Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7689/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********6489 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********6489 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin “X8nin keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli **********0727 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən obyektdə keçirilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 102065 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərində məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növbə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında” akt tərtib edilmiş və nəticədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 102076 nömrəli akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6489 nömrəli qərarı əsasında barəmdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 21.085,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərardan xx.xx.2024-cü il tarixli inzibati qaydada şikayət verməyinə baxmayaraq, vergi orqanının 24 yanvar 2025-ci il tarixli **********552100 nömrəli qərarına əsasən şikayəti təmin edilməmişdir. İlk növbədə, vergi orqanı tərəfindən qərar qəbul edilərkən OVN tədbirinin keçirilməsini zəruri edən hallar əsaslandırılmamışdır. Hansı ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi vardır və məhkəmə təcrübəsinə əsasən də qərar əsaslandırılmadığı halda yoxlama qanunsuz sayılmşdır. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1561/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “Hazırkı iş üzrə cavabdehin “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı yoxlamanın keçirilməsi barədə qərarda hər hansı əsaslandırma aparılmamış və sübut təqdim edilməmişdir). Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, X8nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X8nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion əlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2- ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz X8nin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan X8nin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.” Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi orqanı hələ yoxlamanın əvvəlində qərarını əsaslandırmamaqla qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. İddiaçının fəaliyyəti çadırlarda və bazarlarda sair malların pərakəndə satışı ilə bağlıdır. İddiaçı illərdir sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir və vergilərini də vaxtında ödəyirəm. Vergi orqanının xx.xx.2024-cü il tarixli **********0727 nömrəli X8nin həyata keçirilməsi haqqında qərarı ilə ona məxsus obyektdə X8 tədbirinin keçirilməsi qərar alınmış və X8 tədbiri keçirilmişdir. xx.xx.2024-cü il tarixli 102076 seriyalı akt tərtib olunmuş və həmin aktda qeyd edilmişdir ki, guya iddiaçıya məxsus obyektdə 210858,93 manat məbləğində malların elektron qaimə- faktura təqdim edilmədən təqdim olunduğu müəyyən olunmuşdur. Qeyd olunan hal ilə bağlı bildirir ki, 2024-cü il ərzində tərəfindən invoys dəyəri 189.704,7 manat olan mal idxal edilmişdir. Onların 5 faiz ticarət əlavəsi tətbiq etməklə olan satış dəyəri 199. 189,94 manat təşkil edir. Göründüyü kimi vergi orqanının qeyd etdiyi 210858,93 manatı nəyə əsasən müəyyən etdiyi ümumiyyətlə iddiaçıya məlum deyildir. 2024-cü il ərzində həmin dəyərdə ona məxsus mal olmamışdır. Həmin malların təqdim edilməsinə münasibətdə isə bildirir ki, 2024-cü il ərzində cəmi 130.560,34 manat dəyərində mallar təqdim olunmuşdur. Təqdim olunmuş mallara dair məlumatlar tərəfindən təqdim olunmuş 2024-cü il üzrə 1,2,3-cü rüb üzrə sadələşdirilmiş vergi bəyannamələrində əks olunmuş və dövlət büdcəsindən heç bir yayınma halına yol verilməmişdir. Belə ki, iddiaçı tərəfinən təqdim olunmuş 2024-cü ilin 1-ci rübü üzrə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannaməsində 42010,34 manat, 2-ci rüb üzrə bəyannamədə 39900 manat, 3-cü rüb üzrə bəyannamədə isə 3650 manat dəyərində dövriyyə bəyan edilmişdir. Həmin dövrlər üzrə təqdim olunmuş mallar vətəndaşlara təqdim edilmişdir. X8nin həyata keçirildiyi dövr üzrə mallar sadə vətəndaşlara təqdim edildiyindən həmin mallar üzrə də elektron qaimə-fakturalar təqdim edilməmişdir. 2024-cü il ərzində 45.000 manat dəyərində mal tərəfindən vergi ödəyicisinə təqdim edilmişdir. Həmin vergi ödəyicisi X6 (VÖEN: **********) ilə arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli 004 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə avans olaraq 45000 manat dəyərində pul məbləği köçürülmüş, müqavilə üzrə təhvil-təslim aktı isə xx.xx.2024-cü il tarixdə tərtib olunaraq, mal həmin vergi ödəyicisinə təhvil verilmişdir. Həmin mal üzrə də elektron qaimə-faktura qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə tərtib edilərək, ona göndərilmişdir. Yəni, iddiaçı tərəfindən malların təqdim olunması zamanı heç bir pozuntuya yol verilməmiş və dövlət büdcəsindən hər hansı yayınma halına yol verilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən yalnız 45 min manat dəyərində malın təqdim olunması zamanı elektron qaimə-faktura təqdim etmə öhdəliyi olmuş və iddiaçı da qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə mal təqdim edildikdən sonra elektron qaimə-faktura tərtib edərək vergi ödəyicisinə təqdim etmişdir. Hansı ki, qeyd olunan hallar malın alıcısı X6 tərəfindən də vergi orqanının apardığı inzibati araşdırma zamanı təsdiqlənmişdir. Malın alıcısı X6 inzibati araşdırma zamanı təqdim etdiyi izahatında xx.xx.2024-cü il tarixdə fərdi sahibkar İddiaçı 1 ədəd lazer aparatı üçün öncədən bank vasitəsilə 45.000,0 manat məbləğində vəsaitin ödənildiyini, lakin həmin avadanlığın xx.xx.2024-cü il tarixdə təqdim edildiyini və həmin tarixdə elektron qaiməfaktura tərtib edildiyini, avadanlığın yük maşını ilə Sumqayıt şəhəri, 2-ci məhəllə ünvanda yerləşən, hazırda yaşayış olmayan mənzildə təhvil verildiyini, avadanlığın hazırda həmin ünvanda olduğunu, evin binanın 1-ci mərtəbəsində yerləşdiyi və yaşayış olmadığı üçün gələcəkdə təsərrüfat subyekti kimi işlətməyi nəzərdə tutduqlarını, övladları tərəfindən internet vasitəsilə İddiaçı lazer avadanlıqlarının satışı məşğul olduğunun müəyyən edildiyini, onunla əlaqə saxlayıb münasib qiymətə razılaşdıqda vəsaitin öncədən ödənilməsi tələb edildiyi üçün bank vasitəsilə məbləği ödədiyini, fəaliyyətə başlamadıqları üçün avadanlığın gec təqdim edilməsinin onun üçün problem olmadığını bildirmişdir. X8 tədbiri keçirildiyi dövr üzrə isə heç bir vergi ödəyicisinə mal təqdim etmədiyimdən elektron qaimə-faktura təqdim etmə öhdəliyim olmamışdır. Qeyd olunanlardan əlavə qalan 68.629, 94 manat dəyərində mal isə iddiaçı tərəfindən satılmamış, hələ də mal-qalığı olaraq qalmaqdadır. İşə əlavə olunmuş arayışda qeyd olunan mal qalığının olmaması barədə məlumat isə həqiqəti əks etdirmir. Belə ki, həmin arayış ümumiyyətlə iddiaçı tərəfindən yazılmamışdır. Arayış vergi orqanının əməkdaşları tərəfindən yazılaraq ona verilmiş, iddiaçı isə həyəcanlı olduğundan sadəcə onu imzalamaq məcburiyyətində qalmışdır. Qeyd olunan hallar üzrə Ali Məhkəmənin də formalaşmış məhkəmə təcrübəsi vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-799/2024 nömrəli qərarında qeyd edilmişdir: “İşin materialları ilə müəyyən edilir ki, cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş X8nin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının xx.xx.2022-ci il tarixdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına- vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2.-ci maddəsinə əsasən Elektron qaimə- fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.2. bəndinə görə Elektron qaimə-faktura- bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4. bəndinə görə Elektron qaimə-faktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Beləliklə, göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir.” Göründüyü kimi vergi orqanı tərəfindən qanunvericiliyin tələbləri kobud pozulmaqla yoxlama keçirilmiş və sanki mənim tərəfimdən 210858,93 manat məbləğində malın elektron-qaimə faktura tərtib etmədən təqdim olunması əsas gətirilərək, 21 085, 89 manat qanunsuz maliyyə sanksiyası tətbiq olunmuşdur ki, bu da sahibkarlıq fəaliyyətimə ciddi ziyan vurmuşdur. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan hesab edirik ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan, qanuni və əsaslı olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********0727 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2024-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) qeydiyyatda olduğu ünvan 1 ünvanında keçirilmiş X8 tədbiri zamanı malların elektron qaiməfaktura təqdim etmədən 210.858,93 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-ci il tarixli DVX seriyalı 102076 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X8nin həyata keçirilməsi haqqında” aktın tərtib edildiyi, lakin vergi ödəyicisi heç bir səbəb göstərmədən aktı qəbul etməkdən və onun bir surətini almaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********6489 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 21085,89 manat (iyirmi bir min səksən beş manat, səksən doqquz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2024-cü il tarixli **********864700 nömrəli məktubun vergi ödəyicisinin elektron qutusuna xx.xx.2024-cü il tarixdə saat 12:57:35-də göndərildiyi və tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:12:13-də oxunduğu müəyyən edilmişdir. Vergi orqanın X8nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X8nin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) X8nin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. İddia ərizəsində qeyd olunanın əksinə xx.xx.2024-cü il tarixli “X8nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulımuş (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) və OVN tədbirinin keçirilmə səbəbi kimi qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin təhlili zamanı xx.xx.2018-ci il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2018-ci il tarixdə fəaliyyətə xitam verilməsi barədə, xx.xx.2021-ci il tarixdə fəaliyyətin bərpası barədə, xx.xx.2025-ci il tarixdə fəaliyyətin ləğvi barədə ərizə ilə vergi orqanına müraciət etdiyi müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 210 858,93 manat dəyərində malların təqdim edildiyi 2024-cü il ərzində hər hansı işçi ilə əmək müqaviləsinin bağlanmadığı, satışın həyata keçirilməsi üçün təsərrüfat subyekti (obyektinin) müəyyən olunmamışdır. İddiaçının iddia ərizəsində digər əsaslandırması ondan ibarətdir ki, iddiaçının fəaliyyəti çadırlarda və bazarlarda sair malların pərakəndə satışı ilə bağlı olduğunu, illərdir sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərdiyini və vergiləri də vaxtında ödədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, 2024-cü il ərzində tərəfindən invoys dəyəri 189 704,7 manat dəyərində idxal etdiyi mallara 5 faiz ticarət əlavəsi tətbiq etməklə ümumi satış dəyəri 199 189,94 manat təşkil etmişdir. Vergi orqanının qeyd etdiyi 210 858,93 manatın nəyə əsasən müəyyən etdiyi ümumiyyətlə ona məlum olmamış və 2024-cü il ərzində həmin dəyərdə ona məxsus mal olmamışdır. Həmin malların təqdim edilməsinə münasibətdə isə bildirmişdir ki, 2024-cü il ərzində cəmi 130 560,34 manat dəyərində mallar təqdim olunmuşdur. Təqdim olunmuş mallara dair məlumatlar tərəfindən təqdim olunmuş 2024-cü il üzrə 1,2,3-cü rüb üzrə sadələşdirilmiş vergi bəyannamələrində əks olunmuş və dövlət büdcəsindən heç bir yayınma halına yol verilməmişdir. araşdırma zamanı X8 tədbirini həyata keçirmiş vergi orqanı əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə “X8nin keçirilməsi haqqında” xx.xx.2024-cu il tarixli **********0727 nömrəli qərara əsasən fərdi sahibkar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən (**********-87001) anbara baxış keçirilən zaman qeyd olunan ünvanda heç bir obyektin (anbarın) mövcud olmadığını və həmin ünvanın yaşayış evi olduğunu müəyyən edilişdir. Həmin tarixdə “X8nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********0782 nömrəli Tələbnamə dövlət poçtu ilə vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olduğu ünvanına göndərildiyini, lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyini, eyni zamanda vergi ödəyicinin elektron qutusuna xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-16650/2024 nömrəli “X8 tədbiri ilə əlaqədar sənədlərin təqdim edilməsi haqqında” məktub göndərildiyini, lakin məktub elektron qutuda xx.xx.2024-cü il saat 14:59da oxunmasına baxmayaraq cavablandırılmamışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mal-material ehtiyatları və təsərrüfat subyekti barədə təqdim etdiyi arayışda ünvan 1 ünvanda faktiki fəaliyyət göstərilmədiyini, heç bir malmaterial ehtiyatının olmadığını, digər heç bir ünvanda obyektinin və mal-material ehtiyatının olmadığını qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə nəzarət tədbirinin nəticələri ilə bağlı 102076 və 102065 nömrəli aktlar tərtib edilərək, vergi ödəyicisinə təqdim edildiyini, vergi ödəyicisi tərəfindən malmaterial ehtiyatlarının olmadığı barədə 102065 nömrəli aktın heç bir irad bildirmədən imzalanıb və 1 (bir) nüsxəsinin qəbul edildiyini, lakin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərində məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növbə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında” 102076 nömrəli aktı isə heç bir səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Vergi orqanının mövcud baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 13 ədəd lazer epilyasiya avadanlığı idxal edilmiş, həmin malların alış qiymətinin yük gömrük bəyannamələrinə əsasən invoys dəyərinin üzərinə gömrük rüsumları və digər rüsumlar gəlinməklə, satış qiymətlərinin isə vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən 5 faiz ticarət əlavəsi və ƏDV məbləği gəlinməklə müəyyən edilərək, ümumilikdə satış qiyməti 210.858,93 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Belə ki, OVN tədbiri zamanı vergi ödəyicisinə məxsus mal-material qalığı aşkar edilməmişdir. Baza məlumatları araşdırılarkən vergi ödəyicisi tərəfindən 13 ədəd lazer epilyasiya aparatının idxal edildiyi müəyyən edilmişdir. Alış qiymətləri YGB-nə əsasən malın invoys dəyərinin üzərinə gömrük rüsumları və digər rüsumlar gəlinməklə, satış qiymətləri isə vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən 5 faiz ticarət əlavəsi və ƏDV məbləği gəlinməklə müəyyən edilmişdir. Malın invoys dəyəri ticarət əlavəsiz və ƏDVsiz dəyəridir. Həmçinin, baza məlumatları araşdırılarkən vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idxal edilmiş 13 ədəd lazer epilyasiya aparatının ümumi maya dəyəri (invoys dəyəri+gömrük rüsumları+ digər rüsumlar daxil olmaqla) 170 184.77 manat, ümumi satış qiyməti isə (5 faiz ticarət əlavəsi və ƏDV nəzərə alınmaqla) 210 858.93 manat məbləğində müəyyən edilmişdir. Beləliklə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələrinin tələblərinin pozulması faktı aşkar edilərək bu Məcəllənin 58.13-cü maddəsinə əsasən 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən mənzil təsərrüfat subyektianbar kimi uçota qoyulduğundan, vergi orqanı əməkdaşlarının mənzilə daxil olmağının qanuna zidd olması səbəbindən vətəndaşın yaşayış sahəsinə daxil olunmamış, qapını bir xanım açaraq, mənzildə ailənin yaşadığını və heç bir zaman anbar kimi fəaliyyət göstərmədiyini bildirmiş, bu səbəbdən də vətəndaşa narahatçılıq törədilməmişdir. Eyni zamanda fərdi sahibkar tərəfindən X8 keçirilən zaman heç bir malmaterial ehtiyatının olmadığı - həm təqdim etdiyi arayışda, həm də tərtib edilmiş akt və ona əlavə edilən siyahıda əksini taparaq, etiraf edilmişdir. İddiaçı həmçinin iddia tələbində bildirmişdir ki, onun tərəfindən təqdim olunmuş 2024-cü ilin 1- ci rübü üzrə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannaməsində 42010, 34 manat, 2-ci rüb üzrə bəyannamədə 39900 manat, 3-cü rüb üzrə bəyannamədə isə 3650 manat dəyərində dövriyyə bəyan edilmişdir. Həmin dövrlər üzrə təqdim olunmuş mallar vətəndaşlara təqdim edilmişdir. X8nin həyata keçirildiyi dövr üzrə mallar sadə vətəndaşlara təqdim edildiyindən həmin mallar üzrə də elektron qaimə-fakturalar təqdim edilməmişdir. Bununla bağlı bildirmək istəyirik ki, vergi ödəyicisinin təsərrüfat subyektinin “anbar” oduğu və idxal edilmiş malların təyinatının isə pərakəndə satış məqsədləri üçün nəzərdə tutulmadığı müəyyən edilmişdir. Belə ki, idxal edilmiş 13 ədəd lazer epilyasiya aparatının tibb müəssisələrində və ya gözəllik salonlarında lisenziya əsasında peşəkar mütəxəssislər tərəfindən istifadə edilməsi nəzərdə tutulduğundan, bu mürəkkəb avadanlıqların sadə vətəndaşlar tərəfindən alınaraq fərdi qaydada istifadə edilməsini mümkünsüz edir. Vergi ödəyicisinin iddia tələbində qeyd etdikləri halların həqiqəti əks etdimədiyi aydın şəkildə görünür. Eyni zamanda iddiaçı iddia tələbində vurğulamışdır ki, 2024-cü il ərzində 45 000 manat dəyərində mal tərəfimdən vergi ödəyicisinə təqdim edilmişdir. Həmin vergi ödəyicisi X6 (VÖEN: **********) ilə aramızda tərtib olunmuş xx.xx.2024-cü il tarixli 004 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə avans olaraq 45000 manat dəyərində pul məbləği köçürülmüş, müqavilə üzrə təhvil-təslim aktı isə xx.xx.2024-cü il tarixdə tərtib olunaraq mal həmin vergi ödəyicisinə təhvil verilmişdir. Həmin mal üzrə də elektron qaiməfaktura qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə tərtib edilərək, ona göndərilmişdir. Yəni, tərəfimdən malların təqdim olunması zamanı heç bir pozuntuya yol verilməmiş və dövlət büdcəsindən hər hansı yayınma halına yol verilməmişdir. Bildirmək istəyirik ki, fərdi sahibkar İddiaçı tərəfindən idxal edilmiş avadanlıqların sahibkarlıq subyektləri tərəfindən istifadə təyinatlı mallar olduğu, onun tərəfindən 13 ədəd lazer epilyasiya aparatı idxal edilmiş, yaşayış olan mənzili obyekt (anbar) kimi qeydiyyata almış, vergi ödəyici tərəfindən nəzarət tədbiri zamanı təqdim etdiyi arayışda mal-material ehtiyatının olmadığı qeyd edilmişdir. Vergi ödəyicisi idxal edilmiş işlənmiş avadanlıqlar ehtiyat hissələrinə ayrılaraq, səyyar qaydada bazarlarda, salonlarda ehtiyacı olan şəxslərə satıldığını iddia etsə də, nəzarət-kassa aparatına cəmi 5 çek üzrə - 1 ədəd lampa, 2 xidmət, 2 satış olmaqla 3.650,0 manat məbləğində vəsait mədaxil edilmişdir. Həmçinin məlum olmuşdur ki, bank məlumatlarına əsasən X8 tədbirindən öncə xx.xx.2024-cü il tarixdə həmin tarixli 004 nömrəli alqı-satqı müqaviləsinə əsasən mal alışı təyinatı üzrə vergi ödəyicisi X6 (VÖEN: **********) tərəfindən 45.000,0 manat köçürülmüş, vergi ödəyicisinin iddia etdiyi kimi avans ödəniş olduğu bildirilsə də, Vergi Məcəlləsinin 71-1.1.5ci maddəsinə əsasən bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş haldaavansın alındığı gün elektron qaimə-faktura təqdim edilməmişdir. Eləcə də bank məlumatlarının araşdırılması zamanı məlum olmuşdur ki, gözəllik salonu işlədən vergi ödəyicisi X7 (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli 006 nömrəli mal alışı müqaviləsinə əsasən həmin tarixdə 34.350,0 manat, xx.xx.2024-cü il tarixdə isə 650,0 manat məbləğində vəsait və "xxxx" MMC-dən (VÖEN **********) 005 nömrəli alqı-satqı müqaviləsinə əsasən Zimmer CRYO avadanlığının alışı üçün xx.xx.2024-cü il tarixdə mal alışı təyinatı üzrə ödənişlər daxil olmuşdur ki, bu da İddiaçı iddiasının əsassız olduğunu bir daha təsdiq edir. Əlavə olaraq bildiririk ki, İddiaçı cavabdeh Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********6489 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********926700 nömrəli) inzibati şikayəti olmuşdur. Vergi ödəyicisinin şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər), vergi ödəyicisinin şikayəti üzrə əhəmiyyət kəsb edən hallar və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli **********552100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il traixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlamasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlamasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0727 nömrəli Qərarına əsasən İddiaçı məxsus olan ünvanda (ünvan 1) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X8nin həyata keçirilməsi qərara alınmışdır. “X8nin keçirilməsi üçün zəruri olaan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********0782 nömrəli tələbnaməyə əsasən İddiaçı zəruri sənədlərin: bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergilərin hesablanması üçün zəruri olan digər mühasibat- maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron faylar, bank nəzarət kassa aparatı, POS-terminal, çek və xəzinə sənədləri, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə e-qaimə və e-fakturalar, gömrük bəyannamələri, əldə edilmiş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair eklektron faylar- təqdim edilməsi tələb edilmişdir. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə saatış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsii zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutualn növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X8nin naticəsi haqqında” DVX 102065 nömrəli 30 avqust 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı iştirakı ilə X8 tədbiri keçirildi. 05/2022 nömrəli xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən, bir tərəfdən X2 və digər tərəfdən fiziki şəxs İddiaçı müqaviləni aşağıdakı şərtlərlə bağladılar: 1.1 Bu müqavilə üzrə icarəyə verən ona məxsus aşağıda göstərilən sahəni icarəçiyə anbar icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. 1.2 Sahənin yerləşdiyi ünvan: ünvan 3il 10. 1.3 Sahənin ümumi sahəsi 73.6 kv.m Hüquqi şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2018-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, onun əsas fəaliyyət növü – çadırlarda və bazarlarda sair malların pərakəndə satışı, fəaliyyəti aktivdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6489 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13—cü maddəsinə əsasən 21085.89 manat məbləğində vergi məsulliyətinə cəlb edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 yanvar 2025-ci il tarixli **********552100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarına əsasən fərdi sahibkar İddiaçı X8nin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə MT2411 seriyalı, 12540934 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə -fakturasını təqdim etmiş, İV.Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir: 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1. X8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.2. X8nin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X8 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X8 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X8nin müddəti və X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X8 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 50.5. X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. X8nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X8 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1-ci maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.1. bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2-ci maddəsinə görə, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edimiş Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasına əsasən 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.2. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs; 1.3.3. kommersiya (satış) təmsilçisi – hazır məhsulların sifarişçilərə çatdırılması ilə bağlı sahibkarı təmsil edən və onun adından müqavilə bağlayan şəxs; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. 1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına əsasən 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – b) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir.https://e-qanun.az/framework/46837 1.4. Elektron qaimə-faktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir: 1.4.1. ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 1.4.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 1.4.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 1.4.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 1.4.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə. 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Hal hazırkı mübahisənin predmetini- “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********6489 nömrəli qərarının ləğv edilməsi”ndən ibarətdir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində keçirilmiş X8 tədbirinin nəticəsi üzrə tərtib edilmiş DVX 102065 nömrəli 30 avqust 2024-cü il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6489 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanının mübahisələndirilən qərarına görə, yuxarıda qeyd edilən məbləğdə mal topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında təqdim edilmədiyindən iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 21085.89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. X8 tədbirinin mahiyyəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında cari vəziyyətdə riayət olunub-olunmamasını yoxlamaq məqsədilə keçirilən nəzarət tədbiridir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, X8nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X8 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Qeyd olunan normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə X8 tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də X8 tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi X8 tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən X8 tədbiri xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həyata keçirilməsi nəzərdə tutulmuş, vergi orqanı X8ni faktiki olaraq yalnız xx.xx.2024-cü il tarixdə həyata keçirmişdir. Belə ki, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə saatış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsii zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutualn növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında” DVX 102065 nömrəli 30 avqust 2024-cü il tarixli aktdan görünür ki, iddiaçının Bakı şəhəri, Pirallahi ŞTQ, Süleyman Bağırov ev 1, mənzil 10 yerləşən obyektində operativ nəzarət tədbiri keçirildi, nəticədə obyektdə mal qalığı aşkar edilmədi. Göründüyü kimi X8 keçirilməsi zamanı hər hansı vergi qanunvericiliyinin pozuntusu aşkar edilməmiş və aktda qeyd edilməmişdir. Vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3). Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən vergi orqanının inzibati aktı qanunsuz hesab edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli cavabdehin qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, yoxlamanın keçirilməsi barədə hər hansı əsaslandırma aparılmamış və sübut təqdim edilməmişdir. Halbuki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş haları və məlumatları açıqlamaqla, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********6489 nömrəli qərar ləğv edilməlidir. 18.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ 20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, **********6489 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7689/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7689/2025
04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver