Məhkəmə qərarları › İş №e-2-1(112)-8011/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8011/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8011/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində hesablanmış 1.627.350,34 manat vergi borcunun silinməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı MMC tərəfindən 2021-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində hesabat dövrünün sonuna 8.445.135,39 manat debitor borc məbləği qeyd edilməsinə baxmayaraq, 2022-ci ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində hesabat dövrünün əvvəlinə debitor borc məbləği azaldılaraq 2.860.527,58 manat qeyd edildiyi, bunun da azaldılmış 5.584.607,81 manat debitor borcun dövriyyədən yayındırılması kimi qiymətləndirildiyi qeyd olunmuşdur. Kameral yoxlama aparması üçün iddiaçı tərəfindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv olmamışdır. Cavabdeh orqan tərəfindən aparılan yoxlamalar obyektiv və qərəzsiz olmadığından 5.584.607,81 manat debitor borcun dövriyyədən yayındırılması qənaətinə gəlinmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilməli borc məbləği 1.627.350,34 manatdır. Bütün bunlar tamamilə əsassızdır və qanunsuz olaraq iddiaçıdan vergi borcunun tələb olunması onun hüquqlarını pozur. Bu səbəbdən də, iddiaçı əlavə hesablanmış vergi borcunun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək İddiaçı MMC barəsində hesablanmış 1.627.350,34 manat vergi borcunun ümidsiz olduğu üçün silinməsini xahiş etmiş, iddiaçının həmin tələblə bağlı məhkəməyəqədər cavabdehə müraciət etməsini təsdiq edən sübutlar olmadığından məhkəmə tərəfindən iddianın dəyişdirilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh 14 avqust 2023-cü il tarixli vəsatətlə iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, 1.627.350,34 manat vergi borcunun ümidsiz borc kimi İddiaçı MMC-nin şəxsi hesabından silinməsi barədə iddiaçının vergi orqanına müraciəti olmamışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətini müdafiə edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda onun barəsində hesablanmış 1.627.350,34 manat vergi borcunun silinməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. İşdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçının xx.xx.2021-ci il tarixə 92108,07 manat artıq ödəməsi olmuş, iddiaçı 2020-ci ilin dekabr ayı üçün dəqiqləşmiş bəyannamə təqdim edərək həmin dövr üzrə vergi öhdəliyini 112.188,87 manat bəyan etmiş, nəticədə həmin tarixə iddiaçının 92108,07 manat vergi borcu yaranmışdır. İşdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında X3 İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7553 nömrəli qərarı ilə İddiaçı MMC Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 653.040,72 manat məbləğində, xx.xx.2021-ci il tarixli, **********2393 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 490.775,27 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********890900 saylı qərarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən dekabr 2021ci il vergi dövrü üzrə 648265,98 manat əlavə dəyər vergisi hesablanmışdır. Həmçinin işdə olan cavabdehin 2021-2022-ci il tarixlərdə iddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarından görünür ki, cavabdeh 2020-2022-ci il tarixləri əhatə edən vergi dövrü üzrə iddiaçıya müxtəlif tarixlərdə mənfəət və əlavə dəyər vergisi üzrə əlavə vergi məbləğinin hesablanması barədə qərarlar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçıya əlavə vergi hesablanması barədə qəbul edilmiş əlverişsiz inzibati aktlar qüvvədədir, iddiaçının hazırkı iddia vasitəsilə arzu etdiyi nəticəyə nail olması mümkünsüzdür. Çünki iddiaçı ilk əvvəl onun barəsində qəbul edilmiş həmin inzibati aktları mübahisələndirməlidir. Yalnız həmin aktlar ləğv edildikdən sonra iddiaçının həmin qərarlar əsasında hesablanmış borcun (vergi borcunun, faizlərin, maliyyə sanksiyaları) silinməsini tələb etmək hüququ yaranacaqdır. İş materiallarından o da görünür ki, iddiaçı borcunun yaranmasına əsas olan qərarlardan birini, İqtisadiyyat Nazirliyi yanında X3 İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7553 nömrəli qərarını mübahisələndirmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7553 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbi rədd edilmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar