Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7915/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü il təvəllüdlüdür. Hazırda 60 yaşı var. Əmək fəaliyyəti, hərbi xidmət dövrü də, daxıl olmaqla xx.xx.1981-ci ildən xx.xx.2019-cu illəri əhatə edir. Ümumilikdə iş stajı 30 il 9 gün təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilmişdir. Bu səbəbdən, cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiya təyin eidlməsini xahiş etmişdir. Cavabdeh onun müraciətindən 24 fevral 2023-cü il tarixli məktubla imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, ona məxsus olan əmək kitabçasına əsasən qanunla müəyyən edilmiş həm ümumi - 25 il sosial sığorta stajına, həm də, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. Cavabdeh imtina məktubunun 7-ci abzasında göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “ÜFÜQ” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi 13 yanvar 2023-cü il, 311/6 saylı arayışında xx.xx.2001-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində keçmiş “NORD” Elmi-İstehsalat Birliyində (indiki Dalğa Elmi-İstehsalat müəssisəsi) “elektrik qaz qaynaqçısı peşəsində” işləməyini bildirilir. Halbuki, həmin arayışda xx.xx.2001xx.xx.2007- ci il tarixləri yox, xx.xx.1985-xx.xx.2001-ci illəri əhatə edən dövrlər qeyd edilib. Cavabdehin qeyd edilən tarixləri hansı səbəbdən yanlış qeyd etməsi onun üçün anlaşılan deyildir. O, bu barədə həmin orqana şifahi məlumat versə də, bunun əhəmiyyəti olmamışdır. Əslində iş yerindən (“NORD” Elmi-İstehsalat Birliyindən) verilmiş arayışda onun iş stajı xx.xx.1985-xx.xx.2007-ci illəri əhatə edilməsi qeyd edilməli idi. Cavabdehin imtina məktubunun 7-ci abzasının davamında bildirilmişdir ki, xx.xx.2006- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmamış və bu səbəbdən də, xx.xx.2001xx.xx.2006-cı illər ərzində işləməsini şübhə altına alınmışdır. Bununla da, xx.xx.2001xx.xx.2007-ci illəri sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edir ki, əmək kitabçasında göstərilən iş yerlərində çalışdığı dövlərdə hər ay əmək haqqı almış və bununla bağlı çalışdığı müəssisələrdə müvafiq məlumatlar mövcud olmalıdır. Əgər cavabdehin bildirdiyi məsələlər həqiqətdirsə bunun ona pensiya təyin olunmasında heç bir problem yaratmamalıdır. Məhkəmənin diqqətinə ümumilikdə əmək stajını əhatə edən illərlə bağlı ətraflı məlumatı aşağıdakı kimi çatdırır: təhsil aldığı dövrlər – xx.xx.1980xx.xx.1981-ci illər, bu ay 8 ay 11 gün təşkil edir; hərbi xidmət dövrü – xx.xx.1981xx.xx.1983-cü illər, bu 2 il təşkil edir; “NORD” X1 elektrik qaz qaynaqçısı vəzifəsində çalışdığı dövrlər – xx.xx.1985-xx.xx.2007-ci illər, bu 21 il 6 ay təşkil edir; Hövsan qəsəbəsi 2 nömrəli Mənzil İstismar sahəsində elektrik qaz qaynaqçısı vəzifəsində çalışdığı dövlər – xx.xx.2007-xx.xx.2009-cu illər, bu 2 il 15 gün təşkil edir; 11 saylı Mənzil Kommunal İstismar Sahəsində Liftçi vəzifəsində çalışdığı dövrlər - xx.xx.2015xx.xx.2019-cu illər, bu 3 il 10 ay 13 gün edir. Beləliklə, bütün bu illəri hesabladıqda onun ümumilikdə əmək stajı 30 il 9 gün təşkil etmişdir. Cavabdeh isə bütün bunları nəzərə almamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Müraciətə mərkəzi filialda baxılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, iddiaçının “Üfüq” istehsalat Birliyi "xxxx" Elmi-istehsalat müəssisəsinin 13 yanvar 2023-cü il tarixli 311/6 nömrəli arayışında 01 oktyabr 2001-ci il tarixdən 17 yanvar 2007-ci il tarixədək dövr ərzində “NORD” Elmi-İstehsalat Birliyində elektrik qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı 01 yanvar 2006-cı il tarixdən 17 yanvar 2007-ci il tarixədək dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin tarixlər arasındakı dövr ərzində işləməyinə dair əsaslı şübhə yaranmışdır. Bu səbəbdən də, yuxarıda qeyd olunan dövrləri iddiaçının stajına aid etmək mümkün olmamışdır. İddiaçı 01 yanvar 2006cı ilədək ümumi iş stajı 25 ildən az (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 1.0.8-ci il maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı ümumi iş stajı yetərli olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
8. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: təhsil – xx.xx.1980-xx.xx.1981, hərbi xidmət – xx.xx.1981-xx.xx.1983, “Nord” X1 əmək fəaliyyəti – xx.xx.1985-xx.xx.2001, xx.xx.2001 – xx.xx.2007, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi – xx.xx.2007- xx.xx.2009, 1 saylı Xüsusi Təyinatlı MKTB 11 saylı MKİS – xx.xx.2018xx.xx.2019.
9. xx.xx.1980-xx.xx.1981-ci illər üzrə təhsil almasını təsdiq edən 20 iyul 1981-ci il tarixdə verilmiş 233416 nömrəli attestat iş materiallarına əlavə edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarxidə daxil olmuş müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-38123/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəsissəsi tərəfindən barəsində verilmiş 13 yanvar 2023-cü il tarixli 311/6 nömrəli arayışda xx.xx.2001-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “Nord” Elmi-İstehsalt Birliyində elektrik qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. xx.xx.2006-xx.xx.2007ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işləməyinə dair də əsaslı şübhə yaranmışdır. Bu səbəbdən də, xx.xx.2001-xx.xx.2007-ci il tarixləri arasındakı dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də, onun ümumi iş stajı 25 ildən az (21 il 11 ay 28 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-2020-cı il tarixləri arasındakı dövr üzrə cəmi 3 il 9 ay) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17746,05 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
11. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli 311/6 nömrəli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən kemiş “Nord” Elmi-İstehsalat Birliyində (indiki "xxxx" Elmi-İstehsalat Müəsisəsi) 3-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləyən İddiaçı həqiqətən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəsində işləmişdir. İddiaçı ümumi iş stajı 16 il, 2 ay, 27 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35 nömrəli ümumi peşələr siyahısına daxildir.
12. Cavabdeh tərəfindən məhkəmə inzibati icraat materialları təqdim edilmişdir. İcraat materiallarına əlavə edilmiş iddiaçı barəsində “Sığortaolunanın hesabı”-dan çıxarışa əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2007-xx.xx.2009-cu illərdə işlədiyi İdarə, yəni sığortaedən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (SUN:**********8, VÖEN: **********) iddiaçının işlədiyi bütün illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, xx.xx.2015-xx.xx.2019-cu illərdə işlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən isə yalnız 19 ay üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş həyata keçirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən ümumi iş stajının 25 ildən az 21 il 11 ay 28 gün ( xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-2020-cı il tarixləri arasındakı dövr üzrə cəmi 3 il 9 ay) təşkil etməsinə və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdehin imtinasının əsasları məhkəmə tərəfindən araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilən iş stajı dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən onun xx.xx.2001-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “Nord” Elmi-İstehsalat Birliyində elektrik qaz qaynaqçısı peşəsində işlədiyi dövrlərdir.
21. Məhkəmə hesab edir ki, azından iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr onun sosial sığorta stajına mübahisəsiz daxil edilməlidir.
22. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
23. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
26. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
27. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
28. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
29. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
30. Eləcə də, cavabdehin imtina məktubunun məzmunundan göründüyü kimi, iddiaçının 2006-2020-ci il tarixləri arasındakı dövr üzrə cəmi iş stajı cavabdeh tərəfindən 3 il 9 ay hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş “Sığortaolunanın hesabı”dan çıxarışa əsasən müəyyən edilmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilmiş həmin dövrlər onun xx.xx.2007-xx.xx.2009cu illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illər və xx.xx.2015-xx.xx.2019-cu illərdə (2 il) işlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyində işlədiyi noyabr 2015 – mart 2017-ci illər (1 il 7 ay), “X4” MMC-də işlədiyi may 2020-iyun 2020 dövləri olmuşdur.
31. İddiaçının güzəştli iş stajının olması isə hazırki iş üzrə mübahisənin predmeti olmasa da, iş materiallarında olan iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışla onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi təsdiq edilmişdir.
32. Məhkəmə hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməli olduğundan iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş həmin arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayış olmaqla mötəbər sübut kimi qiymətləndirilməlidir.
33. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iddia üzrə mübahisənin predmetini iddiaçıya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir.
34. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
35. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illər üzrə təhsil müddəti, xx.xx.1981-xx.xx.1983-cü illər üzrə hərbi xidmət müddəti, xx.xx.1985xx.xx.2001, xx.xx.2001-xx.xx.2006-cı illər üzrə “NORD” X1, xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətində, noyabr 2015 – mart 2017-ci illər üzrə Mənzil Kommunal Təsərrüfatı Birliyində işlədiyi illər onun ümumi iş stajına daxil edilməklə onun xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən artıq, xüsusi iş stajı isə 12 il 6 aydan artıq hesab edilməklə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
36. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
37. Məhkəmə eləcə də, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.
38. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
39. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
40. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
41. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
42. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
43. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
44. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
45. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
46. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
48. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva