Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7830/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR X8 İcraiyyə Komitəsi tərəfindən 174047 nömrəli, 05 mart 1977-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Orderdə iddiaçıdan başqa növbəti şəxslərin adları əks olunmuşdur: 1) Əhmədov (Qasımov) Müşfiq Tofiq oğlu; 2) Hüseynova (Qasımova) Ruhiyyə Tofiq qızı; 3) X9. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanun”un 5- ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, istinad edilən norma məhz mənzil kirayə müqaviləsi və ya orderdə adı qeyd edilən şəxslərin razılığı əsasında mənzilin onlardan birinin mülkiyyətinə verilməsini şərtləndirir. İddiaçı istinad edilən normanın tələbinə uyğun olaraq öz ərizəsinə mənzil orderində adları qeyd edilən şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini əlavə edərək həmin mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi müraciət etmişdir. Lakin, cavabdeh orqanın verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “müraciətə X4 qeyd olunan mənzilin özəlləşdirilməsinə razılığı barədə notarial qaydada təsdiqlənmiş ərizəsi əlavə edilməmişdir”. X10 iddiaçının keçmiş gəlinidir (oğlunun keçmiş arvadı). Q.Aytənlə iddiaçının oğlu X11 2 ildən çoxdur ki, nikah münasibətlərinə xitam veriblər. Eyni zamanda, onlar arasında rəsmi nikaha da məhkəmə qaydasında xitam verilib. Qasımova Aytən formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və orada yaşamır. Buna görə də, o formal qeydiyyatda olduğu sözügedən mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair razılıq vermir. Cavabdeh orqanın cavab məktubunda Qasımova Aytənin razılıq ərizəsini təqdim etməsinin əsası qismində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanun”un 8-ci maddəsinə istinad etmişlər. Həmin maddə qanunda bu cür ifadə olunmuşdur: Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi. Göründüyü kimi, qanun məhz ərizəçi ilə birlikdə yaşayan, o cümlədən müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ olan şəxslərin razılığını tələb edir. Qasımova Aytən ərizəçi ilə birlikdə yaşamır. Digər tərəfdən, o “müvəqqəti olaraq başqa yerə getməsi ilə bağlı mənzilə hüququ saxlanılan şəxslər” kateqoriyasına da aid deyil. Çünki, Q.Aytən artıq 2 ildən çoxdur ki, iddiaçının oğlu ilə faktiki nikah münasibətinə xitam verərək ayrı yaşayır. Belə olan halda, Q.Aytənin həmin mənzildə yaşaması və ya müvəqqəti olaraq başqa yerə getməsi ilə bağlı mənzilə hüququnun saxlanmasından söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil üzərində öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Bunun səbəbi isə, cavabdeh orqanın verdiyi cavab məktubundan da göründüyü kimi X4 iddiaçının xeyrinə mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi verməməsidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 7 saylı evin, 74 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışının əsli əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsinin məqsədəuyğun olmasına dair vətəndaşa **********92 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin iddiaçının müraciətinə X4 qeyd olunan mənzilin özəlləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiqlənmiş ərizəsi əlavə edilməmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 71.5 kv.m təşkil etməklə, 5 mərtəbəli binanın 5ci mərtəbəsində yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsiniə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrinin iştirakını təmin etməmişdirlər. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.
Tədqiq edilmiş sənədlər:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********92 3-21-3-30/2-Q-0069-8/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 7 saylı evin, 74 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışının əsli əlavə olunmaqla) “Asan xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin müraciətdə X4 qeyd olunan mənzilin özəlləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiqlənmiş ərizə əlavə edilməmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 3 ünvanında qeydiyyatdadırlar: X9 (xx.xx.1948-ci il təvəllüd), X12 (xx.xx.1973-cü il təvəllüd), X13 (xx.xx.1984-cü il təvəllüd), X10 (xx.xx.1987-ci il təvəllüd), X6 (xx.xx.2014-cü il təvəllüd), X2 (xx.xx.2015-ci il təvəllüd). xx.xx.2022-ci il tarixli, **********923 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X5 ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilin İddiaçı oğlunun adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. xx.xx.2023-cü il tarixli, **********415 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X13 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilin İddiaçı oğlunun adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********921 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X9 ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilin İddiaçı oğlunun adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********922 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X12 ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilin İddiaçı oğlunun adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı nümayəndəsi Vəkil ünvanladığı 16 noyabr 2022-ci il tarixli, BA-07398-2022 nömrəli məktubuna əsasən, X15 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli, 51 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə Bakı şəhəri, Şaumyan rayon XDS İK-nin 174047 nömrəli 05 mart 1977-ci il tarixli orderin surətini təqdim etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir:
Azərbaycan Respublikası Konstitusiyasının - 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; - 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
8. «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununa əsasən:
- 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2. bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 6 . Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; - 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. - 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
9. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiаçının hazırda yaşadığı və onun adına özəlləşdirilməsini tələb etdiyi mənzil 1977--ci ildən iddiaçının və ailəsinin istifadəsindədir. Həmin mənzilə köçməsinə əsas iddiaçının adına müvafiq dövlət orqanı tərəfindən verilmiş order olmuşdur.
10. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, 174047 nömrəli, 05 mart 1977-ci il tarixli order iddiaçının həmin mənzilə 1977-ci ildən etibarən istifadə hüququnun yarandığını da təsdiq edir.
11. Lakin həmin qanunda, mənzili özəlləşdirmək məqsədi ilə müvafiq dövlət orqana müraciət edən iddiaçının zəruri sənədləri təqdim etmək vəzifəsi nəzərdə tutulmuşdur.
12. İşin faktiki hallarından göründüyü kimi iddiaçının özəlləşdirmək istədiyi Bakı şəhəri, İ.Məmmədov küçəsi, ev 7, 74 nömrəli mənzildə yaşayış yeri üzrə X10 da qeydiyyatdadır.
13. İddiaçı ilə birgə yaşayan yetkinlik yaşına çatmış şəxslərin iddiaçının adına mənzilin özəlləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələri olsa da, X4 həmin mənzilin özəlləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizəsi iddiaçı tərəfindən nə cavabdeh inzibati orqana nə də məhkəməyə təqdim edilməmişdir.
14. İddiaçının özəlləşdirmək istədiyi mənzildə X3 faktiki yaşamaması, ailə üzvü olmaması, hər hansı səbəbə görə mənzilə hüququn olmaması barədə sübut məhkəməyə təqdim edilməmiş və həmin sübutun mövcudluğu barədə məlumat verilməmişdir. Belə olan halda, iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.
16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi haqqında iddia tələbi təmin edilməməlidir.
18. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova