Məhkəmə qərarları › İş №e-2-1(112)-801/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-801/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-801/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X8 cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, “X5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 4620 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” xahiş etmişdir.

3. Məhkəmənin 24 yanvar 2024-cü il tarixli Qərardadı ilə, iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iddia mümkün sayılmaması qərara alınmışdır.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamına əsasən, Ləhic bağlar sahəsindəki 4620a №-li bağ 48 №li BTK tərkibində İddiaçı adına keçirilmişdir. İddiaçıya Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehlat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamına əsasən Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağın ayrılması barədə 26 nömrəli order təqdim edilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli, **********71 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qonşu “4620” saylı bağ sahəsi ilə bağçılıq sxeminə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədə uyğundur”. İddiaçı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********65 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Tərəfinizdən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır”. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhic bağlar sahəsində 48 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a №-li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 3-21-3-30/2-Ş-0216-8/2022 **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi digər fiziki şəxs olan X5 adına **********41 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********65 saylı və xx.xx.2023-cü il tarixli, **********98 saylı cavab məktubları ünvanlanmışdır.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 36/1017 saylı, xx.xx.2014-ce il tarixli arxvi arayışında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 saylı “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamından çxıarışa əsasən, Ləhicdəki 4620a nömrəli bağ 48 nömrəli BTK tərkibində İddiaçı adına keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli orderinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4620a nömrəli bağ ayrılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X3 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ş-0216-8/2022 **********98 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10493/2023 **********93 nömrəli cavab məktubuna əsasən, sorğuda göstərilən torpaq sahəsinə dair müayinə aktı və koordinat məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi hasar daxilindədir, darvazası yoxdur, sahədə tikili yoxdur. Məhkəmənin “Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan mübahisəli bağ sahəsinin X5 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmasına əsas olmuş arxiv sənədlərinin təqdim edilməsi” barədə sorğusu cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 44 nömrəli, orderinə əsasən, X7 Bakı şəhər İcra Hakimiyyətinin 15 fevral 1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4619 saylı bağ ayrılmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi X5 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı”nda torpağa aid məlumatlar öz əksini tapmışdır: torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin koordinatları, döngə nöqtələri (nöqtələri və məsafələr) rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin qonşu sərhədləri (şərti işarələr).

İV. Məhkəmənin mövqeyi

Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

-139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

12.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Hazırki mübahisə ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə müraciətinə torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı səbəbi ilə imtina edilmişdir. İmtinaya əsas olmuş halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur - İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a nömrəli bağ sahəsi ilə X6 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, 4619 nömrəli bağ sahəsi eyni torpaq sahəsidirmi? göstərilən torpaq sahələri üst-üstə düşürmü? Düşürsə hansı hissədə? Ekspertizanın baş tutması həlli istiqamətində ekspertin vəsatəti nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyi ekspertə təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9124 nömrəli ekspert rəyinin nəticəsi hissəsində qeyd edilmişdir ki, 4620a saylı bağ sahəsi kimi iddia edilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1392 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 4169 saylı bağ sahəsi kimi 0.12 ha digər fiziki şəxslərin adına qeydiyyatdan keçmişdir. Bundan əlavə ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və 48 nömrəli BTK-nın sxemində 4620 a saylı bağ nömrəsi göstərilmədiyindən iddia olunan sahəsinin 4620 saylı bağ sahəsinə aid olub-olmamasını daəqiqləşdirmək mümkün olmadı. Məhkəmə tərəfindən 22 yanvar 2024-cü il tarixli yerində baxış təyin edilmiş və 22 yanvar 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili və üçüncü şəxsin iştirakı ilə mübahisəli torpaq sahəsinda müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi eyni ərazidir, torpaq sahəsi hasara alınmış və darvaza qoyulmuşdur.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi iddiaçının müraciətinin təmin edilməsindən imtinaya əsas olmuş halın həqiqiliyi məhkəmə araşdırılması zamanı təsdiq edilmişdir.

14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X8 cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ :

İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli ) manat məbləğində İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X4, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar