Məhkəmə qərarları › İş №e-2-1(112)-805/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-805/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-805/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “rəy və qərarın tərtib edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı tərəfindən idxal olunmuş 77978,70 ABŞ dolları məbləğində mallara görə gömrük ödənişinin rəsmiləşdirilməsi zamanı ödənilmiş 62524,5 (altmış iki min beş yüz iyirmi dörd manat, əlli qəpik) manat həcmində artıq ödəmə məbləğinin onun hesabına geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC uzun müddətdir ki, bir çox xarici şirkətlə tibbi vasitələrin və dərman preparatlarının istehsalı və satışı üzrə əməkdaşlıq edir. Satıcı: “X5. ve Gida ürünləri San.Ve Tic.ltd. Şti” Şirkəti ilə alıcı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01 nömrəli satış müqaviləsinə əsasən toplam dəyəri 22650 ABŞ dolları məbləğində Aqnubest, Calqam, Famber, Reqaserb, Oksel-M, Elfbor baby və Lespiforte adlı qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********1248 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 14064,89 (on dörd min altmış dörd manat, səksən doqquz qəpik) manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 14064,89 manat deyil, 39393,42 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin idxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X3 X1 TİC.SAN.A.Ş.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 5643 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********3328 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 3723,11 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 3723,11 manat deyil, 6790,18 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin idxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X3 X1 TİC.SAN.A.Ş.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 5454 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********9358 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 3517,38 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 3517,38 manat deyil, 6873,32 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. "xxxx" Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 9750 ABŞ dolları məbləğində qida əlavələrinin alqısatqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********5265 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 6235,87 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 6235,87 manat deyil, 14344,26 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır."xxxx" Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 4500 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********5497 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 2908,05 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 2908,05 manat deyil, 8928,56 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X4, Makina, Kozmetik, Bitkisel ve X2 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 24644,70 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********1842 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 15578,92 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 15578,92 manat deyil, 26363,37 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X4, Makina, Kozmetik, Bitkisel ve X2 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 4056 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 2729,62 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 2729,62 manat deyil, 6675,47 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X4, Makina, Kozmetik, Bitkisel ve X2 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 1281 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********7249 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 984,78 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 984,78 manat deyil, 2898,54 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır.Nəticə etbarilə, iddiaçı yeni “Gömrük Bəyannaməsi” təqdim etməyə məcbur qalmış və Bakı Baş Gömrük İdarəsinə süni şəkildə şişirdilmiş toplam 112267,12 manat həcmində ödəniş etmişdir. Yalnız ödənişlər edildikdən sonra idxal olunmuş malların Bakı Baş Gömrük İdarəsinin anbarından çıxarılmasına icazə verilmişdir. İdxal olunmuş mallar məhz buna görə bir neçə gün anbarda saxlanıldığı üçün hər bəyannamə üzrə Bakı Baş Gömrük İdarəsinə əlavə cərimə məbləği də ödənilmişdir. Halbuki, malların gözləmədə qalmasına səbəb məhz birbaşa sözügedən orqanının süründürməçilik fəaliyyəti olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixli, **********5265 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4682 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 3393 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********1842 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 6300 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 4565 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 3382 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 2451 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********7249 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1108 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 803 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********9358 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1862 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 1350 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 14420 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 10450 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2022-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1748 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 1267 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixli, **********33328 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********3983 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********1248 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********5497 saylı gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə rəy və qərar tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçı tərəfindən idxal olunmuş 77978,70 ABŞ dolları məbləğində mallara görə gömrük ödənişinin rəsmiləşdirilməsi zamanı ödənilmiş 62524,5 manat həcmində artıq ödəmə məbləğinin iddiaçının hesabına geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir.İddiaçı cavabdehə müraciəti zamanı həmin qaydalara zidd olaraq gömrük rüsumu və ƏDV-nin təsnifatı fərqli olduğuna baxmayaraq fərqləndirməmiş,həmçinin artıq ödənilmiş məbləğin necə yarandığını əsaslandırmamışdır.Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmçinin, həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Beləliklə, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunur. **********3328 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Tussor şərbət 100 ml şüşə flakonda, karton qutu, qablaşmada 5130 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi 21746502”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 5643,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********1248 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Lespiforte tablet № 50 (5*10) blisterdə, karton qutu, qablaşmada 3000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi SM0001”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 22650,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********9358 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qablaşmalara qablaşdırılmış dərman vasitələri: İnamiton plus № 30 (3*10) kapsul blisterdə, karton qutu, qablaşmada 3030 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 5454,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********7249 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Feroks kapsul № 10 saşede, karton qutu qablaşmada 854 ədəd, istehsal tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2022-ci il, seriya nömrəsi EXPFRK-0919”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 1281,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********5497 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Lebemax məhlul damcı 50 ml şüşə flakonda, karton qutu, qablaşdırmada 5000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi LB00407”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 4500,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********3983 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Peksan 150 ml şərbət flakonda, karton qutu, qablaşdırmada 3120 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi EX20180304”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 4056,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********1842 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Nanopar 120 ml şərbət şüşə flakonda, karton qutu, qablaşdırmada 3202 ədəd, istehsal tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2022-ci il, EXPNPR-0619”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 24644,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********5265 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Esokart 10 ml daxilə qəbul üçün məhlul № 10 şüşə, flakonda karton qutu qablaşmada 5000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istehsal tarixi xx.xx.2024-cü il”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 9750,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-ci il tarixli, 1400-012/0xx-xx/003821 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğunuz İddiaçı MMC ərizələrinizdə qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********4745, **********4315, **********2777, **********8150, **********9278, **********4742, **********4321, **********4321, **********2775, **********9226, **********9215, **********9240, **********4539, **********1283, **********6615, **********1842, **********34492, **********879, **********9278, **********1863, **********4420, **********7872, **********11868, **********11875, **********22685 və **********30311 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödəniş şərtlərini ödəniş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş malların bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:mallar qüsurlu olduqda;gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.Ərizələrinizdə bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizələr əsaslandırılmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/010584 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Baş Gömrük İdarəsinə ünvanladığınız 13 oktyabr 2022-ci il tarixli, 160-22/RC, 161-22/RC, 162- 22/RC, 163-22/RC, 164-22/RC, 165-22/RC və 166-22/rc saylı məktublarınızda göstərilənlər barədə Bakı Baş Gömrük İdarəsində müvafiq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu İddiaçı MMC ərizələrinizdə qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********5265, **********3983, **********5497, **********1248 və **********3328 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malların statistik dəyəri İddiaçı MMC tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Ərizələrdə bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizələr əsaslandırılmamışdır. Həmin Qaydaların 5.1-ci yarımbəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı MMC tərəfindən **********5265, **********1842, **********3983, **********5497, **********7249 və **********3328 sorğu nömrəli gömrük bəyannamələri üzrə gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddət keçdikdən sonra müvafiq ərizə ilə gömrük orqanına müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir və hazırki iddia məcburetməyə dair iddiadır.

III. Məhkəmənin mövqeyi

İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli, **********33328 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 sorğu nömrəli, gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin iddiaçıya geri qaytarılması barədə qərar və rəyin verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasından: 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Yeni məzmunda 12.4-cü maddə 27 dekabr 2022-ci il tarixli 775- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Beləliklə, hazırda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsindədir. Odur ki, məhkəmə qeyd edir ki, malların gömrük dəyərinin müəyyən edilməsi zamanı qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların dair daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). Qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Məhkəmə qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Gömrük Məcəlləsindən: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli, **********33328 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 sorğu nömrəli, gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin iddiaçıya geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********33328 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 sorğu nömrəli, gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin iddiaçıya geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar