Məhkəmə qərarları › İş №e-2-1(112)-7926/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7926/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7926/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli, **********4919 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınaraq sahibklarlıq fəaliyyətinə başlamış, xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınmış və xx.xx.2021ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində təsərrüfat subyekti qeydiyyata alınmış, təsərrüfat subyektinin adı anbar və mağaza, əsas fəaliyyət kodu ******* ayaqqabıların pərakəndə satışı” olmuşdur. Obyektin qeydiyyat ərizəsinə əsasən obyektin əsas təsnifatı “ticarət”, aralıq təsnifatı “pərakəndə ticarət” olmuşdur. Həmin təsərrüfat subyektində PKS aparatı quraşdırılması məqsədilə xx.xx.2021-ci il tarixində vergi orqanına müraciət etmiş və həmin tarixdə PKS qeydiyyata alınmışdır, bundan sonra xx.xx.2021-ci il tarixində təsərrüfat subyektində NKA (nəzarət-kassa aparatı) qeydiyyata alınaraq müvafiq bildiriş göndərilmişdir. Fəaliyyət növünə uyğun olaraq müxtəlif növ məhsullar idxal edərək pərakəndə qaydada satışını həyata keçirmişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək anbara faktura üzrə real dəyəri 1 016 397.17 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1 562 160.07 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Qeyd olunan mallar NKA tətbiq etməklə pərakəndə qaydada satılmışdır. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti (OVN) tədbiri keçirilmişdir. OVN tədbiri ilə tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması qənaətinə gəlinərək, idxal olunmuş malların statistik dəyəri üzərinə 15 laiz ticarət əlavəsi və ƏDV əlavə olunmaqla xx.xx.2022-ci il tarixli **********4919 nömrəli məsuliyyət qərarı ilə mənə 211 985.12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia tələbi ilə əlaqədar 1-ci dəlil ondan ibarətdir ki, ilk növbədə qeyd olunan mübahisənin hüquqi mahiyyətinə, vergi orqanlarının operativ vergi nəzarətini həyata keçirməsinin qanunla hansı formada hüquqi tənzimlənməsinə nəzər yetirilməlidir. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, vergi yoxlamaları vergi ödəyicisinin əvvəlki üç ilədək dövrünü əhatə edir (bəzi hallarda beş və ya yeddi il), operativ vergi nəzarəti tədbiri isə konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Qeyd olunanlar mövcud qanunvericiliyə, həmin sözlərin leksik mənasına və tərtib olunan rəsmi sənədlərə əsasən aşkar şəkildə müəyyən olunur. Belə ki, Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti ilə yalnız Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallar yoxlanıla bilər. Həmin 14 tədbirin hər biri “aşkar edilməsi” və ya “nəzarət edilməsi” hərəkətləri ilə əhatə olunur. Xüsusilə maliyyə sanksiyasının tətbiq olunduğu Məcəllənin 58.13-cü maddəsinin həyata keçirilməsi predmeti olan 50.1.13-cii maddədə də, “...elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” göstərilmişdir. “Nəzarət etmək” sözünün leksik mənasından göründüyü kimi, həmin hərəkəti yalnız cari, yəni faktiki tədbir zamanı həyata keçirmək mümkündür. Geri tarixə hər hansı məsələyə nəzarət etmək imkansız olduğu halda vergi orqanı bunu qanunsuz olaraq rəsmiləşdirmişdir. Əlavə olunan Azərbaycan dilinin izahlı lüğətindən çıxarışlardakı sözlərin leksik mənasına nəzər yetirdikdə operativ nəzarət tədbirinin yalnız keçirildiyi (cari) müddət ərzində müəyyən olunan pozuntulara tətbiq edilməsi tam aydın olur. Belə ki, Vergi Məcəlləsinin 50.1 -ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində operativ nəzarət tədbirlərinin dairəsi müəyyən edilmişdir. Tək normaların hərfi yazılış dili deyil, qanunvericilikdə əks olunmuş müddəaların mahiyyəti də bu tədbirin əvvəlki dövrə şamil edilməsinin əsassız olmasını təsdiq edir. Birincisi, məlum olduğu kimi, inzibati orqan tərəfindən yerlərə getməklə həyata keçirilən bütün nəzarət tədbirləri Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İş materiallarında olsa da, tərəfimizdən təkrar əlavə olunan 3 sayda reyestrdən çıxarışlardan göründüyü kimi, Ədliyyə Nazirliyinin vahid informasiya sistemində hər bir obyekt üzrə qeydə alınmış məlumatda “Yoxlanılan dövr - cari fəaliyyət” olaraq əks olunmuşdur. Cari ifadəsinin isə “hal-hazırki, indiki, indi baş verən” ifadələri ilə sinonim təşkil etdiyi hər kəsə məlumdur. Həmin sözün də, Azərbaycan dilinin izahlı lüğətindən çıxarışı iddia ərizəsinə əlavə olunur. Vergi yoxlamaları ilə operativ vergi nəzarətinin dövr baxımından fərqliliyini bir daha təsdiq etmək üçün iş materiallarına təkrar əlavə olunan səyyar vergi yoxlamasının keçirilməsi barədə reyestrdən çıxarış nümunəsində “Yoxlanılan dövr” xanasında konkret təqvim günləri ilə müddətin göstərilməsinə nəzər yetirmək də, kifayətdir. Göründüyü kimi, operativ nəzarət tədbiri üzrə Vahid reyestrdən çıxarışlarda qeydə alınan dövrün cari fəaliyyət əks olunmasına baxmayaraq, həmin tələbə riayət olunmamış və və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.2ci bəndinin tələbi (yoxlamanın çıxarışda göstərilən məlumatlara uyğun aparılması) pozulmuşdur."Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə görə həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə əsasən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunanlarla bağlı Ədliyyə Nazirliyinə sorğu verilmiş və Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 05/1749-14 nömrəli cavab məktubunda qanunvericiliyin yuxarıda göstərilən hüquq normalarına istinad olunmuşdur. Bundan başqa, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Qərarda göstərilməsi məcburi olan tələblər var. Vergi Məcəlləsinin 50.3-cü maddəsinin ikinci cümləsinə görə, həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi, tədbirin hansı dövrə aid edilməsinə dair heç bir qeyd yoxdur ki, bu da səbəbsiz deyil. Yuxarıda göstərilənlərin davamı kimi qeyd edək ki, bu tədbirin mahiyyəti də, ondan ibarətdir ki, keçirildiyi müddət həm də, tədbirin dövrünü əhatə edir. Müqayisə üçün bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın forması Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 №-li Qərarı ilə qəbul olunmuş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının (hüquqi aktların dövlət reyestrinə daxil edilmişdir) 2 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. İş materiallarına yenidən əlavə olunan nümunə qərardan göründüyü kimi, yoxlama ilə əhatə olunan vergi dövrü konkret tarixlə qeyd olunmuşdur. Eyni zamanda, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də, daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi, qanunverici verşi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral verşi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Yəni operativ vergi nəzarəti konkret hal üzrə keçirilir və həmin vaxt aşkar edilən qanunpozuntusuna görə məsuliyyət tədbiri görülür. Məsələn, operativ vergi nəzarəti keçirilirəkən məlum olur ki, 5 nəfər işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilir və həmin vaxt aşkar olunmuş bu pozuntuya görə maliyyə sanksiyası tətbiq edilir. Bu halda vergi orqanına bəlli olsa belə ki, məsələn 2 ay əvvəl obyektdə 10 nəfər əmək müqaviləsiz işləyib, bu halda sanksiya tətbiq edilə bilməz. Lakin, ona maliyyə sanksiyası operativ vergi nəzarəti tədbiri keçirilən vaxtdan əvvəlki dövrlərdə etdiyi əməliyyatlara görə tətbiq edilmişdir ki, bu da qanunaziddir. Belə ki, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı məhz operativ vergi nəzarəti keçirilən vaxt aşkar olunsa idi, ona maliyyə sanksiyası tətbiq edilə bilərdi. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur.. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Apellyasiya şikayətində vergi orqanı özünə məxsus baza məlumatlarına və bəyannamələrə istinad etmişdir ki, qeyd olunanlara əsaslanmaqla belə tədbirin həyata keçirilməsi yolverilməzdir. Çünki, həmin baza vasitəsilə operativ nəzarət tədbirinin həyata keçirilməsi əsaslarının müəyyən olunması mümkünsüzdür. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi baxımından həyata keçirilən operativ nəzarət tədbiri vergi ödəməkdən yayınmanı aşkara çıxarmır ki, baza məlumatları ilə müqayisə aparılsın. Bu tədbirin mahiyyəti digər vergi ödəyicisinə e-qaiməsiz satış faktını müəyyən etməklə həmin şəxsin qeyri-rəsmi mal alışını müəyyən etmək imkanıdır. Belə faktların baş verməsinə dair mənbəyi bəlli məlumatlar baza məlumatları və ya bəyannamələr deyil, məsələn, alıcı şəxsin eqaimə verilməməsinə dair şikayəti, satıcının ümumiyyətlə nəzarət-kassa aparatı quraşdırmaması və s. ola bilər. Onu da qeyd edirlər ki, vergi orqanı qeyd etdiyi məlumatları və bəyannamələri operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra sistemdən əldə edir. Qərardan əvvəl belə araşdırma aparılmışdırsa həmin tarixi əks etdirən təsdiqedici sənəd məhkəməyə təqdim edilməlidir. Hesab edirlər ki, sadalanan əhəmiyyətli pozuntular - operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanın əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Qeyd olunmalıdır ki, sadə riyazi hesablamaları natamam şəkildə aparılmışdır. Halbuki, riyazi hesablamanın sonu iddiaçının kassa ilə satış etdiyi 1 562 160.07 manat məbləği qeyd etməklə tamamlanır, maliyyə sanksiyasının tətbiq edildiyi 2 119 851,12 manat məbləğinin necə formalaşdığına heç bir münasibət bildirmir. Halbuki, malin dəyəri faktiki dəyəri 1 016 397.17 manat təşkil edir. Malin dəyərinin ikiqat artırılaraq maliyyə sanksiyasi tətbiq edilməsi absurd bir haldır. İstənilən halda vergi orqanı tərəfindən uzun müddətlik bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (15 faiz) ticarət əlavəsi ilə götürülməsi absdurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı riyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir. Digər tərəfdən, vergi orqanı statistik dəyəri 1 562 160.07 manat məbləğində malların nəzarət kassa aparatı (NKA) vasitəsilə pərakəndə qaydada satılmasını təkzib edən heç bir sübut olmadığı halda, alman bütün malların topdansatış qaydasında satıldığı ehtimalı ilə məsələyə münasibət bildirmişdir. Yoxlayıcılar unutmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15ci maddəsi hər kəsin azad sahibkarlıqla məşğul olmasına təminat verir. Kommersiya qurumlarının nizamnaməsində qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul olmaq əks olunmuşdur. Lakin vergi orqanın öz proqram təminatında göstərilmiş fəaliyyət kodu əsasında məsələyə hüquqi qiymət verməsi tamamilə əsassızdır. Əgər proqram təminatında şəxsin fəaliyyət kodu topdansatış ticarətdirsə, guya onun pərakəndə satışla məşğul olmaq hüququ olmamışdır. Halbuki şəxsə bu hüququ Konstitusiya və qanunlar verir. Texniki olaraq proqram təminatında əks olunmuş kod şəxsə əlavə maliyyə yükü yarada bilməz. Çünki, bunun heç bir iqtisadi mahiyyəti, əsaslandırması yoxdur. Bundan başqa, iddiaçının pərakəndə qaydada fəaliyyətinə hüquq verən nəzarət-kassa aparatlarının quraşdırılması vergi orqanı tərəfindən təsdiqlənir. Başqa sözlə deyilsə, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi anlaşılan deyil. Vergi ödəyicisinin fəaliyyət kodu pərakəndə ticarət olduğu halda və pərakəndə satış obyekti uçotu varsa, demək NKA vasitəsilə rəsmiləşdirilən əməliyyatların qanuniliyi şübhə doğurmamalıdır. Çünki, nə vergi qanunvericiliyində, nə də ona uyğun olaraq qəbul olunan qaydalar, təlimatlar və s. normativlərdə satış məbləğinin hansı həddinin pərakəndə və ya topdansatış olması qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixədək nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatın yalan əqd olmasını sübut etmək üçün vergi orqanı yerində həmin əməliyyatı aşkar edərək alıcının şəxsiyyətini müəyyənləşdirməli və alıcının vergi ödəyicisi (və ya faktiki sahibkarlıq fəaliyyəti) olduğunu sübut etməlidir. Yalnız, xx.xx.2022-ci il tarixdən "Nağdsız hesablaşmalar haqqında” Qanuna əlavə edilən 3.4.11-ci maddə ilə pərakəndə satış qaydasında təqdim edilən mallara (avtomobillər istisna olmaqla) bir əməliyyat çərçivəsində 4000,0 manat nağd ödəmə həddi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin mahiyyəti də operativ vergi nəzarətinin yalnız tədbir zamanı aşkar olunan pozuntunu rəsmiləşdirmək imkanını əks etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən Obyektdə nəzarət-kassa aparatının quraşdırılmasına vergi orqanı tərəfindən icazə verilməsi artıq şəxsə topdansatış fəaliyyəti ilə yanaşı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Başqa sözlə deyilsə, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi yolverilməzdir. Xüsusilə qeyd edirlər ki, normativ-hüquqi aktların iyerarxiyası baxımından daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bir nüansa da, diqqət yetirilsə, vergi orqanı apardığı hesablamada guya iddiaçının təqdim etdiyi izahata əsaslanmışdır. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən heç bir izahat yazılmamışdır. Onlara təqdim olunmuş sənədlərdə etibarnamə üzrə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuşdur ki, onun tərəfindən də, yazılmış izahatin məzmununa baxdıqda vergi əməkdaşlarının diktəsi ilə yazıldığı aydın görünür və bu izahat vergi ödəyicisi kimi mənim mövqeyimi əks etdirmir. İstənilən halda izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər”. Göründüyü kimi, məcburi yazdırılmış və heç bir sübutla təsdiqini tapmayan ifadə maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. Mübahisənin mahiyyəti ilə bağlı digər bir əhəmiyyətli hal ondan ibarətdir ki, vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, operativ vergi nəzarəti tədbirini pozuntu baş verdiyi anda həyata keçirmədiyi üçün malların kimə, hansı həcmdə və hansı qiymətə satıldığını sübut edə bilmir. Məhz bu amil də, operativ vergi nəzarəti ilə pozuntu vaxtı müəyyən olunan halların rəsmiləşdirilməli olduğunu təsdiq edir. Bundan başqa, qanunvericilikdə satıcı vergi ödəyicisinin alıcıdan aldığı malı hansı təyinatla istifadə etməsini müəyyən etməsi ilə bağlı hər hansı tələb yoxdur. Əksinə, Vergi Məcəlləsinin 13.2.62-cü maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, yalnız sahibkarlıq fəaliyyətini həyata keçirən alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə fakturanı təqdim etmək satıcı vergi ödəyicisinin vəzifəsi idi. Mövcud mübahisələrin heç birində qeyd olunan normaya uyğun olaraq hər hansı alıcı vergi ödəyicisinin vergi orqanlarına müraciəti, şikayəti müəyyən olunmur. 2-ci dəlil isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada və qaimə-faktura və ya elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, vergi qanunvericiliyi malların pərakəndə satışına görə elektron qaiməfaktura təqdim edilməsini deyil qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməsini nəzərdə tutmuşdur. Təəssüflər olsun ki, vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallar elektron qaiməfaktura verilmədən satılmışdır. Halbuki 58.13-cü maddə malların pərakəndə deyil, topdansatışı zamanı tətbiq edilir. Həmçinin nəzərə çatdırır ki, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmır. O, isə məhz anbarından idxal etdiyi faktra üzrə real dəyəri 1 016 397.17 manat, statistik dəyəri 1 562 160.07 (ƏDV-siz) manat olan malları pərakəndə qaydada NKA çeki ilə satmışdır. Lakin, vergi orqanı NKA çeki vasitəsilə satdığı malları nəzərə almayaraq ona bu mallara görə də, maliyyə sanksiyası tətbiq etmişdir. Bu səbəbdən də, NKA çeki vasitəsilə satılmış mallara görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdır. 3-cü dəlil ondan ibarətdir ki, analoji məsələ ilə bağlı hazırda vahid məhkəmə təcrübəsi mövcuddur və hüququn tətbiqində konkret yanaşma müəyyən edilmişdir. Belə ki, həmin yanaşma Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1076/2021 saylı qərarında ifadə edilmişdir. 4-cü dəlil ondan ibarətdir ki, vergi orqanı tərəfindən malların dəyəri müəyyən olunarkən gömrük orqanları tərəfinədn tətbiq olunmuş statistik qiymətə istinad ediməsi əsassızdır. Belə ki, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********658900 saylı “Vergi qanunvericiliyinə (inzibatçılığına) dair müraicətə baxılması haqqında” məktubunda da, bildirilmişdir ki, “Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğ yerədək nəqliyyat xərcləri və həmin yerədək yükləmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildirilmişdir ki, mallar Azərbaycan Respubliksına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istiafdə olunur.”. Bildirir ki, vergi orqanı tərəfindən gəlir və mənfəət vergisi məqsələri üçün malların dəyəri kimi, faktura dəyəri əsas götürülərək vergilər hesablanılır. Vergi orqanı heç bir halda malın Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan statistik dəyərinə istinad etmir. Statistik dəyər əsasında təqdim olunan hesabatlara isə faktura dəyərini nəzərə alaraq vergiləri yenidən hesablayırlar. Lakin, mövcud halda, qərəzli olaraq malların qiyməti kimi statistik dəyər nəzərə alınmışdır ki, bu da, qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək anbara faktura üzrə real dəyəri 1 016397.17 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1 562 160.07 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Qeyd olunan mallar NKA tətbiq edilməklə satılmışdır. Lakin, operativ vergi nəzarəti zamanı qanunpozuntusu məbləği kimi malların statistik dəyəri olan 1562160.07 (ƏDV-siz) manat əsas götürülməklə həmin məbləğin üzərinə 18 faiz əlavə dəyər vergisi və 15 faiz ticarət əlavəsi gəlinərək malların qiyməti süni şəkildə şişirdilərək 2 119 851,12 manat müəyyən olunaraq həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bu halda malların statistik dəyərinin əsas götürülməsindən başqa digər bir qanunpozuntusu malın dəyərinin üzərinə ƏDV-nin gəlinməsidir. Belə ki, məlum olduğu kimi malın maya dəyərinə ƏDV daxil deyil. Yuxarıda qeyd olunanları ümumiləşdirərək, aşağıdakıları bildirirlər. İddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunan hər hansı mənbəyi bəlli məlumat mövcud deyil. Qanunverici operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin yalnız cari (faktiki) fəaliyyətinə nəzarət etmək səlahiyyətini müəyyən etdiyi halda, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün əməliyyatlarına müdaxilə olunmuşdur. Vergi ödəyicisindən izahat məcburi şəkildə alınmışdır və digər əlaqəli sübutlarla təsdiq olunmadığı üçün ayrılıqda əhəmiyyətsizdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndi ilə pərakəndə və topdansatış ticarət fəaliyyətinin ayrı-ayrılıqda uçot aparılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunverici satıcı vergi ödəyicisinə alıcıdan malı hansı təyinatla istifadə edəcəyini müəyyən etmək səlahiyyəti verməyib. Əksinə, alıcı xx.xx.2022ci ilə qədər satıcıdan e-qaimə verilməsini tələb edə bilərdi. Malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi və dəyəri müəyyən olunmadığı üçün ehtimal əsasında şəxsin təqsirli bilinməsi yolverilməzdir (Vergi Məcəlləsinin 53.3-cü maddəsi). Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi’’nə gedən yolun şimal-qərbində yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 27.01,2022-ci il tarixdə saat 17:50-də Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 2119851,21 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və 27.01,2022-ci il tarixli 006319 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli 006319 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 006319 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 211985,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 vergi ödəyicisinin bütün fəaliyyətindən məlumatlı olan şəxs kimi idxal etdikləri bütün malları müxtəlif vergi ödəyicilərinə topdan qaydada satdıqlarını etiraf etsə də, bu barədə yazılı izahat verməkdən və tərtib olunmuş aktı heç bir üzürlü səbəb olmadan imzalamaqdan imtina etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd etmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən Karvan ticarət mərkəzində yerləşən B6-27 nömrəli anbardan başqa heç bir yerdə obyektləri və saxlancda mallar yoxdur. İş vaxtı saat 09:00-dan axşam saat 18:00-dəkdir. Ticarət əlavələri 15% təşkil edir. Yoxlama keçirilən dövrə **********5440 saylı gömrük bəyannaməsi əsasında idxal olunmuş 80896,82 manat dəyərində mal anbara boşaldılmışdır. xx.xx.2022-ci il tarixində idxal etdiyi malların qalan hissəsi gömrük ərazisindədir, gömrük rəsmiləşdirilməsi olmamışdır. Hesabatlar statistik dəyərlə götürülür. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, “Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, vergi yoxlamaları vergi ödəyicisinin əvvəlki üç ilədək dövrünü əhatə edir (bəzi hallarda beş və ya yeddi il), operativ vergi nəzarəti tədbiri isə konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Qeyd olunanlar mövcud qanunvericiliyə, həmin sözlərin leksik mənasına və tərtib olunan rəsmi sənədlərə əsasən aşkar şəkildə müəyyən olunur. Belə ki, Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti ilə yalnız Vergi Məcəlləsinin 50.1.1—50.1.14-cü maddələrində əks olunmuş hallar yoxlanıla bilər. Maliyyə sanksiyasının tətbiq olunduğu məcəllənin 58.13-cü maddəsinin həyata keçirilməsi predmeti olan 50.1.13-cü maddədə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” göstərilmişdir. “Nəzarət etmək” sözünün leksik mənasından göründüyü kimi, həmin hərəkəti yalnız cari, yəni faktiki tədbir zamanı həyata keçirmək mümkündür. Geri tarixə hər hansı məsələyə nəzarət etmək imkansız olduğu halda vergi orqanı bunu qanunsuz olaraq rəsmiləşdirmişdir. Əlavə olunan Azərbaycan dilinin izahlı lüğətindən çıxarışlardakı sözlərin leksik mənasına nəzər yetirdikdə operativ nəzarət tədbirinin yalnız keçirildiyi (cari) müddət ərzində müəyyən olunan pozuntulara tətbiq edilməsi tam aydın olur”. Bildirirlər ki, Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2441 nömrəli Qərarda göstərilmiş müddət, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. İddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, "operativ vergi nəzarətinin keçirilməsi barədə qərarda göstərilməsi məcburi olan tələblər var. Vergi Məcəlləsinin 50.3-cü maddəsinin ikinci cümləsinə görə həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi tədbirin hansı dövrə aid edilməsinə dair heç bir qeyd yoxdur ki, bu da, səbəbsiz deyil”. Bildirirlər ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsində göstərilmişdir ki, “Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir”. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2441 nömrəli qərarda yoxlamanın keçiriləcəyi yer (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbi), obyektin adı və kodu (Anbar və mağaza **********-11001), fəaliyyət növü (malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət), operativ vergi nəzarətinin Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) həyata keçirildiyi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri göstərilmişdir. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni “vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materiallarında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur”. Bildirirlər ki, iddiaçı tərəfin də, qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir və qeyd olunan məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları və vergi ödəyicisi tərəfindən verilmiş hesabatlardır. İddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, “sadə riyazi hesablamalar natamam şəkildə aparılmışdır. Halbuki, riyazi hesablamanın sonu iddiaçının kassa ilə satış etdiyi 1562160,07 manat məbləği qeyd etməklə tamamlanır, maliyyə sanksiyasının tətbiq edildiyi 2119851,21 manat məbləğin necə formalaşdığına heç bir münasibət bildirilməmişdir”. Bildirirlər ki, xx.xx.2022-ci il tarixində **********5440 nömrəli gömrük bəyannaməsi ilə ümumi dəyəri 80896,82 manatlıq keramikadan yemək və mətbəx qablarının idxal olunub anbara yığılması Baş İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin verdiyi arayışa əsasən, ticarət əlavəsinin 15% olması müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən idxal olunmuş ümumi dəyəri 1562160,07 manatlıq mala 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə ümumilikdə 2119851,21 manat (hesablanma qaydası: 1562160,07 + 1562160,07 * 15% = 1796484,08; 1796484,08 + 1796484,08 * 18% = 2119851,21) məbləğində mallar digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etmədən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla satılmışdır. İddiaçı əsas fəaliyyət növü tikinti materiallarının pərakəndə satışı, digər fəaliyyət növləri malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət və ayaqqabıların pərakəndə satışı olsa da idxal etdiyi mallar tamamilə fərqli mallar olmuşdur (nümunə: led lampalar, stolüstü lampalar, plastik daraq, su qızdıran, asma qıfıllar, adam çəkmək üçün tərəzi, qıfıl üçün zamok, daban daşı, bağ qayçısı, inək darağı, qapı üçün qarmaq və s.). Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən 33 m2-lik obyekt pərakəndə ticarət fəaliyyətinə uyğun yerdə olmamış və xx.xx.2022-ci il tarixli 728/21 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndində qeyd olunduğu kimi anbar tipli olması Baş İdarənin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 2119851,21 manat məbləğində mal topdan şəkildə satılmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, **********4919 nömrəli qərarını məhkəmə qaydasında mübahisələndirərək, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Məhkəmə hesab edir ki, iddiaçı 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221709359 nömrəli çıxarışa əsasən İddiaçı məxsus obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, cari fəaliyyəti üzrə Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzərət edilməsi predmeti üzrə növbədənkənar operativ vergi nəzarəti yoxlaması keçirilməsi qeydiyyatdan keçirilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2441 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedənyolun şimal qərbində, Anbar və Mağaza (**********-11001)-də, fəalliyət növü malların saxlanması və anbarların yığılması üzrə fəaliyyət olmaqla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsnə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obeyktindən) nəqliyyat vasitəsilə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi də, daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********2442 nömrəli tələbnamə göndərilmişdir. - İddiaçı tərəfindən cavabdehə arayış təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən Karvan Ticarət Mərkəzində yerləşən B627 nömrəli anbardan başqa heç bir yerdə obyektləri və saxlancda malları yoxdur. İş vaxtları saat 09:00-18:00dəkdir. Ticarət əlavələri 15 % təşkil edir. Yoxlama keçirilən ana **********5440 saylı, YGB əsasında idxal olmuş 80896.82 manat dəyərində mal anbarlarına boşaldılmışdır. xx.xx.2022-ci il tarixində idxal etdikləri malların qalan hissəsi gömrük ərazisindədir. Gömrük rəsmiləşdirilməsi olmamışdır. Hesablar statistik dəyərlə götürülür. - Cavabdeh tərəfindən “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nzəarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX № 006319 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən xx.xx.2022-ci il tarixində saat 17:50-də keçirilən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus anbarda 1562160,07 manat dəyərində idxal olunmuş malların üzərinə 15 % ticarət əlavəsi və ƏDV tətbiq edilməklə 2119851,21 manata Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə olmadan təqdim olunması faktı aşkar edilmişdir. Nəzarət kitabçası təqdim olunmamışdır. - Cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, **********4919 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 211985.12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inizbati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4920 nömrəli tələbnamə göndərilmişdir. - İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əlavə dəyər vergisi ödəyicisinin **********2 nömrəli qeydiyyat bildirişinə əsasən, 8 saylı Ərazi Vergilər İdarəsi bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicisilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyata alınma tarixi: xx.xx.2021 göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Nəzarət Kassa aparatının **********4 nömrəli qeydiyyat vərəqəsinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı (VÖEN: **********) AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbsəi, ev.Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanda yerləşən **********-11001 kodu olan anbar və mağaza təsərrüfat subyektində quraşdırılmış nəzarət0kassa aparatıın qeydiyyatdan keçirildiyini təsdiq edir. NKA-nın markası: DATAPAY KASSA, NKA-nın uçota alınma tarixi xx.xx.2021, qeydiyyat vərəqəsinin verilməsi tarixi xx.xx.2021-ci il göstərilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicisinin filiallının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektiin) olduğu yer üzrə uçota alınması haqqında” **********3 nömrəli arayışa əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, ŞTQ Lökbatan, Lökbatan qəsəbəsi, ev Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrrüfat subyektinin adı Anbar və Mağaza, kodu: **********-11001, uçota alınma tarixi xx.xx.2021-ci il göstərilmişdir. - Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əasən, xx.xx.2022-ci il tarixli, **********2441 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək T/M gedən yolun şimal-qərbində yerləşən Karvan T/M-də yerləşən B6-27n nömrəli anbarda operativ vergi nəzarəti keçirmişlər. xx.xx.2022-ci il tarixində **********5440 nömrəli gömrük bəyannaməsi ilə ümumi dəyəri 80896.82 manatlıq Keramikadan yemək və mətbəx qablarının idxal olunub anbara yığılması tərəflərindən müşahidə olunmuş, Anbara yığılmış mallarla əlaqədar DVX seriyalı, 006318 nömrəli akt tərəflərindən tərtib olunmuş, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin verdiyi arayışa əsasən hesablatların statistik dəyərinin aparmasını, ticarət əlavəsinin 15% olmasına və obyektin pərakəndə ticarət fəaliyyətinə uyğun yerdə olmamasına xx.xx.2022-ci il tarixli, 728/21 nömərli icarə müqaviləsinin 1.1-ci bəndində qeyd olunduğu kimi anbar tipli olmasını nəzərə alaraq vergi ödəyicisi tərəfindən idxal olunmuş ümumi dəyəri 1562160.07 manat olmaqla 15 % ticarət əlavəsi və 12 % ƏDV tətbiq etməklə cəmi 2119851,21 manat olmaqla digər vergi ödəyicilərinə elektron-qaimə təqdim etmədən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Bu barədə tərəflərindən DVX seriyalı, 006319 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) bütün fəaliyyətindən məlumatlı olan şəxs kimi verilmiş müvafiq etibarnamə üzrə yoxlamada iştirak edən X5 idxal etdikləri bütün malları müxtəlif vergi ödəyicilərinə topdan qaydada satdıqlarını şifahi etiraz etsə də, bu barədə yazılı izahat verməkdən və tərtib olunmuş aktı heç bir üzrlü səbəb olmadan imzalamaqdan imtina etmişdir. - İş materiallarına əlavə edilmiş sənədlərə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə iddiaçının NKA üzrə nağd satış dövriyyəsi ******* manat təşkil etmişdir. Məhkəmə hazırki mübahisə üzrə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası Vergi Məcələsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə, vergi orqanları vergi nəzarətini vergi ödəyicisilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparılmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmn obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şxəslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfidnən vergi qanunvericiliyinin pozlması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericilin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şxəsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsində qeyd olunmuşdur ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 4 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda yoxlamanın əhatə etdiyi dövr xx.xx.2022-xx.xx.2022-ci il tarixləri (xx.xx.2022-ci il tarixi daxil olmaqla) göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlər üzrə aparılmış əmliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutumuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, Vergi ödəyicisi olan iddiaçı vergi məsuliyyətinə cəlb edilərkən vergi orqanı müvafiq qərarlarında Azərbayan Respublikası Vergi Məcəlləsinin 50.1.13cü, 58.13-cü və 71-1-ci maddələrinə istinad etmişdir. Cavabdeh orqanın əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən təqdim edilərək, satışı həyata keçirilmişdir. (əsas: “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malalrın təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsəsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 006319 nömrəli akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim ediməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərində) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi ilə bağlı dəlillərinin əsaslı olması tam həcmdə sübuta yetirilməmişdir. Çünki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan iddiaçıya məxsus yoxlama aparılan obyektdə kassa nəzarət apartı və POS terminalları mövcud olmuş və bunlar vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər biri vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci maddələrinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli, **********4919 nömrəli Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar