Məhkəmə qərarları › İş №e-2-1(112)-7646/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7646/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7646/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ənzil ünvanında yerləşən daşınmaz əmlakın altındakı və ona birləşdirilən ümumi sahəsi 751.89 kv.m torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışının və müvafiq olaraq texniki pasportunun tərtib edilərək vətəndaş İddiaçı Doxtsikoyevnaya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 1ənzil ünvanında yerləşən üst-üstə düşən hissəsi çıxmaqla torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilimişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Doxtsikoyevna hal-hazırda ünvan 1ənzil ünvanında yerləşən ümumi sahəsi 71.36 kv.m olan əmlakın mülkiyyətçisidir. O hazırki əmlakı X1 04 avqust 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında almışdır. Əmlakı isə 2024-cü ildə öz mülkiyyətinə rəsmiləşdirmişdir. Hazırda iddiaçının sözügedən ünvandakı tikili üzərində mülkiyyət hüquqları ********** saylı qeydiyyat nömrəli, xx.xx.2024cü il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, iddiaçı torpaq üzərində tikili ilə yanaşı həmin tikilinin yerləşdiyi torpaq sahəsini də özəlləşdirmək istəmiş və bununla əlaqədar inzibati qaydada müraciətlərini etmişdir. İddiaçı tərəfindən ASAN xidmət vasitəsilə AR DƏDRX-ə, Xəzər rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edilsə də hər dəfəsində iddiaçının sənədlərində müxtəlif nöqsanlar tutulmuş, iddiaçının tələbi inzibati orqan tərəfindən yerinə yetirilməməkdədir. İddiaçının inzibati quruma olan xx.xx.2024-cü il tarixli “torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair” məzmunlu müraciətinə cavabdeh qurum tərəfindən xx.xx.2025-ci il tarixli **********16 saylı imtina məktubu verilmiş və imtinanın əsası kimi “elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahənin bir hissəsinin digər şəxsin adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin” Torpaq sahəsinin planı və ölçüsü sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşməsi və həmçinin, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olması səbəb gətirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Talıbova hələ əmlakı almış olduğu X2 (sonradan həyətyanı sahə də satılıb, mənzil də - bütün hasar daxili) sözügedən əmlak vaxtilə Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 711 saylı xx.xx.1997-ci il tarixli Sərəncamı ilə verilmişdir. Həmin Sərəncamın məzmuna diqqət yetirsək məlum olacaqdır ki, vətəndaşa müvafiq torpaq sahəsinin də ayrılması nəzərdə tutulmuşdur. Ona görə də hal-hazırda vətəndaş Talıbova sözügedən tikilinin altında olan torpaq sahəsini və ona bitişik ərazini (hasar daxili torpağı) də sənədləşdirmək istəyir. Bununla əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirmişlər ki, sözügedən ünvanın yerləşmə sxemi təqdim ediləcəyi təqdirdə sənədləşmə aparıla bilər. Bu məqsədlə tərəflərindən xx.xx.2024-cü il tarixində ilkin ərizə, xx.xx.2024-cü il tarixində isə təkrar ərizə ilə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edərək onlardan ünvan 1ənzil ünvanında yerləşən daşınmaz əmlakın yerləşmə sxemini təqdim etmələrini xahiş etsə də hər iki ərizə bu günədək (hətta Xəzər RİH-ə şəxsən gedərək müraicətlərinə yazılı cavabın verilməsini bilavasitə xahiş etmiş) cavablandırılmamışdır. Şifahi şəkildə bildirildi ki, bu qurumda sorğu edilən sənədlər mövcud deyildir. Beləliklə, hal-hazırda vətəndaş faktiki olaraq iki qurumun süründürməçiliyi arasında qalmışdır. Ona görə hazırda mülkiyyət hüquqlarının bərpası zərurəti ilə hazırkı iddia ilə məhkəməyə müraciət edilməsindən başqa çarə qalmamışdır.

4. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, “elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahənin bir hissəsi digər şəxsin adına olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.”

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahənin bir hissəsi digər şəxsin adına olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfində məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmişdir ki, ünvan 1ənzil ünvanında yerləşən ümumi sahəsi 71.36 kv.m olan mənzil İddiaçı Doxtsikoyevnanın adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

7. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-48-2F/2-590/2025 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş keçmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli “Buzovna qəsəbəsi, Puşkin küçəsi ev 9 saylı yaşayış evinin ətrafındakı torpaq sahəsinin təhkim olunması barədə” 711 nömrəli sərəncamına əsasən, Buzovna qəsəbəsi, Puşkin küçəsi 9 saylı yaşayış evinin torpaq sahəsinə bitişik 286,0 kv.metr torpaq sahəsi X2 təhkim edilmiş, cəmi torpaq sahəsi 751,89 kv.metr hesab edilməsinə dair sərəncam verilmişdir.

8. Cavabdeh tərəfində məhkəməyə təqdim edilmiş şəxsi mülkiyyətdə olan mənzilin 1994-cü il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən, Buzovna qəsəbəsi, Puşkin küçəsi 9 ünvanında yerləşən 1 mərtəbəli yaşayış evi “A” literli – yaşayış evi 129,47 kv.m, “B” Liter çarhovuz -3,24 kv.m, “V” liter - hamam 4.9 kv.m.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, Puşkin küçəsi 9 ünvanında yerləşən fərfi yaşayış evinin faktiki otaq sayı 3, ümumi sahəsi hüquqi sənəd üzrə 71,36, faktiki sahəsi üzrə 81.1 kv.m, yaşayış sahəsi 47,5 kv.m, faktiki köməkçi sahəsi – 33,6 kv.m, torpaq sahəsi arxiv sərəncamına əsasən 751,89 kv.m, faktiki sahəsi 778,5 kv.m. təşkil edir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

22. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

23. Cavabdehin imtinasının dəlili elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahənin bir hissəsi digər şəxsin adına olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

24. Bununla bağlı məhkəmə bildirir ki, keçmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə Buzovna qəsəbəsi, Puşkin küçəsi 9 saylı yaşayış evinin torpaq sahəsinə bitişik 286,0 kv.metr torpaq sahəsi X2 təhkim edilməsi, cəmi torpaq sahəsi 751,89 kv.metr hesab edilməsi qərara alınmışdır.

25. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli sərəncamı torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

26. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil.

27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının digər dəlili olaraq torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olmasını bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

29. Eyni zamanda məhkəmə cavabdehin etirazının digər əsası kimi göstərdiyi təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahənin bir hissəsi digər şəxsin adına olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (kadastr planı) baza məlumatı ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, üst-üstə düşən hissələri çıxalmaqla torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasını xahiş etmişdir.

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 2ənzil ünvanında yerləşən üst-üstə düşən hissəni çıxmaqla torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar