizam tənbeh tədbiri törədilmiş hüquq pozuntusuna mütənasib və yararlı hesab oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi öz təsdiqini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi, vəzifəyə bərpa olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar