Məhkəmə qərarları › İş №e-2-1(112)-7692/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7692/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7692/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndələri X4 və X10 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin qərarda yazılıb: “2023-cü il tarixdə olan dövr ərzində İddiaçı MMC tərəfindən elektron qaimə faktura məlumatlarına əsasən cəmi 935272,7 manat dəyərində “Canon A3 ağ-qara printerin termofilmi, Canon 712 baraban, Formater a4 printer və s” təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir”. Qərarda həmçinin, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə (aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) istinad olunmuşdur. Burada əsas diqqət yetirilməli məqamlardan birincisi, qeyd olunan əməliyyatların vergi nəzarəti zamanı aşkarlanmasıdır. Vergi nəzarəti tədbirləri dedikdə, konkret olaraq vergi yoxlamaları (səyyar və kameral) və operativ vergi nəzarəti başa düşülür. Cavabdehin sözügedən qərarında operativ vergi nəzarəti tədbirinin keçirildiyi yazılsa da, həqiqətdə belə bir tədbir keçirilməmişdir. Beləliklə,AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”n 2.1.2-ci yarımbəndində müəyyən olunmuş vergi nəzarət tədbiri ilə bağlı tələbi pozulmuşdur və bu pozuntu həmin yarımbəndə istinad olunmaqla qəbul olunmuş cavabdehin xx.xx.2024-cü il tarixli qərarını qanunsuz edir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Odur ki, “Kurefret Co" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, 2023-cü il tarixdə olan dövr ərzində İddiaçı MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 935 272,7 manat dəyərində “Canon A3 ağ qara printerin termofilmi, Canon 712 baraban, Formater a4 printer və s.” təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə təsərrüfat subyektində müşahidə keçirilməsi üçün vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli arayışa əsasən həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Südçülük sovxozu ev, mənzil 1-də Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsi tərəfindən müşahidə keçirilmişdir. Həmin obyektin icarədarı X1 nümayəndəsi X7 izahatında, qeyd edilən ünvanda yalnız "xxxx" MMC-yə və X6 icarəyə yer verildiyini və qeyd olunanlardan başqa digər vergi ödəyicilərinə icarəyə yer verilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli **********555100 nömrəli məktubun icrası ilə əlaqədar "KUREFRET CO” MMC-nin (VÖEN: **********; Obyekt kodu:**********-18001) və KOLUMAK LL" MMC-nin (VÖEN: **********; Obyekt kodu: **********-18001) ünvan 1 ünvanında qeydiyyatda olan təsərrüfat subyektlərində müşahidə aparmaq məqsədilə vergi ödəyiciləri ilə əlaqə saxlanılarkən 'KUREFRET CO” MMC ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından, "xxxx" MMC ilə baza məlumatlarında olan əlaqə nömrəsi ilə (***-***-**-** ) telefon danışığı zamanı özünü mühasibin köməkçisi kimi təqdim edən şəxs tərəfindən müxtəlif səbəblər bildirilərək obyektin yeri göstərilmədiyindən həmin ünvanda müşahidə aparmaq mümkün olmamışdır. Əlavə olaraq, baza məlumatlarına əsasən obyektin sahibi X11 (Fin: 4BQKQT0) ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından və obyekt ünvanının qeyri-müəyyən olduğu üçün ünvana gedilməklə müşahidənin aparılması mümkün olmamışdır. X5 nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sabunçu rayonu, Ramana südcülük sovxozu ünvanında mülküyyətində olan 0,7 ha torpağ sahəsində yerləşən, sahəsi 4008,3 kv.m-in 2508,3 kv.m hissəsi fiziki şəxs X3 (VÖEN **********), 300,0 kv.m hissəsi isə "xxxx" MMC-yə (VÖEN **********) icarə verilmişdir. Qeyd olunan şəxslərdən başqa hec kimə həmin ünvamda icarəyə obyekt verilməmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli **********668000 nömrəli məktubun icrası ilə əlaqədar ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN: **********) **********-18001 kodlu təsərrüfat subyektində vergi ödəyicisinin nümayəndəsi ilə əlaqə yaratmaq mümkün olmadığından, obyektin icarədarı X5 (FİN: 4BQKQT0) səlahiyyətli nümayəndəsi X8 (***-***-**-**) ilə əlaqə saxlanılaraq obyektin yerləşdiyi ünvan dəqiqləşdirildikdən sonra müşahidə keçirilmişdir. K.Babayeva qeyd edilən ünvanda yalnız "xxxx" MMC-yə (VÖEN: **********) və X6 (VÖEN: **********) icarəyə yer verildiyini bildirərək, qeyd olunanlardan başqa digər vergi ödəyicilərinə icarəyə yer (obyekt sahəsi) verilməməsi barədə yazılı izahat təqdim etdi. Həmin icarə müqavilərinin necə bağlanması barədə məlumatının olmadığını və bu barədə vergi orqanına müraciət etdiyini şifahi olaraq bildirdi. X9 (FİN: 4BQKQT0) məxsus ünvan 3 ünvanında hal-hazırda uçot məlumat bazasına əsasən icarə müqaviləsi əsasında 74 (yetmiş dörd) vergi ödəyicisinin 75 (yetmiş beş) aktiv və ya dayandırılmış təsərrüfat subyekti mövcuddur. Həmin təsərrüfat subyektləri aşağıdakılardır:

24. "KUREFRET CO” MMC- (VÖEN: **********; Obyekt kodu:**********-18001, anbar, 40 kv.metr, aktiv). Cavabdehin iddiaçıya ünvanlanmış riskli əməliyyatların araşdırılması barədə məktubundan görünür ki, vergi orqanı tərəfindən aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə, bəndlərinə uyğunluq müəyyən edilmişdir. Riskin məzmunu barədə: 2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 935 272,7 manat dəyərində "Canon A3 ağ qara printerin termofılmi, Canon 712 baraban, Formater a4 printer və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. 2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 935272,7 manat dəyərində "Canon A3 ağ qara printerin termofılmi, Canon 712 baraban, Formater a4 printer və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilmişdir. Sənədlər: malların təhvil-qəbul aktları, müqavilələr, kassa mədaxil-məxaric sənədləri, üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri, əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafıq Qərar qəbul olunacaqdır. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********330900 nömrəli qərardan görünür ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. 2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 935 272,7 manat dəyərində "Canon A3 ağ qara printerin termofılmi, Canon 712 baraban, Formater a4 printer və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. İddiaçı hazırda bu qərarla razılaşmayaraq onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; İstinad olunan normalardan görünür ki, mənfəət (gəlir) əldə etmək məqsədilə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır və belə bir əməliyyat aparan vergi ödəyicisi bu hal aşkar edildikdə riskli vergi ödəyicisi hesab olunur. İşin yuxarıda qeyd olunan hallarından müəyyən edilir ki, vergi orqanının iddiaçının adına qeydə alınmış təsərrüfat obyektlərində keçirdiyi müşahidə nəticəsində iddiaçının anbarının həmin obyekt olmadığını aşkar etmiş, risk meyarı müəyyən etdiyindən iddiaçıdan alışında aşkar edilmiş və daha sonra təqdim edilmiş 935272,7 manat dəyərində "Canon A3 ağ qara printerin termofılmi, Canon 712 baraban, Formater a4 printer və s." adda malın təhvil-qəbul aktları, müqavilələr, kassa mədaxil-məxaric sənədləri, üzləşmə aktları, alış aktlarının tarixi, seriya və nömrələri, əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatların təqdim edilməsini xahiş etmiş, lakin iddiaçı həmin sənədləri təqdim etmədiyindən cavabdeh mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfindən fəaliyyət göstədiyi obyektlər barədə məlumatı təqdim etmədiyini, qeydiyyatdan keçmiş təsərrüfat obyektlərində isə fəaliyyət göstərmədiyini nızırı alaraq, cavabehin iddiaçı tərəfindən əmtəəsiz əməliyyat aparılması barədə gəldiyi nəticəni əsaslı hesab edir. MMC iddia ərizəsində iddiaçının qanunvericiliyin tələbərini pozaraq vergi nəzarəti tədbirləri keçirmədən mübahisəli qərarı qəbul etdiyini bildimişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Göründüyü kimi, uçot və hesabat məlumatlarını yoxlamaq, əlaqəli məlumatları təhlil etmək, obyektlərin fəaliyyəti barədə məlumat toplamaq özlüyündə vergi nəzarət tədbirini ehtiva edir və cavabdeh də məhz bu tədbirlər çərçivəsində əldə edilmiş məlumatlara əsasən mübahisəli qərarı qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əss olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar