Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7753/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəzifə maaşına görə əlavələrinin, artımlarının və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar, əlavələr və 10% maddi yardım nəzərə alınmaqla ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 1975-ci ilin sentyabr ayından, yəni 17 yaşından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyətinə başlamışdır. 24 noyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 24 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərimə xitam verilmişdir. 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi ikinci qrup əlilliyə görə (müddətsiz) ona əmək pensiyası təyin edilmişdir. TSEK-nin arayışından da göründüyü kimi, əmək qabiliyyətsiz hesab olunmuşdur. DSMF orqanı tərəfindən ona pensiya verilərkən əsassız olaraq artımlar nəzərə alınmamışdır. Bundan sonra, dəfələrlə cavabdehə müraciətlərindən sonra 01 dekabr 2022-ci il tarixində ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, yaşa görə pensiya hüququ 16 mart 2021-ci il tarixdə (62 il 6 ay) yaranmışdır. Buna baxmayaraq, ona pensiya təyin olunarkən 10% miqdarında maddi yardım və artımlar nəzərə alınmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə fərq məbləği ona ödənilməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı vəfizəsində çalışması, vəzifə maaşına əlavələrin və 10% maddi yardımın edilməsi nəzərə alınmaqla, ona təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, fərq məbləği hesablanmaqla ona birdəfəlik ödənilməlidir. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə yazılı müraciət olunaraq, pozulmuş hüquqlarının bərpa edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İnzibati orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması onun yox, məhz inzibati orqanın məsuliyyətidir. Ona heç bir məbləğdə heç vaxt artıq pensiya hesablanmamış və ödənilməmişdir. Əksinə ona az pensiya hesablanmışdır. Fərz edilsə ki, ona artıq pensiya hesablanıb və artıq pul ödənilib, bu onun yox, həmin pensiyanı hesablayan qurumun məsul şəxsinin məsuliyyətindədir. Məlumdur ki, o özü özünə pensiya hesablamamışdır. Cavabdeh qurumun məsul şəxsinin məsuliyyətsizliyinə görə də o, heç bir cavabdehlik daşımır. Bundan əlavə, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması onun yaşa görə əmək pensiyasina əlavələrin və artımların verilməməsinə heç bir aidiyyatı bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Daha sonra İddiaçı vəzifə maaşına görə əlavələrin, artımların və 10 % miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi ilə bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-32997/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Həmin məktuba əsasən deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixdən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması üçün aparılan araşdırma zamanı “Əlillik” alt sistemində İddiaçı əlillik dərəcəsinə dair məlumatların olmadığı müəyyən edilib. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi filial tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. Adıçəkilən Agentlik tərəfindən İddiaçı əlillik dərəcəsinə dair məlumatların dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla 1 dekabr 2022-ci il tarixdə saat 11:00-da əyani müayinəyə dəvət olunmuşdur. Buna baxmayaraq İddiaçı müayinəyə getməmişdir. Eyni zamanda iddiaçının əlillik dərəcəsinə dair məlumatlar “Əlillik” alt sistemində mövcud olmamışdır. Buna səbəbdən 1 dekabr 2022-ci il tarixdən Mərkəzi filial tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat və vəzifə maaşının iki misli həcmində əlavə 4970,00 manat olmaqla orta aylıq əmək haqqı 7455,00 manat təşkil edib. Bununla əlaqədar olaraq, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7455,00 manat) 80 faizi-5964,00 manat məbləğində müəyyən edilməklə 1 dekabr 2022-ci il tarixdən müvafiq kart hesabına köçürülür. Eyni zamanda pensiyanın tərkibində 10 faizi miqdarında maddi yardımın, həmçinin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə fərq məbləğinin ödənilməsi məsələsinə “Əlillik” alt sistemində iddiaçının əlilliyinə dair məlumatlar əlavə olunduqdan sonra baxılacağı bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda kişilər üçün üçün 65 yaş) çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. -20.1.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: -əmək pensiyası yaşına çatmış və va bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla). Tibbi Sosial Ekspertiza və X3 əsasən İddiaçı əlillik dərəcəsinə dair məlumatlar aşkar edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda da qeyd edildiyi kimi, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi filial tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmış, daha sonra iddiaçı adıçəkilən Agentlik tərəfindən əyani müayinəyə dəvət olunmuşdur. Buna çaxmayaraq İddiaçı əyani müayinəyə getməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi 2 səbəbdən müəyyən edilir: ümumi və xüsusi səbəblərdən. Ümumi səbəblərə daxil edilir: ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; xüsusi səbəblərə daxil edilir:-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; - 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; -hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; -Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə - əlaqədar. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş X1 Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman əxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına iane olan sabit fiziki, psixr, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Müxtəlif maneələrlə arşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli ştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən ağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar əlilliyi olan şəxs kimi səciyyə olunurlar. Əlilliyin müəyyən edilməsi, şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və lüddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin iymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi aydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti rqarn tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab dilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli ərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: - 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. - 1.4 -cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -4.26-cı bəndinə əsasən əlilliyin təvinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qeyd olunan qanunvericilik normalarından da aydın olduğu kimi, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik dərəcəsi təyin olunmayan dövrlər üzrə vəzifə maaşına görə əlavələrin, artımların və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi mümkün deyildir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə əmək pensiyasına əlavələr, artımlarla və 10% maddi yardımla birlikdə hesablanaraq fərq məbləğinin iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən etibarən 10% maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1958-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-8908/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023- cü il tarixli 2-1(112)-7753/2023 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş X1 "Əlillik" altsistemində məlumat və göndəriş aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-140467/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya işindən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi SER TSE-01 № 216657 nömrəli TSEK-də X4 əsasən İddiaçı ümumi əlillik səbəbindən 2-ci dərəcə əlillik təyin olunmuşdur. Müayinə tarixi xx.xx.2006, Əlillik müddəti xx.xx.2007-ci ilə qədər. Əmək qabiliyyətsizdir. Əsas 2087 nömrəli, xx.xx.2006-cı il tarixli müayinə aktı. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi SER TSE-01 № 416272 nömrəli TSEK-də X4 əsasən İddiaçı xx.xx.2007-ci ildə müayinə olunmuş, ümumi əlillik səbəbindən 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: ikitərəfli pelonepit 2-li böyrək büzüşməsi. XBÇ İİ dərəcə, xolesistoektamina və qara ciyərin sağ payındakı kistasının götürülməsindən sonrakı vəziyyət. Əməyə qadir deyil. Əsas 2070 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı. Pensiyaçının uçot vərəqindən görünür ki, DSMF Yasamal rayon Şöbəsi tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdən 2-ci dərəcə deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli 000817 nömrəli Qərarından görünür ki, pensiyanın növü 2-ci qrup əlilliyə görə (deputat), pensiya təyin olunduğu tarix xx.xx.2006, hazırkı pensiya məbləği 2541 manat, yenidən hesablanmış pensiya məbləği 3927 manatdır. -İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiya növünün əlillikdən yaşa keçirilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli 043246 nömrəli qərarı ilə İddiaçı ƏPQ-nun 20.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yaşa görə 5964 manat məbləğində pensiya təyin edilmişdir. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərin surətlərindən görrünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ X6- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx), (....) pensiya işinin araşdırılması zərurəti yaranıb. Bununla əlaqədar aparılan araşdırma zamanı adıçəkilən şəxslərin əlillik dərəcələrinə dair “Əlillik” alt sistemində hər hansı məlumat olmadığı halda, pensiya işlərinə aid sənədlərdə müayinə aktlarının çıxarışlarında onların əlil olmasına dair məlumatların göstərildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı, (....) əlilliyinə dair dəqiqləşdirilmiş məlumatların mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsini xahiş edirik. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Siz əlillik vəziyyətinizin dəqiqləşdirilməsi məqsədilə 1 dekabr 2022-ci il tarixində saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri və bu məktubu gətirməyiniz xahiş olunur. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Filialına ünvanladığı xx.xx.2022ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, (....) və İddiaçı əlillik vəziyyətləri barədə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli müraciətinizə Nazirliyin ‘tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, əlilliyi olan şəxslərə dair tibbi-sosial ekspertiza sənədlərinin Nazirliyin Mərkəzləşdirilmiş X1 “Əlillik” altsisteminə daxil edilməsi işi Agentlik tərəfindən mərhələli şəkildə müvafiq qaydada həyata keçirilir. (....) Qeyd edək ki, İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərində uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar, vətəndaş Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Müayinə nəticəsinə əsasən əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-329977/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 fevral 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinizə dair sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyanızın yenidən hesablanması üçün aparılan araşdırma zamanı “Əlillik” alt sistemində əlillik" dərəcənizə dair məlumatların olmadığı müəyyən edilib. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanıb. Adıçəkilən Agentlik tərəfindən əlillik dərəcənizə dair məlumatların dəqiqləşdirilməsi üçün siz 24 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla 1 dekabr 2022-ci il tarixində saat 11:00-da əyani müayinəyə dəvət olunduğunuz halda, müayinəyə getməmisiniz. Əlillik dərəcənizə dair məlumatlar “Əlillik" alt sistemində mövcud deyil. Buna görə də 1 dekabr 2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 2485,00 manat və vəzifə maaşının iki misli həcmində əlavəniz 4970,00 manat olmaqla orta aylıq əmək haqqınız 7455,00 manat təşkil edib. Bununla əlaqədar olaraq, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (7455,00 manat) 80 faizi-5964,00 manat məbləğində müəyyən edilməklə 1 dekabr 2022-ci il tarixindən müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, pensiyanızın tərkibində 10 faizi miqdarında maddi yardımın, həmçinin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə fərq məbləğinin ödənilməsi məsələsinə “Əlillik” alt sistemində əlilliyinizə dair məlumatlar əlavə olunduqdan sonra baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, İddiaçı Fondun Yasamal rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əlilliyə görə dekabr 2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Belə ki, pensiya işinə dair sənədlərdən görünür ki, pensiya uçot vərəqində iddiaçıya xx.xx.2006-cı il tarixdən etibarən əlilliyə görə əmək pensiyası məbləği hesablanmış, eləcə də mütəmadi olaraq hər il üzrə 2-ci qrup əlilliyə görə aldığı pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlar qəbul edilmiş və ödəniş şöbəsinə göndərilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixli 000817 nömrəli qərarla iddiaçının əlilliyə görə pensiyası yenidən hesablanmışdır. Deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar iddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və bu zaman iddiaçının əlillik dərəcəsi barədə “Əlillik” alt sistemində əlillik" məlumat aşkar olunmadığı əsas gətirilərək onun əlilliyə görə pensiyası dayandırılmasa da, lakin deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq pensiyası yenidən hesablanmamış və aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım hesablanaraq ödənilməmişdir. İddiaçıya 1 dekabr 2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7455,00 manat) 80 faizi-5964,00 manat məbləğində müəyyən edilməklə 1 dekabr 2022-ci il tarixindən ödəniş edilmişdir. Eyni zamanda iddiaçıya 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçısı hesab edilmədiyindən ona xx.xx.2022-ci il tarixdən etibarən 10% maddi yardım da ödənilməmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tələbi üzrə cavabdeh tərəfindən işin mübahisələndirilən halı iddiaçının əlillik statusu, onun əlillik dərəcəsinə dair məlumatların “Əlillik" alt sistemində mövcud olmamasıdır. Cavabdeh bu barədə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə soğru göndərdiyini, iddiaçının əlillik dərəcəsi məlumatlarının Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəqiqləşdirilməsi üçün Agentliyə dəvət edildiyini, lakin iddiaçının Agentliyə getmədiyini əsas gətirərək onun əlilliyinə dair məlumatların “Əlillik” alt sistemində əlavə olunduqdan sonra yenidən hesablama və artımların, maddi yardımın ödənilə biləcəyini bildirməklə iddiaçıya imtina cavabı vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir -20.1.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: -əmək pensiyası yaşına çatmış və va bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla). -31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. -31.3-cü maddəsinə görə təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. -31.4-cü maddəsinə əsasən müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən: -1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edilməsi; -3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilməsi qərara alınmışdır. ƏPQ-nun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -1.0.17-ci maddəsinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. -3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə görə əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -3.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. -3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Qanunvericiliyin sadalanan tələblərindən görünür ki, əlillik dərəcəsinin təyini yalnız bu barədə qəbul edilmiş TSEK-in qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əlillik TSEK-in qərarında müəyyən olunmuş müddətdə qüvvədədir. Əlilliyi müəyyən olunmuş şəxsə məhz əlillik dərəcəsinin qüvvədə olduğu müddət ərzində müavinət və ya pensiya ödənilir. Eyni zamanda əlilliyi olan şəxslərin reyestrini elektron formada müvafiq icra hakimiyyəti orqanı-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparır. Hazırkı iş üzrə cavabdeh iddiaçının pensiyasında xx.xx.2022-xx.xx.2022-ci il tarixədək müvafiq artım və maddi yardımın ödənilməməsinin əsası kimi mərkəzləşdirilmiş X1 X7 əldə olunan məlumata əsasən iddiaçının əlillik təyinatı barədə məlumatın olmadığına istinad etmişdir. Halbuki iş üzrə cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarından və pensiya işindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2007-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, bu barədə pensiya təyinatına əsas verən TSEK-də SER TSE-01 416272 nömrəli, 1 saylı TSEK-in möhürü ilə təsdiqlənmiş müayinə aktından çıxarış mövcuddur və həmin sənəd əsasında iddiaçıya dekabr 2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Başa sözlə, pensiya işində iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə səlahiyyətli orqanın qərarının qərarı aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda da sadalanan normalardan göründüyü kimi iş üzrə əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan hüquqi fakt qismində iddiaçı barəsində əlillik təyinatını aparan orqanın əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktı çıxış etdiyi kimi əlilliyə görə əmək pensiyasının ləğvinə əsas verən hüquqi fakt qismində əlillik dərəcəsinin ləğvi barədə qərar çıxış edir. İş üzrə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2007-ci il tarixdə baxılmış və ona həmin tarixdən “ümumi xəstəlik” səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, əlilik dərəcəsi ləğv edilməmiş, etibarsız hesab edilməmiş, dəyişdirilməmiş, bu barədə qanunla tələb olunan qaydada səlahiyyəti qurum ərəfindən inzibati akt qəbul edilməmişdir. İddiaçının əlillik statusu hazırda da qüvvədədir. Cavabdehin özünün uzun müddətdir əlillik dərəcəsi ilə bağlı pensiya ödənişi həyata keçirdiyi pensiya işində iddiaçı barəsində əlillik pensiyasının ödənilməsinə əsasə verən TSEK-in müayinə aktlarından çıxarışları mövcuddur, əlillik dərəcəsi təyinatının sistem üzrə yerləşdirilməməsi əlillik dərəcəsinin ləğv edildiyi anlamına gəlmədiyi kimi əlilliyə görə pensiyanın dayandırılması və ya pensiya təyinatında müvafiq güzəştlərin tətbiq edilməməsinə də əsas vermir. Cavabdeh pensiyanın yenidən hesablanmasından imtinaya əsas kimi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək iddiaçının Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müayinənin nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib qərar veriləcəyi barədə məktubuna istinad etmişdir. Göründüyü kimi, cavabdeh orqan özü də əlillik təyinatının ləğv edilməsi barədə səlahiyyətli qurumun inzibati aktına deyil, vətəndaşın əyani müayinəyə dəvət məktubuna əsaslanmışdır. Əlillik dərəcəsi təyin edən orqanın vətəndaşın əlillik vəziyyətinin yoxlaması, bununla bağlı şəxsi əyani müayinəyə dəvət etməsi və s. kimi hərəkətlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə, məsuliyyətinə aid olan məsələdir və bu yoxlamanın sonunda iddiaçının əlillik təyinatının ləğv ediləcəyi ilə bağlı əliverişsiz inzibati aktla yekunlaşacağını güman etməyə bilavasitə əsas vermir. Cavabdeh orqan iddiaçının əlillik statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edilmədiyi halda iddiaçının pensiyasını deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar vəzifə maaşına artımlar, həmin artımlara uyğun olaraq qulluq stajına görə əlavələr və 01 yanvar 2022-ci il tarixdən ödənilən 10 faiz maddi yardım nəzərə almaqla yenidən hesablamadan imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, iddiaçının pensiyası xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə vəzifə maaşına artıml, qulluq stajına görə əlavə və 10 faizi məbləğində aylıq maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi, eyni zamanda xx.xx.2022-ci il tarixindən iddiaçının yaşa görə əmək pensiyası 10 faiz maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiyası xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə vəzifə maaşına artım, qulluq stajına görə əlavə və 10 faizi məbləğində aylıq maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi və xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyası 10 faiz maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7753/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7753/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver