Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8073/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə Mövlüd oğlunun iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı "pul vəsaitinin köçürülməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-7564/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə borclu Orucov Lətif Qiyas oğlunun əmək haqqından tutularaq icra şöbəsinin depozit hesabına köçürülmüş cəmi 542.26 (beş yüz qırx iki manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" QSC-nin hesabına köçürülməsi vəzifəsinin Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixdə "xxxx" QSC ilə Orucov Lətif Qiyas oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bankı tərəfindən Orucov Lətif Qiyas oğluna 900.00 (doqquz yüz) manat məbləğində kredit kart limit ayrılmışdır. “X7 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir, lakin Orucov Lətif Qiyas oğlu sözügedən müqavilənin şərtlərini pozaraq kreditin əsas məbəğini və ona hesablanmış faizlərin və s. ödənilməsini kredit karta limit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir və Banka olan borcunu ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Müqavilə üzrə "xxxx" QSC-nə olan borc xx.xx.2017-ci il tarixə cəmi 522.26 (beş yüz iyirmi iki manat iyirmi altı qəpik) manat məbləğində təşkil etmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" QSC ilə “X5” MMC arasında Hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. (xx.xx.2019-cu il tarixdə çəmiyyətin adı dəyişərək “X6” MMC olmuşdur)Həmin müqaviləyə əsasən, xx.xx.2017-ci il tarixdə təhviltəslim aktı ilə Orucov Lətif Qiyas oğlunun kredit sənədləri “X5” MMC-yə təhvil verilmişdir. Cəmiyyətin nünaməndəsi X1 Lətif Qiyas oğluna qarşı əmr icraatı qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə elektron qaydada müraciət edərkən kreditor qismində “X5” MMC-nin adını qeyd etmişdir. Bu şəbədən, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə Orucov Lətif Qiyas oğlundan kreditor “X5” MMC-nin xeyrinə 522.26 AZN və 20 AZN dövlət rüsumunun tutulması təmin edilmişdir. İcra mərhələsində borclunun iş yeri müəyyən olunaraq tələbin əmək haqqına yönəldilməsi təmin olmuşdur. Əmək haqqından tutulan vəsait, icra şöbəsinin depozit hesabına köçürülmüşdür.xx.xx.2025-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinə müraciət edərək Orucov Lətif Qiyas oğlunun əmək haqqından tutularaq Nərimanov rayon İcra şöbəsinin depozit hesabında köçürülmüş vəsaitin "xxxx" QSC-nin bank hesabına köçürülməsini təmin edilməsi xahiş olunsa da, banka geri cavab daxil olmamışdır. Bu səbəbədən, xx.xx.2016-ci 1 tarixli kredit müqaviləsi üzrə ödənilməmiş və məhkəmə əmri ilə tələb olunan vəsaitin bank hesabına köçürülməsi həyata keçirilməmişdir. Hesab edilir ki, həmin vəsaitin bank hesabına köçürülməsi vəzifəsi Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin üzərinə qoyulmalıdır. İnzibati icraat haqqında qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin qanunun 52.1.-ci madəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1.-ci maddəsinə əsasən: Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin məcəllənin 33.2 maddəsi nəzərdə tutur ki: Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 34.1,-ci maddəsinə əsasən: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 13349-302373/17-15-4 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-7564/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Orucov Lətif Qiyas oğlundan cəmi 522,26 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “X5” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tələb olunan vəsait borclu Orucov Lətif Qiyas oğlunun əmək haqqından tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmin vəsaitin tələbkarın hesabına köçürülməsi üçün bank rekvizitlərini şöbəyə təqdim etməyi xahiş olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(005)- 7564/2017 saylı məhkəmə əmrindən görünür ki, Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən borclu(lar)dan (ORUCOV LƏTİF QİYAS OĞLU) (birgə qaydada) kreditor X5 MMC ilə bağlanmış öhdəlik müqaviləsi(ləri) üzrə alaraq aşağıdakı məbləğ tutulması qərara alınmışdır: Borc üzrə tutulmalı olan məbləğ 522.26, valyuta növü AZN, ərizəçinin/kreditorun çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: 20 AZN dövlət rüsumudur. İddiaçı tərəfindən “X5” MMC və “X7 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli hüquqi xidməti haqqında müqavilə, təhvil-təslim aktı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşin materialları ilə müəyyən edilir ki, iddia tələbi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(005)-7564/2017 saylı icra sənədinin icrası ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə ərminin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova