Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7849/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2009-cu il tarixli, AZ-İİ №371670 saylı X10 əsasən X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda doğulmuşdur. Doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixli, 394 №-li akt qeydində qeydə alınmışdır. xx.xx.2009-cu il tarixli, 394 №-li doğum akt qeydində iddiaçının soyadı “Mirzəli” kimim qeyd edilmişdir. 087839 saylı xx.xx.2023-cü tarixli Əmək Kitabçasında iddiaçının adı, soyadı, ata adı X3 qeyd edilmişdir. İQ № 425459 saylı İlkin Hərbi Qeydiyyata X13 görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2023-cü ildə tibbi komissiyanı keçmiş və hərbi yararlı hesab edilmişdir. Həmçinin № 284 arayışdan görünür ki, X3 2022-2023 tədris ilində Bakı şəhəri, Nəsimi rayonu, N.Məmmədov adına 9№-li tam orta məktəbin İX sinifdə oxuyur. Eyni zamanda, Seriya AZE №11611604 saylı olan, Yardımlı RPŞ tərəfindən verilmiş foto-şəkilsiz şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 şəhəri, Heydər Əliyev küçəsi, mənzil 208 ünvanında qeydiyyatdadır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək İddiaçı doğumu ilə bağlı doğum haqqında akt qeydləri kitabında aparılmış 24 dekabr 2009-cu il tarixli 194 №-li qeyddəki “Mirzəli” soyadının “Mirzəxanlı” soyadına dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 394 saylı, xx.xx.2009-cu il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında soyadın “Mirzəli”dən “Mirzəxanlı”- ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənizin şöbəmiz tərəfindən təmin edilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, yaşadığınız rayonun məhkəməsinə müraciət etməyiniz tövsiyyə olunur. “ İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinmüzərinə doğum haqqında akt qeydləri kitabında aparılmış 24 dekabr 2009-cu il tarixli 394 №-li qeyddəki “Mirzəli” soyadının “Mirzəxanlı” soyadına dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydləri kitabında övladının “soyadı” qeydi düzgün aparılmamışdır, odur ki, cavabdehin imtinası əsaslı deyildir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda iddia tələbinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçinin məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə olunmuş xx.xx.2009-cu il tarixli, №394 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının adı, soyadı və ata adı X2 qeyd olunmuşdur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün sənədlərində, doğum haqqında şəhadətnamədə, şəkilsiz şəxsiyyət vəsiqəsində, əmək müqaviləsində, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə, X15 tərəfindən verilmiş imtahana buraxılış vərəqində, əmək kitabçasında və digər sənədlərdə onun soyadı “Mirzəxanlı” göstərilmişdir. Yalnız Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixdə qeydə alınmış 394 saylı doğum akt qeydində iddiaçının soyadı “Mirzəli” göstərilmişdir ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə olunmuş akt qeydlərindən görünür ki, iddiaçının bacı və qardaşlarının (Vəfa Mirzəxanlı, Rüstəm Mirzəxanlı və Könül Mirzəzanlı) soyadı “Mirzəxanlı”dır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum akt qeydindəki yanlışlıq aradan qaldırılaraq onun soyadı digər sənədlərinə və bacı, qardaşlarının soyadına uyğunlaşdırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş Mirzəxanlı (Mirzəli) Şəhriyar Şəmsəddin oğlunun Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 394 № li doğum akt qeydində dəyişiklik edilərək soyadını “Mirzəli” əvəzinə “Mirzəxanlı” qeyd edilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7849/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7849/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver