Məhkəmə qərarları › İş №e-2-1(112)-7780/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7780/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7780/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə hüququnun qeydə alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında və qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş, o cümlədən “Geodeziya işləri” adlı eskiz layihəsində göstərilən sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil edən, eləcə də faktiki istifadədə olan 871 kv.m torpaq sahəsinə dair icarə hüququnun X5 adına Dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və kadastr planının təqdim edilməsi öhdəliyini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X5 nümayəndəsi- xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsinin ayrılmaz hissəsi olan “Geodeziya işləri” adlı eskiz layihəsində Fakt olaraq X5 istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil etdiyini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 871 kv.m torpaq sahəsinə dair icarə hüququnun Dövlət reyestrində qeydə alınmasına görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə adlanacaq) müraciət etmişdir. Ərizə, xx.xx.2025-ci il tarixli xəbərnaməli poçt qəbzi əsasında İdarəyə göndərilsə də, hal-hazıradək İdarə tərəfindən müraciətə ümumiyyətlə cavab verilməmiş və buna görə də iddiaçı məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məlumat üçün qeyd edilir ki, cavabdehə göndərilmiş ərizəyə 6 ədəd qoşma olaraq- 1.Nümayəndəliyi təsdiq edən Sərəncamın notariat qaydada təsdiq olunmuş surəti; 2. xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsinin notariat qaydada təsdiq olunmuş surəti və Kəngərli" MMC tərəfindən tərtib olunmuş“Geodeziya işləri” adlı eskiz layihəsi; 3.ünvan 1 ünvanlanmış, 7-182\2q saylı, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktubublarının notariat qaydada təsdiq olunmuş surəti; 4. Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi və İcra Vərəqəsi; 5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-417/2023 saylı 02 fevral 2023-cü il tarixli qətnaməsi; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3777/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3429/2023 nömrəli xx.xx.2023- cü il tarixli Qərarı; 6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)- 272/2022 nömrəli qətnaməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi vəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3919/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı əlavə edilmiş və ərizə aşağıdakı qaydada əsaslandırılmışdır: Bakı şəhəri İcra Hakimiyyəti ilə X12 arasında xx.xx.2018-ci il tarixli, 1460 nömrəli torpaq icarə müqaviləsi imzalanmış; həmin Müqavilə əsasında- ünvan 11 ünvanında yerləşən 911 kv.m olan torpaq sahəsi abadlıq və kiçik sahibkarlıq fəaliyyəti üçün, 49 il müddətində icarə hüququ əsasında X5 istifadəsinə verilmiş; X2 adından çıxış edən Tamara Həmidova tərəfindən imzalanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X8 ünvanlanmış 7-182\2q saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə X15 arasında 826,2 kv.m torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanmış və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X5 adına 0,08062 ha torpaq sahəsinə dair icarə hüququnun qeydiyyatı aparılaraq xx.xx.2016-cı il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. X3 xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə həmin ünvanda yerləşən torpaq sahəsinə bitişik 105 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün X5 mülkiyyətinə satılmış və həmin sənədlər əsasında 105 kv.m torpaq sahəsinə dair X5 adına mülkiyyət hüququna dair ƏMDK yanında DƏDRXnın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Lakin mülkiyyətə satılmış torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)- 635/2015 saylı qərarı ilə Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(103)- 717/15 saylı qərarı ilə 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. İ qrup əlil X5 müraciəti nəzərə alınaraq, bağlanmış icarə müqaviləsi ilə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinə xitamverilmiş və həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair təyinatı dəyişdirilməklə yeni icarə müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilənləri, xx.xx.2016-cı il tarixli. ******* saylı dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş icarə müqaviləsinə xitam verildiyini, həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlandığını nəzərə alaraq, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”un tələblərinə uyğun olaraq yeni bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 911 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması və X5 adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi qərəzli olaraq X5 icarə hüququnun qeydə alınmasından imtina etmişdir. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müavininin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X8 ünvanlandığı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7- 182/2g saylı məktubu ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq təqdim olunan yeni icarə müqaviləsi əsasında İ qrup əlil vət.X5 faktiki istifadəsində olan 911 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli, **********10 saylı məktubu ilə məhkəmələr tərəfindən Çobanzadə küçəsində yerləşən 105 kv.m torpaq sahəsinə dair bildirişlər daxil olduğu göstərilməklə Bakı Şəhər İcra Hakimiyyətinin məktubunun icrasından imtina edilmişdir. Nəzərə çatdırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7- 182/2g saylı məktubunda göstərildiyi kimi, qüvvədə olan məhkəmə qərarlarına əsasən sözügedən 105 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin mülkiyyətində deyil, dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 307/2018 saylı qərarı ilə isə X5 adına verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Məktubda qeyd olunan bütün məhkəmə bildirişləri Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə verilmiş və reyestrdən çıxarışla rəsmiləşdirilmiş 105 kv.m torpaq sahəsinə aid olduğundan, sonradan həmin qərarın və reyestrdən çıxarışın isə qüvvədə olan məhkəmə qərarları ilə etibarsız hesab edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti ilə İ qrup əlil X12 arasında 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin dövlət reyestrində qeydə alınaraq X5 adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir. Bu halda da, 1 saylı Bakı Ərazi İdarəsi qərəzli olaraq X5 icarə hüququnu qeydə almamış və torpaq sahəsinin faktiki koordinatlarının olmamasını bəhanə gətirmişdir. Keçən müddət ərzində ərizəçinin icarəsində olan yuxarıda qeyd olunan torpaq sahəsinin koordinatlarının, eləcə də faktiki ölçüsünün və qonşu sərhədlərinin müəyyən edilməsi ilə bağlı bir sıra uzun sürən məhkəmə mübahisələri başlamış və nəhayət Ərizəçinin torpaq sahəsi üzərində olan hüquqlarının əsaslı və qanuni olmasına dair yekun məhkəmə Qərarları qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilmişdir. Müqavilənin 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilsin.”- qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin İcra Vərəqəsinə əsasən həmin Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)- 272/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin X5 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə X5 qanuni nümayəndəsi X7 (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və X5 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin iddiaçı Əli Bahadur Oktay oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar cavabdeh X12 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin iddiaçı Əli Bahadur Oktay oğlundan tutularaq cavabdeh X8 ödənilməsi qət edilmişdir. Həmin Qətnamənin 23-cü, 24-cü və 25-ci bəndlərində göstərilmişdir ki, İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab olunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, birbirinə aidiyyəti yoxdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3919/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə - “İddiaçı Əli Bahadur Oktay oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir”- qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 16 iyun 2023-cü il tarixli, 2(103)-3777/2023 nömrəli qərardadı ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə yəni "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd - eskiz layihəsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, Əli Bahadur Oktay oğlunun "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3429/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə- “İddiaçı Əli Bahadur Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(103)-3777/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.”- qərara alınmışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra 871 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir. Müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan, icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə X13 arasında 826.2 kv.m torpaq sahəsinə dair 20 08.2010-cu il tarixli, 0S12 saylı icarə müqaviləsi bağlanmış və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X5 adına 0,08062 ha torpaq sahəsinə dair icarə huququnun qeydiyyatı aparılaraq 25 05.2016-cı il tarixli. ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir X3 xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə həmin ünvanda yerləşən torpaq sahəsinə bitişik 105 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi uçün X5 mülkiyyətinə satılmış və həmin sənədlər əsasında 105 kv.m torpaq sahəsinə dair X5 adına mülkiyyət hüququna dair ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 -ci ıl tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Lakin mülkiyyətə satılmış torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan. 2 saylı Bakı İnzibati-lqtısadi Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli. 2-1 (82)- 635/2015 saylı qərarı ilə Nizamı Bələdiyyəsinin 26 09.2003-cü ıl tarixli. 12 saylı qərarı etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.10 2015-ci il tarixli, 2- 1(103)717/15 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-lqtısadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. İ qrup əlil X6 müraciəti nəzərə alınaraq bağlanmış icarə müqaviləsi ilə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinə xitam verilmiş və həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m. torpaq sahəsinə dair təyinatı dəyişdirilməklə yem icarə müqaviləsi bağlanmışdırş xx.xx.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş icarə müqaviləsinə xitam verildiyini, həmin ünvanda yerləşən umumilikdə 911 kv.m. torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlandığını nəzərə alaraq, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”un tələblərinə uyğun olaraq yem bağlanmış xx.xx.2018ci il tarixli 1450 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 911 kv.m. torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmasın və X5 adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir.

5. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7-182/2g saylı məktubu ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, təqdim olunan yeni icarə müqaviləsi əsasında İ qrup əlil vət.X5 faktiki istifadəsində olan 911 kv.m. torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2010-ci il tarixli **********10 saylı məktubu ilə məhkəmələr tərəfindən Çobanzadə küçəsində yerləşən 105 kv.m torpaq sahəsinə dair bildirişlər daxil olduğu göstərilməklə Bakı Şəhər İcra Hakimiyyətinin məktubunun icrasından imtina edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7-182/2g saylı məktubunda göstərildiyi kimi qüvvədə olan məhkəmə qərarlarına əsasən sözügedən 105 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin mülkiyyətində deyil, dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, 2 saylı Bakı İnzibatı-lqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-307/2018 saylı qərarı ilə isə X5 adına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Məktubunuzda qeyd olunan bütün məhkəmə bildirişləri Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə verilmiş və reyestrdən çıxarışla rəsmiləşdirilmiş 105 kv.m torpaq sahəsinə aid olduğundan, sonradan həmin qərarın və reyestrdən çıxarışın isə qüvvədə olan məhkəmə qərarları ilə etibarsız hesab edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti ilə İ qrup əlil X12 arasında 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli. 1460 saylı .cam müaqviləsinin dövlət reyestrində qeydə alınaraq X5 adma dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir.

6. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 1460 nömrəli Müqaviləyə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-4375/2014 saylı Qərarı və X12 adından çıxış edən Tamara Həmidovanın xx.xx.2018-ci il tarixli müraciət məktubuna əsasən ünvan 11 saylı ünvanda yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. İcarəyə verən (Bakı Şəhər İcra Hakimiyyəti) icarə əsasında sahəsi 911 kv.m olan torpaq sahəsini İcarəçiyə (X8) 49 il müddətinə istifadəyə vermişdir, icarəçi (X12) isə onu qəbul etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1391/2022 nömrəli Qətnaməsində qeyd olunmuşdur: ... İşin materiallarından görünür ki, müqavilə tərəfi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı iddiaçı ilə 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin dövlət reyestrində qeydə alınaraq X5 adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, başqa sözlə Bakı şəhər İcra Hakimiyyətinin iddiaçının faktiki istifadəsində olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı heç bir etirazı olmamışdır. Sənədləşmə zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktlarından sonra tərəflər arasında bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən icarəyə verilən torpaq sahəsi 911 kv.metr kimi göstərilsə də, X5 faktiki istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.metr təşkil edir. Artıq göstərilmiş 40 kv.metr torpaq sahəsi isə X5 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. Hazırki iddia tələbində də iddiaçı "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqaviləsində dəyişiklik edilməklə məhz artıq sahə olaraq göstərilmiş 40 kv.m sahə çıxılmaqla 911 kv.m sahənin (911-40=871) 871 kv.m sahə kimi göstərilməsini tələb edir. ...İddia təmin edilsin. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı xx.xx.1998-ci il tarixli məktubu”; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə "xxxx" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilsin. Müqavilənin 1.1-ci bəndində göstərilən, ”911 (doqquz yüz on bir)” sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü “513 (beş yüz on üç) manat 89 qəpik” sözü ilə dəyişdirilsin.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1391/2022 nömrəli İcra Vərəqəsinə əsasən "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilsin. Müqavilənin 1.1 -ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilsin.

9. İddiaçı Əli Bahadur Oktay oğlunun cavabdehlər X12 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 3919/2024 nömrəli Qərarında qeyd olunmuşdur: ...Birinci instansiya məhkəməsində icraat .... 8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. ... ...Apellyasiya instansiyası məhkəməsindəki icraat ...18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası əvvəla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı iş üzrə preyudisial hesab edərək nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin iş üzrə iddia "xxxx" Kollektiv Müəssisəsi tərəfindən qaldırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" Kollektiv Müəssisəsi 29 mart 2020-ci il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 59.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, "xxxx" Kollektiv Müəssisəsi ləğv edildiyindən, hüquq varisliyindən söhbət gedə bilməz və İddiaçı da onun hüquqi varisi hesab olunmur. Belə vəziyyətdə əvvəlki işlə hazırkı işdəki iddiaçıların fərqli olduğu müəyyən olunur ki, bu da preyudisiallığı istisna edir. Həmçinin sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi üzrə onun mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 0,758270 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə hər hansı müdaxilə olubolmamasının müəyyən edilməsi məqsədi ilə kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, İddiaçı (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən perimetrik ölçülərə nəzərən isə sahənin 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, aparılmış müqayisəli tədqiqatla İddiaçı adına tərtib olunmuş (xx.xx.2020-ci il tarixli **********7676-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərq olduğu müəyyən edilmişdir.

21. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçının iddia etdiyinin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

22. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirmişdir ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. İddiaçı özü də müdaxilə olmadığını göstərmişdir.

23. İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. 24.İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. 25.Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab olunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, birbirinə aidiyyəti yoxdur. ... ...Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilməklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş ünvan 11 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi iddiaçının mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

45. Mülki qanunvericiliyə əsasən üçüncü şəxslər tərəfindən tərəf olmadığı müqavilələrin etibarlılıq şərtlərinin mübahisələndirilməsinə o halda yol verilir ki, həmin müqavilənin bağlanması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

46. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin iddiaçının hüquq və mənafelərinə toxunduğu məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən iddiaçının həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.

47. Kassasiya şikayətinin mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsinin yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında yerləşməsi və icarə müqaviləsi bağlanarkən səlahiyyətli dövlət orqanı olan "xxxx" ASC-nin razılığının alınmaması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 5.2-ci maddəsinə əsasən yalnız qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün iddia qaldırıla bilər. Hazırkı halda torpaq sahəsinin magistral su kəmərlərinin sanitar-mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin bağladığı müqaviləni mübahisələndirmək hüququ "xxxx" ASC-yə məxsus olduğundan və iddiaçının "xxxx" ASC-nin adından iddia qaldırmaq hüququ olmadığından bu dəlilə bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmaması prosessual pozuntu hesab edilə bilməz.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyaspı belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3919/2024 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdriən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən ərizəçinin nümayəndəsi tərəfindən göstərilən sahə 1 tərəfdən qonşu sahənin daş hasarı ilə, 1 tərəfdən (yol tərəf) yol kənarı yaşıllıq sahənin səkisi ilə digər tərəflərdən şərti olaraq göstərilmişdir. Tikili yoxdur, bir neçə yaşıllıq şam ağacları və meyvə ağacları vardır. Torpaq sahəsinin faktiki ölçüsü 871,0 kv.m təşkil edir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 11 saylı ünvanda yerləşən 871 kv.m torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını tələb etmişdir.

18. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

23. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Məhkəmə ilk növbədə müəyyən edir ki, Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 1460 nömrəli Müqaviləyə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4375/2014 saylı Qərarı və X12 adından çıxış edən Tamara Həmidovanın xx.xx.2018-ci il tarixli müraciət məktubuna əsasən ünvan 11 saylı ünvanda yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Belə ki, icarəyəverən (Bakı Şəhər İcra Hakimiyyəti) icarə əsasında sahəsi 911 kv.m olan torpaq sahəsini İcarəçiyə (X8) 49 il müddətinə istifadəyə vermişdir, icarəçi (X12) isə onu qəbul etmişdir. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1391/2022 nömrəli Qətnaməsi ilə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu”; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə "xxxx" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilmişdir; Müqavilənin 1.1-ci bəndində göstərilən, ”911 (doqquz yüz on bir)” sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü “513 (beş yüz on üç) manat 89 qəpik” sözü ilə dəyişdirilmişdir.

31. Odur ki, məhkəmə hesab edir, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1460 nömrəli Müqavilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1391/2022 nömrəli Qətnaməsi ilə tamamlanmaqla İddiaçı torpaq sahəsinə icarə hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

32. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı Əli Bahadur Oktay oğlunun cavabdehlər X12 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi irəli sürülmüşdür. İddiaçı Əli Bahadur Oktay oğlunun cavabdehlər X12 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3919/2024 nömrəli Qərarında qeyd olunmuşdur: ...Birinci instansiya məhkəməsində icraat .... 8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. ... ...Apellyasiya instansiyası məhkəməsindəki icraat ...18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar X12 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq X12 ödənilməsi qət edilmişdir. ...21. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçının iddia etdiyinin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

22. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirmişdir ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. İddiaçı özü də müdaxilə olmadığını göstərmişdir.

23. İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. 24.İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. 25.Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab olunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, birbirinə aidiyyəti yoxdur. ... ...Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilməklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş ünvan 11 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi iddiaçının mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

45. Mülki qanunvericiliyə əsasən üçüncü şəxslər tərəfindən tərəf olmadığı müqavilələrin etibarlılıq şərtlərinin mübahisələndirilməsinə o halda yol verilir ki, həmin müqavilənin bağlanması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. ...48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3919/2024 nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Odur ki, məhkəmə müəyyən edir ki, Əli Bahadur Oktay oğlu tərəfindən hazırki iş üzrə İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi irəli sürülsə də, məhkəmə tərəfindən Əli Bahadur Oktay oğluna məxsus torpaq sahəsinə İddiaçı tərəfindən hər hansı müdaxilə olmadığı, torpaq sahələrinin üst-üstə düşmədiyi, torpaq sahələrinin qonşu ərazilərdə yerləşdiyi və birbirlərinə aidiyyəti olmadığı müəyyən edilmişdir (məhkəmə İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyi əsasında müvafiq qənaətə gəlmişdir).

34. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə icarə hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. ünvan 11 ünvanında yerləşən faktiki sahəsi 871 kv.m olan torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar