Məhkəmə qərarları › İş №e-2-1(112)-7850/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7850/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7850/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ :

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması və ödənilmiş pensiya ödənişlərinin geri tələb edilməsinə dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın qərarının ləğv edilməsini və xx.xx.2025-ci il tarixdən etibarən iddiaçının əmək pensiyasından bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş № 2- 1(112)-7850/2025)

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmışdır.

4. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. (iş № 2-1(112)-7850/2025)

5. Eyni zamanda X2 cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya ödənilən əmək pensiyasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 yanvar 2025-ci il tarixindən dayandırılmasının qanunsuz hesab edilməsi və təyin edilmiş əmək pensiyasının ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürmüşdür (iş № 2-1(112)-7521/2025).

6. Daha sonra, iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi X1 ödənilən əmək pensiyasının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3- 897/2025 nömrəli və X1 əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-892/2025 nömrəli qərarlarının ləğv edilməsi, X1 təyin edilmiş əmək pensiyasının 01 yanvar 2025-ci il tarixindən dayandırılmasının qanunsuz hesab edilməsi və X1 təyin edilmiş əmək pensiyasının ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi dəyişdirilmişdir (iş № 2- 1(112)-7521/2025).

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə məhkəmə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması (qarşılıqlı nəzərə alınması) qaydası “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsinin müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır (iş № 2-1(112)-7521/2025).

8. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir (iş № 2-1(112)-7521/2025).

9. Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-7850/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-7521/2025 nömrəli işlə inzibati iş üzrə bir icraatda birləşdirilməlidir.

10. İnzibati Prosessual Məcəllənin: 16.3. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.

11. Məhkəmə hesab edir ki, qeyd olunan işlər bir-biri ilə əlaqəli olmaqla İPM-də nəzərdə tutulmuş eyni məhkəməyə aiddirlər.

12. İnzibati Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.

13. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

2-1(112)-7850/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-7521/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin və iş üzrə icraata xitam verilsin. İnzibati işə 2-1(112)-7521/2025 saylı nömrə altında baxılsın. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar