Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7912/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2- 3/2-166667/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cü il tarixli 3-21-2-3/2- 166667/2025 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisəyə 2023-cü il üzrə 27005,41 manat mənfəət hesablanmışdır. Qərarın əsaslandırma hissəsindən müəyyən olunur ki, hesablamanın səbəbi 135027,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsidir. Aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edirəm ki, cavabdehin xx.xx.2025-cü il tarixli 3-21-2-3/2-166667/2025 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarı qanunsuz və əsassızdır. Məlumat üçün bildirim ki, müəssisə ilə "xxxx" MMC arasında malların alqısatqısına dair xx.xx.2023-cü il tarixli HYD002 nömrəli alqı satqı müqaviləsi bağlanmış, tərəflər arasındakı alqı-satqı əməliyyatıarı EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDL seriyalı 084509 nömrəli, EBDL seriyalı 301596 nömrəli, EBDL seriyalı 757378 nömrəli, EBDN seriyalı 650966 nömrəli, EBDN seriyalı 519896 nömrəli, EBDN seriyalı 473383 nömrəli, EBDM seriyalı 769740 nömrəli, EBDM seriyalı 084862 nömrəli elektron qaimə-faktura, və müvafiq təhvil təslim akatları ilə rəsmiləşdirilmişdir. Müəssisə ilə "xxxx" MMC arasında malların alqı satqısına dair xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli alqı satqı müqaviləsi imzalanmış, tərəflər arasındakı alqı-satqı əməliyyatıarı EBDH seriaylı 640044 nömrəli EQF və müvafiq təhviltəslim aktı ilə rəsmiləşdirilmişdir. Sözügedən əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunduğundan həmin əməliyyatlara dair sənədlər xərc sənədi kimi nəzərə alınmamışdır. Əməliyyatların riskli hesab edilməsinə səbəb "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli qərarına, "xxxx" MMC-nin (VÖE **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmağıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə əməliyyatlar xx.xx.2023xx.xx.2023-cü il tarix aralığında aparılmış və həmin vaxt sözügedən vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır. Eləcə də, "xxxx" MMC ilə əməliyyatlar 2023-cü ilin iyun ayında aparılmış və həmin vaxt sözügedən vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Uçot baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “X5 Avadanlıqların Təmiri Və Texniki Xidməti, Hidravlik Avadanlığın Təmiri Və Texniki Xidməti” olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə- fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal- materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 135 027,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2025-ci il tarixli **********835600 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 27005,41 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********807700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki,İddiaçı (VÖEN **********) MMC-nin qarşılıqlı əməliyyatlar apardığı "xxxx" MMC və "xxxx"MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-na əsasən riskli vergi ödəyiciləri hesab edildiyindən həmin verg ödəyicilərindən əldə etmiş olduğu elektron qaimə-fakturalar əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC-nin və "xxxx" MMC-nin fəaliyytələri üzrə aparılmış təhlillər nəticəsində riskli və ya əmtəəsiz əməliyyatlar aparılması şübhəsi yaranmışdır. Həmçinin vergi ödəyicisinin kontragentləri arasında müvafiq risk meyarlarına əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş vergi ödəyiciləri olduğundan vergi nəzarəti keçirilməsi ilə bağlı **********250100 və **********284700 nömrəli xidməti məktublarla X3 və Uçotun Təşkili Baş İdarəsinə müraciət olunmuşdur. Bununla bağlı olaraq keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ödəyicilər ilə əlaqə saxlamaq mümkün olmamış və aktiv təsərrüfat subyektləri olmadığı müəyyən olunmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, göründüyü kimi "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barədə DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bildiririk ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görünür ki, risk vergi ödəyiciləri arasında əməliyyat tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınaması təsdiq edilmişdir. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə X3 deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edirik.Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur İddiaçı tərəf xx.xx.2025-ci ildə iddia tələinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2025-cü il tarixli3-21-2-3/2-166667/2025 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən yəni 22364,72 manat hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-166667/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2023-cü il üzrə mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı-3.590.58 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 30.595.99; Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği. 27.005.41, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0.00, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı-0.00-dır. -EBDM seriyalı 301596 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, göndərən "xxxx" MMC və qəbul edən İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən yola salınmış mallar üzrə vergi tutulan əməliyyatlardan ödənilməli ədv məbləği 1612.65 manat, yekun ümumi məbləğ 10571.85 manat qeyd edilmişdir. -EBDH seriyalı 640044 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, göndərən SOFA 23 CORP” MMC və qəbul edən İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən yola salınmış mallar üzrə vergi tutulan əməliyyatlardan ödənilməli ədv məbləği 1963.72 manat, yekun ümumi məbləğ 12873.32 manat qeyd edilmişdir. -EBDL seriyalı 775619 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, göndərən "xxxx" MMC və qəbul edən İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən yola salınmış mallar üzrə vergi tutulan əməliyyatlardan ödənilməli ədv məbləği 1018.08 manat, yekun ümumi məbləğ 6674.08 manat qeyd edilmişdir. -EBDH seriyalı 65099 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, göndərən "xxxx" MMC və qəbul edən İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən yola salınmış mallar üzrə vergi tutulan əməliyyatlardan ödənilməli ədv məbləği 2986.84 manat, yekun ümumi məbləğ 19580.44 manat qeyd edilmişdir. -xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-326673/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 374075.05 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki eqaimə-fakturaların məbləği (111823.60) istisna olmaqla) və alış aktlarının məbləği (262251.45 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 262251.45 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (262251.45 manat) məbləğin müqayisəsi nəticəsində 111823.60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 368675.05 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 0.00 manat), elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar ( 0.00 manat) istisna olmaqla) 16262.30 manat) və alış aktları ( 0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi ( 16262.30 manat) məbləğdən -352412.75 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Sənədlər: həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi. -X4 Bəyannaməsinə əsasən 2024-cü ilin fevral ayı üzrə: hesabat dövründəki dövriyyə üzrə X4 hesablanması üzrə hesabat dövründəki dövriyyə üzrə X4 hesablanması ilə bağlı əməliyyatlar üzrə əlavə dəyər vergisi məbləği-868.50 manat; Hesabat dövrü üzrə debitor borclarının(ədv nəzərə alınmadan) hərəkəti barədə məlumata əsasən ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 119.690.95 manat, ƏDV-nə sıfır(0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 20.221.00 manat; Hesabat dövründəki dövriyyə üzrə əvəzləşdirilən X4 hesablanması üzrə cəmi dövriyyə məbləği(ƏDV-siz) 3.386.00 manat, ƏDV məbləği 609.48 manat olmaqla, yekun olaraq hesabat üzrə büdcəyə ödənilməli ƏDV məbləği 259.02 manat göstərilmişdir. -xx.xx.2023-cü il tarixli HYD002 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı “Snopierc Op” satır, alıcı İddiaçı MMC isə yazılı və ya şifahi sifarişlərə əsasən malları və ya xidmətləri alır. Alınacaq malların miqdarı, dəyəri və həmçinin malların təslim müddəti həmin sifarişdə göstəriləcəkdir. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Mövcud müqavilə alıcı və satıcı tərəfindən imzalanana qədər satıcı alıcı qarşısında heç bir öhdəlik daşımır. -xx.xx.2023-cü il tarixli 10/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 1584.00 manat, ƏDV 18% 285.12 manat olmaqla yekun 1869.12 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 09/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 4632.00 manat, ƏDV 18% 833.76 manat olmaqla yekun 5465.76 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 08/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 1600.00 manat, ƏDV 18% 288.00 manat olmaqla yekun 1888.00 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 07/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 8959.20 manat, ƏDV 18% 1612.65 manat olmaqla yekun 10571.85 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 06/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 17448.00 manat, ƏDV 18% 3147.84 manat olmaqla yekun 20635.84 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 19612.80 manat, ƏDV 18% 3530.30 manat olmaqla yekun 23143.10 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 7788.40 manat, ƏDV 18% 1401.91 manat olmaqla yekun 9190.31 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 03/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 13606.40 manat, ƏDV 18% 2449.15 manat olmaqla yekun 16055.55 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 04/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 3393.60 manat, ƏDV 18% 610.84 manat olmaqla yekun 4004.44 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 05/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 5656.00 manat, ƏDV 18% 1018.08 manat olmaqla yekun 6674.08 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 11/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 16593.60 manat, ƏDV 18% 2986.84 manat olmaqla yekun 19580.44 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 11 nömrəli Təhvil-Təslim Aktına əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD002 nömrəli müqaviləyə əsasən 280 məhsul təhvil-təslim üzrə qeyd edilmişdir. -xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən satıcı "xxxx" satır, alıcı İddiaçı MMC isə yazılı və ya şifahi sifarişlərə əsasən malları və ya xidmətləri alır. Alınacaq malların miqdarı, dəyəri və həmçinin malların təslim müddəti həmin sifarişdə göstəriləcəkdir. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqlıqları və yazışmaları əvəz edir. Mövcud müqavilə alıcı və satıcı tərəfindən imzalanana qədər satıcı alıcı qarşısında heç bir öhdəlik daşımır. -11 nömrəli Razılaşma protokoluna əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli müqaviləyə əsasən məhsullar üzrə cəmi məbləğ 10909.60 manat razılaşdırılmışdır. -xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 10909.60 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli Fakturaya əsasən "xxxx" MMC və İddiaçı MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli müqaviləyə əsasən məhsulların dəyəri cəmi 10909.60 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli 01 nömrəli “Təhvil-Təslim Aktına” əsasən icraçı "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli müqaviləyə əsasən 15 məhsul üzrə 10909.60 manat dəyərində məhsul təhvil-təslim üzrə qeyd edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia i-nzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli qərarını məhkəmədə xx.xx.2025-ci il tarixdə mübahisələndirilməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC və xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC ilə 2023-cü ildə apardığı əməliyyatlar riskli hesab olunduğundan həmin əməliyyatlara dair sənədlər xərc sənədi kimi nəzərə alınmamışdır. Həmin əməliyyatlar üzrə 111823,6 manat EQF əsasında alınmış mallara dair sənədlər riskli hesab olunmuş və xərc sənədi kimi nəzərə alınmamışdır. Beləliklə sözügedən xüsatla bağlı hesablanmış mənfəət vergisi (111823,6 * 20 %) 22364,72 manat təşkil edir. Vergi orqanı xx.xx.2025-cü il tarixli 3-21-2-3/2-166667/2025 nömrəli qərarla 2023cü il mənfəət vergisi üzrə 27.005,41 manat əlavə vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli HYD002 nömrəli alqı satqı müqaviləsi bağlanmış, tərəflər arasındakı alqı-satqı əməliyyatları EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDL seriyalı 084509 nömrəli, EBDL seriyalı 301596 nömrəli, EBDL seriyalı 757378 nömrəli, EBDN seriyalı 650966 nömrəli, EBDN seriyalı 519896 nömrəli, EBDN seriyalı 473383 nömrəli, EBDM seriyalı 769740 nömrəli, EBDM seriyalı 084862 nömrəli elektron qaimə-faktura, və müvafiq təhvil təslim akatları ilə rəsmiləşdirilmişdir. Müəssisə ilə "xxxx" MMC arasında malların alqı satqısına dair xx.xx.2023-cü il tarixli HYD8795 nömrəli alqı satqı müqaviləsi imzalanmış, tərəflər arasındakı alqı-satqı əməliyyatları EBDH seriaylı 640044 nömrəli EQF və müvafiq təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab olunsalar da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyat 2023-cü iə aid olmuş, həmin dövrdə MMC-lər riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Beləliklə, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı hər iki MMC—lər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Vergi orqanı iddiaçının apardığı əməliyyatı əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatın əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Hazırkı iş üzrə riskli qaimənin verildiyi iyun 2023-cü il tarixdə qüvvədə olmuş Məcəllənin 109.9-cu maddəsinin redaksiyasına əsasən əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılmışdır. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması əsassız olmuşdur. Vergi orqanı iddiaçının adlar çəkilən riskli siyahıda olan MMC-lərlə aldığı xidmətlərin digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin xidmətlər ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı MMC-lər ilə apardığı əməliyyatlar üzrə xərc nəzərə almadıqda əməliyyatın baş verdiyi 2023-cü il üçün qüvvədə olmuş VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2025-cü il tarixli3-21-2-3/2-166667/2025 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı qismən yəni 22364,72 manat hissəsində ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-cü il tarixli3-21-2-3/2- 166667/2025 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarı 22364,72 manat məbləğində əlavə verginin hesablanması hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7912/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7912/2025
22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver