Məhkəmə qərarları › İş №e-2-1(112)-7811/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7811/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7811/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanda yerləşən bağ sahəsi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun xx.xx.1931-ci il tarixdə doğulmuş və xx.xx.1996-cı il tarixdə vəfat edən mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən bağ sahəsi 0,12 ha torpaq sahəsi onun atasına məxsus olmuşdur. Atası xx.xx.1931-ci il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. O, mərhum atasından miras qalmış ünvan 4 ünvanında yerləşən bağ sahəsi 0,12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubda bildirilir ki, xx.xx.1931-ci il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə vəfat vəfat etməsi ilə əlaqədar vərəsələrin mərhumun xx.xx.1960-cı il təvəllüdlü oğlu X8 vərəsəsi olması barədə ona məlumat verilir. ünvan 3 ünvanında sahədə yerləşən 0,12 ha torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş olunur. Əlavə olaraq o, ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 3 torpaq sahəsinin evsiz özəlləşməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmiş, həmin bildirişdə göstərilmişdir ki, torpaq sahəsi Ləhiş deyil, Pirşağı bağ massivində yerləşir, əlavə olaraq torpaq sahəsi sənəd üzrə 0,12 ha qeyd olunsa da faktiki 0,1070 təşkil edir. Torpaq sahəsinin uyğunsuzluğuna görə də, ona imtina verilmişdir. Bütün bu sənədlərin mövcud olması Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona imtina edilərək mənzilə dair çıxarışın verilməməsi vətəndaş kimi hüquqlarının pozulması deməkdir. Ona görə də, o, məcbur olub, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Bildirir ki, bu imtinada göstərilən hallar onun səhvi ucbatından olmamışdır və cavabdeh tərəfin bu uyğunsuzluğu aradan qaldıra bilər. Belə ki, uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzlugla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz. Belə ki, Bakı şəhər XDS-nin xx.xx.1989-cu il tarixli 27011 saylı bağ və tikintilərin uzunmüddətli icarəyə verilməsi müqaviləsi ilə 2/585-li xx.xx.1986-cı il nizamnaməsində Bakı şəhər İcarəyyə Komitəsinin bağ sahələrinin verilməsi üzrə komissiyanın xx.xx.1986-cı il tarixli qərarının 3/376 saylı protokolu əsasında X6 ilə həmin müqavilə Ləhiş qəsəbəsində yerləsən 0,12 hektar sahəsi olan 3051 saylı bağ sahəsi verilmişdir. Həmin müqavilədə ailə üzvləri də, qeyd olunmuşdur. Həmin müqavilə atası tərəfindən tərtib olunmamışdır ki, orada Ləhiş sözün atası qeyd etsin. Hazırda da, bağ onların istifadələrindədir və Ləhiş bağlarında yerləşir. İçində tikili də vardır və onlar ondan uzun illərdir ki, ailəlikcə istifadə edirlər. Ona görə də, hesab edir, cavabdehin iddiası tamamilə absurddur və əsasızdır. Həmçinin, bu müqavilə cavabdehə müraciət etdikdə cavabdeh məktubla bildirmişdir ki, müqavilə arxivdə mövcuddur. Buradan da görünür ki, onların müqaviləsi qanuni və əsaslıdır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ünvan 3 ünvanında yerləşən bağ sahəsi 0.1070 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun xx.xx.1931-ci il tarixdə doğulan və xx.xx.1996-cı il tarixdə vəfat edən mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ünvan 5 ünvanda yerləşən bağ sahəsi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun xx.xx.1931-ci il tarixində doğulan və xx.xx.1996-cı il tarixində vəfat edən iddiaçının mərhum atası X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yerləşməsində ciddi uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən torpaq sahəsi Ləhiş deyil, Pirşağı bağ massivində yerləşir. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki 0.1070 ha təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

9. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən cavabdehə xx.xx.1931-ci il tarixdə anadan olmuş X3 xx.xx.1996-cı il tarixdə vəfat etməsi ilə əlaqədar ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət daxil olması və vərəsələrin ərizəsi əsasında ofislərində vərəsəlik işi açılmışdır. xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmiş, vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 4 bağlı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş edilmişdir.

10. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989-cu il tarixli, 27011 nömrəli müqaviləyə əsasən X7 və İstismarı Birliyi ilə X6 arasında Ləhiş qəsəbəsində yerləşən, “3051” saylı, 0.12 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqailə bağlanmışdır.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 3-48-2F/2-666/2025 nömrəli məktubla bildirilmişdir ki, Bağlar Təsərrüfatı İdarəsinin arxiv sənədləri o , cümlədən vətəndaşlarla bağlanmış müqavilələr Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli, 3-52/2-1000/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhər X4 və İstismarı Birliyi tərəfindən verilən müqavilələr Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.

13. Məhkəmənin “Sabunçu rayonu, Ləhiş bağ massivi, 3051 saylı bağ sahəsinə dair sənədlərin, sxematik xəritədən çıxarışın, müayinə aktı, koordinatların, qonşuluğunda qeydiyyata alınmış bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətlərinin, situasiya planı və ortofoto görüntüsünün məhkəməyə təqdim edilməsi ilə bağlı” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-15699/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğunun icrası ilə əlaqədar olaraq sözügedən bağ sahəsinin qonşuluğunda qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1204 saylı bağ sahəsinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin (çıxarışın surəti sənədlər toplusunda saxlanılmamışdır), Ləhiş bağ massivi, 3051 saylı bağ sahəsinə aid arxiv qovluğunda mövcud olan sənədlərin, həmçinin digər müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3051 saylı bağ sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş daşınmaz əmlakların qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin surətlərini və ortofo görüntüsünü məhkəməyə təqdim edilməsi ilə bağlı” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-29541/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin qonşuluğunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6814 saylı bağ sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6238 saylı evi dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq qonşuluğunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6814 saylı bağ sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6238 saylı evinə dair ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətini və ortofo görüntüsü təqdim edilmişdir.

15. Sabunçu rayon İcra Hakimiyyəti başçısını Kürdəxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-18-4/2-66/2025 nömrəli arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3051 saylı torpaq sahəsi faktiki olaraq Kürdəxanı qəsəbəsinin inzibati ərazisində yerləşir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə edən təəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İşin hallarından göründüyü kimi, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989cu il tarixli, 27011 nömrəli müqaviləyə əsasən X7 və İstismarı Birliyi ilə X6 arasında Ləhiş qəsəbəsində yerləşən, “3051” saylı, 0.12 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqailə bağlanmışdır. xx.xx.1931-ci il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. ünvan 7 ünvanlanmış məktuba əsasən İddiaçı atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. İddiaçı sözügedən bağ sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsində ciddi uyğunsuzluğun olmasına, göstərilən torpaq sahəsinin Ləhiş deyil, Pirşağı bağ massivində yerləşməsinə, əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.12 ha qeyd edilməsinə baxmayaraq faktiki 0.1070 ha təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.

24. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. Cavabdehin ilkin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin edilməsindən torpaq sahəsinin Ləhiş deyil, Pirşağı bağ massivində yerləşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı aidiyyəti orqanlardan əlavə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Ləhiş bağ massivində yerləşən torpaq sahəsi faktiki olaraq Kürdəxanı qəsəbəsinin inzibati ərazisində yerləşir, bundan əlavə cavabdeh tərəfindən verilmiş ortofogörüntüsünə əsasən də, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda Ləhiş bağ massivində yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi müəyyən edilmişdir.

26. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsini Ləhiş bağlar massivində yerləşməsi işdə olan sübutlarla öz təqdini tapmışdır.

27. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinin əsaslarında bağ sahəsinin faktiki ölçüsünün 1070 kv.m təşkil etməsinə istinad edilmişdir ki, məhkəmə cavabdehin həmin dəlilini əsaslı hesab edərək qeyd edir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m olsa da, faktiki ölçüsü 1070 kv.m təşkil etdiyindən və iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bağ sahəsi üzərində hüquqların faktiki ölçülərə uyğun qeydiyyata alınması xahiş edildiyindən iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməli və onun mərhum atasının bağ sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum atasının adına sözügedən bağ sahəsinə dair 1070 kv.m hissədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

31. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X3 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

32. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

33. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

34. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən bağ sahəsi 0.1070 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun xx.xx.1931-ci il tarixdə doğulan və xx.xx.1996-cı il tarixdə vəfat edən mərhum atası X5 məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar