Məhkəmə qərarları › İş №e-2-1(112)-771/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-771/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-771/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı “iddiaçının hərbi xidmətdən azad edilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, hərbi xidmətdən azad edilməyi barədə qərar çıxarılması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı səhhəti ilə bağlı hərbi xidmətə yararsızdır. Belə ki, iddiaçıya “Hər iki pəncə-İİİ (üçüncü) dərəcəli boylama yastılığı (pes planus)” diaqnozu qoyulmuşdur. Məhkəməyə xüsusi olaraq bildirmişdir ki, bundan əvvəl məhz səhhətindəki həmin xəstəliklə bağlı cavabdeh tərəfindən ilk dəfə ona 3 illik möhlət verilərək, hərbi xidmətdən azad edilmişdir. Hamıya da məlum olduğu kimi bu xəstəlik daimidir və müalicəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Keçən dəfədə olduğu kimi bu dəfə də iddiaçı cavabdeh tərəfindən müayinəyə göndərildi və nədənsə əvvəlkindən fərqli olaraq bu dəfə iddiaçıya “Hər iki pəncə-İİ (ikinci) dərəcəli yastılıq” diaqnozu qoyuldu. Halbuki iddiaçı özü başqa özəl xəstəxanda yenidən müayinə olunmuşdur və iddiaçıya əvvəlki diaqnozu təkrar qoyuldu. (müvafiq sənəd əlavə ediləcəkdir.) “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-cı maddəsinə görə ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya İİ dərəcəli boylama yastıayaqlılıq, habelə İ dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə ... mane olmur. Buradan müəyyən olunduğu kimi iddiaçının xəstəliyi “Hər iki pəncə-İİİ (üçüncü) dərəcəli boylama yastılığı (pes planus)” olduğundan və bundan əvvəl də məhz “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyası üzrə iddiaçıya rəy verilərək, hərbi xidmətdən azad edildiyindən, həmin əsas isə müalicə olunmayaraq, daimi olduğundan iddiaçı hazırda da sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız sayılmalı olduğunu bildirmişdir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etsə də, ümumiyyətlə, hər hansı cavab ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.

3. İddiaçının nümayəndəsi (vəkili) X2 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə iş üzrə məhkəmə tibbi ekspertizasının təyin olunması xahiş edilmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından aşağıdakı məsələ barədə mütəxəssis rəyi alınması qərara alınmışdır: - xx.xx.1998-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyası.

5. 11 iyul 2024-cü il tarixli 6864 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi kliniki analizi (xx.xx.2024): Hgb-161q/l, Leyk-10,89x109/İ, RBC-5.46x10Ğ/l, EÇV mm/saat. Qanda (xx.xx.2024): HbsAg-mənfi (-) mənfi, Anti-HCV İgG-mənfi (-), QİÇS-1HİV 1+2-məı (-), Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi (xx.xx.2024): xüsusi çəkisi-1015, rəngisarı, reaksiyası-turş, zülal-yoxdur, şəkər-yoxdur. EKQ (xx.xx.2024): sinus ritmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (xx.xx.2024): mədəaltı vəzi, sidik kisəsi, böyrəklər, dalaq, qaraciyər patologiyasızdır. Öd kisəsində xırda xolesterol çöküntüləri izlənilir. DQOF (xx.xx.2024): ürək, ağciyərlər norma daxilindədir. MN BKH-nın R-sı (xx.xx.2024); Sağ pəncə L=166 mm, a=157°, H=16 mm, Sol pəncə L=155 mm, ct=165°, H=17 mm. Sağ pəncənin üçüncü dərəcəli, sol pəncənin ikinci dərəcəli boylama yastıayaqlılığı var, aşıqqayıqvari oynaqlarda osteoartroz birinci mərhələdə qeyd edilir, sağda aşıq sümüyü bounu bir qədər qısalıb. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 68c maddəsinin / qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

6. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə qarşı “sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması haqqında şəhadətləndirilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir

7. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-5989/2024 nömrəli iş ilə davam edən Məhkəmə işinin Qərardadına əsasən cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən çağırışçı İddiaçı müayinəsinin təmin edilməsi məqsədi ilə 21.01 2025-ci il tarixdə mütləq müayinələrdən, həmçinin 24.01 2025-ci il tarixdə də X5 əlavə tibbi müayinələrdən keçmiş və Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktına əsasən “Anadangəlmə ikitərəfli üçüncü dərəcəli yastıayaqlıq, finksiyanın mülayim pozulması” diaqnozu ilə Rayon çağırış komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş, «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin xəstəliklər cədvəlinin İ qrafasının 61-ci maddəsinin “b” bəndinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Rayon çağırış komissiyasının qərarı həm də MHHK-sı tərəfindən təsdiqlənmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun qərarın verilməsi üçün təqdim etdikdə çağırışı İddiaçı təyin olunmuş diaqnoz yuxarıda qeyd olunan heç bir kateqoriya üzrə əksini tapmayaraq müddətl həqiqi hərbi xidmətə yararlı sayılmışdır və hərbi xidmətə yararlı kateqoriyası ilə şəhadətləndirilmişdir. Əlavə olaraq qeyd edim ki, Məhkəmənin Qərarına əsasən materiallarda olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 6864 saylı rəyi Xidmətin Nərimanov rayon idarəsinə təqdim edilməyib.

8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilmişdir: Hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: - xx.xx.1998-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda “aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlanmış sağ ayağın İİİ (üçüncü), sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı” müşahidə olunurmu?

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3444 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı iddiası ilə bağlı təyin etdiyi məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır.

10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

14. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17. Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

18. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 2023-cü il tarixli Fərmanı:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

19. Məhkəmə nəzərə alır ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibb müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilsə də, vətəndaşın müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə yekun qərar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (yerli idarələri) tərəfindən verilir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tibbi müayinə nəticəsində verilmiş rəy Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (yerli idarələri) üçün məcburi xarakter daşımır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (yerli idarəsi) müvafiq rəyi nəzərə alaraq vətəndaşın müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi barədə yekun qərarı müstəqil şəkildə qəbul edir. Belə olan təqdirdə iddiaçının hüquqlarının pozulmasına səbəb ola biləcək hal (iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilməsi) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (yerli idarələri) tərəfindən müvafiq qərarın qəbul edilməsi nəticəsində yaranmışdır.

20. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir: - Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından aşağıdakı məsələ barədə mütəxəssis rəyi alınması qərara alınmışdır: xx.xx.1998-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyası. - 11 iyul 2024-cü il tarixli 6864 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi kliniki analizi (xx.xx.2024): Hgb-161q/l, Leyk-10,89x109/İ, RBC-5.46x10Ğ/l, EÇV mm/saat. Qanda (xx.xx.2024): HbsAg-mənfi (-) mənfi, Anti-HCV İgG-mənfi (-), QİÇS-1HİV 1+2-məı (-), Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi (xx.xx.2024): xüsusi çəkisi-1015, rəngisarı, reaksiyası-turş, zülal-yoxdur, şəkər-yoxdur. EKQ (xx.xx.2024): sinus ritmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (xx.xx.2024): mədəaltı vəzi, sidik kisəsi, böyrəklər, dalaq, qaraciyər patologiyasızdır. Öd kisəsində xırda xolesterol çöküntüləri izlənilir. DQOF (xx.xx.2024): ürək, ağciyərlər norma daxilindədir. MN BKH-nın R-sı (xx.xx.2024); Sağ pəncə L=166 mm, a=157°, H=16 mm, Sol pəncə L=155 mm, ct=165°, H=17 mm. Sağ pəncənin üçüncü dərəcəli, sol pəncənin ikinci dərəcəli boylama yastıayaqlılığı var, aşıqqayıqvari oynaqlarda osteoartroz birinci mərhələdə qeyd edilir, sağda aşıq sümüyü bounu bir qədər qısalıb. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 68c maddəsinin / qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə qarşı “sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması haqqında şəhadətləndirilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-5989/2024 nömrəli iş ilə davam edən Məhkəmə işinin Qərardadına əsasən cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən çağırışçı İddiaçı müayinəsinin təmin edilməsi məqsədi ilə 21.01 2025-ci il tarixdə mütləq müayinələrdən, həmçinin 24.01 2025-ci il tarixdə də X5 əlavə tibbi müayinələrdən keçmiş və Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktına əsasən “Anadangəlmə ikitərəfli üçüncü dərəcəli yastıayaqlıq, finksiyanın mülayim pozulması” diaqnozu ilə Rayon çağırış komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş, «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin xəstəliklər cədvəlinin İ qrafasının 61-ci maddəsinin “b” bəndinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Rayon çağırış komissiyasının qərarı həm də MHHK-sı tərəfindən təsdiqlənmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun qərarın verilməsi üçün təqdim etdikdə çağırışı İddiaçı təyin olunmuş diaqnoz yuxarıda qeyd olunan heç bir kateqoriya üzrə əksini tapmayaraq müddətl həqiqi hərbi xidmətə yararlı sayılmışdır və hərbi xidmətə yararlı kateqoriyası ilə şəhadətləndirilmişdir. Əlavə olaraq qeyd edim ki, Məhkəmənin Qərarına əsasən materiallarda olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 6864 saylı rəyi Xidmətin Nərimanov rayon idarəsinə təqdim edilməyib. - Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilmişdir: Hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: xx.xx.1998-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda “aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlanmış sağ ayağın İİİ (üçüncü), sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı” müşahidə olunurmu? - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3444 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı iddiası ilə bağlı təyin etdiyi məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır.

21. İPM-dən: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 29 aprel 2025-ci il tarixli qərardada əsasən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Lakin bu qərardada baxmayaraq, İddiaçı ekspertiza prosedurunun başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinə özünü təqdim etməmiş və ekspertizanın keçirilməsi üçün zəruri hərəkətləri yerinə yetirməmişdir.

23. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia məcburetmə haqqında olduğundan inzibati aktın qəbulunu zəruri edən faktiki halların mövcudluğunu sübutetmə yükü birbaşa iddiaçının üzərinə düşür. Lakin iddiaçı ekspertizanın başa çatdırılması üçün tələb olunan addımları atmamış, ekspertiza müəssisəsinə özünü təqdim etməmiş və nəticə etibarilə, inzibati aktın qəbul edilməsinə əsas yaradan faktiki halları sübuta yetirə bilməmişdir.

24. İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

27. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

28. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar