Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-773/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işə cəlb edilməklə ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı uzun müddət 2017-ci ilin iyun ayına qədər vergi orqanlarında işləmişdir. İddiaçı 2017-ci ilin iyun ayından 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş və o işdən azad edilərək, pensiyaya çıxmışdır. Daha sonra, 2020-ci ilin noyabr ayında İddiaçı pensiyası müəyyən səbəblərdən dayandırılmış və bu məsələ tam aydınlaşdırıldıqdan sonra pensiya yenidən bərpa edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2022-ci il tarixində 5 illik əlillik müddəti başa çatdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyasında yenidən təkrar müayinəyə getmişdir. Həmin müayinənin nəticəsi olaraq İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi isə ümumi xəstəlik göstərilmişdir. Xəstəliyin diaqnozu kimi qeyd edilmişdir ki, “Hemiplegiyya, Sağ tərəfli kobud hemiparez, əzələ gücü 3 bal, Hipertenziv ensefalopatiya, Baş-beyinin xroniki işemiyası, kəllə daxili hipertenziya. Beyin infarktının nəticələri, Sol orta beyin arteriyası hovuzunda keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri”. Göründüyü kimi, sonuncu dəfə İddiaçı 2-ci dərəcəli əlillik müddətsiz təyin edilmişdir. Bildirirlər ki, İddiaçı yenidən təyin edilmiş dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə xx.xx.2023-cü il tarixinə qədər pensiya ödənişi alırdı. İddiaçı 2023-cü ilin noyabr ayı üçün ona pensiya ödənilmədiyinə görə xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, noyabr 2023-cü il tarixindən pensiyasını almadığına görə bununla bağlı rəsmi şəkildə ona məlumat verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-297939/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Müvafiq məktubuna əsasən saxta əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsinə görə cinayət işinin istintaqı aparılır. Buna görə də, istintaqın hazırki mərhələsi ilə bağlı hazıradək sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilib. İddiaçı təyin edilmiş dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Bununla bağlı bildirilir ki, İddiaçı təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq məktubuna əsasən dayandırılması iddiaçının hüquqlarını pozmuşdur. Ona görə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq məktubuna əsaslanaraq qeyd etmişdir ki, saxta əllilik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsinə görə cinayət işinin istintaqı aparılır və istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilib. Bir sözlə inzibati orqan belə qənaətə gəlmişdir ki, İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlillik saxta əlillikdir və dayandırılmalıdır. Bildirmək istəyirlər ki, yuxarıda qeyd olunan cinayət işi üzrə 2023-cü ilin fevral ayından etibarən İddiaçı Sabunçu Rayon Prokurorluğunun apardığı istintaq zamanı şahid qismində cəlb edilərək ifadəsi alınmışdır. Yəni, İddiaçı təyin edilmiş əlillik dərəcəsi saxta əlillik olsa idi, İddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərdi, şahid qismində dindirilməzdi. Ancaq qeyd edilənlərdən görünür ki, İddiaçı həmin cinayət işi üzrə şahid qismində dindirilərək ifadəsi alınmışdır. Belə olan halda görünür ki, İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlillik saxta deyildir. Eyni zamanda, istintaq orqanı İddiaçı yenidən əlilliyinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin etmiş və İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizasından bir daha keçmişdir. Həmçinin qeyd edirlər ki, həmin ibtidai istintaq hərəkətləri baş həkim barəsindədir və həmin baş həkimlə İddiaçı heç bir əlaqəsi müəyyən edilməmişdir və sonuncunun təqsiri sübut olunmadığı üçün həmin cinayət işi üzrə ibtidai istintaqın nəticələri İddiaçı pensiya işinə ümumiyyətlə təsir edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Qanunun 63-cü maddəsinin İİ, İİİ, İV və V hissələrinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının CPM-nin 21.1 -ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi, yuxarıda qeyd edilən cinayət işi üzrə məhkəmənin hökmü olmadan həmin cinayət işi üzrə baş həkimin təqsiri sübuta yetirilmədən İddiaçı təyin edilmiş dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya ödənişinin 01.l1.2023-cü il tarixindən dayandırılması qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Bundan sonra tərəflərindən xx.xx.2023-cü il tarixində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək, İddiaçı barəsində pensiyanın dayandırılmasına əsas olan əlillik dərəcəsinin ləğv edilməsinin səbəbləri və əsaslarının nədən ibarət olması barədə məlumatın verilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi üçün həmin əlillik dərəcəsinin yenidən bərpa edilməsi barədə göstəriş vermələrini xahiş etmişlər. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 4/2-Ş-195/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd edilən məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna Müraciət etmələri tövsiyyə olunur. Bununla bağlı bildirmək istəyirlər ki, əlillik dərəcəsinin yenidən bərpa edilməsi elə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətindədir. Belə ki, müddətsiz 2-ci dərəcəli əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində 5 illik əlillik müddəti başa çatdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyasında yenidən təkrar müayinəyə getmişdir. Həmin müayinənin nəticəsi olaraq İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir və İddiaçı qoyulan diaqnoza görə iddiaçı daima müalicə alır, bununla bağlı dərmanlar qəbul edir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1788 nömrəli Stasionar reabilitasiya kartasından çıxarışda qeyd edilmişdir ki, ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi olan İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X1 stasionar şəraitdə reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində İddiaçı vəziyyəti qiymətləndirilmiş və maqnitoterapiya, fonofarez, elektrofarez, əmək terapiyası, medikamentoz, müalicəvi masaj, psixoloji görüş, MBT reabilitasiya tədbirləri həyata keçirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 375 nömrəli Stasionar reabilitasiya kartasından çıxarışda isə qeyd edilmişdir ki, ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi olan İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək X1 stasionar şəraitdə reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində İddiaçı vəziyyəti qiymətləndirilmiş və əmək terapiyası, müalicəvi masaj, fonofarez, maqnitoterapiya, elektrofarez, MBT reabilitasiya tədbirləri həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli Reabilitasiya Kartından çıxarışda görünür ki, İddiaçı mütəmadi olaraq bərpa müalicəsini təkrarlamaq, online və icma əsaslı reabilitasiya proqramlarında iştirak etmək, eləcə də, DTSERA-nin youtube kanalında MBT üzrə təlim proqramlarından yararlanmaq tövsiyyə olunmuşdur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı mütəmadi olaraq Reabilitasiya kursu təyin edilirdi. Qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilir ki, əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyası tərəfindən həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.Göründüyü kimi, qanunvericilik birmənalı olaraq qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Ancaq hazırda inzibati mübahisədən görünür ki, cavabdeh inzibati orqan İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı təkrar tibbi- sosial ekspertiza müayinəsi təyin etməyərək, İddiaçı barəsində pensiyanın dayandırılması haqqında qərar qəbul etmişdir. Eyni zamanda bununla bağlı bildirmək istəyirlər ki, İddiaçı barəsində pensiyanın dayandırılması haqqında qərar qəbul edilərkən sonuncunun iştirakı ümumiyyətlə təmin edilməmiş və ona məlumat verilməmişdir. Halbuki, "İnzibati icraat haqında” Qanunun 21.1 -ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Göründüyü kimi, inzbati icraat haqqında qanunvericiliyin normaları birbaşa olaraq tələb edir ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməklə, inzibati işdə maraqlı şəxsin və yaxud onun nümayəndəsinin iştirakını təmin etməlidir. İşin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmalıdır. Belə ki, mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2442/2023 (hakim - Rahib Nəbizadə) qərarını diqqətə çatdırır və həmin qərardakı hüquqi mövqeyə əsasən hesab edirlər ki, iddiaçı əyani müayinəyə cəlb edilməlidir. Yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdehin inzibati akt qəbul edə bilməsi barədə mövqeyi əsaslı olacaqdır. Lakin, hazırki inzibati mübahisədən görünür ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələbləri kobud şəkildə pozularaq İddiaçı əyani müayinəyə cəlb edilməmişdir. Eyni zamanda, qeyd edirlər ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq iddiaçının ərizəsi üzrə heç bir araşdırma aparmadan və yardım göstərmədən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub təqdim edərək, Agentliyin əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərdiyini, qeyd edilən məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna Müraciət etməsini tövsiyyə etmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi işin faktiki hallarına və mövcud qanunvericiliyinin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə əmək pensiyasının ödənişinin həyata keçirilməməsinin səbəbləri barədə rəsmi məlumat təqdim edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-297939/2023 nömrəli məktubunda iddiaçıya Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq məktubuna əsasən saxta əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlı cinayət işinin istintaqının aparıldığı və bu səbəbdən ona təyin edilmiş dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya ödənişinin xx.xx.2023-cü il tarixdən dayandırıldığı bildirilmişdir. İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən pensiya ödənişi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktublarına əsasən dayandırılmışdır. Həmin məktublara uyğun olaraq istintaqın cari mərhələsi ilə bağlı sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilmişdir. Bildirirlər ki, həmin dayandırmanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir. Həmin maddənin mətni aşağıdakı kimi ifadə olunmuşdur: “37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasının və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.” Qeyd olunan normanın müddəaları baxımından mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyqun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılır.Bu zaman iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alındığına görə pensiyanın dayandırıldığı tarixdən etibarən İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olduqda, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(112)-91/2024 nömrəli müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadına əsasən iddiaçının dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya ödənişi xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir və 3938.39 manat təşkil edir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaranan keçmiş dövr üçün fərq məbləğinin ödənişi də xx.xx.2024-cü il tarixdən etibarən cari pensiyanın üzərinə əlavə edilməklə hissə-hissə həyata keçirilir. 2024-cü ilin dekabr ayına olan məlumata əsasən İddiaçı keçmiş dövr üçün 3876 manat, ümumilikdə isə həmin məbləğ də daxil olmaqla hər ay 7814.39 manat məbləğində əmək pensiyası ödənilmişdir. Hazırda da, pensiya ödənişi davam etdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İş materiallarına iddiaçının sağlamlıq vəziyyətini əks etdirən sənədlər əlavə edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ş-195/2024 nömrəli məktubla bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Agentliyin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd edilən məsələlər ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur.
10. Cavabdeh tərəfindən iddiaçının vəkilinin müraciətinə 18 dekabr 2024-cü il tarixli, 3-17-1/2-312056/2024 nömrəli məktubla cavab verilərək, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-2-02/03/2-028316/2023 nömrəli məktub və həmin məktuba əlavə edilmiş siyahı məhkəməyə təqdim edilmişdir. Həmin məktub və ona əlavə edilmiş siyahıdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf Mönsüm oğlu və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. İstintaqla müəyyən edilmişdir ki, Rauf İsfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etikləri Xəstəxanalar vasitəsi ilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından, həmin vətəndaşlara qanunsuz əmək pensiyası (sosial müavinət, pensiya təminatı) ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən, istintaqın hazırki mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İddiaçının adı məktuba əlavə edilmiş siyahıda 91-ci sırada qeyd edilmişdir.
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
22. Hazırki işin hallarından müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən iddiaçıya təyin olunmuş pensiya ödənişi dayandırılmışdır.
23. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
24. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Cavabdeh pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
25. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz
27. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
29. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
30. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva