Məhkəmə qərarları › İş №e-2-1(112)-8017/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8017/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8017/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati mübahisəyə dair işə xx.xx.2026-cı il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona ayrılmış 0.10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən Buzovna qəsəbəsində 0.10 hektar torpaq sahəsi ona ayrılaraq, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət olunaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş olunmuşdur. Müraciətindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilərək məktubda göstərilmişdir ki idarənin arxiv məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında hüquq sahibinin adı bir dəfə qeyd edilmiş və göstərilən sahədən fərqli ünvanda olan 0,10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və mərkəz koordinatları qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış, sənədlərdə torpaq sahəsinin ölçüsü 0,10 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0,0632 ha təşkil etdiyi müəyyən olunmuş, bu səbəblərdən də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubu ümumi sözlərlə yazılaraq imtinanın konkret səbəbləri anlaşılan olmadığından təkrarən cavabdeh inzibati orqana müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən Buzovna qəsəbəsində ona ayrılmış 0.10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsini, imtina veriləcəyi təqdirdə həmin imtinanın anlaşılan şəkildə yazılması xahiş olunmuşdur. DƏDKR-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla müraciətimin icrasından imtina edilərək bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, həmçinin də məsələ ilə bağlı müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Cavabdehin eyni torpaq sahəsilə bağlı 2 fərqli imtina cavabı verməsi onu təsdiq edir ki, imtina əsassızdır, cavabdeh orqan müraciətimə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Əvvəla sənədlərdə torpaq sahəsinin ölçüsü 0,10 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki sahənin 0,0632 ha təşkil etməsi ilə bağlı qeyd edirəm ki, inzibati orqan 0,0632 ha torpaq sahəsinin kim və ya kimlər tərəfindən zəbt olunmasını müəyyən etməli idi. Əgər zəbt olunmanı müəyyən etməsəydi belə 0,0632 ha torpaq sahəsinə dair mülkiyyət hüququm qeydiyyata alınmalı idi. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanı özündə əks etdirir ki, hazırki vəziyyətdə həmin imtina əsaslarından heç biri mənə münasibətdə təsdiqini tapmır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, qanuni mülkiyyətdəki daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqan olan Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş **********05 və **********02 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında iddiaçını adı bir dəfə qeyd edilmiş və göstərilən sahədən fərqli ünvanda olan 0,10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və mərkəz koordinatları qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha göstərilsə də, faktiki 0,0632 ha təşkil edir İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq hazırda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması zərurəti yarandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması (götürülməsi) barədə qərardad qəbul etməlidir. İPM-in 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının həmin Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı tərəfin ərizəsi təmin edilməli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar