Məhkəmə qərarları › İş №e-2-1(112)-7691/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7691/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7691/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 11№li mənzil mövcüd vəziyyətdə Bakı şəhəri Cavabdehin balansına götürərək, İddiaçı Elşəd oğlu ilə bu ev üçün icarə müqaviləsinin bağlanması cavabdehBakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı doğulduğu vaxtdan, yəni 1990-cu ildən ünvan 1 11№li mənzildə yaşayır və qeydiyyatdadır. Həmin ev Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin (keçmiş İcra Komitesi) xx.xx.1982-ci il tarixli 2№li sərəncamı (reşeniye) əsasında İddiaçı babası X3 ailə üzvləri ilə birlikdə müvəqqəti istifadəsinə verilmişdir. Sahəsi 25,0 kv.m olan mübahisəli ev iki otaqdan ibarət olub. Ev qəza vəziyyətə olduğu üçün 1992-ci ildə iddiaçının atası evi tamamilə sökmüş və yerində 220 kv.m sahəsi olan ikimərtəbəli ev tikilmişdir. Həmin vaxtdan evdə faktiki olaraq iddiaçının atası X5, anası X2, və nəvə İddiaçı yaşayırlar. Digər nəvə X7 həmin evdə qeydiyytda olmasına baxmayaraq, o, əslində evdə yaşamır, daimi olaraq xaricdə yaşayır. Beləliklə, İddiaçı ailə üzvləri ilə uşaq vaxtından qeyd edilmiş ünvanda yaşayır. 1992-ci ildən yeni tikilmiş evdə yaşayırlar. 1992ci ildən həmin ünvanda yerləşən evdə kommunal xərcləri ödəyir. Qeyd etməyi zəruri hesab edirəm ki, İddiaçı babası X6 çoxdan bu evdə yaşamır, onun həmin evdə qeydiyyat da yoxdur. O, mülkiyyət hüququ üzrə başqa mənzil əldə etmişdir. M.Arifə, bina 34a, mənzil 11, İddiaçı Cavabdehə müraciət edərək yuxarıdakı ev üçün onunla kirayə müqaviləsi bağlamaq və eyni zamanda həmin evin mövcud formada, 2000-ci il 30-da yerləşən yaşayış evinə götürülməsini xahiş etmişdir. icra hakimiyyətinin balans hesabatı. Evdə uzun müddət yaşamağa görə İddiaçı Cavabdehə müraciət edərək yuxarıdakı ev üçün onunla kirayə müqaviləsi bağlamaq və eyni zamanda həmin evin mövcud vəziyyətdə icra hakimiyyətinin balansına götürülməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-14/2-xx-xx/2024№li məktubu ilə qeyd olunan mənzil üzrə istifadə, sərəncam və mülkiyyət hüquqlarının müəyyən edilməsi məhkəmə səlahiyyətlərinə aid olduğundan müvafiq qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178. 2-ci maddəsinə əsaən Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçı yaşadığı evi gələcəkdə özəlləşdirmək istəyir. Ancaq evi özəlləşdirmək üçün əvvəlcə rayon İcra Hakimiyyəti ilə bu ev üçün kirayə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178. 6-ci maddəsinə əsaən- Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin179.2-ci maddəsinə əsasən - Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdə qanuni güvvəyə minmiş) 9.1; 9.2; 9.2.1- ci maddəsinə əsasən - 9.1. Mənzil hüquqlumın müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1.mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun ozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiya) 118-ci maddəsinə əsasən - Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) oln vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə) , başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Vətəndaşa xüsusi mülkiyyət ilə məxsus olan yaşayış evinin ( evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət bimalarımn (zirzəmi, ambar, hamam,mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiya) 119-cu maddəsinə əsasən- Xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaşlar onun qorunmasını təmin etməli, öz hesabına carı və əsasla təmir aparmalı, ev yanə ərazini səliqəlı saxlamalıdırlar. Vətəndaş ona məxsus olan evə təsərrüfatsızcazma münasibət bəslədikdə Azərbaycan SSR Mülki Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan nəticələr baş verir. Beləliklə, 30 ildən çoxdur ki, İddiaçı atası və babası tərəfindən yaşadıqları qəzalı binanı sökülmüşdür və onun yerində ikimərtəbəli ev tikmişlər. Həmin evdə iddiaçı ailə üzvləri, yəni valideynləri ilə 30 ildən çoxdur ki, yaşayır, burada təsərrüfat aparırlar. Yeni tikilmiş 30 ildən çoxdur ki, onların istifadəsindədir. Hesab edirəm ki, xx.xx.2024-cü il tarixli Bakı Şəhəri N ərimanov rayon İcra Hakimiyyətinin cavabı əsassızdır. Hesab edirəm ki , ev qanuna uyğun olaraq icra hakimiyyəti tərəfindən balansına götürülməlidir və iddiaçı ilə həmin ev üçün kirayə müqaviləsi bağlanmalıdır.

3. Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin (keçmiş İcra Komitəsi) xx.xx.1982-ci il tarixli 2№li sərəncamı əsasında İddiaçı babası X3 ailə üzvləri ilə birlikdə müvəqqəti istifadəsinə verilmişdir.

4. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.02024-cü il tarixli məktubda bildirilmişdir ki, ərizəyə əlavə etdiyi sənədlərdən göründüyü kimi Nərimanov Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin (XDS İK) xx.xx.1982-ci il tarixli, 2 №-li qərarı ilə M.Arif küçəsi (keçmiş Tumanyan) 34a №-li evin 2 otaqlı,11 №-li mənzili ailə tərkibi 5 nəfər olmaqla X3 ailəsinə iş yeri üzrə mənzil məsələsi həll olunanadək müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Qərarın 2-ci hissəsi ilə qəzalı vəziyyətdə olan mənzildən istifadəyə görə X1 mənzildən istifadəyə və kommunal xidmətlərə görə xərclərin tutulması Nərimanov Rayon Mənzil idarəsinə tapşırılmışdır. Nərimanov Rayon XDS İK-nın xx.xx.1983-cü il tarixli, 64 №-li qərarı ilə X3 ailə tərkibi 5 nəfər (özü, arvadı və 3 uşağı) olmaqla həmin ünvana qeydiyyata alınması Nərimanov RPİ-nin Pasport-Masa şöbəsinə həvalə edilmişdir. Qəzalı vəziyyətdə olan sözügedən mənzil İ.Ə.İsmayılov tərəfindən sökülərək yenidən inşa edilmiş və hal-hazırda həmin mənzilin ümumi sahəsi 220,0 kv.m-dir. Hüquqlarını müdafiə etdiyiniz şəxslərin qeyd olunan mənzil üzrə istifadə, sərəncam və mülkiyyət hüquqlarının müəyyən edilməsi məhkəmə səlahiyyətlərinə aid olduğundan, müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur

5. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında cavadehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

12. İddiaçı X4 xx.xx.1990-cü il təvəllüdlüdür.

13. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.

14. Məhkəmə əlavə olaraq qeyd edir ki, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir.

15. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar