Məhkəmə qərarları › İş №e-2-1(112)-7805/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7805/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7805/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, onun xx.xx.2008-ci il tarixdən xx.xx.2008ci il tarixədək Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X1 müvəqqəti rəisi vəzifəsinin, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X2 Departamentinin direktor müavini Torpaq ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsinin, xx.xx.2012-ci il tarixdə 6 saylı Ərazi Ekologiya və X1 müvəqqəti müdiri vəzifəsinin, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X2 Departamentinin Torpaq Ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 Departamentinin X2nin təhlili regionlarla iş və ekoloji maarifləndirmə sektorunda baş məsləhətçi vəzifəsinin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun baş məsləhətçisi vəzifəsinin, inzibati vəzifələr üzrə davamlı olaraq ümumilikdə 13 il, 01 ay dövlət qulluğu stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 13 ildən artıq müddətdə (xx.xx.2008xx.xx.2021) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə dövlət qulluqçusu kimi işləmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X1 rəisi vəzifəsini müvəqqəti icra etmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X2 Departamentinin direktor müavini-Torpaq ehtiyyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsində, xx.xx.2012-ci il tarixdə 6 saylı Ərazi Ekologiya və X1 müvəqqəti müdiri vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X2 Departamentinin Torpaq Ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 Departamentinin X2nin təhlili regionlarla iş və ekoloji maarifləndirmə sektoruna baş məsləhətçi vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş və xx.xx.2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Ona xx.xx.2011-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü il tarixdə 3-cü dövlət qulluqçusu ixtisas dərəcəsi və xx.xx.2018-ci iİ tarixdə 2-ci dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Davamlı olaraq inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onu dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5/N-121 -09 saylı, xx.xx.2022-ci il tarixli məktubunda cavab olaraq bildirilmişdir ki, göstərilən tələb və xahişlərin icrası onların imkanları xaricindədir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onun müraciət məktubunda qeyd etdiyi məsələlərin icrasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 4/1767-09 №li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Bu səbəbdən iddiaçının ərizəsində qeyd etdiyi tələbin həyata keçirilməsi imkanları xaricindədir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “iddiaçının 13 il 01 ay qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin müəyyən (təsdiq) edilməsi və iddiaçının dövlət qulluqçularının dövlət reyestri siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/1812-09 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: İddiaçıya məxsus ИТ-İ seriyalı ******* № li əmək kitabçasının təsdiq edilmiş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı; xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin direktoru vəzifəsinə təyin edilib (Əmr № 318, xx.xx.2006); xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasınıın Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Nazirliyin 4 saylı Ərazi Ekologiya və X1 rəisi vəzifəsi müvəqqəti olaraq həvalə edilmişdir (Əmr № 365/k, xx.xx.2008); xx.xx.2008-ci il tarixdə X2 Departamentinin direktor müavini- Torpaq ehtiyatlarının mühafizəsi sektrorunun müdiri vəzifəsinə təyin edilmişdir (Əmr № 563/k, xx.xx.2008); xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Nazirliyin 4 saylı Ərazi ETSŞ-nin rəisi vəzifəsi müvəqqəti olaraq həvalə edilmişdir (Əmr № 566/k, xx.xx.2008); xx.xx.2008-ci il tarixdə 4 saylı Ərazi ETSŞ-nin rəisi vəzifəsinin icrası dayandırılıb (Əmr № 662/k, xx.xx.2008); xx.xx.2011-ci il tarixdə Kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilib (Əmr 284/ü xx.xx.2011); xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü bəndinə əsasən Nazirliyin 6 saylı Ərazi Ekologiya və X1 müdiri vəzifəsi müvəqqəti olaraq həvalə edilmişdir (Əmr № 036/k, xx.xx.2011); xx.xx.2014-cü il tarixdə Struktur dəyişikliyi ilə əlaqədar Departamentin Torpaq ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsinə təyin edilmiş və ona həvalə edilmiş vəzifəsinin icrasını davam etmişdir (Əmr № 041/k, xx.xx.2014); xx.xx.2014-cü il tarixdə İİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir (Əmr 269/ü, xx.xx.2014); xx.xx.2017-ci il tarixdə həvalə edilmiş vəzifəsinin icrası dayandırılmışdır (Əmr № 142/k, xx.xx.2017); xx.xx.2018-ci il tarixdə İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir (Əmr № 321/ü, xx.xx.2018); xx.xx.2018-ci il tarixdə Struktur dəyişikliyi ilə əlaqədar X2 Departmetinin X2nin təhlili, regionlarla iş və ekologiya maarifləndirmə sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmişdir (Əmr № 583/k, xx.xx.2018); xx.xx.2019-cu il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişir (Əmr № 634/k, xx.xx.2019); xx.xx.2021-ci il tarixdə İdarənin “Ətraf mühitdən istifadənin tənzimləməsi və tullantıların idarə edilməsinin təhlili sektoru” “Ətraf mühitdən istifadənin tənzimlənməsi və Ekoloji maarifləndirmə sektoru” adlandırılmışdır. (Əmr № 074/k, 29.0.2021); xx.xx.2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir (Əmr № 677/k, xx.xx.2021); xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və ekologiya maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş (Əmr № xx.xx.2021) və hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2014-cü il tarixli, 269/ü №-li əmrin surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na, 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın müddəalarına və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 15.6-cı bəndinə əsaslanaraq 23 may- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və idarəetmə orqanlarında işləyən dövlət qulluqçularının tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq onlara verilən ixtisas dərəcələri və edilən dəyişikliklərin siyahısı təsdiq edilmişdir (əlavə olunur). Əmrə əsasən xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan aşağıda adları göstərilən şəxslərə dövlət qulluqçularının qulluq stajına və tutduğu vəzifəyə uyğun olaraq verilən ixtisas dərəcələri verilmişdir; - № 22. İddiaçı-sektor müdiri, 5 il 7 ay dövlət qulluğu stajı, kiçik dövlət qulluçusuna- “İİİ dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 321/ü №-li əmrin surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na, 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın müddəalarına və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 15.6-cı bəndinə əsaslanaraq 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və idarəetmə orqanlarında işləyən dövlət qulluqçularının tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq onlara verilən ixtisas dərəcələri və edilən dəyişikliklərin siyahısı təsdiq edilmişdir (əlavə olunur): Əmrə əsasən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan aşağıda adları göstərilən şəxslərə dövlət qulluqçularının qulluq stajına və tutduğu vəzifəyə uyğun olaraq verilən ixtisas dərəcələri verilmişdir; - № 46. İddiaçı-sektor müdiri, 9 il 7 ay dövlət qulluğu stajı, kiçik dövlət qulluçusuna- “İİ dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 677/k №-li əmrin surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun baş məsləhətçisi – 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.2021-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Əsas: İddiaçı ərizəsi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hüquq və İnsan Resursları üzrə şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 761 №-li məktubunda göstərilmişdir ki, “Sorğunuza əsasən 7 saylı Regional Ekologiya və Təbi” Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə sektorunun baş məsləhətçisi işləyən İddiaçı haqqında əmək haqqı üzrə məlumat: Ştat cədvəlinə uyğun olaraq 01.01 2020-ci ildən xx.xx.2021 -ci ii tarixə qədər 677 manat aylıq əmək haqqı almışdır. xx.xx.2021-ci il İddiaçı dövlət qulluğuna xitam verildikdən sonra ştat cədvəlinə uyğun olaraq xx.xx.2021-ci ii tarixindən xx.xx.2022-cı il tarixınədək 510 manat əmək haqqı almışdır”. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, № xx/xx-2213272 saylı məktubda bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, müvafiq dövlət qulluğu vəzifələrinə qəbul qaydaları müəyyən olunmuşdur. Bu Qanunun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.5-ci maddəsinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Həmin Qanunun 28.12-ci maddəsinin 3-cü hissəsinə əsasən, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.12-ci maddəsində nəzərdə tutulmuş siyahı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmamışdır. Müraciətində 13 ildən çox dövlət qulluğu stajının olduğunu bildirdirmişdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Qeyd edilənlərə əsasən, dövlət qulluğunda inzibati vəzifələrdə 5 ildən çox qulluq stajının olduğu halda, o, inzibati vəzifələrin tutulması məqsəd ilə keçirilən ümumi müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana ünvanladığı müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 07 xx.xx.2022-ci il tarixli, 2/N-121-09 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 12ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 15-1.2-ci maddəsinə əsasən Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Həmin Qanunun 21.1.6-cı maddəsinə əsasən dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən, Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin (bundan sonra “Dövlət Reyestri” adlandırılacaqdır) tərtib edilməsi və aparılması, ondan istifadə və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh inzibati orqanda dövlət qulluğu vəzifələrində stajı xx.xx.2008-cш il tarixdən xx.xx.2021-ci il tarixə kimi təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış (təqdim olunmuş ştat cədvəllərinə əsasən), eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X1 müvəqqəti rəisi vəzifəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X2 Departamentinin direktor müavini Torpaq ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsində, xx.xx.2012-ci il tarixdə 6 saylı Ərazi Ekologiya və X1 müvəqqəti müdiri vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X2 Departamentinin Torpaq Ehtiyatlarının mühafizəsi sektorunun müdiri vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 Departamentinin X2nin təhlili regionlarla iş və ekoloji maarifləndirmə sektorunda baş məsləhətçi vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektorunun baş məsləhətçisi vəzifəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilsin və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar