Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7760/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və X4 qanuni nümayəndəsi qismində İddiaçı və vəkili Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcmini artırmış, müvafiq mənzilə azyaşlı övladı X1 pasport qeydiyyatına alınmağının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X11 ilə rəsmi nikahı xx.xx.2023-cü ildə Bakı şəhəri, 7 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən rəsmi olaraq «392» nömrə ilə qeydə alınmışdır. Həmin ildə ünvan 2 ünvandakı mənzilin sahibləri iddiaçının qayınatası X12 və qayınanası X2 övladı olan X11 ilə toy edərək evləndikdən sonra sözügedən ünvandakı mənzilə köçərək bu günə kimi yaşayır. Bu fakt qonşuların imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktda da öz əksini tapır. İddiaçı bildirir ki, əgər mərhum əri X11 və ya qayınatası X12 ilə qayınanası X6 həyatda olsaydı, iddiaçı heç bir çətinliklə qarşılaşmadan qeydiyyata alınardı. Lakin, təəssüf ki, iddiaçının əri, qayınatası və qayınanası qısa müddət ərzində 5 günün içində vəfat etmişlər və bu səbəbdən qeydiyyat məsələsi açıq qalmışdır. İddiaçı qeyd edir ki, hal-hazırda mərhum ərinin övladını daşıyır, bu da iddiaçının yaşayış yeri ilə əlaqəli hüquqlarının düzgün şəkildə həll olunmasını daha da vacib edir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmin ünvana qeydiyyata alınmaq üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ- nin QMB-nə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmaq imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət edilməsi məqsədə müvafiq hesab edilir.
5. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 37/5 nömrəli Sərəncama əsasən Bakı şəhəri, sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 18 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) X10 adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.
6. AZ-İİ 554042 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X11 və X5 arasında xx.xx.2023-cü il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Mehtiyeva” soyadı verilmişdir.
7. AZ-İİ 465582 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X11 xx.xx.2024-cü il tarixində baş beyin travması səbəbilə ölmüşdür.
8. AZ-İİ 458408 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2024-cü il tarixində dəm qazının toksik təsiri səbəbilə ölmüşdür.
9. AZ-İİ 458407 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2024-cü il tarixində dəm qazının toksik təsiri səbəbilə ölmüşdür.
10. AZ-V 122616 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2025-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır.
11. 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 148 saylı MKİS-nin xidməti ərazisində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 18, 4 saylı mənzil xx.xx.2019-cu il tarixli № 3715 saylı Bakı Şəhər MKXD-nin Sərəncamına əsasən mərhum X8 adına şəxsi hesab vərəqəsi açılmışdır. Həmin mənzildə mərhum İ. Mehdiyevin gəlini X9 xx.xx.2023-cü il tarixindən həyat yoldaşı mərhum X13 ilə birlikdə qeydiyyatsız yaşamışdır. Hazırda özü və körpə övladı Mehdiyeva Ameliya ilkin qızı ilə birlikdə yaşayırlar.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktuba əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
15. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
16. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. Cavabdeh qurumun hərəkətləri iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 37/5 nömrəli Sərəncama əsasən Bakı şəhəri, sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 18 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) X10 adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - AZ-İİ 554042 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X11 və X5 arasında xx.xx.2023-cü il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Mehtiyeva” soyadı verilmişdir. - AZ-İİ 465582 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X11 xx.xx.2024-cü il tarixində baş beyin travması səbəbilə ölmüşdür. - AZ-İİ 458408 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2024-cü il tarixində dəm qazının toksik təsiri səbəbilə ölmüşdür. - AZ-İİ 458407 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2024-cü il tarixində dəm qazının toksik təsiri səbəbilə ölmüşdür. - AZ-V 122616 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2025-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır. - 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 148 saylı MKİS-nin xidməti ərazisində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 18, 4 saylı mənzil xx.xx.2019-cu il tarixli № 3715 saylı Bakı Şəhər MKXD-nin Sərəncamına əsasən mərhum X8 adına şəxsi hesab vərəqəsi açılmışdır. Həmin mənzildə mərhum İ. Mehdiyevin gəlini X9 xx.xx.2023-cü il tarixindən həyat yoldaşı mərhum X13 ilə birlikdə qeydiyyatsız yaşamışdır. Hazırda özü və körpə övladı Mehdiyeva Ameliya ilkin qızı ilə birlikdə yaşayırlar.
21. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.
22. Belə ki, məhkəmə müəyyən edir ki, mənzilin mərhum kirayəçisi İddiaçı ailə üzvü kimi həmin mənzilə köçürmüş və hazırda bütün digər ailə üzvlərinin vəfatı ilə əlaqədar iddiaçıların (İddiaçı və azyaşlı övladı X4) mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmamışdır.
23. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
24. Qeyd edilən yanaşma X24 məhkəməsinin təcrübəsinə də əsaslanır. X24 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X24 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, §36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А № 109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı və azyaşlı övladı X1 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva